Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

İştah diş altındadı və ya “Yanvarı görmək”

Zaur Xudiyev Zaur Xudiyev
Yaşıl meydan
30 Avqust 2019
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
1509621946
Paylaş

Rəhmətlik İsa Muğanna demişkən, zaman o zaman idi ki, yenicə həyatı dərk etməyə, ətrafımızda baş verənlərlə maraqlanmağa başlamışdıq.

Müxtəlif yeniliklər girirdi həyatımıza…

Sevgi kimi, dostluq kimi, futbol kimi…

Futbol kimi… Biz uşaq olanda həsrətlə baxırdıq xarici ölkələrin futboluna. Hərəmiz bir komandaya meyl salmışdıq. Boşluq o qədər çox idi ki, bizim futbolumuzda, ümidimizi, təsəllimizi əcnəbi ölkələrdə axtarırdıq.

“Qalatasaray”lı, “Milan”lı, “Yuventus”lu, “Barselona”lı…

Bir az yaşlılar “Dinamo Kiyev”li, “Spartak”lı, “Lokomotiv”li…

Ən yaxşı halda isə “Neftçi”li.

“Neftçi” deməyimə baxmayın, 90-cı illərdə paytaxt təmsilçisinin heç bir uğuru yox idi. Amma neyləyəsən ki, olanımız o idi…

Zaman elə, məhz o zaman idi ki, komandalarımız Avrokuboklarda bir qol vuranda sözün həqiqi mənasından papağımızı göyə atırdıq.

Nağıl dili yüyrək olar deyiblər, il ötdü, ay dolandı, bizim də üzümüzə gün doğdu. Azərbaycan futbolunda da bir canlanma yarandı. Artıq yalnızca qollara sevinmirdik, mərhələ də keçirdik, komandalarımızdan evdə qələbə, səfərdə heç-heçə, ən pis halda isə “şərəfli məğlubiyyət” tələb edirdik.

İştah diş altındadı deyiblər…

Zaman isə dayanmaq bilmirdi, axıb keçirdi su kimi. Bu gündü, sabahdı, o biri gündü deyərkən, bir də baxdıq ki, XXI əsrin artıq 10 ilini geridə qoymuşuq. Əldə isə Avrokuboklarda keçilmiş bir neçə mərhələdən başqa heç nə yoxdur.

Başladıq daha çoxunu tələb etməyə. İlk dəfə Avropa Liqasında qrup mərhələsində oynadıq. Ardınca qrup mərhələsi adi hal oldu. Növbəti hədəf qrupdan çıxmaq idi. Gözləyirdik, istəyirdik, amma…

Gözləntilərimizin əsas sahibi də “Qarabağ” idi. Avroliqada qrup mərhələsini “su yoluna” çevirmiş ağdamlıların daha yüksək səhnədə “tamaşa göstərmək” vaxtı gəlib çatmışdı.

Son illər Azərbaycan futbolunun “üzünü ağardan” Qurban Qurbanovun “qvardiya”sı bu dəfə də üzümüzü güldürdü.

Futbolda Avrokuboklarda çıxış edən klublar haqqında “Yanvarı görmək” deyə bir ifadə işlədilir. Mənası da odur ki, qrup mərhələsində ilk iki yeri tutan komandalar sonradan 1/16 finaldan başlayaraq pley-off mərhələsindəki oyunları növbəti ildə keçirilir.

Bundan əvvəl ardıcıl 5 dəfə qrup mərhələsində oynamağa haqq qazanmış “Qarabağ” hələ “Yanvarı görə” bilməmişdi. 

Amma bu dəfə ağdamlıların qrup mərhələsindəki rəqiblərinə baxanda içimizdən bir ümid keçir.

“Sevilya”, ümumiyyətlə, Avroliqa turnirinin ən uğurlu komandası, kuboku ən çox qazanan kollektivdi. Bu dəfə də qrupun əsas favoritləri onlardı.

Amma ikincilik uğrunda yarışmaq üçün çox əla şans var.

Deyir, 3 şey gedəndən sonra bir daha geri gəlməz.

Deyilən söz, itirilmiş vaxt və əldən verilən şans.

İlk ikisi ilə işim yoxdu, lakin üçüncü “Qarabağ” üçün yenidən gəldi. Qurban Qurbanovun komandası APOEL-i elə bir şəkildə əldən qaçırmışdı ki, bu tezliklə yenidən qarşılaşmaqları, məncə, göydəndüşmə oldu. Elə qrupun taleyini də bu komanda ilə evdə və səfərdə keçiriləcək iki qarşılaşma həll edəcək.

Necə deyərlər, iştah diş altındadı. Daha böyük hədəflərə diş qıcamağın vaxtıdır.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2020 03 07 at 09.48.51
.

Supermen Rəşad

Zaur Xudiyev
07 Mart 2020
WhatsApp Image 2020 03 04 at 10.30.20
.

“Qrupdan çıxmasaq, faciə olmayacaq”

Zaur Xudiyev
04 Mart 2020
Colli
Yaşıl meydan

Milliləşdirəbildiklərimizdənsinizmi?

Zaur Xudiyev
18 Fevral 2020
E7e39430e8867ab4f05365017b528e4e
.

AFFA rəhbərliyi konkret nə istəyir?

Zaur Xudiyev
11 Fevral 2020
83350049 2870743812946702 6999656597706244096 n
Yaşıl meydan

Gözlənilən oldu, “Məxməri inqilab” baş tutdu

Zaur Xudiyev
28 Yanvar 2020
Kobe Bryant
.

Mamba out…

Zaur Xudiyev
27 Yanvar 2020
5f582800 1710 4244 b637 8df6f8ca4444
.

Fərid Mansurovun AFFA-da nə işi var?

Zaur Xudiyev
20 Yanvar 2020
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör