Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Fərid Mansurovun AFFA-da nə işi var?

Zaur Xudiyev Zaur Xudiyev
., Yaşıl meydan
20 Yanvar 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
5f582800 1710 4244 b637 8df6f8ca4444
Paylaş

Dövrələrarası fasilə başlayandan sonra Azərbaycan futbolunda səssizlik hökm sürürdü. Klublar Antalyada təlim-məşq toplanışında olduqları bir vaxtda, AFFA rəhbərliyi də növbəti konfransa hazırlıqla məşğul idilər.

Ötən yazımızda konfransın nə dərəcədə taleyüklü olması və bir sıra dəyişikliklərin olacağı barəsində oxucularımıza bəhs etmişdik.

Aradan keçən müddətdə fırtına öncəsi səssizlik hökm sürsə də, arada danışlımış oyunlarla bağlı açıqlanan bir məlumat balaca dalğalanma yaratdı.

Belə ki, İcraiyyə Komitəsinin son iclasında danışılmış oyunlarla bağlı müəmmalı açıqlama verən Baş katib Elxan Məmmədov bu işdə tanımış adamların adının da hallandığını vurğulamışdı.

Aradan bir neçə gün keçəndən sonra açıqlanan siyahı isə diqqət çəkməyə bilməzdi. Oyun alqı-satqısı ilə bağlı uzaqlaşdırlan şəxslərdən daha bir neçəsinin adı ictimaiyyətə bəlli oldu ki, onlardan biri “Qarabağ”ın keçmiş futbolçusu Namiq Yusifov, digər ikisi isə Birinci Divizionda mübarizə aparan “Səbail-2” komandasının üzvləri idi.

Ötən yazımın sonunda da qeyd eləmişdim ki, Baş katib müəmmalı açıqlama ilə kimlərəsə mesaj ötürür. Bu dəfə isə dediklərimiz qismən təsdiq olundu. Çünki “Səbail”in AFFA prezidenti Rövnəq Abdullayevin oğluna məxsus olduğu Azərbaycanda futbolla maraqlanan istənilən şəxsin bildiyi bir həqiqətdir. Deməli, Məmmədov prezidentin dolayısı ilə sahibi olduğu klubu oyun alqı-satqısı məsələsində ifşa edirsə, bu, artıq hücumdur.

Dünən isə, yəni AFFA-nın növbəti hesabat seçki konfransına 10 gün qalmış İcraiyyə Komitəsinə namizədlərin adları açıqlandı. Yanvarın 28-də baş tutacaq konfransda İK-ya 12 nəfər üzv seçiləcək.

Bura qədər olan hissə işin prosedur qaydasıdır və nizamnaməyə görə, hər şey qaydasında gedir.

Namizədlər arasında isə yeni adlar görürük və komitənin keçmiş üzvlərindən birinin adı bu dəfə qeyd olunmayıb.

Gəlin, əvvəlcə adı qeyd olunmayan keçmiş üzvlə bağlı danışaq. “Qarabağ”ın baş məşqçisi, Azərbaycanın müstəqillik tarixinin ən uğurlu personası Qurban Qurbanov bundan sonra İK-da təmsil olunmayacaq. Bunun səbəbləri barəsində geniş danışmaq istəmirəm, çünki əvvəlki yazılarımda bununla bağlı dəfələrlə bəhs etmişik. Məlumatsız oxucular baxıb, fikir sahibi ola bilərlər.

Gələk yeni adlara. Bunlardan biri, Şimal Futbol Federasiyası tərəfindən namizədliyi irəli sürülmüş Elxan Məmmədovdur. Bəli, qurumun hazırkı Baş katibi. Nizamnaməyə görə, Baş katib İK üzvü ola bilməz. Əgər onun namizədliyi qeydə alınıbsa, deməli, növbəti periodda Məmmədov artıq Baş katib olmayacaq. Əvvəl də bəhs etdiyimiz kimi, böyük ehtimalla, bütün səlahiyyətləri əlində cəmləşdirən İcraçı vitse-prezident məhz Elxan Məmmədov təyin olunacaq.

Digər sürpriz namizəd isə Olimpiya çempionu, Yunan-roma güləşi üzrə Azərbaycanın ən uğurlu idmançılarından biri olmuş Fərid Mansurovdur.

Yenə qeyd etməliyəm ki, ötən yazımda dövlətin prosesə hansısa müdaxiləsinin gözlənildiyini bildirmişdim. Bu namizədliyin həmin müdaxilə olduğunu düşünürəm. Belə ki, Mansurov Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiridir. İdmançı karyerasında uğurları və nüfuzu ilə yanaşı idarəetmədəki fəaliyyəti ilə də kifayət qədər yaxşı təsir bağışlayan keçmiş pəhləvan haqqında kulislərdə növbəti nazir kimi danışılır. Deməli, onun AFFA-nın idarəetməsində də iştirakı istənilib və Mansurov böyük ehtimalla İK üzvü olacaq.

AFFA prezidentliyinə isə sadəcə bir namizəd qeydə alınıb ki, bu son 12 ildir futbol təsərrüfatına rəhbərlik edən Rövnəq Abdullayevdir.

Qalır yanvarın 28-də baş tutacaq konfransı gözləmək. Prezident bəllidir, həm İcraçı, həm də digər vitse-prezidentlərin kimliyinə isə məhz həmin gün aydınlıq gələcək.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör