Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Vivian Maierin Amerikası

AzLogos AzLogos
., Foto-qrafika
06 Aprel 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Vivianmaier2
Paylaş

Vivian Maier Nyu York şəhərində doğulmuş (1 fevral, 1926 – 21 Aprel, 2009) amerikalı küçə fotoqrafıdır. ABŞ-da doğulmağına baxmayaraq gəncliyinin böyük bir hissəsini Fransada keçirmişdir. Maier 1951-ci ildə ABŞ-a geri dönür və ömrünün sonuna qədər davam edəcək uşaq baxıcısı işinə başlayır. Vivian asudə vaxtlarında fotoqrafiya sənəti ilə məşğul olur. Vivien 50 ildən çox fotolar çəkmiş və nəticədə ortaya 100 mindən çox lent çıxmışdır. Fotoların böyük əksəriyyəti Çikaqo və Nyu York şəhərlərində çəkilib. Bundan əlavə onun yüzlərlə video çəkilişləri və özünün səs yazıları var. Vivian Maier öz kolleksiyası ilə 20-ci əsrin ikinci yarısında amerikalıların həyatını sənədləşdirən ən gözəl nümunələrdən birini yaratmışdır.

Maier Nyu York şəhərinin Bronks rayonunda fransız anadan və avstriyalı atadan doğulmuşdur. O dövrün siyahıyaalma qeydlərinin faydalı olmağına baxmayaraq bizə yarımçıq məlumatlar verir. Biz Vivianın 4 yaşında NY şəhərində anası və Jeanne Bertand adlı bir qadın ilə birlikdə yaşadığını bilirik. Vivianın atası isə artıq siyahıda yox idi. Jeanne Bertand portret fotoqrafiyası üzrə mükafat qazanmış bir qadın idi. Vivianın fotoqrafiyanın incəliklərini uşaq vaxtı Bertanddan öyrəndiyi isə hələ də mübahisəli məsələ olaraq qalır.

Sonrakı qeydlər göstərir ki, Vivian 1939-cu ildə anası Marie Maier ilə birgə Amerikaya qayıdır və yenidən növbəti qeydlərdə görünür ki, o, bu dəfə 1951-ci ildə Fransaya tək gedir.

1949-cu ildə Fransada olarkən Vivian artıq ilk fotolarını çəkməyə başlamışdı. Onun birinci aparatı Kodak Brownie qutu kamerası idi. Bu kamera yalnız həvəskar fotolar üçün yararlı idi, fokus kontrolu yox idi və s. İzləyici ekranı kiçik idi ki, bu da Vivianın çəkmək istədiyi mənzərələr üçün çətinlik yaradırdı. Onun bütün niyyətləri bu zəif kameranın ümidinə qalmışdı. 1951-ci ildə o NY şəhərinə geri qayıdır və bir müddət fabrikada işlədikdən sonra yorulur, qeydlərində bildirir ki, o günəşi görmək istəyir. Bəlkə də bu səbəbdən işdən ayrılır və Southhamptonda bir ailə ilə yaşamağa və ilk uşaq baxıcılığı işinə başlayır.

1952-ci ildə o daha yaxşı fotolar çəkmək üçün Rolleifex kamerası alır. 1956-cı ilə qədər NY-dakı həyatının böyük hissəsi bu ailə ilə keçir və nəhayət o Çikaqoya köçür. O, burada başqa bir ailənin üç oğluna dayəlik edir və həyatında ən çox yaxınlıq etdiyi ailə onlar olur.

Sonrakı illər

1956-cı ildə Maier Çikaqoya köçür. O, dəbdəbəli evdəki qaranlıq otağından və şəxsi hamamından həzz alırdı. Bu qaranlıq otaq ona özünün bəzi fotolarını nəşr etməyə şərait yaratmışdı. Dayəlik etdiyi uşaqlar böyüyəndən sonra Vivian Çikaqoda ailədən ailəyə, evdən evə köçməyə məcbur qalır və beləliklə çap olunmamış qalaq-qalaq lentlər yığılmağa başlayır.

Bu ərəfələrdə Maier rəngli fotolar çəkməyə qərar verir və Kodak Ektachrine 35mm lentlə Leica III və Alman SLR kameralarından istifadə edir.

Əvvəllər Maier rəngli fotolar çəkmədiyi üçün bunu bir haşiyə adlandırmaq olardı və onun əsərləri getdikcə daha da mücərrədləşməyə başlamışdı. O yavaş-yavaş kadrlarından insanları çıxarır, insanları tapdığı digər maraqlı obyektlərlə, qəzetlərlə və qraffiti ilə əvəz edir. O həm də zibil qutularında, yol kənarlarında tapdığı əşyaları toplamağa da başlamışdı. Birlikdə yaşadığı ailələrdən biri deyir ki, tapdığı hər şeyin necəsə işə yarayacağını və ya onlardan yaxşı incəsənət nümunəsi çıxara biləcəyini düşünürdü.

Vivianmaier4
Vivianmaier1
Vivianmaier6
Vivianmaier7
Vivianmaier5

1980-ci Vivian başqa çətinliklərlə üzləşir. Maddi çətinliklər, evdən- evə köçmək onu əsl sənətini icra etməyə qoymur və rəngli filmlər yenidən qalaq-qalaq yığılır.

1990-cı illərin sonu və yeni milleniumun başlanğıcında Vivian kamerasını söndürür, bütün əşyalarını xüsusi depoya verir və artıq sağ qalmaq, yemək tapmaq üçün çalışır. İşlədiyi ailələrdən biri ona yardım edərək kiçik bir ev kiralayırlar və Vivian orada yaşamağa başlayır. Onun bütün əşyaları, lentləri, səs yazıları bir anbarda yığılıb qalır ta ki, 2007-ci ildə yaşadığı bir otaqlı evin pulu ödənilmədiyi üçün onun əşyaları auksionda satışa çıxarılana qədər. Bütün bu lentalar ucuz qiymətə bir neçə auksion iştirakçıları tərəfindən alınır. Onlardan biri də John Maloof idi.

2008-ci ildə Vivian həmişə sakitcə oturduğu skamyadan yerə yıxılır və başından zərbə alır. Həkimlərə yalvarsa da onu xəstəxanaya aparırlar. Müalicə olunmasına baxmayaraq başından aldığı ağır zədə nəticəsində 2009-cu ilin aprel ayında dünyaya gözlərini yumur.

Tərcümə: Anabəyim Həsənli

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör