Azlogos
  • Qaydalar
  • Kimlər var

Ədəbiyyatın üç üzü: Şopenhauer, Niçe və Froyd Azərbaycanda selektiv abort mifi Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014) Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin? Donbassda soyqırım iddiası Korrupsiya taledir?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

İlğım olmayan uçurumun görüntüsü

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
23 Sentyabr 2019

Erkin Qədirli yazdı ki, “Cəmiyyətimiz demokratiyaya hazır deyil”.

Böyük səs-küyə səbəb oldu bu sözlər. Çox adam əsəbiləşdi, məmə yeyəndən pəpə deyənə kimi, aralarında gənclik başda olmaqla çox insan bunu iqtidarın uzun illər təkrarlanan ritorikası kimi qəbul etdi.

“Düz demir, haqlı deyil. YAP-çılar belə danışır”

“Erkin niyə belə edir!?”

Maraqlıdır, sanki bu insanlar cəmi bir həftə əvvəl aşura mərasimində minlərlə baş vuranı görmədilər; modern ələm uçurdanın videosunu izləmədilər. Bu videoda, ələm tutan vətəndaş dəri gödəkçəsinin üstündən xüsusi bir qayış bağlamışdı ki, ələmi sabitləsin, xəyali fallos kimi onu yuxarı qaldırıb kütlənin üstünə endirə bilsin, adamlar da əlləriylə və xüsusi nəvazişlə onu sığallasınlar. 

Demokratiya haqda yeni tarixdə bəlkə də ən ibarətamiz, minlərlə kərə tirajlanmış sözlər Böyük Britaniyanın keçmiş Baş Naziri, əfsanəvi tarixi şəxsiyyət Churchill-ə məxsusdur:

“Kimsə demokratiyanın mükəmməl olduğunu iddia edə bilməz. Əslində deyə bilərik ki, bütün digərləri istisna olmaqla bu ən pis idarəetmə formasıdır.”

Bu sözlər Churchill-in hakimiyyətdə olduğu zaman deyil, əksinə, II Dünya Müharibəsindən qalib çıxandan sonrakı seçkilərdə (1945-ci ilin iyunu) Clement Attlee-yə gözlənilməz məğlubiyyətindən sonra, 1947-ci ilin noyabrında İcmalar Palatasındakı (House of Commons) çıxışındandır.

“Müxalifətdə olub müxalifətçilik edə bilməyə cəsarəti çatmayanlar və buna görə də mübarizə aparanlar qarşısında aşağılıq kompleksi duyanlar və feminist, anarxist, neoliberal, kosmopolit düşüncə ilə milli kimliyimizə qarşı asilik edən, savaş açanlar.”

“Digər tərəfdən isə liberalizm adı ilə Qərbdən idxal olunan əxlaqsızlıq, milli ənənələrə, ailə bağlarına nifrət kimi əslində Qərbin özünün də qəbullanmadığı dəyərsizlik və natamamlıq kompleksləri cəmiyyətimizin mənəviyyatını aşındırmaqdadır. Bu, çox böyük faciədir. Bu faciəni durdurmaq üçün dövlətimizə sahib çıxmalıyıq.”

Bu sitatlar isə həmin o demokratiya üçün bizim ölkədə elə bizim üçün (bəlkə özləri üçün?) “mübarizə” aparanların fikirləridir. Onlar ifrat dindarlar deyil, başlarına zəncir də vurmur, özcənə dünyəvi demokratlarımızdır. Olanımız budu. İşdi şayəd, onları birdən bəyənməsəniz, bu fikirləri bölüşməsəniz, ta onda özünüzdən küsün. Ən başlıcası özlərini kifayət qədər səmimi ifadə edirlər, oxumağı bacarmaq gərəkdir sadəcə.

Əslində həqiqətən maraqlıdır, sabah Azərbaycanda ədalətli və şəffaf seçki olsa nə baş verər? Xatirənizə salaq ki, 2011-ci ildə bir molla o boyda İctimai Palataya bu hadisə ilə bağlı 1 dəqiqəlik sükut etməyi qadağan elədi, onlar da quzu kim oturdular yerlərinə. Zatən içlərindəki çoxluq elə mollanın dediyini deyirdi, tam ürəklərindən gəlmişdi.

O günlərin üstündən çox illər keçib, lakin mahiyyət heç dəyişmədi. “Selcan Yağmur case’ində” bizim bu “demokratların” öz mübarizə yoldaşlarının qızı haqqında deyib-yazdıqlarına heç olmazsa o uşağın atası özü belə etiraz etmədi. Bu hələ onların öz yaxın dostlarının qızı idi, bir yerdə mübarizə aparanın övladı idi, görən başqası olsaydı nə edərdilər ona? Bu dəstənin kimliyini hər şeydən gözəl xarakterizə edən sitatları hamı gördü.

Demək biz bunları seçəcəkdik, əgər şəffaf seçki olsaydı? Alternativləri də indi küncdə-bucaqda gizlənmiş mollalar olacaqdı ki, bircəciyi ortalığa çıxıb “Allahu-əkbər, mən allah adamıyam, sözüm də şəriətdir, Qurandır” desəydi, ona on minlik kütlələr səda verəcəkdi?

Bütün bu hadisələr deputat Rəfael Cəbrayılovun mandatını 300 min dollara girov qoyması fonunda baş verirdi. Qarabağ qazısı Əfqan Muxtarlının isə karsa salındığı bildirilir. Ölkənin necə bərbad bir durumda olmasını bunlardan dolğun nə ifadə edə bilərdi ki?

Baş verənlərin əsas sorumlusu olan hakimiyyət əsrin dörddə biri qədərki zamanda apardığı siyasətin yanlışlığının fərqində olmalıdır. Etdikləri səhvlər cəmiyyəti tam bir fəlakətə aparır, bunu nəhayət dərk etmək gərəkdir, çünki bu gün seçim üçün alternativ qalmayıb. Artıq bu gün cəmiyyətin çox böyük bir hissəsi qaragürüh baxışların altında formalaşıb və bu uçurumun görüntüsü artıq ilğım deyil, reallıqdır.

Ümid yalnız bunları heç bir vəchlə qəbul etməyən gəncliyə qalır.

Erkin Qədirlinin üstünə getməzdən öncə bunları da bir düşünün.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

patrick-tomasso-oaqk7qqnh_c-unsplash-1
.

Ədəbiyyatın üç üzü: Şopenhauer, Niçe və Froyd

08 Avqust 2022
Azerbaijan-YEAs-news-EC-in-Brussels-group-e1617542136638
.

Azərbaycanda selektiv abort mifi

03 Avqust 2022
1623100562_132879_89
.

Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014)

27 İyul 2022
6267ad16711e36267ad16711e416509616866267ad16711e16267ad16711e2
.

Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin?

25 İyul 2022
1782596528_0_0_1281_720_600x0_80_0_0_5e1bea2e8efa8471b7c6f2cfc1e0c9d0
.

Donbassda soyqırım iddiası

22 İyul 2022
adobestock_202841995_0
.

Korrupsiya taledir?

18 İyul 2022

Redaktorun seçimi

Ölməz Bəstəkar

Niyə alimlərin əksəriyyəti kişidir?

Azərbaycan müəllimi müqəddəsdir?

İtirilmiş toyuqların axtarışında

Süni həyata daha bir addım

Soyuq incəsənət müharibəsi

Strasburq l’Inclusive-də bir azərbaycanlı

Yemişsatan arvadın əhvalatı

Milli maraqlar və Realpolitik

Luis Bunüel-dən amansız səmimiyyətlə dolu xatirələr (III hissə)

İnfo-terrorun fəsadı – Panika

Seksdən niyə yorulduq?

Milli kimlik

Dövranın gərdişi və mikrofon barədə

Rəşad Məcid nə istəyir?

Azərbaycanın ət, yağ, süd dərdi

Feminizm haqqında hər şey

Ət yeməyən gəlin

Zərərli və zəhərli dərdlər haqqında

Nitsşenin “Güc Arzusu”, Dekadensiya, İmmoralizm və Nihilizm

Dialoq böhranı

İsrailin kino tövbəsi

Sosial beyinə doğru

Müşfiq haqqında donoslar – 2

Nadinc uşaq, yoxsa DDHS?

Azərbaycansayağı faşizm

Dixotomiya və Mürəkkəblik

Yaradıcı çöküş?

Böyük şirkətlərin yaratdığı böyük dərdlər

Klassikin payızı

İlğım olmayan uçurumun görüntüsü

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
23 Sentyabr 2019

Erkin Qədirli yazdı ki, “Cəmiyyətimiz demokratiyaya hazır deyil”.

Böyük səs-küyə səbəb oldu bu sözlər. Çox adam əsəbiləşdi, məmə yeyəndən pəpə deyənə kimi, aralarında gənclik başda olmaqla çox insan bunu iqtidarın uzun illər təkrarlanan ritorikası kimi qəbul etdi.

“Düz demir, haqlı deyil. YAP-çılar belə danışır”

“Erkin niyə belə edir!?”

Maraqlıdır, sanki bu insanlar cəmi bir həftə əvvəl aşura mərasimində minlərlə baş vuranı görmədilər; modern ələm uçurdanın videosunu izləmədilər. Bu videoda, ələm tutan vətəndaş dəri gödəkçəsinin üstündən xüsusi bir qayış bağlamışdı ki, ələmi sabitləsin, xəyali fallos kimi onu yuxarı qaldırıb kütlənin üstünə endirə bilsin, adamlar da əlləriylə və xüsusi nəvazişlə onu sığallasınlar. 

Demokratiya haqda yeni tarixdə bəlkə də ən ibarətamiz, minlərlə kərə tirajlanmış sözlər Böyük Britaniyanın keçmiş Baş Naziri, əfsanəvi tarixi şəxsiyyət Churchill-ə məxsusdur:

“Kimsə demokratiyanın mükəmməl olduğunu iddia edə bilməz. Əslində deyə bilərik ki, bütün digərləri istisna olmaqla bu ən pis idarəetmə formasıdır.”

Bu sözlər Churchill-in hakimiyyətdə olduğu zaman deyil, əksinə, II Dünya Müharibəsindən qalib çıxandan sonrakı seçkilərdə (1945-ci ilin iyunu) Clement Attlee-yə gözlənilməz məğlubiyyətindən sonra, 1947-ci ilin noyabrında İcmalar Palatasındakı (House of Commons) çıxışındandır.

“Müxalifətdə olub müxalifətçilik edə bilməyə cəsarəti çatmayanlar və buna görə də mübarizə aparanlar qarşısında aşağılıq kompleksi duyanlar və feminist, anarxist, neoliberal, kosmopolit düşüncə ilə milli kimliyimizə qarşı asilik edən, savaş açanlar.”

“Digər tərəfdən isə liberalizm adı ilə Qərbdən idxal olunan əxlaqsızlıq, milli ənənələrə, ailə bağlarına nifrət kimi əslində Qərbin özünün də qəbullanmadığı dəyərsizlik və natamamlıq kompleksləri cəmiyyətimizin mənəviyyatını aşındırmaqdadır. Bu, çox böyük faciədir. Bu faciəni durdurmaq üçün dövlətimizə sahib çıxmalıyıq.”

Bu sitatlar isə həmin o demokratiya üçün bizim ölkədə elə bizim üçün (bəlkə özləri üçün?) “mübarizə” aparanların fikirləridir. Onlar ifrat dindarlar deyil, başlarına zəncir də vurmur, özcənə dünyəvi demokratlarımızdır. Olanımız budu. İşdi şayəd, onları birdən bəyənməsəniz, bu fikirləri bölüşməsəniz, ta onda özünüzdən küsün. Ən başlıcası özlərini kifayət qədər səmimi ifadə edirlər, oxumağı bacarmaq gərəkdir sadəcə.

Əslində həqiqətən maraqlıdır, sabah Azərbaycanda ədalətli və şəffaf seçki olsa nə baş verər? Xatirənizə salaq ki, 2011-ci ildə bir molla o boyda İctimai Palataya bu hadisə ilə bağlı 1 dəqiqəlik sükut etməyi qadağan elədi, onlar da quzu kim oturdular yerlərinə. Zatən içlərindəki çoxluq elə mollanın dediyini deyirdi, tam ürəklərindən gəlmişdi.

O günlərin üstündən çox illər keçib, lakin mahiyyət heç dəyişmədi. “Selcan Yağmur case’ində” bizim bu “demokratların” öz mübarizə yoldaşlarının qızı haqqında deyib-yazdıqlarına heç olmazsa o uşağın atası özü belə etiraz etmədi. Bu hələ onların öz yaxın dostlarının qızı idi, bir yerdə mübarizə aparanın övladı idi, görən başqası olsaydı nə edərdilər ona? Bu dəstənin kimliyini hər şeydən gözəl xarakterizə edən sitatları hamı gördü.

Demək biz bunları seçəcəkdik, əgər şəffaf seçki olsaydı? Alternativləri də indi küncdə-bucaqda gizlənmiş mollalar olacaqdı ki, bircəciyi ortalığa çıxıb “Allahu-əkbər, mən allah adamıyam, sözüm də şəriətdir, Qurandır” desəydi, ona on minlik kütlələr səda verəcəkdi?

Bütün bu hadisələr deputat Rəfael Cəbrayılovun mandatını 300 min dollara girov qoyması fonunda baş verirdi. Qarabağ qazısı Əfqan Muxtarlının isə karsa salındığı bildirilir. Ölkənin necə bərbad bir durumda olmasını bunlardan dolğun nə ifadə edə bilərdi ki?

Baş verənlərin əsas sorumlusu olan hakimiyyət əsrin dörddə biri qədərki zamanda apardığı siyasətin yanlışlığının fərqində olmalıdır. Etdikləri səhvlər cəmiyyəti tam bir fəlakətə aparır, bunu nəhayət dərk etmək gərəkdir, çünki bu gün seçim üçün alternativ qalmayıb. Artıq bu gün cəmiyyətin çox böyük bir hissəsi qaragürüh baxışların altında formalaşıb və bu uçurumun görüntüsü artıq ilğım deyil, reallıqdır.

Ümid yalnız bunları heç bir vəchlə qəbul etməyən gəncliyə qalır.

Erkin Qədirlinin üstünə getməzdən öncə bunları da bir düşünün.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

patrick-tomasso-oaqk7qqnh_c-unsplash-1
.

Ədəbiyyatın üç üzü: Şopenhauer, Niçe və Froyd

08 Avqust 2022
Azerbaijan-YEAs-news-EC-in-Brussels-group-e1617542136638
.

Azərbaycanda selektiv abort mifi

03 Avqust 2022
1623100562_132879_89
.

Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014)

27 İyul 2022
6267ad16711e36267ad16711e416509616866267ad16711e16267ad16711e2
.

Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin?

25 İyul 2022
1782596528_0_0_1281_720_600x0_80_0_0_5e1bea2e8efa8471b7c6f2cfc1e0c9d0
.

Donbassda soyqırım iddiası

22 İyul 2022
adobestock_202841995_0
.

Korrupsiya taledir?

18 İyul 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel