Azlogos
  • Kimlər var
  • Bizi tanı

Rusiya Liviyada necə güc faktoruna çevrildi? Alkoqol - qədərində içmək bacarığı və genlər İntihar və azadlıq Xankəndinə niyə girmədik? XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Qoşulaq, qoşulmayaq?

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
26 Oktyabr 2019

Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısı keçirilib.

XVIII Bakı Zirvə Görüşündə 60 ölkənin dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri iştirak edirlər.

Qoşulmama hərəkatının (Non-Alignment Movement) ideyası (və yaranışı) sosialist Yuqoslaviyanın lideri İosip Broz Titoya məxsus idi. Hərəkatın ilk yığıncağı 1961-ci ildə Belqrad şəhərində keçirilib, hazırda Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir.

Bu haqda yazmağa hazırlaşmırdım, lakin hər zaman olduğu kimi sosial şəbəkələrdə bəzi reaksiyaları gördüm, bəzi sualları cavabladım, sonra daha ətraflı yazmağa ehtiyac olduğunu düşündüm. Bir çox insan sual edir – doğrudan da, biz niyə ora qoşulmuşuq? “Bu nədir axı, bir dəstə əcaib-qəraib adamları yığıblar Bakıya, aralarında yarıcan olmuş Maduradan tutmuş Afrikanın tumançaq diktatorlarına kimi var, hətta Şimali Koreyadan da gəliblər, bunlar bizim nəyimizə gərəkdir?” 

Doğrusu Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olanda şəxsən mən, öncə çox skeptik yanaşmışdım buna. Hesab edirdim ki, ölkəmiz qarşımızda duran problemlərin həlli üçün tezliklə NATO-ya daxil olmalıdır. Qoşulmama Hərəkatı söhbəti isə mənə dözülməz anaxronizm kimi gəlirdi, əsla da cəlbedici deyildi, elə indi də deyil.

NATO-ya daxil olma, Qərbə inteqrasiya bütövlükdə cəmiyyətin arzusu, daha doğrusu xülyası idi. Yaxşı xatirimdədir, 1998-də Cənubi Qafqazda NATO-ya daxil olmaq istədiyini bəyan edən ilk biz idik, o zaman Gürcüstanda qastrol səfərimiz vardı, ünsiyyətdə olduğumuz kolleqalarımız-gürcülərin bizə necə həsədlə baxdığının canlı şahidiyəm. Görünür o zamanın kifayət qədər boz Tiflisindən neft və NATO sədaları gələn Azərbaycan çox cəlbedici görünürdü. Biz də fəxrlə deyirdik ki, bəli, Azərbaycan Qərbin bir hissəsi olacaq tezliklə.

Etiraf etmək lazımdır ki, hamımız çox dərin eyforiyaya düşmüşdük bundan, yerli vəfaquluzadələr də bu istəklərin üstünə od ələməklə məşğul idi. Lakin amansız həyat hər zaman çılpaq və bayağı reallıqlarını hökmən ortaya qoyur. Şimal ayısı isə quruda yaşayan yırtıcı heyvanların içində ən böyüyüdür, bunu da əsla unutmaq olmazdı. 29 oktyabr 1999-cu ilin Qarabağ danışıqları ərəfəsində (hansı ki, tərəflər maksimum bir-birinə yaxınlaşma həddində idi) Ermənistan parlamentində baş verən terror aktından sonra bizdə bu söhbət yığışdırıldı. O zaman artıq Putin gəlməkdə idi və getməkdə olan yarıcan Yeltsininin yalançı “demokratik” vektorunun ümumiyyətlə dəyişib açıq-aşkar İmperiya ideyası ilə əvəzlənəcəyini anlayanlar hələ o zaman anlamışdı – hamı da bizim rəhmətlik dahi politoloq Vəfa Quluzadə deyil ki. Zatən İkinci Çeçen müharibəsindən ağlı başında olanlar ibrət götürməli idi.

O zamandan çox sular axdı, ikinci böyük dərsi 2008-ci ilin Beş günlük müharibəsində almalı idik. O zaman olmazın eyforiyaya qapanmışdıq, doğrudan da ilk iki gün gözlənilməz hadisələrlə dolu olsa da, sonu bəlli ssenariyə uyğun getdi. Amerikalılar “любимчик” Saakaşvilini şimal ayısının ağzına verib çıxdılar aradan, cənab prezident özü də sprinter bacarığını göstərmişdi o zaman. Putin isə açıq efirdə konkret demişdi ki, “я его за яйца повешу!”, qardaş qorxusundan kameralar qarşısında qalstukunu çeynəyirdi. O arada ruslar Cənubi Osetiyanın ərazisindən çıxıb Qorini əvvəl bombardıman etdilər, sonra işğal edib tar-mar elədilər, ordunun avanqardında da “dostumuz-qardaşımız” çeçenlər gedirdi. Cəmi 2 gündən sonra Tiflisin üstündə də rusların bombardımançı təyyarələri nümayişkəranə uçuşdu, sual edilir ki, indi şəhəri bombalasaydı nə edəcəkdin?

O vaxt Sakrozidən tutmuş Erdoğana kimi nə qədər adam minnətçi düşüb güclə aldılar bədbaxtı ayının əlindən. Bu hələ şəhərin böyük prospektinə Bush-un adını qoymuş, Qərbin hər anlamda tam, qəti və açıq-aşkar dəstəklədiyi Mişa idi, bizim eyni situasiyada hansı vəziyyətə düşəcəyimizi düşünmək belə dəhşətlidir.

O zamandan Rusiya bütün ətraf (bufer hesab etdiyi) ölkələrə çox aydınca bəyan (mesaj demək olmaz artıq) etdi: Qərblə hər hansı bir əməkdaşlıq üçün – hətta formal olaraq – şimalın icazəsi lazımdır, vəssalam. 13 avqust 2013-cü ildə göyərtəsində nüvə başlıqları olan raketlərlə silahlanmış “Dağıstan” adlı hərbi gəmidə Azərbaycana gələn Putinin bu aktı, bizim ölkəyə verilən faktiki ultimatum idi. Xatirinizdəsə, o gəminin kapitanı da azərbaycanlı Vüsal Miriyev idi. Yeri gəlmişkən, 2015-ci ilin 7 oktyabrında Rusiyanın Xəzər donanması Suriyadakı “İslam dövlətini” bombardıman edəndə bu əməliyyata başçılıq edən də Goranboyun Səfikürd kəndinin yetirməsi olan bu soydaşımız idi – qəhrəmanlarımızı gərək tanıyaq. 

Azərbaycan Rusiyanın yaratdığını birliklərə – NATO-ya alternativ hərbi birlik ОДКБ-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı), iqtisadi birliklər olan Gömrük İttifaqına və ya Avrasiya İqtisadi Birliyinə (ЕврАзЭС) prinsipial olaraq daxil olmaq istəmir, lakin bunu nədən etmədiyini əsaslandırmalı və özünü Rusiyanın qəzəbindən sığortalamalıdır. Birbaşa sərhədlərimiz olan yaxın qonşu və regionun sözsüz dominant ölkəsi qarşısında belə izah labüddür – münasibətlərin kəskin xarakter almaması üçün bundan heç cür kənara çəkilə bilməzsən. Qoşulmama hərəkatına daxil olmaq – Azərbaycanın uzun illər apardığı balanslı siyasətin böyük təhlükələrsiz davam etdirmək üçün zəruri idi. Bizim başlıca müttəfiqlərimiz olan İsraillə Türkiyə təbii ki, öz yardımını edəcək, çünki bunda öz maraqları var, Rusiya ilə isə müstəsna ehtiyatlı davranmaq gərəkdir – bunu tarix diktə edir.

Azərbaycan ümumiyyətlə alışıb-yanan bölgədə müstəsna ehtiyatlı davranmalıdır, aydındır ki, istəklərimiz çox zaman tam əksini deyir, amma dünya çapında istədiyini edə bilən dövlət barmaqla sayılar və hətta onlar da tam istədiyini edə bilməz.

Misal? Türkiyə. Qos-qoca Türkiyə bu gün istədiyini edə bilmir, hesablaşmağa məcburdur. Gözlərimiz önündə qüdrətli türk ordusu Suriyada başladığı əməliyyatı dayandırası oldu.

Bundan daha bariz misal gərəkdirmi hörmətli oxucuya?

Buyurun, Çin.

Çin əziz oxucu, Çin!

Çin bu gün öz hissəsi hesab etdiyi Tayvanı hələlik ala bilmir, özünə birləşdirə bilmir, separatizmdən əziyyət çəkir bizim kimi.

Çin dövləti ha, lap bu yaxınlarda 70 illiyini dünyanı lərzəyə gətirən hərbi paradla qeyd etmiş Çin. Hər zaman ayrıca bir sivilizasiya sayılan və hazırda dünyada tədricən hegemon fövqəldövlətə çevrilən Çin.

Çin düz qulağının dibindəki Tayvanı hələlik ala bilmir, almır, səbəbləri əlbəttə çoxdur. Bəs istəsə onun hərbi donanmasına kim və necə mane ola bilər ki? Lakin hələlik bu yola əl atmır, zamanını gözləyir.

Bilirəm, əks-arqumentləriniz çoxdur, amma necə deyərlər, kor-kor, gör-gör.

Hesabımızı da burdan götürək.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021

Redaktorun seçimi

Əl çirki, yoxsa rüşvət və borc bataqlığı?

Panik atak və “əsəbiləşmə” məsləhəti

Onlar niyə boşanır?

200 manatın problemi

Ədliyyə naziri Fikrət Məmmədov cənablarına açıq məktub

Rəsulzadə Azərbaycan cəmiyyəti üçün niyə vacibdir?

Risk etməyə dəyərmi?

Mağaranın əjdahası və müqəddəsi

Hər şey yaxşıdırmı?

Günəşin kəşfi: Solar Orbiter

Rəsulzadənin Ərəblinski ilə ixtilafı?

Sülh necə olacaq?

Tövbə qapısı

Bərabərsizlik eyforiyası

Bizim “Kələntər”imiz kimdir?

Seksual intellektiniz varmı?

Niyə alimlərin əksəriyyəti kişidir?

Gürcüstan və Ukraynadan Avropada sığınacaq istəyənlərin sayı artıb

Xərçəng haqqında 5 mif

Çörəyi dizində Ermənistan

Azərbaycan kürdləri

Humanitar vəziyyət

Psixoloji travma

SSRİ niyə dağıldı?

Qazı alınan dünya

İxrac: 25 il əvvəl

Qadınlar kişilərdən güclü olsaydı…

Günəşi düzgün oxumaq

Teymur Hacıyev: “Azərbaycanda operator tapa bilmirəm”

Komendant-karantin dövrü

Qoşulaq, qoşulmayaq?

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
26 Oktyabr 2019

Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısı keçirilib.

XVIII Bakı Zirvə Görüşündə 60 ölkənin dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri iştirak edirlər.

Qoşulmama hərəkatının (Non-Alignment Movement) ideyası (və yaranışı) sosialist Yuqoslaviyanın lideri İosip Broz Titoya məxsus idi. Hərəkatın ilk yığıncağı 1961-ci ildə Belqrad şəhərində keçirilib, hazırda Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir.

Bu haqda yazmağa hazırlaşmırdım, lakin hər zaman olduğu kimi sosial şəbəkələrdə bəzi reaksiyaları gördüm, bəzi sualları cavabladım, sonra daha ətraflı yazmağa ehtiyac olduğunu düşündüm. Bir çox insan sual edir – doğrudan da, biz niyə ora qoşulmuşuq? “Bu nədir axı, bir dəstə əcaib-qəraib adamları yığıblar Bakıya, aralarında yarıcan olmuş Maduradan tutmuş Afrikanın tumançaq diktatorlarına kimi var, hətta Şimali Koreyadan da gəliblər, bunlar bizim nəyimizə gərəkdir?” 

Doğrusu Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olanda şəxsən mən, öncə çox skeptik yanaşmışdım buna. Hesab edirdim ki, ölkəmiz qarşımızda duran problemlərin həlli üçün tezliklə NATO-ya daxil olmalıdır. Qoşulmama Hərəkatı söhbəti isə mənə dözülməz anaxronizm kimi gəlirdi, əsla da cəlbedici deyildi, elə indi də deyil.

NATO-ya daxil olma, Qərbə inteqrasiya bütövlükdə cəmiyyətin arzusu, daha doğrusu xülyası idi. Yaxşı xatirimdədir, 1998-də Cənubi Qafqazda NATO-ya daxil olmaq istədiyini bəyan edən ilk biz idik, o zaman Gürcüstanda qastrol səfərimiz vardı, ünsiyyətdə olduğumuz kolleqalarımız-gürcülərin bizə necə həsədlə baxdığının canlı şahidiyəm. Görünür o zamanın kifayət qədər boz Tiflisindən neft və NATO sədaları gələn Azərbaycan çox cəlbedici görünürdü. Biz də fəxrlə deyirdik ki, bəli, Azərbaycan Qərbin bir hissəsi olacaq tezliklə.

Etiraf etmək lazımdır ki, hamımız çox dərin eyforiyaya düşmüşdük bundan, yerli vəfaquluzadələr də bu istəklərin üstünə od ələməklə məşğul idi. Lakin amansız həyat hər zaman çılpaq və bayağı reallıqlarını hökmən ortaya qoyur. Şimal ayısı isə quruda yaşayan yırtıcı heyvanların içində ən böyüyüdür, bunu da əsla unutmaq olmazdı. 29 oktyabr 1999-cu ilin Qarabağ danışıqları ərəfəsində (hansı ki, tərəflər maksimum bir-birinə yaxınlaşma həddində idi) Ermənistan parlamentində baş verən terror aktından sonra bizdə bu söhbət yığışdırıldı. O zaman artıq Putin gəlməkdə idi və getməkdə olan yarıcan Yeltsininin yalançı “demokratik” vektorunun ümumiyyətlə dəyişib açıq-aşkar İmperiya ideyası ilə əvəzlənəcəyini anlayanlar hələ o zaman anlamışdı – hamı da bizim rəhmətlik dahi politoloq Vəfa Quluzadə deyil ki. Zatən İkinci Çeçen müharibəsindən ağlı başında olanlar ibrət götürməli idi.

O zamandan çox sular axdı, ikinci böyük dərsi 2008-ci ilin Beş günlük müharibəsində almalı idik. O zaman olmazın eyforiyaya qapanmışdıq, doğrudan da ilk iki gün gözlənilməz hadisələrlə dolu olsa da, sonu bəlli ssenariyə uyğun getdi. Amerikalılar “любимчик” Saakaşvilini şimal ayısının ağzına verib çıxdılar aradan, cənab prezident özü də sprinter bacarığını göstərmişdi o zaman. Putin isə açıq efirdə konkret demişdi ki, “я его за яйца повешу!”, qardaş qorxusundan kameralar qarşısında qalstukunu çeynəyirdi. O arada ruslar Cənubi Osetiyanın ərazisindən çıxıb Qorini əvvəl bombardıman etdilər, sonra işğal edib tar-mar elədilər, ordunun avanqardında da “dostumuz-qardaşımız” çeçenlər gedirdi. Cəmi 2 gündən sonra Tiflisin üstündə də rusların bombardımançı təyyarələri nümayişkəranə uçuşdu, sual edilir ki, indi şəhəri bombalasaydı nə edəcəkdin?

O vaxt Sakrozidən tutmuş Erdoğana kimi nə qədər adam minnətçi düşüb güclə aldılar bədbaxtı ayının əlindən. Bu hələ şəhərin böyük prospektinə Bush-un adını qoymuş, Qərbin hər anlamda tam, qəti və açıq-aşkar dəstəklədiyi Mişa idi, bizim eyni situasiyada hansı vəziyyətə düşəcəyimizi düşünmək belə dəhşətlidir.

O zamandan Rusiya bütün ətraf (bufer hesab etdiyi) ölkələrə çox aydınca bəyan (mesaj demək olmaz artıq) etdi: Qərblə hər hansı bir əməkdaşlıq üçün – hətta formal olaraq – şimalın icazəsi lazımdır, vəssalam. 13 avqust 2013-cü ildə göyərtəsində nüvə başlıqları olan raketlərlə silahlanmış “Dağıstan” adlı hərbi gəmidə Azərbaycana gələn Putinin bu aktı, bizim ölkəyə verilən faktiki ultimatum idi. Xatirinizdəsə, o gəminin kapitanı da azərbaycanlı Vüsal Miriyev idi. Yeri gəlmişkən, 2015-ci ilin 7 oktyabrında Rusiyanın Xəzər donanması Suriyadakı “İslam dövlətini” bombardıman edəndə bu əməliyyata başçılıq edən də Goranboyun Səfikürd kəndinin yetirməsi olan bu soydaşımız idi – qəhrəmanlarımızı gərək tanıyaq. 

Azərbaycan Rusiyanın yaratdığını birliklərə – NATO-ya alternativ hərbi birlik ОДКБ-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı), iqtisadi birliklər olan Gömrük İttifaqına və ya Avrasiya İqtisadi Birliyinə (ЕврАзЭС) prinsipial olaraq daxil olmaq istəmir, lakin bunu nədən etmədiyini əsaslandırmalı və özünü Rusiyanın qəzəbindən sığortalamalıdır. Birbaşa sərhədlərimiz olan yaxın qonşu və regionun sözsüz dominant ölkəsi qarşısında belə izah labüddür – münasibətlərin kəskin xarakter almaması üçün bundan heç cür kənara çəkilə bilməzsən. Qoşulmama hərəkatına daxil olmaq – Azərbaycanın uzun illər apardığı balanslı siyasətin böyük təhlükələrsiz davam etdirmək üçün zəruri idi. Bizim başlıca müttəfiqlərimiz olan İsraillə Türkiyə təbii ki, öz yardımını edəcək, çünki bunda öz maraqları var, Rusiya ilə isə müstəsna ehtiyatlı davranmaq gərəkdir – bunu tarix diktə edir.

Azərbaycan ümumiyyətlə alışıb-yanan bölgədə müstəsna ehtiyatlı davranmalıdır, aydındır ki, istəklərimiz çox zaman tam əksini deyir, amma dünya çapında istədiyini edə bilən dövlət barmaqla sayılar və hətta onlar da tam istədiyini edə bilməz.

Misal? Türkiyə. Qos-qoca Türkiyə bu gün istədiyini edə bilmir, hesablaşmağa məcburdur. Gözlərimiz önündə qüdrətli türk ordusu Suriyada başladığı əməliyyatı dayandırası oldu.

Bundan daha bariz misal gərəkdirmi hörmətli oxucuya?

Buyurun, Çin.

Çin əziz oxucu, Çin!

Çin bu gün öz hissəsi hesab etdiyi Tayvanı hələlik ala bilmir, özünə birləşdirə bilmir, separatizmdən əziyyət çəkir bizim kimi.

Çin dövləti ha, lap bu yaxınlarda 70 illiyini dünyanı lərzəyə gətirən hərbi paradla qeyd etmiş Çin. Hər zaman ayrıca bir sivilizasiya sayılan və hazırda dünyada tədricən hegemon fövqəldövlətə çevrilən Çin.

Çin düz qulağının dibindəki Tayvanı hələlik ala bilmir, almır, səbəbləri əlbəttə çoxdur. Bəs istəsə onun hərbi donanmasına kim və necə mane ola bilər ki? Lakin hələlik bu yola əl atmır, zamanını gözləyir.

Bilirəm, əks-arqumentləriniz çoxdur, amma necə deyərlər, kor-kor, gör-gör.

Hesabımızı da burdan götürək.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel