Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Milliləşdirəbildiklərimizdənsinizmi?

Zaur Xudiyev Zaur Xudiyev
Yaşıl meydan
18 Fevral 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Colli
Paylaş

AFFA-nın vurhavur milli komandaya baş məşqçi axtardığı bir vaxtda xəbər çıxdı ki, Premyer Liqa təmsilçilərindən “Keşlə”nin paraqvaylı futbolçusu Sezar Meza Kolli milliləşdirilib.

Yəni 5 ildir Azərbaycanda yaşayan və müxtəlif klublarımızda forma geyinmiş cənubi amerikalı futbolçuya Azərbaycan pasportu verilib və o, milli komandamızın formasını geyinə biləcək.

Hüquqi olaraq hər şey qaydasındadır. Beynəlxalq qaydalara görə, əgər bir futbolçu legioner kimi 5 il hansısa ölkədə oynasa (yaşasa), həmin ölkənin vətəndaşlığını ala bilər və öz ölkəsinin milli komandasında rəsmi matça çıxmayıbsa, yeni vətəndaşı olduğu ölkənin yığmasında forma geyinə bilər.

Bura qədər hər şey əla. Xub!

Amma gəlin, bir nəzər salaq, görək Meza Kollinin milliləşdirilməsi indiki halda nə qədər zəruri idi?

Əvvəlcə onu qeyd edim ki, bu, Azərbaycan futbolu üçün ilk belə hal deyil. Yəni ölkə müstəqillik qazanandan bəri demək olar ki, bütün dövrlərdə yığmanın heyətində ən az bir xarici futbolçu çıxış edib. Bunların içində öz səviyyəsinə görə yerlilərdən heç olmasa bir baş üstün olanlar da olub, bimikilərə tay olanlar da, onlardan qat-qat zəif olanlar da.

Elə indi də yığmanın heyətində Dmitri Nazarov, Eddi İsrafilov, Pavlo Paşayev, Riçard Almeyda, Ruslan Qurbanov, Bədavi Hüseynov, Şahruddin Məhəmmədəliyev, Aleksey İsayev və digər əcnəbi oyunçular meydana çıxır.

Adları sadalananların bizimkilərdən nə qədər üstün olduqları müzakirə mövzusudur, amma istənilən halda, onları hansısa baş məşqçi komandasında görmək istəyir iddiası ilə yığmaya cəlb ediblər. Məsələn, Nazarov hələ Berti Foqtsun vaxtında Azərbaycan pasportu almışdısa, Eddini yığmaya Robert Prosineçkinin zamanında cəlb ediblər. Almeyda isə Qurban Qurbanovun milliyə calağıdır.

Bəs Sezar Meza Kollinin milliləşdirilməsi hansı zərurətdən irəli gəlir? Axı hazırda millinin baş məşqçisi yoxdur ki, onun da tələbi olsun ki, filan oyunçunu sərəncamımda görmək istəyirəm. Deməli, burda nəsə başqa bir iş var.

Azərbaycan çempionatında legioner limiti tətbiq olunur. Hər komanda meydana start heyətində 6 əcnəbi və 5 yerli oyunçu ilə çıxmalıdır. Dəyişikliklər zamanı da bu balansı pozmaq olmaz. Deməli hansısa xarici oyunçunun Azərbaycan pasportu alması onun oynadığı kluba bir nəfər artıq əcnəbi oynatmaq haqqı verəcək.

Deyəsən, yavaş-yavaş məsələ aydın olur axı.

Meza Kolli harda oynayır?
– “Keşlə”də.

“Keşlə”nin rəhbəri kimdir?
– Zaur Axundov. AFFA rəhbərliyinin ən yaxın adamlarından biri.

“Keşlə” hardan maliyyələşir?
– AFFA-dan.

Məsələ aydındır, əcnəbilərə, xüsusilə də iranlı və dağıstanlılara (ad və soyadları azərbaycanlılara çox oxşayır deyə) Azərbaycan pasportu verərək “limit”dən yaxa qurtaran AFFA-nın digər “övladı” “Sumqayıt”dan sonra “Keşlə” valideyn himayəsindən yararlanaraq özünə yol açmağa çalışır.

Bəs niyə bu təşəbbüs birbaşa “Keşlə”dən yox, AFFA-dan gəlib və bunu qurum elan edir?

Bax, bu maraqlı sualdır? Bəlkə Sezar Meza Kolliyə Azərbaycan pasportunun verilməsinin sırf milli komanda üçün olduğunu irəli sürərək digər klubların əllərində olan bu imkandan yararlanmasının qarşısını almağa çalışırlar?

Axı “Zirə” də istəsə, rumıniyalı Adrian Skarlatakeni, “Neftçi” isə serbiyalı Voyislav Stankoviçi eyni yolla “özəlləşdirə” bilər. Birinci 8, ikinci isə 6 ildir ki, Azərbaycanda yaşayır və oynayır.

Necə deyərlər, ayının min oyunu bir armudun başındadı.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2020 03 07 at 09.48.51
.

Supermen Rəşad

Zaur Xudiyev
07 Mart 2020
WhatsApp Image 2020 03 04 at 10.30.20
.

“Qrupdan çıxmasaq, faciə olmayacaq”

Zaur Xudiyev
04 Mart 2020
E7e39430e8867ab4f05365017b528e4e
.

AFFA rəhbərliyi konkret nə istəyir?

Zaur Xudiyev
11 Fevral 2020
83350049 2870743812946702 6999656597706244096 n
Yaşıl meydan

Gözlənilən oldu, “Məxməri inqilab” baş tutdu

Zaur Xudiyev
28 Yanvar 2020
Kobe Bryant
.

Mamba out…

Zaur Xudiyev
27 Yanvar 2020
5f582800 1710 4244 b637 8df6f8ca4444
.

Fərid Mansurovun AFFA-da nə işi var?

Zaur Xudiyev
20 Yanvar 2020
AFFA
Yaşıl meydan

AFFA-dakı “məxməri inqilab” və ya Elxan Məmmədovun gizli mesajı

Zaur Xudiyev
08 Yanvar 2020
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör