Azlogos
  • Kimlər var
  • Bizi tanı

Çip qıtlığı: Texnologiya əsrinin nefti BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi Orxan Ata: "Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir" Qacar irsi Berndə Varlıların kasıblara öyrətdikləri Seymur Baycan Tiflisdə - Üstadın doğum gününə
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Sabirin sabunları

Elnur Astanbəyli Elnur Astanbəyli
., Kültür
30 May 2020

Bu gün Azərbaycanın böyük şairi və aydını Mirzə Ələkbər Sabirin doğum günüdür. Onun dünyaya gəlişindən 158 il ötür. Ustadı ehtiram və minnətdarlıqla anır, həyatının ən məşəqqətli dönəmlərindən biri – sabun bişirib sataraq dolandığı illər və həmin işdən əl çəkmək məcburiyyətində qalması barədə qələmə aldığım yazını AzLogos oxucuları ilə bölüşürəm.

1

“Sabir orta boylu, … arıq bir kişi idi. Qara arxalığı, qara küləcəsi var idi. Ayağına burnu dik, dabanı yumru başmaq geyinmiş, başına qara dəridən papaq qoymuşdu. Barmaq qalınlığında saqqal buraxmışdı”. Görkəmli yazıçı Abdulla Şaiq Şamaxıda Azərbaycanın böyük şairi Mirzə Ələkbər Sabirlə ilk görüşündən danışarkən onu belə təsvir edir.

Həmin vaxt təqvim 1905-ci ili göstərirdi, Sabir 43 yaşındaydı və satiraları, həcvləri ilə hələ misilsiz şöhrət qazanmamışdı.

Şaiqin yazdığına görə, Mirzə Ələkbər elə tanışlıq zamanı “dadlı söhbət və lətifələri” ilə onu özünə bağlayıbmış. “Hafizəsində qalan bir-iki qəzəl və həcv oxudu” yazan Şaiq qeyd edir ki, böyük şairlə ikinci görüşü yenə Şamaxıda, ancaq bu dəfə evdə bişirdiyi sabunları satdığı dükanda baş tutub: “Çayxana şagirdinə çay sifariş verdi. Bir-iki saat oturub danışdıq. O, Şamaxı ruhanilərini, tacir və köhnəpərəstlərini özünəməxsus bir məzah və yumor ilə tənqid etdi. Şamaxı cahillərinin mühafizəkarlığından ürəyi odlana-odlana şikayətləndi. Sonra isə Əlicabbarın (A.Şaiqin Bakıda qonşusu olan müəllim – red.) xahişi ilə mövhumatçı dükan qonşusu olan xəsis alverçiyə yazdığı həcvi oxudu. Dükançını məzah ilə o qədər canlı və təbii təsvir etmişdi ki, həmin alverçi olduğu kimi gözümüzün qarşısında canlandı. Hamı gülməkdən uğundu. Həcvdən xoşlandığımızı görüb Sabir əlavə olaraq mənfi şəxslərə yazmış olduğu həcvlərindən də bir neçə beyt oxudu”.

Abdulla Şaiq ikinci görüşdəki maraqlı bir müşahidəsini də bölüşür: “Söhbətimiz zamanı onun dükanına bir nəfər də olsun alıcı gəlmədi. Bu fikir zehnimizə gəlincə böyük ailə sahibi olan Sabirin maddi vəziyyətinin yəqin ki, çox ağır olduğunu düşünərək biixtiyar:

– Sabir, bizim ayağımız uğursuzdur, – dedim, – bir saatdan bəri söhbət edirik, dükana bir nəfər də müştəri gəlməyib, o halda siz nə alıb-satırsınız?

 Sabir gülə-gülə dedi:

– O sizin ayağınızdan deyil! Bu avam samaatın daxilini təmizləmək gəlmir əlimdən, heç olmasa, zahirini təmizləyim deyə gördüyünüz sabun dükanını açdım. Neyləyim ki, bu zalım uşaqları bu təmizlikdən də qaçırlar…” (Abdulla Şaiq, “Xatirələrim”, “Xan” nəşriyyatı, Bakı – 2013, səh 235-236)

2

Bəs Sabirin bişirdiyi sabunları sata bilməməsinin yeganə səbəbi camaatın təmizlikdən qaçması idimi? Nəvəsi Sevda xanım atasının babası ilə bağlı xatirələrinə əsaslanaraq deyir: “Sabir əsasən sovet dövründə təbliğ olunmağa başladı. Onu imkanlı şəxs kimi göstərmək sovet ideologiyasına uyğun deyildi. Atam sağlığında Sabirin çox ağır, kasıblıq içində yaşayan biri kimi göstərilməsinə etiraz edirdi. Doğrudan da, bu necə ola bilərdi? Axı babam həm də ticarətçi idi, onun dükanı var idi. Bişirdiyi sabunları həm ehtiyacı olan yaxınlarına paylayar, həm də qazanc üçün dükanda satarmış.

Əslində babam ticarətinə davam edə bilərdi, onun evinin qarşısında sabun bişirən sexi də var idi. Amma ticarətindən əl çəkməsinə səbəb mütərəqqi fikirlərinə görə sıxışdırılması olub. Babam daha çox mənəvi sıxıntı çəkib. Onu heç vaxt tam əl-qol açmağa qoymayıblar. Ticarətlə məşğul olduğu zaman din adamları, ruhanilər babama qarşı cəmiyyətdə boykot elan ediblər. İnsanlara icazə verməyiblər ki, ondan sabun alsınlar. Sabir də məcbur qalıb dükanını satır. Həmin pulu öz şəxsi maraqlarına sərf etmir. Yenə də millətinə xidmət etmək üçün tez bir zamanda “Ümid” məktəbini açır. İnsanları maarifləndirmək istəyir. Bir müddətdən sonra bu işdən də uzaqlaşmalı olur və o Bakıya gəlir. Burada fəaliyyət göstərir” (Sevda Tahirlinin “Azərbaycan müəllimi” qəzetinə müsahibəsindən).

3

“Qızı Səriyyənin… xatirəsindən məlum olur ki, Sabir fədakar, qayğıkeş, öz övladları ilə mehriban, nəvazişli rəftar edən bir ata olmuşdur. Şamaxı zəlzələsindən dərhal sonra uçmuş evinin yerində kiçicik bir daxma tikən Sabir kimsəsiz qalmış qonşu uşaqlarının daldalanması, sığınacaq tapması üçün də əlindən gələni etmişdir. Ailəsi böyüdükcə qayğıları da artmış, bir müddət sabun bişirib satmaqla dolanmışdır…” – bunu tədqiqatçı Alxan Bayramoğlu yazır.

Onun böyük şairlə bağlı məqaləsində sabun dükanını satması isə fərqli səbəblə izah edilib: “Qori seminariyasında işləyən müəllim dostlarından aldığı məktublarda xəbər verilirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaqdır. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirirdilər. Sabirin sabun bişirib satdığı baqqal dükanını sataraq səylə rus dilini öyrənməyə başlaması da seminariya müəllimliyinə hazırlaşması ilə bağlı idi. Məktublarında o, dönə-dönə yazırdı ki, buna «vaxtı müsaidə etdikcə çalışır… (qaynaq:Mirzə Ələkbər Sabir -150. Biblioqrafiya. Bakı – 2012, səh 17.)

Lakin müasirlərinin əksəriyyətinin yazdıqlarından aydın olan odur ki, Sabirin satiraları mətbuata ayaq açmağa başladıqdan sonra onun Şamaxıda dözülməz günləri başlamış, həyatı tamamilə zəhərə dönmüşdü…

4

Tanınmış yazıçı və maarifçi Sultan Məcid Qənizadənin sabunçu Mirzə Ələkbərlə bağlı bir xatirəsi böyük şairin o günlərdəki əhval-ruhiyyəsini fiziki əzablarını və mənəvi iztirablarını anlamaq baxımından xeyli maraqlıdır. Adam həmin xatirəni dəhşətli ürək ağrısı ilə oxuyur.

Qənizadə yazır: “1894-cü ilin yay fəslində mən Şamaxıda idim. Şamaxı kənd müəllimləri də əksəriyyətlə şəhərə toplanmışlardı. Bir gün biz yığışıb dəstə ilə bağ seyrinə getdiyimiz əsnada küçədə Sabirə uğradıq… Qolları çirməkli, üst-başı çirkli bazardan evə qayıdırdı. Маһmud əmi (dövrünün tanınmış maarifçilərindən Mahmud bəy Mahmudbəyli nəzərdə tutulur – E.A) ilə mən onu qarşılayıb bizimlə seyrə getməsini israr edərkən o isə bəhanələr gətirib getmək istəmədikdə axır həmişəki adətincə üzünü yan tərəfə çöndərib dedi:

– Sabun tiyanının üfunəti mənim baş-beynimi o qədər sərsəmlədib ki, daha gülüstan ətri mənim ruhumun bülbülünü tərənnümə gətirə bilməz… Qorxuram, gülüstan seyr-səfasında da kəsalət bayquşu içimdə ulamağa başlasın, keyfinizin pozulmasına bais olam…

Bu sözləri dedi və daha bizim təklifimizə qulaq asmayıb getdi…” (qaynaq: Müasirləri Sabir haqqında, Bakı – 1962, səh 175)

5

“Sabunçu” Mirzə Ələkbərlə bağlı bir maraqlı faktı da onun başqa bir müasiri – yazıçı və pedaqoq Seyid Hüseynin qələmindən oxuyuruq.

Onun yazdıqlarından belə məlum olur ki, bir gün Şamaxıya belə bir xəbər yayılır: bəs deməzsənmi, bir nəfər “qəzet yazan” (qəzet çıxaran, redaktor nəzərdə tutulur – E.A) şəhərə səyahət və abunə toplamaq üçün gəlib. “Şamaxı möminlərini maraqlandıran bir məsələ vardısa, o da qəzet yazanların sünnilərdənmi, yoxsa şiələrdənmi olması idi. Bu barədə rəylər çox müxtəlif idi. “İrşad” qəzeti mühərririnin Şamaxıya gəlmək xəbəri bu ixtilaflı məsələni həll edəcəkdi. Şamaxılıların fikrincə, qəzet yazanlar əgər sünni olsalar, mütləq sünnilərin qonağı olar, əgər şiə olsalar mütləq şiənin evlərinə düşərlər. Buna görə … qonağın haçan gəlib çıxacağını səbirsizliklə gözləyirdilər. Qəzetçi mühərrir, nəhayət, Şamaxıya gəlib çıxdı. O nə şiə əyanlarının, nə sünni tacirlərinin evinə düşdü. Onun qabağına çıxan şəhər bələdiyyə rəisi idi. O, şamaxıda “babılığı” ilə tanınmış olan bu adamın evinə qonaq oldu. Buna görə də şamaxılılar artıq şübhədən çıxdılar: “Qəzet yazanlar nə şiədir, nə də sünni, bəlkə də babıdır…

Bu ixtilafı həll edən Şamaxı əsnafı indi ikinci bir mühüm müəmmanın həlli ilə məşğul idi: Şamaxıda daha kim “babı”dır? Qəzet yazanlarla kimin əlaqəsi var? Onlar şəhər qlavasının qapısını nəzarərt altına alıb şamaxılılardan o yazıçının görüşünə kimlərin gələcəyini öyrənmək istəyirdilər. Ora gələn ziyalıları bir-bir yazıb xəbər verirdilər. Birdən-birə onların arasında Məşədi Zeynalabdinin oğlu Ələkbəri görməsinlərmi?

– A Kəblə Məhərrəm, xəbərin varmı?

– Nədən?

– A balaam, Məşədi Ələkbər də onlardanmış?

– Hansı Məşədi Ələkbər?

– Sabunçu Məşədi Ələkbər də!.. Məşədi Zeynalabdinin oğlu da!…

– Əşi, sən nə deyirsən?

– Əşədübillah, dilim kəlməyə gəlməsin, əgər yalan deyirəmsə…

O gün bütün bazar əhli ancaq sabunçu Mirzə Ələkbərin qəzet yazan olması barəsində danışırdı. Məşədi Qənbərəli Sabirin dükanı qarşısına gəlib istehza qarışıq bir təəssüflə “Sən beləsənmiş, balam, ay bərəkallah sənə!” deyib getmişdi…” (qaynaq: Müasirləri Sabir haqqında, Bakı – 1962, səh 120-121)

6

Sabirin satiraları Bakıdakı qəzet-jurnallara ayaq açdıqca onun üçün vəziyyət get-gedə daha dözülməz hal alırdı.

Bazardakı baqqallar onu hər addımda acılayır, töhmətləyirdi; Seyid Hüseyn yazır ki, hətta şəhərin axundu bir dəfə minbərdə “Molla Nəsrəddin” məcmuəsindən söhbət açmış, jurnalın qabırğasına o ki var döşədikdən sonra Sabiri işarə edərək “Məşədi Zeynalabdinin oğlu da dindən çıxdı, gedib bu dinsizlərə qoşuldu. Belə bir adama salam vermək haramdı” demişdi. Buna Axundun həmin sözlərindən sonra onun müridlərindən olan qəssab Məmmədhəsən Sabirə sabun bişirməkdə istifadə etdiyi quyruq və piy satmaqdan imtina etmiş, tezliklə ona digərləri də qoşulmuşdu. Sabirdən alış-veriş etmək haram elan olunmuş, tamam təklənən Mirzə Ələkbəri günlərin bir günü hamamçı belə hamama buraxmaqdan boyun qaçırmışdı.

S.Hüseynin yazdığına görə, bütün bunlardan sonra Sabirin evdə də günü xoş keçməməyə başlamışdı. Həyat yoldaşı Badamxanım dükanı bağlamalı olduğına görə Mirzə Ələkbəri qınayırdı; onun fikrincə, “kişi xərifləmişdi” (qaynaq: Müasirləri Sabir haqqında, Bakı – 1962, səh 122-123)…

7

S.M.Qənizadənin xatirələrindən belə məlum olur ki, 1908-ci ildə geriçi, cahil dairələr doğma şəhərini Sabir üçün tamamilə cəhənnəmə çeviriblərmiş.

Sabunçuluqdan əl çəkmək məcburiyyətində qalan Sabir dolanışıq dərdi ilə bərabər, ətrafdakıların linçindən, təzyiq və təhdidlərindən, fiziki və mənəvi basqılardan boğaza yığılmışdı. Onun həmin günlərdə Sultan Məcidə yazdığı məktubdan aşğıdakı sətirləri oxuyub sarsılmamaq mümkün deyil: “Daha taqətim, tab və səbrim yoxdur. Yusif kimi ixvan (yəni “qardaşlarımın”; Yusif peyğəmbərin qardaşları tərəfindən quyuya atılması barədə rəvayətə işarədir – E.A) ) əlində əsir qalmışam. Birisi sillə ilə üzümə vurur, ağuşi-məhəbbət açıb o birisi tərəfə yönəldikdə yumruğunu başıma zollayır. Ondan qurtulub başqasına mütəvəcceh olduqda (üz tutduqda – E.A) döşümdən itələyir, ağzımdan vurur, ona arxa çevirəndə digəri dalımdan vurur, ağzı üstə yıxılıram… Halım fəna, güzəranım bir qəmli faciə mənziləsindədir (mərhələsindədir – E.A). Bir daha Şamaxıda qalmağa tabü təvanım qalmayıbdır. Bir nəfər havadarım və qəmxarım yoxdur…”

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Bildschirmfoto 2021-04-09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

09 Aprel 2021
67680
.

BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi

08 Aprel 2021
IMAGE 2021-04-08 06:45:13
.

Orxan Ata: “Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir”

08 Aprel 2021
13-min
.

Qacar irsi Berndə

07 Aprel 2021
2bcb3bca-cc0f-44d6-a9fc-70c81b3291a7-Mexico City -Unequal Scenes - Web 72dpi-88
.

Varlıların kasıblara öyrətdikləri

07 Aprel 2021
daeaf17b-8686-4aa6-be3f-ce73a5b60122
.

Seymur Baycan Tiflisdə – Üstadın doğum gününə

06 Aprel 2021

Redaktorun seçimi

Gitaraya hökm edən adam

Zərərli və zəhərli dərdlər haqqında

Gülüstan və Türkmənçay müqavilələrinin müsbət tərəfləri

Elina – qisas yox, oyanma məsələsi

Jazzman ölümləri

Wi-Fi 6 rəsmi olaraq istifadəyə verildi

Seul dağları

Atlant çiyinlərini düzəltdi

Ərəblinski niyə öldürüldü?

Biznesdə kitabların yazmadığı şeylər – I Hissə

Azərbaycanlı mühacirlər vətənə qayıtsınmı?

Sülh – hər iki hökumətin ona nə qədər ciddi yanaşmasından asılıdır

Azərbaycanda qadın peşələri

Nitsşenin “Güc Arzusu”, Dekadensiya, İmmoralizm və Nihilizm

Qurtuluş, yoxsa faciə?

“Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi”

Məlih Cövdət Anday. Bakı

Azad olunmuş ərazilər və bazar iqtisadiyyatına keçid

Ermənilər və biz

“No war” deməyə haqqı olmayanlar

1984, yoxsa 2020?

Torpağın duzu

Ermənilərin çala-çala uduzmaqlığı haqqında

Qrafika dəyişimi sivilizasion seçim kimi

Azərbaycan ədəbiyyatının yuxu xəstəliyi

Mauser – Zombie apocalypse (2-ci sezon)

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

Norveçdə yazıçı olmaq

Bəşəriyyət tarixinin ən pis ili

Amerikanın Lermontovu

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel