2013 cü ildə Alibaba şirkətinin CEO vəzifəsini tərk edən Jack Ma, ötən il idarə heyyətinin sədrliyindən də getməsinin tədricən baş verəcəyini söyləmişdi.
Bir il əvvəl elan olunduğu kimi, Jack Ma bu gün Alibaba’nın sədrliyini şirkətin direktoru Daniel Zhang‘a təhvil verdi.
Bu yaxınlarda Elon Musk ilə çıxışı diqqət çəkən Jack Ma, Alibaba’nın sədrliyini şirkətin baş direktoru Daniel Zhang’a təhvil verdi. Beləliklə, bir il əvvəl elan edilmiş bu rol dəyişikliyi nəhayət gerçəkləşdi.
Ma sədrlikdən ayrılsa da, gələn il Alibaba’nın illik ümumi yığıncağında iştirak edəcək. Ma’nın Alibaba Tərəfdaşlığı ilə ömürlük ortaqlığını davam etdirəcəyi də qeyd edilməlidir. Bilməyənlər üçün qeyd etmək lazımdır ki, Alibaba Tərəfdaşlığı, Alibaba Group şirkətlərinin və filiallarının rəhbər, rəhbər heyətindən seçilmiş və idarə heyətinin sıravi əksəriyyətindən namizəd irəli sürmək (və bəzi hallarda təyin etmək) hüququna malikdir.