Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

AFFA-dakı “məxməri inqilab” və ya Elxan Məmmədovun gizli mesajı

Zaur Xudiyev Zaur Xudiyev
Yaşıl meydan
08 Yanvar 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
AFFA
Paylaş

Çoxdandır gözlənilən AFFA-nın növbədənkənar Konfransı bu gün nəhayət baş tutub. Əvvəlcədən də bəlli olduğu kimi, konfransın gündəliyində duran əsas məsələ AFFA-nın Nizamnaməsinə ediləcək dəyişiklik və əlavələr idi.

Qısaca qeyd edim ki, nəticə olaraq AFFA-nın İcraiyyə Komitəsinin üzvlərinin sayının artırılması qərara alınıb. İndi 11 yox, 13 üzv olacaq. Bundan əlavə, AFFA-da bundan sonra dörd vitse-prezident çalışacaq.

Daha əvvəl mövcud olan I vitse-prezident vəzifəsi ləğv edilib. Əvəzində icraçı vitse-prezident vəzifəsi təsis olunub.

Həmçinin, AFFA prezidenti və icraçı vitse-prezidentin səlahiyyətlərinin həcmi müəyyənləşdirilib.

Əsas maraqlı yeri də məhz buradır:

– Bundan sonra AFFA prezidenti səlahiyyətlərini icraçı vitse-prezident həyata keçirmək hüququna malikdir.

Yəni əgər İcraiyyə Komitəsində AFFA prezidenti iştirak etməsə, icraçı vitse-prezident onu əvəzləyə bilər.

Bəs bu dəyişiklik (xüsusilə də sonuncu qeyd olunan) bizə nə vəd edir?

Məlumdur ki, bu vaxta qədər AFFA-nın prezidenti Rövnəq Abdullayev olsa da, ölkənin ali futbol qurumunda bütün iplər Baş katibin, yəni Elxan Məmmədovun əlində idi.

Bununla belə, Məmmədovun verdiyi qərarlara yekunda Abdullayev “ok” verməli idi.

Ancaq mövcud dəyişikliklərdən sonra sistem bir qədər dəyişəcək. Çünki icraçı vitse-prezident vəzifəsinin təsis olunması ilə birlikdə baş katiblik formal işə çevriləcək. Həm də artıq prezident olmadan da icraçı sərbəst qərar verəcək.

Bu, o deməkdir ki, uzun müddət sonra AFFA-da da müəyyən dəyişikliklər olacaq.

Və bu dəyişikliklər demək olar ki, “məxməri inqilab” formasında baş verir.

Onsuz da SOCAR-dakı rəhbərliyi ilə yanaşı bir sıra digər sahələrdə vəzifəsi olan Rövnəq Abdullayevin AFFA və futbolla maraqlanmağa vaxtı yox idi. İcraçı vitse-prezident vəzifəsi təsis olunaraq artıq prezident postu formallığa çevrildi. Hətta onun İcraiyyə Komitəsinin iclaslarında iştirakına belə gərək qalmayacaq.

Yəni de yure prezident Rövnəq Abdullayev olsa da, de fakto qurumu icraçı vitse-prezident idarə edəcək.

Bu halda meydana bir sual çıxır: Bəs icraçı vitse-prezident kim olacaq?

Əsas düyün nöqtəsi isə burdadır.

Bugünkü konfransa qədər kulislərdə gedən söhbətlərdən belə anlamaq olardı ki, sözügedən vəzifəyə hazırkı Baş katib Elxan Məmmədov təyin olunacaq və o, de fakto ölkənin futbol təsərrüfatını idarə edəcək. Amma konfransdan sonra dərhal baş tutan İcraiyyə Komitəsinin iclasında bununla bağlı gözlənilən qərar çıxmadı.

Görünür ya məsələdə yekdillik əldə olunmayıb, ya da başqa pərdəarxası hesablar var ki, onların həll olunması üçün müəyyən müddət lazımdır.

Həmin müddət isə çox da uzun olmayacaq, çünki AFFA-nın Hesabat Seçki-Konfransı yanvarın 28-də keçiriləcək.

Məhz həmin tarixdə artıq bütün suallara aydınlıq gələcək.

Əgər kulislərdə danışıldığı kimi Elxan Məmmədov icraçı vitse-prezident təyin edilsə, bu, o deməkdir ki, “məxməri inqilab” tamamilə reallaşmış olacaq və AFFA-dakı klanlararası savaşda baş katib və onun dəstəkçiləri qalib gəlmiş olacaqlar.

Amma məsələnin bir tərəfi də var. Ümumiyyətlə, Hesabat Seçki-Konfransından başqa bir şəxs, məsələn qarşı klanın təmsilçisi, və ya hər hansı üçüncü bir tərəfdən kimsə də icraçı vitse-prezident təyin oluna bilər.

Bu halda isə postu artıq formallığa çevrilmiş Baş katib Elxan Məmmədov idarəçilikdən kənarlaşdırılmış olacaq.

Konfransdan sonra mətbuat üçün brifinq verən Məmmədov onun icraçı təyin olunması ilə bağlı suala “hər deyilənə inanmayın” deyərək dilucu cavab versə də, hələlik hadisələrin inkişafı haqqında proqnoz vermək çətindir.

Diqqətçəkən bir məsələ də Baş katibin növbəti dəfə danışılmış oyunlarla bağlı söhbət salması, ancaq bu dəfə də konkret ad çəkməməsi oldu. Məmmədov sadəcə bir az da hədələyici tərzdə mesaj göndərərək bu işin içində məşhur adların olmasını, üstəlik hətta futboldan kənar idman növləri ilə məşğul olan şəxslərin də bu çirkaba bulaşdığını qeyd etdi.

Görünür Baş katib kim(lər)əsə səslənərək ya dəstək istəyir, ya da yolundan çəkilmələrini gözləyir.

Mövzu diqqətimizdədir. Qarşıdakı günlərdə məqsədli olaraq mətbuata sızdırılan məlumatlar da daxil olmaqla, konfrans gününə qədər bir çox məsələlərdən agah ola biləcəyik.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2020 03 07 at 09.48.51
.

Supermen Rəşad

Zaur Xudiyev
07 Mart 2020
WhatsApp Image 2020 03 04 at 10.30.20
.

“Qrupdan çıxmasaq, faciə olmayacaq”

Zaur Xudiyev
04 Mart 2020
Colli
Yaşıl meydan

Milliləşdirəbildiklərimizdənsinizmi?

Zaur Xudiyev
18 Fevral 2020
E7e39430e8867ab4f05365017b528e4e
.

AFFA rəhbərliyi konkret nə istəyir?

Zaur Xudiyev
11 Fevral 2020
83350049 2870743812946702 6999656597706244096 n
Yaşıl meydan

Gözlənilən oldu, “Məxməri inqilab” baş tutdu

Zaur Xudiyev
28 Yanvar 2020
Kobe Bryant
.

Mamba out…

Zaur Xudiyev
27 Yanvar 2020
5f582800 1710 4244 b637 8df6f8ca4444
.

Fərid Mansurovun AFFA-da nə işi var?

Zaur Xudiyev
20 Yanvar 2020
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör