Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Norveçdə yazıçı olmaq

Günel Mövlud Günel Mövlud
., Kültür
09 Aprel 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Norveçdə yazıçı olmaq
Paylaş

Yazıçı Əli Əkbər bu günlərdə bir dəqiqəlik video paylaşmışdı. İspaniyanın paytaxtı Madridin əsas küçəsindəki qızğın kitab alverini göstərən bu videodan rahat görmək olurdu ki, həftəsonu içməyə, əylənməy gedən insanlar dayanıb, kitab qiyməti soruşur, maraqlanır, vərəqləyir və kitab alırlar. Açığı, hələ vaxtım olmayıb, amma bu günlərdə İspaniyada kitab oxuyan insanların faizi barədə statistikaya baxmaq istəyirəm, maraqlıdır, bu faiz nə qədərdir.

Əli Əkbərin İspaniya təəssüratları məni yaşadığım Norveçdə kitabla, ədəbiyyatla bağlı bildiklərimi paylaşmağa həvəsləndirdi. Özü də, yazar dostum Seymur Baycan çoxdandır ki, belə bir yazı tələb edir məndən.

Başlayaq statistikadan. O göstəri ki, Norveçdə kitab oxuyan insanların (7-77 yaş arası) faizi 20-dir. Yəni hər 5 norveçlidən biri mütəmadi kitab oxuyur. Nəşriyyatların sayı 100-ü keçir. Bu nəşriyyatlar sadəcə paytaxt Osloda cəmləşməyib, bütün ölkə boyu yayılıb. Nəşriyyatlar dövlətlə sıx əməkdaşlıq edir, hər il nəşr etmək, tərcüməsini yaymaq istədikləri əsərlər barədə hesabat hazırlayıb, dövlətin grant proqramlarına təqdim edir və vəsait alırlar. Yəni nəşriyyatların bütün gəliri heç də, nəşr etdikləri kitabların satışından gəlmir. Hər 10, 20 kitabdan biri gəlir gətirir, qalan kitablar isə kitaba, ədəbiyyata dəstək məqsədilə, dövlətdən alınan vəsaitlə nəşr edilir.

Burda hər il keçirilən ədəbiyyat festivalları da kifayət qədər çoxdur. Az qala bütün şəhərlərin məhz özünəməxsus, ənənəvi ədəbiyyat festivalları var. Lillehammer ədəbiyyat festivalı, Bergen ədəbiyyat festivalı, Stavangerdə Kapittel Ədəbiyyat festivalı, Levanger kriminal ədəbiyyat festivalı. Yaşadığım Levanger bu ildən etibarən iqlim dəyişikliyinə, ekoloji problemlərə həsr edilmiş ədəbiyyatı dəstəkləmək məqsədilə bu mövzudakı əsərlərin təqdim edilə biləcəyi festival keçirəcək və bu festival hər il baş tutacaq.

Bir yazıçı Norveçdə ancaq öz yazdıqları hesabına yaşaya bilər. Onun istənilən ədəbi layihəsini dövlətin və ya fərqli təşklatların grantlarına təqdim edib, qazanma, əsərini yazıb, təbliğ etmə imkanı var. Əlbəttə, rəqabət də var və böyükdür. Amma mümkündür. Karyerasını qura bilmiş bir yazıçının əsas gəliri nəşr edilən kitablardan gələn qonorar (kiçik bir şeir kitabçasına görə nəşriyyat təxminən 7-10 min avro qonorar ödəir), festivallardakı çıxışlardan gələn qonorar (Yazıçının bir saatı 3700 kron, yəni təxminən 370 avrodur, əgər çıxış 5-20 dəqiqə arasıdırsa 2700 kron, yəni 270 avrodur). Bu qonorarın məbləğini yazarlar və tərcüməçilərin həmkarlar ittifaqı təyin edir, yazarın və tərcüməçinin bu məbləğdən azını qəbul etməsi etik olaraq, doğru hesab edilmir və yazarı festivala, ya başqa tədbirə dəvət edən təşkilatçılar da bu məbləği bilir və bundan azını zatən təklif etmirlər. 

Təbii ki, yazarın da hər il dövlətə gəlir deklarasiyası verməsi, qazancını qeyd etməsi və qazancının miqdarından asılı olaraq, 25-41 faiz vergi ödəmək məcburiyyəti var. 

Bəzi ali məktəblər, kitabxanalar, mədəniyyət evləri, QHT-lər tez-tez yazıçıları müxtəlif mövzu ilə bağlı danışmağa dəvət edir – ali məktəblərdə uyğun fakültələrdə tələbələrə ədəbiyyat barədə detallı bilgi versin, hətta öz yazıçı mətbəxi ilə tanış etsin, bir sözlə, yazmaq dərsləri keçsin deyə də. 

Feminist təşkilatlar qadın haqlarından danışsın deyə, LGBTİQ haqqları üzrə ixtisaslaşan təşkilatla bu mövzuda görüşlərini paylaşsın deyə, bir sözlə müxtəlif profilli təşkilatlar da hər il yazarlarla görüş keçirirlər. 

Hətta ən balaca şəhərlərin kitabxanaları, mədəniyyət evləri şeir, ədəbiyyat gecələri təşkil edir, bu gecələrdə 200-300 yerli əhali oturub, romandan parçalara, şeirlərə qulaq asır, obrazlarla, mövzu ilə bağlı suallar verirlər.

Yaşlıların ədəbiyyata, ədəbiyyat fesivallarına, yazarlala görüşünə marağı daha çoxdur. Bunun da əsasən iqtisadi səbəbləri var. Çünki varlıların təqaüdü çoxdur, bir qayda olaraq, öz evləri olduğu üçün, kirayədən azaddırlar, vaxtları da, pulları da çoxdur və onların həmin gecələrə, görüşlərə, festivallara bilet almaq imkanı daha artıqdır. Yaşlı qadınların daha aktiv olduğunu da qeyd etməliyəm. 

Bu yazdıqlarım dövlətin də, xalqın da kitaba, ədəbiyyata olan marağı, dəstəyi barədə cüzi məlumatlardı.

Norveçlilər kitab oxuyur, yazıçı görəndə Vauuu! deyə, reaksiya verir, yazıçının özünün imzaladığı kitabları dəyərli bir şey kimi evdə qoruyur və gecələr uşaqlarına yatmazdan əvvəl kitab oxuyurlar.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Unnamed
Kültür

Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində

AzLogos
01 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör