Uzun müddət Birləşmiş Ştatlarda, orqanik (üzvi) arxitekturanın qabaqcıl nümunəsi hesab olunan Kendrick Bangs Kellogg-un “Desert House” (Səhra evi) 1993-cü ildə, Joshua Tree Milli Parkının yaxınlığında yerləşən ərazidə inşa edilmişdir. 4,643 kvadrat metrlik evin 3 yataq, 3,5 vanna otağı var. İnteryer dizayner John Vurgin isə, 2000-ci illərə qədər evin daxili quruluşu üstündə işləmişdi.
Fotolar Lance Gerber-ə məxsusdur.