Elon Muskın kosmik araşdırmalar şirkəti olan SpaceX, Starlink internet layihəsində daha bir mərhələni keçdi. Bu gün Starlink 2 adlı missiyaya başlayan şirkət 60 fərqli İnternet peykini orbitə uğurla yerləşdirdi. SpaceX-in kosmosdakı Starlink peykləri bununla da 120-yə yüksəldi.
Starlink 2 missiyası dünən Azərbaycan saatıyla 15.56’da başladı. Cape Canaveral Kosmik Bazasından başlayaraq Falcon 9 raketi Starlink peyklərini kosmosa uğurla buraxdı və dərhal mükəmməl eniş üçün Yerə qayıtdı. Aşağıdakı videodan uçuş və eniş görüntülərini sizlərə təqdim edirik.
Starlink 2 missiyası ilə SpaceX də təkrar istifadədə çox vacib bir nəticə əldə etdi. Starlink peyklərini kosmosa göndərən impuls raketi bu gün dördüncü missiyasındadır. Belə ki, eyni raket daha üç dəfə kosmosa çıxmış və geri gəlmişdi
Mövzu ilə bağlı danışan SpaceX Starlink mühəndisi Lauren Lyons,”Falcon bugün dördüncü dəfə uğurlu eniş gerçəkləşdirdi. Bu impuls roketlər ən az 10 dəfə istifadə edilə biləcək şəkildə hazırlanır. İndi isə artıq beşinci uçuşumuza çıxmaq zamanıdır.” dedi. SpaceX, Falcon 9 roketlərini bu günə qədər tam 45 dəfə yerə endirməyi bacarıb. Bunların ilki 22 dekabr 2015 tarixində gerçəkləşmişdi.
SpaceX prezidenti Gwynne Shotwell, keçən ay verdiyi müsahibəsində Starlink proyektinin 2020 ci ildən etibarən Amerika Birləşmiş Ştatlarında rəsmən xidmətə başlayacağını bildirmişdi. Mətbuat konfransında danışan Shotwell, Şimali Amerika’da xidmətə başlamaq üçün təqribən 400 ədəd peykə ehtiyac olduğunu bildirmişdi. Dünya üzrə xidmət göstərə bilmək üçünsə kosmosda 1500 ədəd peykdən ibarət bir proyektin hazırlanması gözlənilir.







