Azlogos
  • Qaydalar
  • Kimlər var

Kultural Marksizm və onun qısa tarixi "Sergi ata" "Zorba"ya qarşı Rüfət Həsənovun gəliri hara gedib? BBC-nin emosional düşüklüyü və Rasim Balayev Varisin tullantıdan ibarət yaradıcılığı İtlərdən öyrəndiklərim haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Qarışıq yazı

Sevda Sultanova Sevda Sultanova
., Vətən müharibəsi
18 Oktyabr 2020

Nəcməddin Sadıqova münasibətin necəliyindən asılı olmayaraq, 1992-ci ildə çəkilmiş bir epizodu izləyəndə hər dəfə sarsılıram. Həmin epizodda o, Ağdərə uğrunda gedən döyüşlərdə Şikar Şikarovin şəhid olmasının xəbərini belə qarşılayır: “Mən ən əziz adamımı itirdim. O, qərargah rəisinin müavini kimi ən çətin anda yanımda idi. Bu, podpolkovnik Şikar Şikarov idi. Bütün ömrüm boyu onun ölümü mənim çiyinlərimdə olacaq”. Məhz o situasiyada – N.Sadıqovun üzünə qonan təəssüfün səmimiyyəti şübhə doğurmur və çökmüş vəziyyəti aydın sezilir.

Qarabağda şəhid olan əsgər və zabitlərin ölümünü vətəndaş kimi mən də çiyinlərimdə hiss edirəm: ədalətli sülh naminə şüurlu şəkildə ölümə gedən bu insanlara həmişə ödənəcək borcum olacaq.

Yazım son günlər yaşadığımız duyğular kimi bir az qarışıq alınıb. Ona görə dramaturji ardıcıllığı gözləyə bilməmişəmsə, bəri başdan oxuculardan üzr istəyirəm.

Bir həftə əvvəl döyüş bölgəsində 16-17 yaşlı erməni kursantların öldürülməsi haqda xəbəri oxuyanda təəssüflənmişdim. Çünki həqiqəti dərk etməyən yeniyetmələri Ermənistan hakimiyyətinin qurbanı kimi qəbul edirəm. Ancaq düşmənin, xüsusən son vəhşiliklərindən, sosial şəbəkələrdə öldürdükləri uşaq fotolarına gülüş atmalarından sonra olan-qalan mərhəmət hissim tamamən yoxa çıxdı, hətta dünən rastıma çıxan erməni ananın oğlunun tabutu başında qıyya çəkməsi fotosu belə heç bir hiss oyatmadı. Anlayıram ki, hər şeyə rəğmən müharibədən sonra birgə yaşayış qaçılmazdır. Ancaq indiki situasiyada bu sətirləri sıfır emosiya ilə soyuqqanlı yazıram: Düşmənə aman olmamalıdır! Heç vaxt militarist çağırışlar etməmişəm. Ancaq indi inanmağım gəlmir ki, bəşəri dəyərlərə, insan faktoruna dayanan kino sənətinin təbliğatçısı olan mən bu sətirləri yazıram. Kino sənəti çətin suallar qoymaqla, ziddiyyətli situasiyaları araşdırmaqla yanaşı, bütün hallarda onun əsasında həm də şərə qarşı müqavimət dayanır…

Cəbhədəki bugünkü uğurumuzun formulu – güclü ordu, çevik diplomatiya və vətəndaşın dəstəyinin fonunda Elif Şafakın, Elton Conun nə yazması, deməsi isə əhəmiyyətsiz və təsirsizdir. Elif Şafakdan söz düşmüşkən, çoxdan telekanallardan birində onun müsahibəsini dinləmək istəyirdim. Enerjisi ölüvay, danışdıqları isə maraqsız olduğundan kanalı dəyişməli oldum. Yaradıcı enerjisi olmadığından da əsərləri ciddi ədəbiyyat yox, konyunktura sayılır. Kitab yandırılmasına isə qarşıyam. Ona görə yox ki, cahillikdir. Dünyada mahiyyətcə yararsız o qədər kitab çap olunur ki, onları yandırmaq əslində beyinləri aydınlatmağa xidmət edərdi. Ancaq kitabı ona görə yandırmaq olmaz ki, bu, ekologiyaya ziyandır. Onu yenidən emal etmək üçün makulaturaya vermək ana təbiətimizə faydadır. Yəni gərəksiz emosiyaları cilovlayıb həyata rasional yanaşmağı necəsə öyrənməliyik.

Rasionallıq demişkən, bir məqamı xatırladım. Öncəki mövqeyimdə qalıram: ümumən “nowarçılar”a qarşı qaragüruh bəyanatları yersiz sayıram. Ələkbər Əliyevin məqaləsində deyildiyi kimi, sülh quruculuğunda onların fəaliyyətinə ehtiyac olacaq. Bir tərəfdən də düşünürsən: bir halda ki, ölkədə 30 minə yaxın erməni yaşayır, ötən illər ərzində hakimiyyət onlardan davamızın haqlı olduğunu göstərmək məqsədilə istifadə edə bilərdi axı. Misal üçün, bir belə nümunə tanıyıram. Rejissor Cavid Təvəkkülün ölkəmizdə yaşayan azsaylı xalqlar və etnik qrupların həyatına, mədəniyyətinə maraqlı yanaşma edən “Bir günəş altında” (2016) filminin qəhrəmanlarından biri Sumqayıtda yaşayan erməni Anait Əhmədovadır. O, öz hekayəsində müharibənin başlanmasında erməni tərəfinin rol oynadığını, 1988-ci il Sumqayıt hadisələrinin onlardan qaynaqlandığını vurğulayır, vaxtaşırı Bakının mərkəzində yerləşən, beş mindən çox ermənicə kitabın saxlandığı erməni kilsəsindəki kitabxanaya gəlir…

“Nowarçı”lara qayıdıram. Onlar arasında öz fikrini mümkün qədər arqumentləşdiməyə çalışanlar olduğu kimi, duyğu sümürücülüyü ilə zəhlətökənlər də var. Xüsusən kişi cinsinin nümayəndələri arasında. Dediyim odur ki, bir az təpəriniz olsun, bir işə yaramayan hindsayağı duyğusallığınızla ətimizi tökməyin. Ümumiyyətlə, Müdafiə Nazirliyi, duyğusal “nowarçılar”ı reabilitasiya üçün ön cəbhəyə göndərməlidir ki, bir az bərkə-boşa düşsünlər.

…Bu müharibəyədək xalq və hakimiyyət heç vaxt bu qədər bir-birinə etimad göstərməmiş, səmimi əməkdaşlıq etməmişdi. Bir neçə həftədə insanların arxa cəbhədə necəsə kömək etmək yanğısını və qayğısını gördüm. Uzun illərdir ki, dekabrın 31-də formal keçirdiyimiz dünya azərbaycanlılarının həmrəylik günü nəhayət ki, bu payız gerçəkləşdi, daxili problemlərə rəğmən, ümumi iş üçün insanlar birləşməyi bacardı.

Və nəhayət, ad günü təbriklərinə görə müxtəlif reaksiyalar alan Hikmət Hacıyev haqda. Hikmət Hacıyevə aşırı sevgini də, bunu tənqid edənləri də anlamaq mümkündür. H.Hacıyevin savadı, qabiliyyəti hesabına karyerasında əldə etdikləri bir tərəfə. Amma mühüm bir şey var. Təsəvvür edin ki, bu günlərdə H. Hacıyevin yerinə Əli Həsənovu və ya Novruz Məmmədovu görsəydik, xalq eyni münasibəti göstərərdimi?! H.Hacıyev peşəkardır, ünsiyyət tərzi və davranışı ilə daha səmimidir, sözləri dəqiq seçir, siması qıcıq doğrumur və insanlar bunu hiss edir.

Bu müharibə xalq-hakimiyyət münasibətlərində ciddi təcrübə və sınaqdır. Sən xalqa doğru gəldin və o, sənə iki dəfə çox addım atdı. Ona görə, hakimiyyət vətəndaşına güvənməli və postmüharibə dövründə ehtiyac olan yumşalmalara getməlidir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

500 Karl Marx Statues Are Highlight Of Trier Exhibition
.

Kultural Marksizm və onun qısa tarixi

21 Sentyabr 2023
seymur-baycan-1
.

“Sergi ata” “Zorba”ya qarşı

12 Sentyabr 2023
photo_561190
.

Rüfət Həsənovun gəliri hara gedib?

11 Sentyabr 2023
7ca73460-3b71-11ee-8aef-9567526d09ca
.

BBC-nin emosional düşüklüyü və Rasim Balayev

17 Avqust 2023
365885219_6538589506200538_3985501127184540780_n
.

Varisin tullantıdan ibarət yaradıcılığı

14 Avqust 2023
344299258_1732660937189678_477290732747053219_n
.

İtlərdən öyrəndiklərim haqqında

30 İyul 2023

Redaktorun seçimi

Bakı. Hökumət evi. Tarix və miras.

Təbii olmamağın fəsadları haqqında

Qəribə çılpaqlıq və antiseks

Əhməd bəy Ağaoğlu Hacı Zeynalabdin Tağıyevlə niyə dalaşmışdı?

Homoseksuallığın ekran dili

Qalibiyyətə şübhə edən biçarələr

Yefremov – cəmiyyətin mənəvi çöküşünün detektoru

Big Data – yeni əsrin texnologiyası

Teymur Daimi: “Arxasında ideya dayanmayan işlər mənasızdır”

PR necə yarandı

Gənc publisistlər üçün məsləhətlər

28 Aprelin ilk qurbanlarından birini niyə kürəyindən güllələdilər?

Goranboy əməliyyatı

Konspiroloji nəzəriyyələr: nədir və kim yaradır

Cambridge Casus Toru və Kim Philby

Korona işarəsi altında

Dağılmış, donmuş, bitmiş Rusiya

İlham Əliyevin Rusiyaya verdiyi dərs

Atatürk türk dilini necə məhv etdi?

20 Yanvara gedən yol

Seymurun romanı növbəti dəfə çap olundu

Erməni anam-bacım

Mühacir alveri

Banal sırtıqlıq haqqında

DTX-nın “Mədəniyyət” əməliyyatı

Alzheimer – beyinin taleyi

Urbanizasiya və onun problemləri – 1

Hoqqabazlarla mübarizədə necə sağ qalaq?

Azərbaycanlılar “ikinci sort” kimi

Mağaranın əjdahası və müqəddəsi

Qarışıq yazı

Sevda Sultanova Sevda Sultanova
., Vətən müharibəsi
18 Oktyabr 2020

Nəcməddin Sadıqova münasibətin necəliyindən asılı olmayaraq, 1992-ci ildə çəkilmiş bir epizodu izləyəndə hər dəfə sarsılıram. Həmin epizodda o, Ağdərə uğrunda gedən döyüşlərdə Şikar Şikarovin şəhid olmasının xəbərini belə qarşılayır: “Mən ən əziz adamımı itirdim. O, qərargah rəisinin müavini kimi ən çətin anda yanımda idi. Bu, podpolkovnik Şikar Şikarov idi. Bütün ömrüm boyu onun ölümü mənim çiyinlərimdə olacaq”. Məhz o situasiyada – N.Sadıqovun üzünə qonan təəssüfün səmimiyyəti şübhə doğurmur və çökmüş vəziyyəti aydın sezilir.

Qarabağda şəhid olan əsgər və zabitlərin ölümünü vətəndaş kimi mən də çiyinlərimdə hiss edirəm: ədalətli sülh naminə şüurlu şəkildə ölümə gedən bu insanlara həmişə ödənəcək borcum olacaq.

Yazım son günlər yaşadığımız duyğular kimi bir az qarışıq alınıb. Ona görə dramaturji ardıcıllığı gözləyə bilməmişəmsə, bəri başdan oxuculardan üzr istəyirəm.

Bir həftə əvvəl döyüş bölgəsində 16-17 yaşlı erməni kursantların öldürülməsi haqda xəbəri oxuyanda təəssüflənmişdim. Çünki həqiqəti dərk etməyən yeniyetmələri Ermənistan hakimiyyətinin qurbanı kimi qəbul edirəm. Ancaq düşmənin, xüsusən son vəhşiliklərindən, sosial şəbəkələrdə öldürdükləri uşaq fotolarına gülüş atmalarından sonra olan-qalan mərhəmət hissim tamamən yoxa çıxdı, hətta dünən rastıma çıxan erməni ananın oğlunun tabutu başında qıyya çəkməsi fotosu belə heç bir hiss oyatmadı. Anlayıram ki, hər şeyə rəğmən müharibədən sonra birgə yaşayış qaçılmazdır. Ancaq indiki situasiyada bu sətirləri sıfır emosiya ilə soyuqqanlı yazıram: Düşmənə aman olmamalıdır! Heç vaxt militarist çağırışlar etməmişəm. Ancaq indi inanmağım gəlmir ki, bəşəri dəyərlərə, insan faktoruna dayanan kino sənətinin təbliğatçısı olan mən bu sətirləri yazıram. Kino sənəti çətin suallar qoymaqla, ziddiyyətli situasiyaları araşdırmaqla yanaşı, bütün hallarda onun əsasında həm də şərə qarşı müqavimət dayanır…

Cəbhədəki bugünkü uğurumuzun formulu – güclü ordu, çevik diplomatiya və vətəndaşın dəstəyinin fonunda Elif Şafakın, Elton Conun nə yazması, deməsi isə əhəmiyyətsiz və təsirsizdir. Elif Şafakdan söz düşmüşkən, çoxdan telekanallardan birində onun müsahibəsini dinləmək istəyirdim. Enerjisi ölüvay, danışdıqları isə maraqsız olduğundan kanalı dəyişməli oldum. Yaradıcı enerjisi olmadığından da əsərləri ciddi ədəbiyyat yox, konyunktura sayılır. Kitab yandırılmasına isə qarşıyam. Ona görə yox ki, cahillikdir. Dünyada mahiyyətcə yararsız o qədər kitab çap olunur ki, onları yandırmaq əslində beyinləri aydınlatmağa xidmət edərdi. Ancaq kitabı ona görə yandırmaq olmaz ki, bu, ekologiyaya ziyandır. Onu yenidən emal etmək üçün makulaturaya vermək ana təbiətimizə faydadır. Yəni gərəksiz emosiyaları cilovlayıb həyata rasional yanaşmağı necəsə öyrənməliyik.

Rasionallıq demişkən, bir məqamı xatırladım. Öncəki mövqeyimdə qalıram: ümumən “nowarçılar”a qarşı qaragüruh bəyanatları yersiz sayıram. Ələkbər Əliyevin məqaləsində deyildiyi kimi, sülh quruculuğunda onların fəaliyyətinə ehtiyac olacaq. Bir tərəfdən də düşünürsən: bir halda ki, ölkədə 30 minə yaxın erməni yaşayır, ötən illər ərzində hakimiyyət onlardan davamızın haqlı olduğunu göstərmək məqsədilə istifadə edə bilərdi axı. Misal üçün, bir belə nümunə tanıyıram. Rejissor Cavid Təvəkkülün ölkəmizdə yaşayan azsaylı xalqlar və etnik qrupların həyatına, mədəniyyətinə maraqlı yanaşma edən “Bir günəş altında” (2016) filminin qəhrəmanlarından biri Sumqayıtda yaşayan erməni Anait Əhmədovadır. O, öz hekayəsində müharibənin başlanmasında erməni tərəfinin rol oynadığını, 1988-ci il Sumqayıt hadisələrinin onlardan qaynaqlandığını vurğulayır, vaxtaşırı Bakının mərkəzində yerləşən, beş mindən çox ermənicə kitabın saxlandığı erməni kilsəsindəki kitabxanaya gəlir…

“Nowarçı”lara qayıdıram. Onlar arasında öz fikrini mümkün qədər arqumentləşdiməyə çalışanlar olduğu kimi, duyğu sümürücülüyü ilə zəhlətökənlər də var. Xüsusən kişi cinsinin nümayəndələri arasında. Dediyim odur ki, bir az təpəriniz olsun, bir işə yaramayan hindsayağı duyğusallığınızla ətimizi tökməyin. Ümumiyyətlə, Müdafiə Nazirliyi, duyğusal “nowarçılar”ı reabilitasiya üçün ön cəbhəyə göndərməlidir ki, bir az bərkə-boşa düşsünlər.

…Bu müharibəyədək xalq və hakimiyyət heç vaxt bu qədər bir-birinə etimad göstərməmiş, səmimi əməkdaşlıq etməmişdi. Bir neçə həftədə insanların arxa cəbhədə necəsə kömək etmək yanğısını və qayğısını gördüm. Uzun illərdir ki, dekabrın 31-də formal keçirdiyimiz dünya azərbaycanlılarının həmrəylik günü nəhayət ki, bu payız gerçəkləşdi, daxili problemlərə rəğmən, ümumi iş üçün insanlar birləşməyi bacardı.

Və nəhayət, ad günü təbriklərinə görə müxtəlif reaksiyalar alan Hikmət Hacıyev haqda. Hikmət Hacıyevə aşırı sevgini də, bunu tənqid edənləri də anlamaq mümkündür. H.Hacıyevin savadı, qabiliyyəti hesabına karyerasında əldə etdikləri bir tərəfə. Amma mühüm bir şey var. Təsəvvür edin ki, bu günlərdə H. Hacıyevin yerinə Əli Həsənovu və ya Novruz Məmmədovu görsəydik, xalq eyni münasibəti göstərərdimi?! H.Hacıyev peşəkardır, ünsiyyət tərzi və davranışı ilə daha səmimidir, sözləri dəqiq seçir, siması qıcıq doğrumur və insanlar bunu hiss edir.

Bu müharibə xalq-hakimiyyət münasibətlərində ciddi təcrübə və sınaqdır. Sən xalqa doğru gəldin və o, sənə iki dəfə çox addım atdı. Ona görə, hakimiyyət vətəndaşına güvənməli və postmüharibə dövründə ehtiyac olan yumşalmalara getməlidir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

500 Karl Marx Statues Are Highlight Of Trier Exhibition
.

Kultural Marksizm və onun qısa tarixi

21 Sentyabr 2023
seymur-baycan-1
.

“Sergi ata” “Zorba”ya qarşı

12 Sentyabr 2023
photo_561190
.

Rüfət Həsənovun gəliri hara gedib?

11 Sentyabr 2023
7ca73460-3b71-11ee-8aef-9567526d09ca
.

BBC-nin emosional düşüklüyü və Rasim Balayev

17 Avqust 2023
365885219_6538589506200538_3985501127184540780_n
.

Varisin tullantıdan ibarət yaradıcılığı

14 Avqust 2023
344299258_1732660937189678_477290732747053219_n
.

İtlərdən öyrəndiklərim haqqında

30 İyul 2023
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel