CES 2020 sərgisi çərçivəsində Toyota gələcəyin şəhəri adlandırılan “Toxunma şəhər” layihəsini təqdim etdi. Yaponiyada qurulacaq prototip şəhərdə ilk növbədə 2000 nəfər əhali yaşayacağı bildirildi.
Fuji dağlarında 175 hektarlıq bir ərazidə qurulacaq olan şəhər, hidrogen yanacaq hüceyrələrindən enerji alacaq və avtomobillər, “ağıllı evlər”, süni intellekt və digər texnologiyalar üçün laboratoriya kimi fəaliyyət göstərəcək.
Qapalı sahədə həyata keçirləcək proyektə Woven City ( Toxunma şəhər) adı verildi. Bu adın seçilməsində əsas səbəb Toyotanın keçmişdə toxuma cihazları istehsal etməsiylə bağlıdır. Prototip layihə Toyota prezidenti Akio Toyoda tərəfindən təqdim edilib.
Woven citydə normal sakinlərlə yanaşı tədqiqatçılar da yaşayacaqlar. Tikintinin 2021-ci ildə başlaması planlaşdırılır.
Şəhərin dizaynı danimarkalı memar Bjarke Ingels‘ə həvalə edildi. Nyu Yorkdakı 2 Dünya Ticarət Mərkəzinin binasının və Google’un Silikon Vadisində və Londonda yerləşən ofislərinin dizaynı da Bjarke Ingels’ə məxsusdur. Layihənin dəyəri isə hələki açıqlanmadı.