Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Sülh: mümkünmü, mümkünsüzmü?

Elmir Mirzəyev Elmir Mirzəyev
Mövqe
01 May 2019
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Elmir 680x325
Paylaş

Son günlər sensasion bir məlumat yayıldı. ATƏT-in Minsk qrupunun mövcudiyyətinin əsrin dörddə biri qədərki zamanının mübaliğəsiz ən təəccübləndirici və qəfil bəyanatı verildi, bu haqda xəbərlər yayıldı. 

“Bəyanatda deyilir ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə ediblər və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılması zəruriliyi barədə razılığa gəliblər.”

Xəbərdə deyilir ki, “Bu fikirlər ATƏT-in Minsk qrupu həmsədrlərinin Paris görüşlərinin nəticələri ilə bağlı yaydıqları bəyanatda yer alır.”

Deyilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər.

Şəsxən mənim üçün maraqlısı budur ki, bu mövzunu bir neçə gün öncə söhbət etdiyim, Azərbaycanla məşğul olan və çox məlumatlı bir insandan eşitdim, ilk reaksiyam da bu idi ki, mümkün olası iş deyil. Buna rəğmən həmin xanım iddia edirdi ki, bu prosesə əslində 2016-cı ildən hazırlıq gedir. Söhbətimizin üstündən bir neçə gün keçməmiş bu xəbəri oxuyub bir daha çox dərindən təəccübləndim.

Maraqlıdır, görəsən “erməni” kəlməsinin bizdə, “türk” sözünün isə onlarda çox dərin bir söyüş olduğu cəmiyyətlərdə, “əhalinin sülhə hazırlanması” prosesi necə gedəcək və nələri özündə ehtiva edir?

30 ildə yığılmış və kultivasiya edilmiş nifrəti necə yenmək olar, bu ümumiyyətlə mümkündürmü?

Maraqlıdır ki, bu xəbərə paralel olaraq artıq neçə gündür erməni əsilli rus vətəndaşlarının Azərbaycana buraxılmaması ucbatından Rusiya və Azərbaycan XİN-ləri arasında az qala duelə çevriləcək söz-bəyanat savaşı gedir. Məlumdur ki, nəinki Rusiya, ümumiyyətlə erməni əsilli müxtəlif ölkələrin vətəndaşları Azərbaycana buraxılmır. Səbəblərində dəqiq arqumentasiya olmasa da, oların Ermənistanın xeyrinə hipotetik casusluq fəaliyyəti göstərilir. Əlbəttə ki, 1994-cü ilin metro partlayışı daxil olmaqla, erməni xüsusi xidmətlərinin Bakı və başqa yaşayış məntəqələrində törətdikləri terror aktlarını misal gətirmək olar.

İstənilən halda, ya zəlzələdən, ya vəlvələdən — bu faktı reallıq kimi konstatasiya edə bilərik. İndi necə olacaq, “əhalinin sülhə hazırlanması” prosesində ermənilər üçün bu əngəl aradan götürüləcəkmi?

Ermənistanda 2014-cü ildən əsir kimi saxlanılan Dilqəm Əsgərov və 2016-cı ildə Azərbaycanda həbs edilmiş Marat Ueldanov-Qalstyan — yeri gəlmiş, hər ikisi Rusiya vətəndaşıdır — azad ediləcəklərmi?

Dilqəmlə bir yerdə həbs edilmiş Şahbaz Quliyev və Elnur Hüseynzadə, onlardan başqa Ermənistanda hələ də əsir-girovluqda saxlanılan 871 vətəndaşımızın — bu rəqəm Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasınındır — qeyd-şərtsiz azad edilməsi baş verəcəkmi?

Bunlar müharibənin nəticələrinə, heç bir status məsələsinə toxunulmadan verilə biləcək lap ilkin suallardır, amma hazırkı müşkül durumda bunların da cavabı çətin gəlir.

Müharibənin nəticələri haqda danışmaqsa ümumiyyətlə müşküldür. Yeganə olaraq regiondakı hər iki dövləti məğlub qismində konstatasiya etmək olar.

Azərbaycan haqda millətçilərin qızğın hücumlarını indidən ertələyərək demək istəyirəm ki, bütün arqumentlərinizdən xəbərdaram. Lakin 25 ildir, bütün revanş söhbətlərinə rəğmən, ərazisinin 5-də biri işğalda olan dövlət üçün bu çılpaq bir faktdır – hazırda biz bu müharibədə məğlub durumundayıq. Azərbaycanın bölgədəki geosiyasi anlamda əhəmiyyətini qeyd etməklə yanaşı, işğal faktının ölkəmizə necə bir fəlakətli zərbə vurduğunu nəzərə almaya bilmərik.

Ermənistan isə işğal siyasətində, 1988-ci ilə nisbətən hətta ən cəsarətli arzularında xəyal etdiyindən qat-qat artığına nail olsa da, bu dövlətin mövcudluğu müstəqilliyindən 25 il sonra da sual altında qalmaqdadır. Keçən il Yerevanda qansız ötüşmüş aprel inqilabından sonra bu fakt özünü daha qabarıq göstərməkdədir. Maraqlıdır ki, bu illər ərzində Ermənistan, bəzi tikintilər istisna olmaqla, işğal nəticəsində əldə etdiyi ərazilərdə heç bir şəhərin, hətta Şuşanın bərpasını, əsaslı rekonstruksiyasını aparmayıb. Əsrin dörddə biri kimi zaman yüksəkliyindən aydındır ki, buna onun nə siyasi iradəsi, nə də iqtisadi potensialı imkan verir.

İstənilən halda bu ölkə regionda geosiyasi anlamda subyekt deyil, obyektdir və nisbi müstəqilliyini yalnız regionun başqa dövlətləri ilə, başlıca olaraq Türkiyə və Azərbaycanla əməkdaşlıqda qazana bilər.

Lakin, deyildiyi kimi 30 illik qarşılıqlı dərin nifrətdən sonra azərbaycanlılarla-ermənilərin hansısa razılığa gələ biləcəyi, regionda birgə həyata, əməkdaşlığa başlaya biləcəyi, özgə qalaktikalara kosmik uçuşlardan da fantastik görünür.

Başqa tərəfdən dünya tarixinə ötəri bir nəzər atsaq, görərik ki, bütün müharibələrin sonu yalnız və yalnız sülhlə bitib. Əlbəttə ki, hazırda yeganə istisna 70 ilin “qordi düyünü”nə çevrilmiş İsrail-Fələstin qarşıdurmasıdır. Təbii ki, kimsə belə bir düyünün bizim regionda olmasını istəməzdi.

Qədim Roma siyasətçisi və filosofu Marcus Tullius Cicerо demişdi ki, “Ən pis sülh, ən yaxşı müharibədən üstündür”.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör