Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

4:1 yanı təxribatlarla çevrilmiş “Qarabağ”

Zaur Xudiyev Zaur Xudiyev
., Yaşıl meydan
04 Oktyabr 2019
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Dudelange vs qarabag score prediction 03 10
Paylaş

“Qarabağ”ın Lüksemburq təmsilçisi “Düdelanj”la oyunu gözləniləndən artıq gərginliklə keçdi. Amma bu dəfə gərginlik meydanda, futbol amili ilə deyil, oyundankənar siyasi amillərlə bağlı idi.

Müxtəlif vaxtlarda Azərbaycan klubları Avropa səviyyəli oyunlarda ermənilər tərəfindən provokasiyalara cəlb olunmuşdu. Bundan öncəki illərdə klublarımızın Yunanıstan və Kiprdəki görüşlərində rəqib azarkeşlər tərəfindən Ermənistanın və qondarma Dağlıq Qarabağ rejiminin bayraqları nümayiş etdirilmiş, futbolçularımız təxribata çəkilmişdi.

Bununla bərabər, “Qarabağ”ın oyunlarında bu hal daha intensiv və tez-tez müşahidə olunub.

Ağdamlıların ötən mövsüm Londonda “Arsenal”la görüşündə də azarkeşlər qondarma bayrağı nümayiş etdirmiş, Rəşad Sadıqov başda olmaqla yerli futbolçularımız buna sərt reaksiya vermişdilər. Hətta UEFA-dan idmançıya yaraşmayan hərəkətə görə cəza almaq təhlükəsinə qarşı oyunçularımız araqarışdıran azarkeşə hücum edərək bayrağı almağa cəhd etmişdilər.

Budəfəki təxribat isə daha təşkilatlanmış formada idi. Görüşün 31-ci dəqiqəsində “Qarabağ”ın ikinci qolundan sonra meydançanın üzərində dron hərlənməyə başladı və bu uçan qurğunun aşağısında qondarma Dağlıq Qarabağ rejiminin bayrağı dalğalanırdı. Şübhəsiz ki, oyunçularımız buna laqeyd qalmadılar.

Hakimdən görüşü saxlamağı tələb edən futbolçularımız bir neçə dəfə topla dronu vurmağa cəhd etsələr də, alınmayınca hakimdən təhlükəsizlik səbəbi ilə oyunu saxlamağı tələb etdilər.

Hadisələri detalları ilə təsvir edib başınızı ağrıtmaq istəmirəm, yekunda yerli hüquq-mühafizə orqanlarının cəhdi ilə dron endirildi, Lüksemburqun idman naziri rəsmi şəkildə stadionda anons etdirərək “Qarabağ” klubundan üzr istədi və matç qaldığı yerdən davam etdi.

Hadisənin miqyası, dərəcəsi olduqca böyükdür və bu gün təhlükəsiz hesab etdiyimiz Avropanın göbəyində belə halla qarşılaşırıqsa, deməli ciddi fəsadları da ola bilər.

Hər nə qədər yerli hökumət nümayəndələri onların bu işdə günahları olmadığını, dronun stadionun yaxınlığındakı bir binanın damından idarə olunduğunu iddia etsələr də, fakt budur ki, təhlükəsizlik tədbirləri zəif olmuşdu.

Gəlin bir anlıq düşünək ki, sözügedən uçan aparata hansısa əski parçası yox, partlayıcı maddə bağlanıb və stadiona atılır.

Faciənin miqyasını təsəvvür edə bilirsinizmi? Çox xoşagəlməz hallar ola bilərdi. Qitənin ali futbol qurumu – UEFA bu məsələni diqqətlə araşdırmalı, həm meydan sahibləri, həm yerli hökumət, həm də təxribatçılar müvafiq şəkildə cəzalandırılmalıdırlar.

Bu tələblə AFFA və “Qarabağ” klubu da rəsmi müraciət etməlidir.

Bu cür gözəl səfər qələbəsindən, 4:1 hesabından sonra futboldan, oyundan, meydanda baş verən taktiki dəyişikliklərdən danışmaq yerinə hansısa təxribatdan, siyasi oyunlardan danışırıqsa, deməli heç də hər şey öz yerində deyil.

Təxribatın Ermənistan təmsilçisi “Ararat”a qalib gələrək qrupa düşən və burda “Qarabağ”a rəqib olan “Düdelanj”la oyunda edilməsi də maraqlı məqamdır.

Görünür loru dildə “abijinni qalmaq” kimi tez-tez işlədilən vəziyyətdən başqa çıxış yolu tapmayıblar.

Bundan öncəki yazılarımızda futbol oyununun keçdiyi inkişaf yolundan bəhs edərkən müxtəlif statistikaları, elmi araşdırmaları, fərqli yanaşmaları, fiziki hazırlıqla yanaşı psixoloji hazırlığı da qabardarkən futbolun sadəcə bir oyun deyil, bir həyat tərzi olduğunu vurğulamışdıq.

Amma biz “Futbol əsla sadəcə futbol deyil” deyərkən bu kimi siyasi amilləri nəzərdə tutmamışdıq. Milyonların izlədiyi idman mübarizəsini bu kimi çirkin hallara adət etmək insanlıqdan kənar bir şeydir.

Bəlkə də pafoslu səslənəcək, amma atalar misalında da deyildiyi kimi, adamın gərək düşməni də mərd (indiki halda səviyyəli) olsun.

Futbol meydançasına qondarma rejim bayrağı gətirəcək qədər bayağı olmasın.

Yekunda qısa olaraq qeyd edim ki, səfər qələbəsi ilə qrupda ikinci pilləyə yüksələn Qurban Qurbanovun komandası paralel keçən oyunda “Sevilya”nın APOEL üzərində qələbə qazanması ilə növbəti mərhələyə çıxmaq üçün şanslarını bir az da artırdı.

Qrupdan çıxmaqla “Qarabağ” işğalçıya daha layiqli cavab vermiş olacaq.

Bu komandaya yaradılan şəraitin, verilən dəstəyin əsas səbəbi də elə bu deyilmi?!

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör