Azlogos
  • Kimlər var
  • Bizi tanı

Çip qıtlığı: Texnologiya əsrinin nefti BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi Orxan Ata: "Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir" Qacar irsi Berndə Varlıların kasıblara öyrətdikləri Seymur Baycan Tiflisdə - Üstadın doğum gününə
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Seçkisiz boykot?

Toğrul Maşallı Toğrul Maşallı
., Bazar
30 Oktyabr 2020

Əslində, bu il Azərbaycan tarixində parlament seçkiləri ilə yadda qalmalı idi. Hər dəfə seçki barədə söhbət düşəndə kimlərsə ölkədə keçirilən bütün seçkiləri boykot etməyə, kimlərsə aktiv iştiraka çağırır. Cəmiyyətdə hər iki fikrin rolu çox azdır. Əhali, demək olar ki, heç bir fikri eşitmir. O, seçkiləri avtomatik olaraq hələ 90-ci illərin əvvəlindən boykot edir. Bu il bəlkə hər şey fərqli ola, il parlament seçkiləri yadda qala bilərdi. Amma, təəssüf ki, əhalinin boykotu (bunu “seçicilərin tətili” də adlandıra bilərik) nəticəsində vəziyyət olduğu kimi qaldı.

Görünür, boykotsevərlər 2020-ci ili boykotun zirvəsinə çevirmək istəyirlər. Onsuz da bu il yadda qalacaq, qoy boykotlar da yadda qalsın. Şəxsən mən “boykot” çağırışlarını çox sevmirəm, o qədər də böyük təsiri olacağına inanmıram. Sadəcə bəzən kimsə nəyəsə çağırış edəndə, ən azı, bunun fəsadları barədə düşünməlidir.

Misal üçün, o gün kimsə Türkiyəyə dəstək olaraq insanları Fransa məhsullarını boykot etməyə səsləmişdi. Hələ müvafiq siyahı da paylaşmışdı. Məsələ odur ki, Fransa dedikdə nəyə görəsə ilk növbədə lüks məhsullar ağıla gəlir (siyahıda “Evian”dan başlamış “Hermes”ə, “Chanel”dən başlamış “Louis Vitton”a kimi, bir neçə markanın adı qeyd olunmuşdu).

Əslinə qalsa, Azərbaycan əhalisi onsuz da bu məhsullara boykot elan edib: ölkə üzrə orta aylıq əməkhaqqı 700 manat olduğu üçün 15 min manatlıq “Hermes” çantası almaq mümkün deyil. Əhalinin böyük hissəsi belə brendlərin mövcudluğu barədə yalnız Böyük Britaniyanın yaydığı, Beynəlxalq Bankın keçmiş rəhbəri C. Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın alış-veriş siyahısından öyrənə bilərdi.

Reallıqda Azərbaycan-Fransa ticarət münasibətləri təkcə lüks məhsullarla məhdudlaşmır. Ümumiyyətlə, lüks məhsulların ümumi dəyəri çox azdır. Məsələn, 2020-ci ildə ölkəyə gətirilən köpüklənən şərabların ümumi dəyəri 143 min, konyakın ümumi dəyəri 906 min dollardır. Təbii dəridən hazırlanan qadın çantaları isə ümumiyyətlə gətirilməyib. İdxal olunan çox bahalı xəz geyim əşyalarının hər birinin gömrük dəyəri 1694 dollar təşkil edib, amma ümumi sayı 23-dür. Onları boykot etmək üçün xalqa xüsusi çağırış gərək deyil. Sadəcə, yəqin ki, hamının yaxşı tanıdığı 23 nəfərə müraciət etmək lazımdır ki, o əşyaları almasınlar. Düzdür, bu, onları gətirən şirkət üçün problemə çevrilə bilər. Amma həmin şirkətin də o 23 nəfərin qohumlarına məxsus olması ehtimalı yüksəkdir. Nə isə, özləri bilərlər.

Dövlət Statistika komitəsinin bülleteninə müraciət etsək, görə bilərik ki, bütün lüks məhsulların dəyəri Fransa-Azərbaycan ticarət dövriyyəsinin heç 1%-ni də təşkil etmir. Yeri gəlmişkən, Azərbaycan Fransadan sentyabr ayı ərzində 218,5 milyon dollarlıq məhsul idxal edib. Müqayisə üçün, 2020-ci ilin ilk 8 ayı ərzində Fransadan idxal 113,9 milyon dollar təşkil etmişdi. 2019-cu ildə isə cəmi 250 milyon dollarlıq məhsul idxal etmişik. Yəni bizim iqtisadi münasibətlər (xüsusən idxal cəhətdən) artan trend üzrə gedir. Misal üçün, Azərbaycan sentyabrda Fransaya yalnız 22 min dollarlıq məhsul ixrac etməyə müvəffəq olub.

İdxalatın strukturuna baxanda görə bilərik ki, bu ilin 8 ayı ərzində ölkəyə gətirilmiş “pərakəndə satış üçün qablaşdırılmış halda tərkibində insulin olan dərman vasitələri”nin (Azərbaycanda kifayət qədər insulinə tələbatı olan şəxslər yaşayır) həcmi 33,72 ton təşkil edib. Onun 24,41 tonu Fransanın payına düşür. Sözügedən rəqəmdə Türkiyənin payı yalnız 0,12 tondur. Yəni əgər boykot elan edilirsə, bu, bütün məhsulları əhatə etməlidir. Boykot “bu mənim xoşuma gəlir, ona görə, aid etməyək” prinsipi ilə getmir, birbaşa bütün məhsullara aid edilir (əgər ölkə ilə ticarəti nəzərdə tuturuqsa). Başa düşürəm ki, bunu heç kim edən deyil. Amma əgər kimsə çağırış edirsə, fikrimcə, sona kimi etməlidir.

maxresdefault

Digər boykot “McDonald’s Azərbaycan” şirkəti ilə bağlıdır. Sadəcə şirkət barədə bəzi faktları qeyd edim. Şirkətin rəsmi hüquqi şəxsi “MCDONALDS AZƏRBAYCAN” QSC-dir, 1999-cu il martın 1-də qeydiyyatdan keçib. Nizamnamə kapitalı 2 845 min AZN təşkil edir. Şirkətin Azərbaycanda 17 restoranı var (daha birini də bu yaxınlarda Sumqayıtda açmaq niyyətindədir). Bu restoranlarda 1200 işçi çalışır (bir restorana ortalama 70 nəfər düşür). 2009-cu ildə verilmiş məlumata görə, yeni restoranın açılması 1,89 milyon dollar investisiya tələb edir. Şirkət 2007-ci ilə kimi zərər ilə çalışıb. Mənfəəti və gəliri barədə nəsə demək çətindir. Amma 2015-ci ildə dövlət büdcəsinə 5,9 milyon manat vergi ödəyib. “McDonald’s”ın spesifik tələblərinə görə, məhsulların böyük hissəsi idxal olunur. Amma saytında verilən məlumata görə, tərəvəzlər və süd məhsulları Azərbaycanda istehsal olunur.

Bundan başqa, “McDonalds” restoranlar şəbəkəsi karantin dövründə genişlənən yemək çatdırılma bazarında da vacib yer tutur, “Wolt” və digər şirkətlərin ən iri partnyorlarından biridir. Müvafiq olaraq, “Wolt”da olan kifayət qədər işçi məhz “McDonalds”ın hesabına qazanır. Eyni zamanda şirkət müxtəlif məhsulların ən iri istehlakçılarından biridir (Azərbaycanda restoran şəbəkəsi çox deyil).

Əlbəttə, solçu olduğum üçün transmilli şirkətin yerli filialını (hətta franşiza olsa belə) dəstəkləmək niyyətim yoxdur. Məsələ sadəcə indiki iqtisadi durumla bağlıdır. Əgər boykot reallaşarsa, bu, ən azı, 2 min işçinin işini itirməsi deməkdir. Onun yerinə “McƏhməd” gələ bilməyəcək, çünki şirkət bazardan çıxsa, bütün avadanlığı və texnologiyaları ilə çıxacaq. Onun əvəzində yeni nəyinsə yaradılması onlarla milyon dollar tələb edəcək (yeni avadanlıq, yeni münasibətlər və s.). Bunu da indiki zamanda edən olmayacaq. Əlbəttə ki, hansısa boykotun nəsə nəticəsi olacağına çox da inanmıram. Ancaq bu halda sadəcə bir sualım yaranır: siz hazırsız boykotu sona kimi etmək?

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Bildschirmfoto 2021-04-09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

09 Aprel 2021
67680
.

BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi

08 Aprel 2021
IMAGE 2021-04-08 06:45:13
.

Orxan Ata: “Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir”

08 Aprel 2021
13-min
.

Qacar irsi Berndə

07 Aprel 2021
2bcb3bca-cc0f-44d6-a9fc-70c81b3291a7-Mexico City -Unequal Scenes - Web 72dpi-88
.

Varlıların kasıblara öyrətdikləri

07 Aprel 2021
daeaf17b-8686-4aa6-be3f-ce73a5b60122
.

Seymur Baycan Tiflisdə – Üstadın doğum gününə

06 Aprel 2021

Redaktorun seçimi

Oğlanlarda orqazm: kişi seksuallığı barədə nələri bilmirik?

Elon Musk Starship prototip raketini təqdim etdi

Sabirin sabunları

Şəhərə toxunmaq

Lars von Trier: “Ateistəm. Yaxşı insan olmalıyam”

Faşizmin 14 əlaməti

Kərimlinin məkrli gülü

İki od arasında qalan “Neftçi”

Azərbaycanlılar Avropadan nə istəyir?

Landşaft memarlığında bitkilər

Rus imperiyası nədən bizi “tatar” adlandırıb?

Bərabərsizlik eyforiyası

Bernardin Evaristo. İnkluziv nəşrlərin əhəmiyyəti

Azərbaycan talışları

Quş bazarı

Haut Königsbourg qalası – Abbas Atilay təqdim edir

Murou sənət meşəsi

200 manatın problemi

Bütün ölkələrin seksual orgiyaları, birləşin!

Jirayr Liparityan: Biz niyə məğlub olduq?

Xankəndini ermənidən təmizləsəydik…

Transmilli Şirkətlər və Post-Demokratiya

Türkiyə-Rusiya münasibətlərində Azərbaycanın yeri və rolu

Ermənistan yaralarını necə sağalda bilər?

Seksizm harada başlayır, feminizm harada bitir

Millət və bəşəriyyət

Salman Qəmbərov Morgenland Festivalında

Azər Ağalarov: “Yan Qusla Nəsimi eyni ildə anadan olublar”

Sosial beyinə doğru

Ruslara atom bombasının sirrini verən qadın

Seçkisiz boykot?

Toğrul Maşallı Toğrul Maşallı
., Bazar
30 Oktyabr 2020

Əslində, bu il Azərbaycan tarixində parlament seçkiləri ilə yadda qalmalı idi. Hər dəfə seçki barədə söhbət düşəndə kimlərsə ölkədə keçirilən bütün seçkiləri boykot etməyə, kimlərsə aktiv iştiraka çağırır. Cəmiyyətdə hər iki fikrin rolu çox azdır. Əhali, demək olar ki, heç bir fikri eşitmir. O, seçkiləri avtomatik olaraq hələ 90-ci illərin əvvəlindən boykot edir. Bu il bəlkə hər şey fərqli ola, il parlament seçkiləri yadda qala bilərdi. Amma, təəssüf ki, əhalinin boykotu (bunu “seçicilərin tətili” də adlandıra bilərik) nəticəsində vəziyyət olduğu kimi qaldı.

Görünür, boykotsevərlər 2020-ci ili boykotun zirvəsinə çevirmək istəyirlər. Onsuz da bu il yadda qalacaq, qoy boykotlar da yadda qalsın. Şəxsən mən “boykot” çağırışlarını çox sevmirəm, o qədər də böyük təsiri olacağına inanmıram. Sadəcə bəzən kimsə nəyəsə çağırış edəndə, ən azı, bunun fəsadları barədə düşünməlidir.

Misal üçün, o gün kimsə Türkiyəyə dəstək olaraq insanları Fransa məhsullarını boykot etməyə səsləmişdi. Hələ müvafiq siyahı da paylaşmışdı. Məsələ odur ki, Fransa dedikdə nəyə görəsə ilk növbədə lüks məhsullar ağıla gəlir (siyahıda “Evian”dan başlamış “Hermes”ə, “Chanel”dən başlamış “Louis Vitton”a kimi, bir neçə markanın adı qeyd olunmuşdu).

Əslinə qalsa, Azərbaycan əhalisi onsuz da bu məhsullara boykot elan edib: ölkə üzrə orta aylıq əməkhaqqı 700 manat olduğu üçün 15 min manatlıq “Hermes” çantası almaq mümkün deyil. Əhalinin böyük hissəsi belə brendlərin mövcudluğu barədə yalnız Böyük Britaniyanın yaydığı, Beynəlxalq Bankın keçmiş rəhbəri C. Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın alış-veriş siyahısından öyrənə bilərdi.

Reallıqda Azərbaycan-Fransa ticarət münasibətləri təkcə lüks məhsullarla məhdudlaşmır. Ümumiyyətlə, lüks məhsulların ümumi dəyəri çox azdır. Məsələn, 2020-ci ildə ölkəyə gətirilən köpüklənən şərabların ümumi dəyəri 143 min, konyakın ümumi dəyəri 906 min dollardır. Təbii dəridən hazırlanan qadın çantaları isə ümumiyyətlə gətirilməyib. İdxal olunan çox bahalı xəz geyim əşyalarının hər birinin gömrük dəyəri 1694 dollar təşkil edib, amma ümumi sayı 23-dür. Onları boykot etmək üçün xalqa xüsusi çağırış gərək deyil. Sadəcə, yəqin ki, hamının yaxşı tanıdığı 23 nəfərə müraciət etmək lazımdır ki, o əşyaları almasınlar. Düzdür, bu, onları gətirən şirkət üçün problemə çevrilə bilər. Amma həmin şirkətin də o 23 nəfərin qohumlarına məxsus olması ehtimalı yüksəkdir. Nə isə, özləri bilərlər.

Dövlət Statistika komitəsinin bülleteninə müraciət etsək, görə bilərik ki, bütün lüks məhsulların dəyəri Fransa-Azərbaycan ticarət dövriyyəsinin heç 1%-ni də təşkil etmir. Yeri gəlmişkən, Azərbaycan Fransadan sentyabr ayı ərzində 218,5 milyon dollarlıq məhsul idxal edib. Müqayisə üçün, 2020-ci ilin ilk 8 ayı ərzində Fransadan idxal 113,9 milyon dollar təşkil etmişdi. 2019-cu ildə isə cəmi 250 milyon dollarlıq məhsul idxal etmişik. Yəni bizim iqtisadi münasibətlər (xüsusən idxal cəhətdən) artan trend üzrə gedir. Misal üçün, Azərbaycan sentyabrda Fransaya yalnız 22 min dollarlıq məhsul ixrac etməyə müvəffəq olub.

İdxalatın strukturuna baxanda görə bilərik ki, bu ilin 8 ayı ərzində ölkəyə gətirilmiş “pərakəndə satış üçün qablaşdırılmış halda tərkibində insulin olan dərman vasitələri”nin (Azərbaycanda kifayət qədər insulinə tələbatı olan şəxslər yaşayır) həcmi 33,72 ton təşkil edib. Onun 24,41 tonu Fransanın payına düşür. Sözügedən rəqəmdə Türkiyənin payı yalnız 0,12 tondur. Yəni əgər boykot elan edilirsə, bu, bütün məhsulları əhatə etməlidir. Boykot “bu mənim xoşuma gəlir, ona görə, aid etməyək” prinsipi ilə getmir, birbaşa bütün məhsullara aid edilir (əgər ölkə ilə ticarəti nəzərdə tuturuqsa). Başa düşürəm ki, bunu heç kim edən deyil. Amma əgər kimsə çağırış edirsə, fikrimcə, sona kimi etməlidir.

maxresdefault

Digər boykot “McDonald’s Azərbaycan” şirkəti ilə bağlıdır. Sadəcə şirkət barədə bəzi faktları qeyd edim. Şirkətin rəsmi hüquqi şəxsi “MCDONALDS AZƏRBAYCAN” QSC-dir, 1999-cu il martın 1-də qeydiyyatdan keçib. Nizamnamə kapitalı 2 845 min AZN təşkil edir. Şirkətin Azərbaycanda 17 restoranı var (daha birini də bu yaxınlarda Sumqayıtda açmaq niyyətindədir). Bu restoranlarda 1200 işçi çalışır (bir restorana ortalama 70 nəfər düşür). 2009-cu ildə verilmiş məlumata görə, yeni restoranın açılması 1,89 milyon dollar investisiya tələb edir. Şirkət 2007-ci ilə kimi zərər ilə çalışıb. Mənfəəti və gəliri barədə nəsə demək çətindir. Amma 2015-ci ildə dövlət büdcəsinə 5,9 milyon manat vergi ödəyib. “McDonald’s”ın spesifik tələblərinə görə, məhsulların böyük hissəsi idxal olunur. Amma saytında verilən məlumata görə, tərəvəzlər və süd məhsulları Azərbaycanda istehsal olunur.

Bundan başqa, “McDonalds” restoranlar şəbəkəsi karantin dövründə genişlənən yemək çatdırılma bazarında da vacib yer tutur, “Wolt” və digər şirkətlərin ən iri partnyorlarından biridir. Müvafiq olaraq, “Wolt”da olan kifayət qədər işçi məhz “McDonalds”ın hesabına qazanır. Eyni zamanda şirkət müxtəlif məhsulların ən iri istehlakçılarından biridir (Azərbaycanda restoran şəbəkəsi çox deyil).

Əlbəttə, solçu olduğum üçün transmilli şirkətin yerli filialını (hətta franşiza olsa belə) dəstəkləmək niyyətim yoxdur. Məsələ sadəcə indiki iqtisadi durumla bağlıdır. Əgər boykot reallaşarsa, bu, ən azı, 2 min işçinin işini itirməsi deməkdir. Onun yerinə “McƏhməd” gələ bilməyəcək, çünki şirkət bazardan çıxsa, bütün avadanlığı və texnologiyaları ilə çıxacaq. Onun əvəzində yeni nəyinsə yaradılması onlarla milyon dollar tələb edəcək (yeni avadanlıq, yeni münasibətlər və s.). Bunu da indiki zamanda edən olmayacaq. Əlbəttə ki, hansısa boykotun nəsə nəticəsi olacağına çox da inanmıram. Ancaq bu halda sadəcə bir sualım yaranır: siz hazırsız boykotu sona kimi etmək?

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Bildschirmfoto 2021-04-09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

09 Aprel 2021
67680
.

BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi

08 Aprel 2021
IMAGE 2021-04-08 06:45:13
.

Orxan Ata: “Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir”

08 Aprel 2021
13-min
.

Qacar irsi Berndə

07 Aprel 2021
2bcb3bca-cc0f-44d6-a9fc-70c81b3291a7-Mexico City -Unequal Scenes - Web 72dpi-88
.

Varlıların kasıblara öyrətdikləri

07 Aprel 2021
daeaf17b-8686-4aa6-be3f-ce73a5b60122
.

Seymur Baycan Tiflisdə – Üstadın doğum gününə

06 Aprel 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel