Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Nə oxuyaq? Beş müasir roman

Əli Novruzov Əli Novruzov
Kültür
01 Dekabr 2025
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Eli
Paylaş

Polşa

Olqa Tokarçuk, Son əhvalatlar

Olga Tokarczuk, Ostatnie historie

Avtomobil qəzası keçirən İdanın müvəqqəti sığınacaq tapdığı kənd evində ölüm ayağında olan heyvanlar can verir, amma heç cür ölə bilmirlər. İnsanlardan bezib dağın başında məskunlaşan Petro qarlı bir qış günündə dünyasını dəyişir, onun qoca arvadı dərədə yaşayanlara bu xəbəri çatdırmaq üçün bir yol düşünüb tapmalıdır. Uzaq tropik adaya istirahətə gedən Maya və onun kiçik oğlu son günlərini yaşayan sehirbaza rast gəlirlər. Bir ailənin ölümlə imtahanından bəhs edən Son əhvalatlar Olqa Tokarçukun ən maraqlı romanlarından biri hesab edilir.

Müasir polyak yazıçısı, bu il Beynəlxalq Man Booker ədəbiyyat mükafatını qazanmış Olqa Tokarçuk heç də uzaq olmayan gələcəkdə klassiklər cərgəsinə qoşulacaq, bax onda hər kəs mütləq onu oxuyacaq. Siz isə gecikmədən indi oxuyun.

İsveç

Mikael Niemi, Vittuladan populyar musiqi 

Mikael Niemi, Populärmusik från Vittula

XX əsrin 60-cı illəri. Onsuz da lap şimalda olan İsveçin lap şimalında, yerlilərin Vittulajänkkä – “qancıq itin bataqlığı” adlandırdığı Payala kəndi. Finlər və isveçlilər, keçmişə aludə olan xristian sektantlar və yeni həyatın gəlişini səbirsizliklə gözləyən gənclər. Sub-arktik iqlimin uşaqları isə… “biri yaxşı danışa bilmirdi, biri eynək taxırdı, çoxunun ana dili fin dili idi, hər ikinci uşağı kəmərlə döyürdülər, az qala hamı fəhlə ailəsindən idi, bir çoxu ürkək idi…” Lakin bir gün kəndə asfalt çəkirlər, Elvis Preslinin plastinkası peyda olur… Deməli, Avropa və Amerikanı sarsıdan 60-cı illərin gənclər hərəkatı Vittuladan da yan keçməyəcək.

Matti adlı gəncin dağınıq xatirələri formasında yazılan bu roman təkcə İsveçdə yox, artıq bütün dünyada bestsellerə çevrilib və 30-dan artıq dilə tərcümə olunub. Yəni, bizə də oxumaq müstəhəbdir.

Braziliya

Moasir Skliar, Ədən-Braziliya 

Moacyr Scliar, Éden-Brasil

Uzaq qohumundan böyük məbləğdə miras almış aqronom Adamastor nəhayət ki, öz arzusunu gerçəkləşdirə biləcək – indi o, Santa-Katarina ştatında, insan əli dəyməmiş meşədə, müasir kütləvi turizm təcrübəsinə meydan oxuyacaq təbiət parkı açacaq. Amma parkın öz xərcini qarşılaması üçün insanları bu parka bir yolla cəlb etmək lazımdır. Bəlkə cənnət tam olsun deyə, təbiətin qoynunda Adəm və Həvva tamaşası göstərmək olar? İdealist aqronom və ətraf mühit fəalı. Onun on səkkiz yaşlı sarışın “bacısı qızı”. Argentinalı avantürist. Yeganə uğurlu rolu səhnədə lüt soyunmaq olmuş uğursuz aktyor. Amerikan hindularına qrant ayıran İsveç fondunun sadəlövh, amma dürüst nümayəndəsi. Bir sözlə, itirilmiş cənnətin axtarışına çıxan qəribə bir kompaniyanın özləri kimi qəribə sərgüzəştləri.

Ədən-Braziliyanı oxuduqca bir az da təəccüb etməyə bilmirsən: Braziliyadan kənarda daha çox Maks və pişiklər əsəri ilə tanınan Moasir Sklyar bu romanı əslində yeniyetmələr üçün yazıb.

İngiltərə

Adam Torp, Perspektiv qaydaları 

Adam Thorpe, The Rules of Perspective

İkinci dünya müharibəsi başa çatmaq üzrədir. Amerikanların 346-cı piyada alayı Loenfelde şəhərinə hücum edir, onlar lap yaxındadır – daha şəhəri havadan təyyarələr yox, səhra artilleriyası atəşə tutur. Nasistlərin bütün 12 illik hakimiyyəti dövründə fasiləsiz olaraq yağmalanan Kayzer Vilhem muzeyi öz varlığı uğrunda mübarizənin sonuncu mərhələsinə qədəm qoyur. Muzeyin kolleksiyasını qoruyub saxlamaq üçün şeytanla və öz vicdanı ilə saysız sövdələşmələrə getmiş, direktorun vəzifəsini icra edənin vəzifəsini icra edən Henrix Hoffer əzəmətli keçmişin son nişanəsini – Vinsent van Qoqun unikal tablosunu bu sonuncu zərbədən hifz etməyə çalışır. Lakin Herr Hoffer və muzey əməkdaşlarının bombardmandan sığınacaq tapmağa çalışdığı zirzəmi heç də təhlükəsiz yer deyil – keçmişin kabusları onları burada da rahat buraxmaq istəmir.

Şair, nasir, dramaturq, aktyor, tərcüməçi və müəllim olan Adam Torp tənqidçilərin fikrincə dünyanın ən underrated yazıçılardan biridir. Bir sözlə, oxucunun Adam Torpu kəşfi “bit bazarında qəpik-quruşa antik yunan vazası almaq” kimi xoş bir təsadüfdür. 

İspaniya

Migel de Servantes, Don Kixot 

Miguel de Cervantes, Don Quijote

Heyrətinizi anlayıram. Don Kixot həm “müasir” olmaq üçün çox “qədimdir”, həm də ədəbiyyat tarixində ilk roman hesab edilir. Əslində Don Kixot heç ilk roman da deyil, proto-romandır – müasir roman janrı XVII-XVIII əsrlərdə İngiltərə və Fransada Don Kixotun tərcümə və təbdillərindən yaranacaqdı. Bununla belə, Don Kixotun nəşrindən keçən 400 il onu nəinki bayat əsərə çevirməyib, onun müasirliyini daha da qabardıb. Hər cür müəyyənliyin və əminliyin aradan qalxdığı, bütün köhnə təməllərin sarsıldığı, Dyörd Lukaçın təbiri ilə desək, “Allahın tərk etdiyi dünyada” insan – Don Kixot sanki özünü yenidən kəşf etmək üçün uzun və məşəqqətli bir səfərə çıxmalıdır. Bu gün də, post-həqiqət dünyasında bütün düşünən insanların yenidən Don Kixota çevrilməsi bu əsəri yenidən aktual edir. яндекс

Üstəlik, oxuduqca əmin olacaqsız ki, əslində Servantes bütün şıltaq modernist və post-modernistlərdən daha çox şıltaq, daha çox yenilikçi və daha çox ekperimentatordur. Bir romanda nə etmək mümkündürsə, nə oyundan çıxmaq olarsa, Servantes bütün bunları hələ 400 il öncə artıqlaması ilə edib.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Tenha insan
.

Tənha insanın monoloqu

Sevda Sultanova
21 Avqust 2024
Music art
.

Musiqi strategiyamıza dair

Firudin Allahverdi
13 Avqust 2024
17062009622612741817 1200x630
.

Başı bəlalı “Qadınım”

AzLogos
17 Fevral 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör