Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Əkrəm Əylislinin son çırpınışları

Əli Novruzov Əli Novruzov
., Mövqe
09 May 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
4DBEA0EC 4AC6 4DF1 BECD 3F24439EA6D6 w1023 r1 s
Paylaş

Əkrəm Əylislinin ən son opusunu maraqla oxudum.

Empatik jurnalistlərə verdiyi müsahibələrində Əkrəm Əylisli bizim qarşımızda qocaman dissident yazıçı və hətta az qala imam-zaman kimi zühur edir. Bu sonuncu yazısı kimi müəllif mətnlərində isə bir bâlaca cəhd etsək, sətirlərin arasında Əkrəm Əylislinin özünü görə bilərik.

Necə deyərlər, Əkrəm Əylisli – olduğu kimi. Bayağı, kəmistedad, amma həm də özündən hədsiz razı.

XIX əsrin 40-cı illərinin ədəbi üslubuna vaxt itirmək istəməyən oxucular üçün xülasə verim: Yazıçılar birliyinin sədri Anar kabinetində mürgüləyir və yuxuda görür ki, bütün ölü və diri düşmənləri boyunlarını büküb onun hüzuruna gəlib, tövbə qapısından keçmək istəyir. Təkcə Əkrəm Əylislidən başqa. Çünki Əkrəm Əylisli heç Anarın yuxusunda da onun ayağına getməz, bu qədər prinsipial şəxsiyyətdir yəni.

Üstəlik, Həmid Herisçidən Nərmin Kamala, Seymur Baycandan Günel Mövluda kimi müstəqillik dövrünün bütün protest ədəbiyyatının nümayəndələri guya Əkrəm Əylislinin yetirmələri, müridləri imiş. Onları şair və yazıçı kimi yetişdirən də, Anara qarşı mübarizəyə ruhlandıran da guya Əkrəm Əylisli olub.

Mən dəqiq bilmirəm, Həmidi, Nərmini, Seymuru, Güneli və digər gənc yazarları doğrudanmı Əkrəm Əylisli yetişdirib? Bəlkə lazım bilsələr, özləri çıxıb bu barədə bir açıqlama verərlər.

Məni narahat edən məsələ əslində başqadır. Elə bil ömrünün axır çağlarında Əkrəm Əylislinin yaddaşı xeyli korşalıb.

Məgər əvvəlcə Sovet İttifaqının, sonra isə müstəqillik dövrü Azərbaycanın bütün mümkün imtiyaz və imkanlarından yararlanan Əkrəm Əylisli deyildimi? Lenin Komsomolu mükafatı laureatı, Xalq Yazıçısı, Yazıçı nəşriyyatının direktoru, artıq İlham Əliyevin prezidentliyi dövründə – 2005-2010-cu illərdə Milli Məclisin deputatı (horribile dictu!), Şöhrət ordeni, həmçinin Prezidentin fərdi təqaüdçüsü. Hələ oğlu da Gömrük Komitəsində yüksək vəzifədə işləyirdi, “Daş yuxular” qalmaqalından sonra işdən çıxardılar.

Görəsən 75 yaşa qədər rəsmi ədəbiyyatın generalı qismində gəzib dolanıb, bütün imtiyazlardan gen-bol yararlanıb sonra da o dünyanın astanasında özündən dissident yazıçı qayırmaq mümkündürmü?

Bəlkə kimsə bunu səmimi qəbul edib inana bilər, amma insan da axı gərək öz ağlına, mühakiməsinə, düşüncəsinə bir azca hörmət qoysun.

Əkrəm Əylisli çox tez unutdu ki, oxucusuz bir ölkə olan Azərbaycanda onun yazıçı statusunun arxasında duran bəlkə də yeganə səbəb dövlətin hakim sinfi ilə eyni “kiçik torpaqdan” olması faktoru idi. Hakim siniflə münasibətləri pozandan sonra bu statusu da rahatlıqla tutub əlindən aldılar. Böyük klassikin sözlərini parafraz etsək, səni onlar yaratmışdı, onlar da səni öldürdü.

Anarın Əkrəm Əylislidən bircə fərqi var. Anar öz yazıçı statusunun arxasında nə xalqın, nə də oxucuların dayanmadığını çox gözəl anlayır. Ona görə də dilini dinc qoyub, artıq-əskik bir kəlmə danışmır. Bu ölkədə eyni vaxtda həm Xalq yazıçısı, həm də xalqın yazıçısı olmaq mümkün deyil. Üstəlik, birincidən fərqli olaraq ikincisi daha çox xəyal məhsuludur, amma həm də boş soyuducu ilə bir standart paketdə gəlir.

Bəlkə Əkrəm Əylisli də bütün bunları bilirdi, amma necə deyərlər, qumar oynamaq istədi, sadəcə kartları düz gətirmədi.

Gerçəklik çox sadədir. İndi nə Əkrəm Əylisli, nə Anar, nə onların bayağı söz güləşmələri müasir yaradıcı gəncləri qətiyyən maraqlandırmır. Onlar keçmişin atavizmləridir. Bu iki qoca dinozavrın əlbəyaxaya çıxması isə lap tragikomikdir. Axı o məşhur meteorit göydən düşüb, özü də çoxdan!

Bu gün Əli İnsanovun siyasi azadlıqlar barədə gurultulu bəyanatları nə qədər mənəvi yoxsuldursa, Əkrəm Əylislinin ədəbi azadlıq barədə xırıltıları da bir o qədər zəngin deyil. Bunu özü də anlasaydı, bəlkə bu ahıl yaşlarında, özü də gözlənilmədən sərin keçən bu xoş avqust ayında gedib bir az dincələrdi.

Bəlkə Yessentuki, bəlkə də Kislovodsk.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör