bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Oğru “demokratlar”

Orxan Adıgözəl Orxan Adıgözəl
., Mövqe
07 Sentyabr 2019
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
8755
Paylaş

2018-ci ilin qışında Berlində jurnalistikaya aid təlimdə iştirak etmişdim. İki həftə davam edən təlimlər olduqca səmərəli keçdi. Bir şey var idi ki, səhər erkəndən axşama qədər, hardasa 9 saat ərzində müxtəlif media mərkəzlərinə gedib-gəlir və bizim üçün ayrılmış ofisdə keçirilən təlimlərdən yararlanırdıq. Bütün bunlar maraqlı və faydalı olduğu qədər, adama təbii şəkildə yorğunluq da gətirirdi. Ona görə bəzən ofisdən ayrılıb, qaldığımız otelə dönəndə taksidən istifadə edirdik.

Növbəti dəfə otelə qayıtdığımız axşam taksidə eşitdiklərim məni dəhşətə gətirdi. Taksi sürücüsü bu dəfə də Almaniyada yaşayan türk idi. Ümumiyyətlə təqribi hesab ilə Berlində istifadə etdiyimiz 10 taksidən 9-nun sürücüsü türk olmuşdu.

Əlqərəz. Sürücü orta yaşlı sarışın kişi idi. Görünüşcə almanlardan elə də seçilmirdi. Onunla bir az Türkiyə, bir az da Almaniyadakı yaşayışdan danışdıq. Daha doğrusu o, danışdı, mən qulaq asdım. Həm onun danışdıqları, verdiyi məlumatlar mənim üçün daha maraqlı idi. Buna görə onu danışdırıb, ümumi vəziyyəti soruşmuşdum. Ağsaqqal hər iki ölkədəki (Türkiyə və Almaniya) vəziyyətdən şikayət elədi. Türkiyədəki iqtisadi durum, Almaniyada isə türk miqrantlara olan münasibətin pisləşməsindən ağız dolusu danışdı. Kiçik rəy verib dedim ki, bu hal Erdoğan hakimiyyətinin daxili və xarici siyasətinin təsirindən qaynaqlanır. Kişi dərhal etiraz elədi. Başladı Erdoğanı vəsf eləməyə: “Bəs, əvvəllər Türkiyə elə idi, o gələndən belə olub. Bu inkişafı görməmək olar?! Erdoğan dürüst, halal adamdır. Onun alternativi yoxdur…” 

Çaşıb-qaldım, sonra onun dedikləri məndə tanış assosiasiya yaratdı. Axı bu mənzərə heç də yad deyildi. Sürücünün verdiyi reaksiyaya əvvəl niyə belə sadəlöhvcəsinə çaşdığımı başa düşmədim. Yorğunluğun təsiri olmalı idi. Aşağı-yuxarı bütün avtoritar liderlərlə bağlı kölə təfəkkürlü şəxslər bu cür təriflər yağdırır, onları köhnə rejimlə müqayisə edir, özlərini buna inandırdıqları kimi, başqalarını da inandırmağa çalışırlar. İnsanın özünü aldatması, çirkin reallığı gözqamaşdırıcı illuziya kimi dərk etməsi faciəvi haldır.

Sürücü ağzı köpüklənə-köpüklənə aramsız danışaraq, elə həvəslə öz liderini müdafiəyə qalxmışdı ki, bir anlıq az qaldım onun dediklərinə mən də inanım. Adam sanki tribunada çıxış edirdi. Onun ehtiraslı çıxışı elə bil özünə də xoş gəlmişdi. Çünki dayanmaq bilmir, hey, danışırdı. Ürəyi dolu imiş. Hətta imkan vermədi ki, deyim ki, “yaxşı, Erdoğan Türkiyəni bu cür kosmik inkişafa çatdırıb, bəs, sən niyə Berlində taksi sürücülüyü edirsən?!” Sonra susmağa qərar verdim. Artıq səsi başıma düşməyə başlamışdı.

Bir az sonra mənim ona reaksiya vermədiyimi görüb susandan sonra da, ağlıma gələn sualı ona yönəltmədim. İçimi narahatlıq hissi bürümüşdü. Bəlkə də o sualı versəydim belə, onun üçün də özünəməxsus “arqument” irəli sürüb nəsə deyə bilərdi. Bir şey var ki, Erdoğana vurğun adamlar öz sevgilərində səmimidilər. Onlar bizdəki kimi qorxudan, ya da mənfəətpərəstlikdən yaltaqlıq etmirlər. Taksi sürücüsü də o qəbildən olanlardan idi.

Nə isə. Taksidən enəndə taksometrdə yazılan pulu ödədim və çek tələb etdim ki, bunu bizim təlimimizi koordinasiya edənlərə verəcəyəm ki, yol xərclərini qarşılasınlar. Erdoğanın vurğunu olan sürücü bic-bic üzümə baxdı və parıldayan gözlərlə qayıtdı ki:

“İstəyirsən çekdə pulu artıq yazım?!”  

Şişirdib eləmirəm. Ondan bu qədər müstəsna həyəsızlıq gözləmirdim. Bu bayaq halallıqdan, dürüstlükdən moizə açan adam idi? Bəli, o, məni öz misilsiz həyasızlığı və vicdansızlığı ilə dəhşətə gətirmişdi. Ona gözlərimi bərəltdim və “əlbəttə yox!” deməklə kifayətləndim. Bəlkə də həmin saat elə yorğun olmasaydım, onun təklifinin necə şəxsiyyətsiz və vicdansız olduğunu da bildirərdim. Yox, yalan olmasın, yorğunluq bəhanədir, sadəcə abırımı gözlədim. Sonra da bunu ona demədiyimə görə peşman oldum.

Çox təəssüf ki, “pulu artıq yazmaq” maxinasiyası Azərbaycanda norma kimi qəbul olunub. Bu ləyaqətsiz işi icra edənlər cəmiyyət arasında hörmətli şəxslər sayılırlar. Onlar toyda, yas məclislərində özəl şəxs kimi qarşılanır, qonaq gedəndə yuxarı başda otuzdurulur, xüsusi isti hörmətlə qarşılanırlar. Bu adamlar ölkənin üzərini cənginə almış qara buludların varlığının vasitəçiləridilər. Onlar korrupsiyanı inkişaf etdirdikcə, həmin buludların ölçüsü daha da böyüyür, bütün ölkəni qaranlığa qərq edir. Qara buludların tərkibindəki su damcıları və buz kristallarının artması ölkədəki maxinasiya və korrupsiyanın hesabına yaranır. 

Bunu edənlər əlbəttə əllərində inzibati resurslar olan şəxslərdir. Onlar tutduqları vəzifəni şəxsi yüksəliş və varlanmaları üçün vasitə kimi görürlər.

Bir də bu vəzifəli şəxsləri dayanmadan tənqid edən, onları haqlı olaraq oğurluqda, korrupsionerlikdə suçlayan kəslər var, hansı ki, bu adamlar özlərini demokrat hesab edir, guya ölkədə köklü və müsbət dəyişikliklər arzu edirlər. Bəs, əgər bu “demokratlar” da müxtəlif xarici təşkilatlar və səfirlikliklərdən aldıqları qrantlar vasitəsilə gördükləri işlərdə və layihələrdə “yeyinti”lərə yol verirlərsə, onların səmimiyyətinə necə inanmalı?! Qətiyyən ümumiləşdirmirəm, söhbət böyük çoxluqdan gedir.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin “dağıdıldığı” yaxın dönəmi yadınıza salın. Hökümətin incə toxunuşu bəs elədi ki, Vətəndaş Cəmiyyətində yer alan qurumlar, fiqurlar domino effekti ilə aşsınlar.

Bəs, bu çökmə niyə belə asan başa gəldi? Niyə özünü ölkənin haqq və ədalət savaşçısı sayan “demokratik” qurumların sütunları belə kövrək və həssas oldu ki, onlar belə yüngül tərpənişlə aşa bildilər?

Avropa Şurasının Gürcüstan, Ermənistan və Azərbaycanda “demokratiyanın inkişafına yatırılan maddi resurslar”la bağlı 10 illik hesabatına rast gəlmişdim. Orda təəssüflə qeyd olunurdu ki, bu sahədə Qafqazdakı üç ölkədən ən çox “yeyinti” halları Azərbaycan QHT-ləri arasında rast gəlinib.

Bilmirəm siz yuxarıdakı faktla bağlı hansı hissləri keçirirsiniz, ancaq mən çox pis utanıram. Hər şey gün kimi aydındır. Gürcüstan və Ermənistandan demokratik indeks dərəcəsinə görə geri qalmağımızın səbəbini daha başqa yerdə axtarmağa lüzum yoxdur.

Bəzən biz gözümüzün qabağında olan şeyləri görməzdən gəlir, bəlalarımızın səbəbini, qaynağını uzaqlarda axtarırıq. İndiki vəziyyətimiz başqalarını pinti, eybəcər hesab edən, lakin güzgüdə özünə baxmayan nimdaş adamın vəziyyətinə bənzəyir.

Başqalarını qınamaq, günahları onun-bunun üstünə yıxmaq o qədər asandır ki… Bu təkcə reallıq hissindən uzaq olmaq yox, həm də eyni zamanda özünü öz yalanlarına inandırmaq kimi mərəzlərdəndir.

Höküməti korrupsionerlikdə qınayıb, ardınca da xarici təşkilatlardan aldığın qrantlar vasitəsi ilə qeyri-şəffaflığa, maxinasiyaya, “yeyinti”yə yol verirsənsə, demək ki, qınadığın, ittiham etdiyin şəxslərdən sənin elə də bir fərqin yoxdur.   

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör