Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Koronavirusun yaşatdığı antropoloji şok

Bilal Əşrəfov Bilal Əşrəfov
., Covid-19
09 May 2020
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
Coronavirus loneliness
Paylaş

Dünyanın axışı bir anda dayandı — az qala istisnasız olaraq dünyanın hər yerində. Gündəlik iş rutini ya tamamilə ya da müəyyən qədər dəyişdi, həftənin müəyyən günləri izlənilən idman fəaliyyətləri yoxdur, dostlarla çöldə görüşüb yeyib-içmək mümkün deyil. Bu, fərdin sadəcə öz dünyasında təcəssüm etdirdiyi ekzistential bir krizis deyil, dünya əhalisinin hamılıqla təcrübə etdiyi antropoloji bir şokdur. Pandemiya dövrü ərzində az və ya çox təcrübə olunanların inandırıcılığındakı qəlizliyi müəllif belə açıqlayır:

“Yenə də bir hissəm bütün bu müsibətin həqiqətən baş verdiyini qəbul etmək istəmir. Bunun həqiqi olmadığını demək nə mənaya gəlir? Bu hiss, pandemiyadan öncəki ‘normal’ həyatın gerçək olduğu düşüncəsindən, daha doğrusu normal həyatdan qəribə bir yerə gətirilmişik hissindən irəli gəlir.”

Bu hal əslində yetəri qədər anlaşılandır. Bəşəriyyət haradasa 1 əsrdir (İspan Qripi) bu miqyasda bir infeksion təhlükə ilə üzləşmir. Hazırda üzləşdiyi təhlükə isə insanın vaxtilə təcrübə etdiyi əksər fəaliyyətlərin müəyyən mənada imtiyaz olduğunu hiss etdirir. İspan qripindən bəri dünya əhalisi təxmini olaraq 3 qat artıb, bundan əlavə 80-ci illərdən etibarən qloballaşma dünyanı (qlobalizm tərəfdarı olduğum üçün bunu yaxşı mənada deyirəm) cənginə alıb — başqa sözlə, ümumi ictimai məkanda daha çox insan daha intensiv şəkildə “iç-içə keçir”. Bu proses öz növbəsində peyvəndlər başda olmaqla tibbin inkişafı səbəbilə mümkün olmuşdu. İndi isə yeni sağlamlıq təhlükəsi qarşısında vəziyyət az qala altüst olur.

IEA
Beynəlxalq Enerji Agentliyi (IEA) tərəfindən hazırlanan “Global Energy Review 2020: The impacts of the Covid-19 crisis on global energy demand and CO2 emissions” hesabatından.

İctimai nəqliyyat, restoranlar, kafelər, barlar, gecə klubları, idman zalları, otellər, teatrlar, kinoteatrlar, sənət qalereyaları, ticarət mərkəzləri, yarmarkalar, muzeylər, konsertlər, stadyonlar, konfrans məkanları, havalimanları, məktəblər və universitetlər  —  pandemiya ilə birlikdə hamısının təhlükəli hal alması indiyə qədər içində yaşadığımız “steril cəmiyyət”in yeni təhlükələrə qarşı necə də kövrək olduğunu anlamağımıza kömək edir.

Bu səbəblə, koronavirus pandemiyasını anlamaqdan ötrü vəziyyətə keçmişdə yaşamış və indi yaşayan insanların, cəmiyyətlərin davranışlarını araşdıran elm sahəsi – antropologiya işığında baxmaq faydalı olar. Sözgedən şokun yüksək səviyyədə qloballaşmış (hansı ki, Nicholas Taleb bunu, potensial böyük təhlükələr üçün katalizator rolunu oynayan bir hal kimi dəyərləndirir) dünya miqyaslı olduğunnu fərqinə varanda vəziyyət daha da qəlizləşir. Fransa prezidenti Emmanuel Macron, Financial Times üçün verdiyi müsahibədə bunu açıq dillə qeyd edirdi:

“Mənə elə gəlir ki, bu, dərin antropoloji şokdur. Can qurtarmaq üçün planetin yarısını dayandırmışıq, tariximizdə buna oxşar nümunə olmayıb.”

Emmanuel Macron FT
© Magali Delporte | FT

Digər yandan, həm qeyd olunan bəzi sosial fəaliyyətlərin (konsert, stadion və s.) fərqli ölkələrdən bir çox insanı daimi mobilizasiyaya təşviq etməsi, həm də bu cür krizis hallarında sərhədlərin bağlanması ilə xaricdən idxal edilən məhsulların təmin edilməməsi kimi faktorlar qlobalizasiyanı yenidən diqqət mərkəzinə gətirir. Koronavirusun səbəb olduğu dəyişikliklərin lokal miqyaslı qalmayacağı, ümumən qlobalizasiyanın tranformasiyasına da səbəb olacağı artıq mübahisələndirilmir.

Peyvənd üçün hələ gözləməliyik, lakin karantin və digər profilaktik tədbirlərlə vəziyyət nəzarət altında saxlanıla bildiyi üçün müəyyən qədər uğur qazanmış hesab olunuruq (baxmayaraq ki, mütəxəssislər 2-ci dalğa üçün az da olsa ehtimalı payı qoyur). Bununla belə, sosial aspektli bəzi davranışların dəyişəcəyi dəqiqdir, çünki Anthony Giddensin tərifi ilə “risk anlayışı ilə qoşa addımlayan gələcək (və həmçinin təhlükəsizlik) cəmiyyəti getdikcə daha çox məşğul edəcək”. Biz, indi bu modelin yeni bir mərhələsinə qədəm qoymuş ola bilərik.

Anthony Giddens
Alman sosioloq Anthony Giddens, Modern Law Review jurnalında dərc olunan Risk and Responsibility adlı məqaləsində “risk cəmiyyəti” terminindən bəhs edir.

Pandemiyanın yaratdığı “reallığın” qəbul edilməsində yaşanan çətinliklər, pandemiya sonrası dəyişikliklərin necə qəbul ediləcəyi barədə suallar yaradır. Dəyişikliyə məruz qalacaq (və mənə görə dəyişməli olan) sosial normaların başında fiziki görüşlə bağlı etiket qaydaları gəlir. Minimalist estetika maraqlı bir dəyişiklik ehtimalı olaraq qarşımıza çıxır. Həmçinin, ofislərdə müəyyən dəyişikliklər gözləniləndir və evdən işləmə prosesində sağlam iş-istirahət balansı qurulacağı təqdirdə asanlaşdırmalar arta bilər. Hava səyahətlərinin müəyyən qədər çətinləşməsi, sərhədlər bağlanandan bəri səyahət arzusunda olanları narahat edən məsələdir. Qidalanma üslubumuzda da kiçik dəyişikliklər ola bilər. Son olaraq pandemiya öncəsi dövrün “normallığına” tam qayıtmama ehtimalı isə hələ də qalır. Hətta Harari ölümə baxışımızın belə dəyişəcəyini yazır.

“Risk Cəmiyyəti” sahəsində işləri ilə tanınan Ulrick Beck, Çernobıl hadisəsindən sonra yaşanan sosial dəyişiklikləri tədqiq elədiyi əsərində vəziyyəti belə şərh edir:

“Bütün bunlar müəmmalı şəkildə birbaşa meydana gəlir. […] Bu, təkcə – və bəlkə də ən vacib olan şeyə – sağlamlığa təsirinə görə yaranmış qorxu deyil, həm də Çernobıldan bəri insanları narahat edən və hələ də səngiməyən dərin qeyri-müəyyənliyi doğuran kultural korluq təcrübəsidir. […] Hər şeyin eyni qalmış kimi görünməsinə baxmayaraq, həyatın təməlləri dəyişdi.”

ulrich-beck
2015-ci ildə vəfat edən alman sosioloq Ulrich Berk, müəllifi olduğu Risk Society: Towards a New Modernity əsəri ilə “risk cəmiyyəti” termininin başlıca müəlliflərindən biri kimi çıxış edir.

Hər iki sosioloqun öz işlərində müasir cəmiyyətlərin üzləşdiyi risklər siyahısına yeni xəstəlikləri də əlavə etməsi cəmiyyətin ‘steril’ və ‘risk’ vəziyyətləri arasında hansısa əlaqənin olduğunu sezdirir. Bəs, cəmiyyətin bu hallardan çıxara biləcəyi müsbət nəticələr varmı? Bu barədə müxtəlif fikirlər səslənir.

Krizisin başlanğıcından etibarən tövsiyə və təşviq edilən nəğdsiz ödəniş üsulu post-koronavirus dövründə də səngiməyəcək. Enerji sektorunda müsbət mənada müəyyən dəyişikliklərə təkan veriləcəyi proqnozlaşdırılır. Pandemiya sonrası dövr üçün cəmiyyət baxımından ən ümidləndirici gələcək təsvirini isə Frank Snowden irəli sürür.

Frank Snowden
Epidemics and Society: From the Black Death to the Present kitabının müəllifi olan Frank Snowden, epidemiyaların cəmiyyətə təsirlərinin araşdırılması üzrə ixtisaslaşmış akademiklərdən sayılır.

Yale Universitetində professor olan Frank Snowden, epidemiyalardan sonrakı dövrdə cəmiyyətlərin krizis sayəsində daha aşkar hala gələn problemlərin həlli üçün sosial hərəkətlənmə yaratması və son mərhələdə həmin problemlərin aradan qaldırılmasına nail olması haqda danışır və krizisdən sonra sosial inkişafın daha yaxşı cəmiyyət “əmələ gətirməsi” ehtimalının koronavirus pandemiyasına da aid ola biləcəyini qeyd edir. Krizisin cəmiyyətin müəyyən məsələlərdə inkişafına təkan verə biləcəyini qeyd edənlər arasında iqtisadiyyat üzrə Nobel laureatı olan Amartyha Sen də var. Görkəmli iqtisadçı Financial Times üçün yazdığı məqaləsində, İkinci Dünya müharibəsinin beynəlxalq əməkdaşlığın əhəmiyyətini xalqların daha yaxşı mənimsəməsinə vəsilə olduğunu xatırladaraq, koronavirus sonrası dövr üçün ümidləri artırır.

Son mərhələdə post-koronavirus dövrü barədə olan bütün bu müzakirələrdə hansı təxminlərin düz çıxacağını isə yaşayaraq görəcəyik və ya yaşayış tərzimizi müəyyən dəyişikliklər edərək özümüz müəyyənləşdirəcəyik. Lakin bütün bunlarla birlikdə, karantini faktiki olaraq tətbiq etməyən İsveç ilə açıq şəkildə zidd kultural kodlara və karantini lazımi qaydada tətbiq edən inkişaf etmiş ölkələrdən fərqli idarəetmə strukturuna malik cəmiyyətimizin koronavirus sonrası dövrün nəticələrindən nəsibini tam olaraq necə alacağı sual altında qalmaqda davam edir.

İSTİFADƏ OLUNAN MƏNBƏLƏR (İRƏLİ OXUMA):

Giddens, A. (1999). Risk and Responsibility. The Modern Law Review, 62(1), 1–10.

Beck, U. (1987). The Anthropological Shock: Chernobyl And The Contours Of The Risk Society. Berkeley Journal of Sociology, 32, 153–165.

Beck, U., Lash, S., & Wynne, B. (1992). Risk Society: Towards a New Modernity (Vol. 17). SAGE.

IEA (2020), Global Energy Review 2020, IEA, Paris https://www.iea.org/reports/global-energy-review-2020

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör