Azlogos
  • Kimlər var
  • Bizi tanı

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili Ara Papyan: "Azərbaycan xərcləri bizə yükləyəcək" Hökumətin trolları və primitiv media siyasətinə dair Qumarbaz yanılqısı Müasir incəsənət niyə belə anlaşılmazdır?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

1875-ci ilin yayı

Toğrul Maşallı Toğrul Maşallı
., Sərbəst
23 İyul 2020

1875-ci ilin aprelində Həsən bəy Məlikov (Zərdabi) bütün mövcud olan qəzetlərə iyulun 22-də ilk nömrəsi çıxacaq “Əkinçi” qəzeti barədə elan və proqram göndərdi. O zaman bütöv Rusiya imperiyasında müsəlman qəzeti yox idi. Əlbəttə ki, bu xəbər cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. “Qafqaz” qəzeti yazırdı ki, tərəqqipərvər insanlar arasında bu xəbər müsbət qarşılanıb və mümkün olan dəstək həyata keçirilir. Amma cəmiyyət tərəfindən yanaşma birmənalı deyildi. Qəzetin dediyinə görə əhalinin böyük hissəsi heç bu hadisəyə yanaşma tərzini də müəyyən edə bilmirdi. 3 ay ərzində qəzetin müəyyən qədər reklamı getdi. Amma buna baxmayaq, qəzetə ilkin dövrdə yalnız 200 nəfər abunə oldu.

İyulun 22-si Bakıda istilik 22℃ idi. Şəhərdə 3 ballı şimal küləyi əsirdi. Atmosfer təzyiqi isə civə sütunu üzrə 760 mm təşkil edirdi. Belə sərin gündə “Əkinçi” qəzetinin paylanması başladı. İlk 200 abunəçi təkcə Bakıda yox, Qafqazın müxtəlif bölgələrində yaşayırdılar. İndiki dövrdə bunu başa düşmək çətindir, amma Tiflisə ilk nömrə yalnız avqustun 5-i (yəni 13 gün sonra) çatdı. Böyük məsafələrə baxmayaraq (10 ildən sonra artıq Bakıdan Tiflisə qəzet çatdırmaq üçün heç 1 gün lazım olmayacaq), Zərdabi çatdırılma xərclərini öz üzərinə götürmüşdü.

Beləliklə, ilk Azərbaycan dilində qəzet dərc olundu (əvvəllər olanlar əsasən rəsmi xronika xarakteri daşıyırdı) və yayılmağa başladı. Adətən bu cümlə ilə bütöv təsvir bitir. Tarix tədqiqatçıları qəzetin nəşr olunduğu dövrü təsvir etməyə çalışmırlar. Hamı qeyd edir ki, Zərdabi çətin dövrdə naşir olmağa qərar verdi və əgər Bakı qubernatoru Staroselskinin dəstəyi olmasaydı, o ümumiyyətlə nəşrə başlaya bilməyəcəkdi (yeri gəlmişkən, ideyaya görə iki qəzet dərc olunmalı idi: biri Azərbaycan, biri rus dilində. Rus dilində qəzet 1876-ci ilin yanvarın 1-dən dərc olunmağa başladı. Amma “Əkinçi”-dən fərqli olaraq onun tarixi daha uzun idi). Amma çətin dövr nədən ibarət idi? Bunu başa düşmək üçün həm “Əkinçi” qəzetinin ilk nömrələrinə, həm də Tiflisdə rus dilində dərc olunan “Qafqaz” qəzetinin nömrələrinə baxmaq lazımdır.

Misal üçün, “Əkinçi”-nin ilk nömrəsində neftin qiyməti qeyd olunur. 2020-ci ildəki kimi, 1875-ci ildə də neftin qiyməti hamını maraqlandırdı. Qəzet xəbər verir ki, “Badkübədə neftin xalvarı, yəni iyirmi pudu 1 manat 50 qəpikdən tutmuş 2 manat 50 qəpik, neft cövhərinin pudu boçkasız 65 qəpik, boçka ilə 1 manat”. Göründüyü kimi Bakıda neftin bir pudu 7,5 qəpikdən 12,5 qəpiyə kimi qiymətləndirilir. Bu o dövr üçün çox aşağı qiymət idi. Bakıda neft istehsalçıları faktiki olaraq heç nə qazanmırdılar. Bir çox kiçik istehsalçılar ümumiyyətlə hasilatı ya dayandırdılar, ya da torpaqlarını satdılar. Yəni Bakı, tarixində ilk dəfə neft böhranı ilə üzləşmişdi. Bu böhranın səbəbləri isə neft sənayesinin yaranması ilə bağlıdır.

KMO_104638_00003_1_t218_215440

1872-ci ildə qəbul olunmuş qanuna görə artıq neft torpaqları satıla bilərdi. Elə o ilin dekabrında açıq hərraclar elan olunmuşdu. Nəticədə 1873-cü ildən bəri neft sənayesində artım başladı. Əgər 1872-ci ildə 1,5 milyon pud neft çıxarılmışdısa, 1873-cü ildə artıq bu göstərici 3,9 milyon təşkil etdi, 1874-cü ildə 4,8 milyon oldu. Bunu nəzərə alaraq yerli neft sənayesinin avadanlığa tələbatı artdı, və artıq 1875-ci ildən başlayaraq Bakıda mexaniki zavodlar açılmağa başladı. Başqa sözlə 1873-1874-cü illərdə ciddi inkişaf müşahidə olunurdu. Amma Bakının neft sənayesi bir problemlə üzləşdi. 1873-cü ildən başlayaraq dünya iqtisadiyyatında böhran müşahidə olunurdu. Sonralar bu böhranı “Uzun depressiya” adlandıracaqlar. Böhran ABŞ və Avropadan başladı və 1874-cü ildə Rusiyaya çatdı. Əgər 1874-cü ildə Rusiyada hələ vəziyyət yarı-sabit idisə, 1875-ci ildə vəziyyət daha da kəskinləşdi. Amma neft istehsalçıları buna baxmayaraq hasilatı artırırdılar və 1875-ci ilin naviqasiyasını gözləyirdilər. Nəticədə Rusiya bazarlarına 1,5 milyon pud neft birdən daxil oldu.

Bizim neftimiz ilə bərabər Rusiya bazarında həmçinin ABŞ nefti də satılırdı. Buna görə də qiymətlər kəskin düşməyə başladı. İlin əvvəlində Rusiyada 3-4 rubla satılan nöyütün qiyməti 2 dəfə düşdü. Bununla bərabər nefti satmağa imkan da tapılmırdı. Bu, Bakı iqtisadiyyatı üçün daha da ciddi problemlər yaratdı. Nəticədə həm hasilat, həm çatdırılma azalmağa başladı.

Bakıda paralel olaraq şirkətlər bir-birindən tam gizli əməliyyatlar həyata keçirirdilər. İndiki dövrdən fərqli olaraq, o dövrdə şirkətlər aylıq hasil olan və satılan neft barədə məlumat verirdilər. Amma “Qafqaz” qəzetinin müşahidələrinə görə şirkətlər bu məlumatları gizlətməyə başladılar. Bunun üçün müxtəlif işlənilməyən yataqlara daha çox işçi cəlb edirdilər. Bəzən yanğınlar da baş verirdi. Suraxanıda yerləşən kerosin zavodu yanğın nəticəsində 2 ay işsiz dayandı, və bir çox şirkətlər neftdən kerosin istehsalı imkanından mərhum qaldılar. Hətta skandal nəticəsində, öz məlumatlarını gizlədən şirkətlər ictimaiyyətə məlumatları təqdim etməyə məcbur oldular. Yeri gəlmişkən, buna baxmayaraq, bəzi şirkətlər əksinə satış coğrafiyasını genişləndirirdilər. Qəzetlər xəbər verirlər ki, artıq Vilno (indiki Vilnüs) şəhərində Bakı neftinin satışı başlandı.

Qiymətin ciddi olaraq aşağı düşməsini görən neft istehsalçıları (“Əkinçi”-nin ilk nömrəsindən heç 3 həftə keçmədi, Bakıda bir pudun qiyməti 4-8 qəpiyə düşdü) hökumətə neftə olan aksizin ləğvi ilə bağlı müraciət etdilər. Onları da Bakı qubernatoru Staroselski dəstəklədi (bu məsələyə görə iki Tiflis qəzeti az qala bir-birinə müharibə elan etmişdilər. “Tiflis listok”-u neft istehsalçılarını dəstəkləyirdi, “Qafqaz” isə aksizin ləğv edilməməsini). Nəticədə, ilin sonuna aksiz ləğv olundu, dövlət büdcəsinin gəlirləri də hardasa 30-50 min rubldan məhrum oldu. Staroselski aksizin ləğvini dəstəkləsə də yerli büdcənin doldurulmasında problemlər ilə üzləşirdi. Belə ki, il ərzində yerli yığımların ümumi həcmi 883 834,81 rubl olmalı idi. Amma onun 201 483,28 rublu büdcəyə ödənilmədi.

Amma yayın ən vacib xəbəri, “Əkinçi” qəzetinin çıxmasından bir həftə əvvəl elan edilmişdi. Peterburq qəzeti olan “Сын Отечества” xəbər verirdi ki, şayiələrə görə gələn həftə Tiflisdən Bakıya dəmir yolunun tikintisi müzakirə olunacaq. Bir həftə sonra yayılan məlumata görə hətta dəmir yolunun tikintisi ilə məşğul olacaq şirkətin adı da bəlli oldu. Rəsmi xəbərlərin olmamasına baxmayaraq, artıq bütün qəzetlər Qafqazın iqtisadiyyatında inqilabi dəyişikliklərdən danışırdılar. Müəlliflərin sözlərinə görə, bundan sonra artıq odun və ya kömürə ehtiyac qalmayacaq, çünki Bakıdan gətirilən neft daha ucuz və daha effektiv olacaq. Yeri gəlmişkən, Bakıda artıq payız-qış aylarında neftin satılmamasına görə onu istilik sistemində tətbiq etməyə başladılar. Müsbət təcrübədən Qafqazın digər bölgələri də istifadə etməyə çalışırdılar.

Çox keçmədi və “Əkinçi” qəzetinin Tiflisə gəldiyi avqustun 5-i hökumət rəsmi olaraq Tiflis-Bakı yolunun tikintisi barədə elan etdi. Bu məqsədlər üçün 22,2 milyon rubl (indiki pul ilə 288 milyon manat) ayrılmışdı. Artıq bütün Qafqaz yolun tikilməsinə sevinirdi. Misal üçün, Göyçay sakini yazırdı ki, dəmir yolunun tikintisindən sonra bölgə inkişaf edən şəhərə çevriləcək, yoxsa indiki halda bölgə isti və qızmar yaydan başqa heç nə ilə seçilmir. Bunu nəzərə alaraq Bakıda hətta iki şəkər zavodunun tikintisi planlaşdırılmaya başladı.

Cəmiyyəti maraqlandıran daha bir məsələ təhsil idi. Lənkəran qəzasından yazırdılar ki, 2 ilə yerli məktəbdə şagirdlərin sayı 4 dəfə artıb (25-dən 100-ə kimi), amma buna baxmayaraq bölgədə yeni məktəbin təsisi planlaşdırılmır. Bunun vacibliyi ilə bağlı bir neçə məqalə dərc olunmuşdu. Ticarətçilər isə Bakıda və Lənkəranda dəniz ticarəti məktəbinin açılışını təklif edirdilər. Eyni zamanda Qafqazda dərc olunan erməni qəzetlərindən biri xəbər edir ki, 1875-ci ilin yayında Bakıda 562 erməni yaşayır (289 kişi və 273 qadın). Bakıda yerləşən dörd məktəbdə (A. Kalantaryanın özəl erməni məktəbi, erməni kilsə məktəbi, real məktəb və qızlar üçün Müqəddəs Nina məktəbi) 252 erməni şagirdi var (212 oğlan və 40 qız). Başqa sözlə yaşayan ermənilərin 50%-i oxuyur.

Təhsil məsələsini həmçinin “Əkinçi” qəzeti ilə də bağlayırdılar. “Qafqaz” qəzeti artıq avqustun sonunda xəbər verirdi ki, abunəçilərin sayı 200-dən 530-a kimi artıb (ilin sonuna kimi abunəçilərin sayı 600-a çataçaqdı). Bu da əhalinin yeni əkinçilik təcrübələrinə marağının artmasının göstəricisidir. Cavanşir qəzasında (indiki Tərtər) yaşayan Pirumov “Qafqaz” qəzetinə yazdığı məktubda xəbər verir ki, qəzada artıq ilk 2 abunəçi var. O inanır ki, bu abunəçilər hesabına bölgədə əkinçilik sahəsində nəhayət dəyişikliklər baş verəcək və yerli əhali ulu babalardan qalan üsulları dəyişib müasir dünyada tətbiq olunan üsullara keçəcəklər.

Sərin yay Xəzər dənizinə də təsir etdi. Adətən yay üçün səviyyəsi 0,3 metr düşən Xəzər dənizi, bu dəfə 0,8 metr qalxıb. Neft sənayesi isə yeni dövran qarşısında idi. Nobel qardaşlarından biri artıq böhran nəticəsində müflis olmuş şirkətlərin aktivlərinin alınması ilə məşğuldur və 1875-ci ilin payızında öz işinə başlayacaq.

1875-ci ilin yayı Azərbaycan üçün hər bir mənada yeni epoxa açdı.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021
_rotator
.

Hökumətin trolları və primitiv media siyasətinə dair

17 Yanvar 2021
5a689ef82269a21ae871e3c8
.

Qumarbaz yanılqısı

17 Yanvar 2021
Visitors-at-MoMA-New-York
.

Müasir incəsənət niyə belə anlaşılmazdır?

16 Yanvar 2021
photo_442090
.

Xankəndini ermənidən təmizləsəydik…

16 Yanvar 2021

Redaktorun seçimi

Avropada qadına şiddət varmı? Norveç təcrübəsi.

Erməniləri Azərbaycana buraxmaq

Şimal qütbünün kəşfi

Seçkidən başqa hər şey

MOSSAD – uğurlu və uğursuz əməliyyatlar

Mədəni partlayış qaçılmazdır. London.

Əkrəm Əylislinin son çırpınışları

Bernardin Evaristo. İnkluziv nəşrlərin əhəmiyyəti

H. Z. Tağıyevin əlli illik məişəti və cəmaətə xidməti

30 ilin əfsanələşmiş şayiələri

Gürcüstan etirazları

Gülüstan və Türkmənçay müqavilələrinin müsbət tərəfləri

Nifrətsiz feminist

Proyeksiya (sonu)

Müasir dövrün Aqorası – alış-veriş mərkəzləri

Ha-ha-ha virusu

“Albaniya” naminə Xalq – AzLogos-a qarşı

Naftalin qoxulu ritorika

Son 100 ildə təkamül etmiş 9 it cinsi

Genlərlə ötürülən 5 xüsusiyyət

Həddən çox penis

Prof. Məsud Aşinanın müraciəti

Seksual intellektiniz varmı?

Emosiyasız kölələr

Bio-kütlənin acığına – yola davam

Elon Musk Starship prototip raketini təqdim etdi

Üç narrativ arasında dolaşmış dünya: Böyük Qərbin yeni dini – infantil sosializm

“Netflix”iniz var?

Michael Reinhard Heß: “Elm adamı öz işi ilә cәmiyyәtә fayda vermәlidir”

Nadinc uşaq, yoxsa DDHS?

1875-ci ilin yayı

Toğrul Maşallı Toğrul Maşallı
., Sərbəst
23 İyul 2020

1875-ci ilin aprelində Həsən bəy Məlikov (Zərdabi) bütün mövcud olan qəzetlərə iyulun 22-də ilk nömrəsi çıxacaq “Əkinçi” qəzeti barədə elan və proqram göndərdi. O zaman bütöv Rusiya imperiyasında müsəlman qəzeti yox idi. Əlbəttə ki, bu xəbər cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. “Qafqaz” qəzeti yazırdı ki, tərəqqipərvər insanlar arasında bu xəbər müsbət qarşılanıb və mümkün olan dəstək həyata keçirilir. Amma cəmiyyət tərəfindən yanaşma birmənalı deyildi. Qəzetin dediyinə görə əhalinin böyük hissəsi heç bu hadisəyə yanaşma tərzini də müəyyən edə bilmirdi. 3 ay ərzində qəzetin müəyyən qədər reklamı getdi. Amma buna baxmayaq, qəzetə ilkin dövrdə yalnız 200 nəfər abunə oldu.

İyulun 22-si Bakıda istilik 22℃ idi. Şəhərdə 3 ballı şimal küləyi əsirdi. Atmosfer təzyiqi isə civə sütunu üzrə 760 mm təşkil edirdi. Belə sərin gündə “Əkinçi” qəzetinin paylanması başladı. İlk 200 abunəçi təkcə Bakıda yox, Qafqazın müxtəlif bölgələrində yaşayırdılar. İndiki dövrdə bunu başa düşmək çətindir, amma Tiflisə ilk nömrə yalnız avqustun 5-i (yəni 13 gün sonra) çatdı. Böyük məsafələrə baxmayaraq (10 ildən sonra artıq Bakıdan Tiflisə qəzet çatdırmaq üçün heç 1 gün lazım olmayacaq), Zərdabi çatdırılma xərclərini öz üzərinə götürmüşdü.

Beləliklə, ilk Azərbaycan dilində qəzet dərc olundu (əvvəllər olanlar əsasən rəsmi xronika xarakteri daşıyırdı) və yayılmağa başladı. Adətən bu cümlə ilə bütöv təsvir bitir. Tarix tədqiqatçıları qəzetin nəşr olunduğu dövrü təsvir etməyə çalışmırlar. Hamı qeyd edir ki, Zərdabi çətin dövrdə naşir olmağa qərar verdi və əgər Bakı qubernatoru Staroselskinin dəstəyi olmasaydı, o ümumiyyətlə nəşrə başlaya bilməyəcəkdi (yeri gəlmişkən, ideyaya görə iki qəzet dərc olunmalı idi: biri Azərbaycan, biri rus dilində. Rus dilində qəzet 1876-ci ilin yanvarın 1-dən dərc olunmağa başladı. Amma “Əkinçi”-dən fərqli olaraq onun tarixi daha uzun idi). Amma çətin dövr nədən ibarət idi? Bunu başa düşmək üçün həm “Əkinçi” qəzetinin ilk nömrələrinə, həm də Tiflisdə rus dilində dərc olunan “Qafqaz” qəzetinin nömrələrinə baxmaq lazımdır.

Misal üçün, “Əkinçi”-nin ilk nömrəsində neftin qiyməti qeyd olunur. 2020-ci ildəki kimi, 1875-ci ildə də neftin qiyməti hamını maraqlandırdı. Qəzet xəbər verir ki, “Badkübədə neftin xalvarı, yəni iyirmi pudu 1 manat 50 qəpikdən tutmuş 2 manat 50 qəpik, neft cövhərinin pudu boçkasız 65 qəpik, boçka ilə 1 manat”. Göründüyü kimi Bakıda neftin bir pudu 7,5 qəpikdən 12,5 qəpiyə kimi qiymətləndirilir. Bu o dövr üçün çox aşağı qiymət idi. Bakıda neft istehsalçıları faktiki olaraq heç nə qazanmırdılar. Bir çox kiçik istehsalçılar ümumiyyətlə hasilatı ya dayandırdılar, ya da torpaqlarını satdılar. Yəni Bakı, tarixində ilk dəfə neft böhranı ilə üzləşmişdi. Bu böhranın səbəbləri isə neft sənayesinin yaranması ilə bağlıdır.

KMO_104638_00003_1_t218_215440

1872-ci ildə qəbul olunmuş qanuna görə artıq neft torpaqları satıla bilərdi. Elə o ilin dekabrında açıq hərraclar elan olunmuşdu. Nəticədə 1873-cü ildən bəri neft sənayesində artım başladı. Əgər 1872-ci ildə 1,5 milyon pud neft çıxarılmışdısa, 1873-cü ildə artıq bu göstərici 3,9 milyon təşkil etdi, 1874-cü ildə 4,8 milyon oldu. Bunu nəzərə alaraq yerli neft sənayesinin avadanlığa tələbatı artdı, və artıq 1875-ci ildən başlayaraq Bakıda mexaniki zavodlar açılmağa başladı. Başqa sözlə 1873-1874-cü illərdə ciddi inkişaf müşahidə olunurdu. Amma Bakının neft sənayesi bir problemlə üzləşdi. 1873-cü ildən başlayaraq dünya iqtisadiyyatında böhran müşahidə olunurdu. Sonralar bu böhranı “Uzun depressiya” adlandıracaqlar. Böhran ABŞ və Avropadan başladı və 1874-cü ildə Rusiyaya çatdı. Əgər 1874-cü ildə Rusiyada hələ vəziyyət yarı-sabit idisə, 1875-ci ildə vəziyyət daha da kəskinləşdi. Amma neft istehsalçıları buna baxmayaraq hasilatı artırırdılar və 1875-ci ilin naviqasiyasını gözləyirdilər. Nəticədə Rusiya bazarlarına 1,5 milyon pud neft birdən daxil oldu.

Bizim neftimiz ilə bərabər Rusiya bazarında həmçinin ABŞ nefti də satılırdı. Buna görə də qiymətlər kəskin düşməyə başladı. İlin əvvəlində Rusiyada 3-4 rubla satılan nöyütün qiyməti 2 dəfə düşdü. Bununla bərabər nefti satmağa imkan da tapılmırdı. Bu, Bakı iqtisadiyyatı üçün daha da ciddi problemlər yaratdı. Nəticədə həm hasilat, həm çatdırılma azalmağa başladı.

Bakıda paralel olaraq şirkətlər bir-birindən tam gizli əməliyyatlar həyata keçirirdilər. İndiki dövrdən fərqli olaraq, o dövrdə şirkətlər aylıq hasil olan və satılan neft barədə məlumat verirdilər. Amma “Qafqaz” qəzetinin müşahidələrinə görə şirkətlər bu məlumatları gizlətməyə başladılar. Bunun üçün müxtəlif işlənilməyən yataqlara daha çox işçi cəlb edirdilər. Bəzən yanğınlar da baş verirdi. Suraxanıda yerləşən kerosin zavodu yanğın nəticəsində 2 ay işsiz dayandı, və bir çox şirkətlər neftdən kerosin istehsalı imkanından mərhum qaldılar. Hətta skandal nəticəsində, öz məlumatlarını gizlədən şirkətlər ictimaiyyətə məlumatları təqdim etməyə məcbur oldular. Yeri gəlmişkən, buna baxmayaraq, bəzi şirkətlər əksinə satış coğrafiyasını genişləndirirdilər. Qəzetlər xəbər verirlər ki, artıq Vilno (indiki Vilnüs) şəhərində Bakı neftinin satışı başlandı.

Qiymətin ciddi olaraq aşağı düşməsini görən neft istehsalçıları (“Əkinçi”-nin ilk nömrəsindən heç 3 həftə keçmədi, Bakıda bir pudun qiyməti 4-8 qəpiyə düşdü) hökumətə neftə olan aksizin ləğvi ilə bağlı müraciət etdilər. Onları da Bakı qubernatoru Staroselski dəstəklədi (bu məsələyə görə iki Tiflis qəzeti az qala bir-birinə müharibə elan etmişdilər. “Tiflis listok”-u neft istehsalçılarını dəstəkləyirdi, “Qafqaz” isə aksizin ləğv edilməməsini). Nəticədə, ilin sonuna aksiz ləğv olundu, dövlət büdcəsinin gəlirləri də hardasa 30-50 min rubldan məhrum oldu. Staroselski aksizin ləğvini dəstəkləsə də yerli büdcənin doldurulmasında problemlər ilə üzləşirdi. Belə ki, il ərzində yerli yığımların ümumi həcmi 883 834,81 rubl olmalı idi. Amma onun 201 483,28 rublu büdcəyə ödənilmədi.

Amma yayın ən vacib xəbəri, “Əkinçi” qəzetinin çıxmasından bir həftə əvvəl elan edilmişdi. Peterburq qəzeti olan “Сын Отечества” xəbər verirdi ki, şayiələrə görə gələn həftə Tiflisdən Bakıya dəmir yolunun tikintisi müzakirə olunacaq. Bir həftə sonra yayılan məlumata görə hətta dəmir yolunun tikintisi ilə məşğul olacaq şirkətin adı da bəlli oldu. Rəsmi xəbərlərin olmamasına baxmayaraq, artıq bütün qəzetlər Qafqazın iqtisadiyyatında inqilabi dəyişikliklərdən danışırdılar. Müəlliflərin sözlərinə görə, bundan sonra artıq odun və ya kömürə ehtiyac qalmayacaq, çünki Bakıdan gətirilən neft daha ucuz və daha effektiv olacaq. Yeri gəlmişkən, Bakıda artıq payız-qış aylarında neftin satılmamasına görə onu istilik sistemində tətbiq etməyə başladılar. Müsbət təcrübədən Qafqazın digər bölgələri də istifadə etməyə çalışırdılar.

Çox keçmədi və “Əkinçi” qəzetinin Tiflisə gəldiyi avqustun 5-i hökumət rəsmi olaraq Tiflis-Bakı yolunun tikintisi barədə elan etdi. Bu məqsədlər üçün 22,2 milyon rubl (indiki pul ilə 288 milyon manat) ayrılmışdı. Artıq bütün Qafqaz yolun tikilməsinə sevinirdi. Misal üçün, Göyçay sakini yazırdı ki, dəmir yolunun tikintisindən sonra bölgə inkişaf edən şəhərə çevriləcək, yoxsa indiki halda bölgə isti və qızmar yaydan başqa heç nə ilə seçilmir. Bunu nəzərə alaraq Bakıda hətta iki şəkər zavodunun tikintisi planlaşdırılmaya başladı.

Cəmiyyəti maraqlandıran daha bir məsələ təhsil idi. Lənkəran qəzasından yazırdılar ki, 2 ilə yerli məktəbdə şagirdlərin sayı 4 dəfə artıb (25-dən 100-ə kimi), amma buna baxmayaraq bölgədə yeni məktəbin təsisi planlaşdırılmır. Bunun vacibliyi ilə bağlı bir neçə məqalə dərc olunmuşdu. Ticarətçilər isə Bakıda və Lənkəranda dəniz ticarəti məktəbinin açılışını təklif edirdilər. Eyni zamanda Qafqazda dərc olunan erməni qəzetlərindən biri xəbər edir ki, 1875-ci ilin yayında Bakıda 562 erməni yaşayır (289 kişi və 273 qadın). Bakıda yerləşən dörd məktəbdə (A. Kalantaryanın özəl erməni məktəbi, erməni kilsə məktəbi, real məktəb və qızlar üçün Müqəddəs Nina məktəbi) 252 erməni şagirdi var (212 oğlan və 40 qız). Başqa sözlə yaşayan ermənilərin 50%-i oxuyur.

Təhsil məsələsini həmçinin “Əkinçi” qəzeti ilə də bağlayırdılar. “Qafqaz” qəzeti artıq avqustun sonunda xəbər verirdi ki, abunəçilərin sayı 200-dən 530-a kimi artıb (ilin sonuna kimi abunəçilərin sayı 600-a çataçaqdı). Bu da əhalinin yeni əkinçilik təcrübələrinə marağının artmasının göstəricisidir. Cavanşir qəzasında (indiki Tərtər) yaşayan Pirumov “Qafqaz” qəzetinə yazdığı məktubda xəbər verir ki, qəzada artıq ilk 2 abunəçi var. O inanır ki, bu abunəçilər hesabına bölgədə əkinçilik sahəsində nəhayət dəyişikliklər baş verəcək və yerli əhali ulu babalardan qalan üsulları dəyişib müasir dünyada tətbiq olunan üsullara keçəcəklər.

Sərin yay Xəzər dənizinə də təsir etdi. Adətən yay üçün səviyyəsi 0,3 metr düşən Xəzər dənizi, bu dəfə 0,8 metr qalxıb. Neft sənayesi isə yeni dövran qarşısında idi. Nobel qardaşlarından biri artıq böhran nəticəsində müflis olmuş şirkətlərin aktivlərinin alınması ilə məşğuldur və 1875-ci ilin payızında öz işinə başlayacaq.

1875-ci ilin yayı Azərbaycan üçün hər bir mənada yeni epoxa açdı.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021
_rotator
.

Hökumətin trolları və primitiv media siyasətinə dair

17 Yanvar 2021
5a689ef82269a21ae871e3c8
.

Qumarbaz yanılqısı

17 Yanvar 2021
Visitors-at-MoMA-New-York
.

Müasir incəsənət niyə belə anlaşılmazdır?

16 Yanvar 2021
photo_442090
.

Xankəndini ermənidən təmizləsəydik…

16 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel