Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Kassandra kompleksi, yoxsa perpetuum mobile?

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
10 Aprel 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
RlAqo0sWM1h4pY7eut
Paylaş

Antik əfsanəyə görə, Troya çarı Priamusun qızı Kassandra Apollonu öz gözəlliyi ilə heyran edir və ondan hədiyyə kimi öncəgörmə vergisi alır. Lakin onu rədd etdiyindən Apollonun qəzəbinə tuş gəlmiş və tərəfindən lənətlənmişdi.

Lənətin mahiyyəti belə idi ki, Kassandra heç bir zaman öz müstəsna vergisindən istifadə edə bilməsin. Kassandranın lənəti öncədən baş verəcək hadisələrin olacağına heç bir kimsəni buna inandırmaq, bu proqnozların həqiqiliyini anlatmaq mümkünsüzlüyü, hadisələrin gedişinə və nəticəsinə əsla təsir edə bilməməsində idi.

Əfsanəyə görə Troya qəhrəmanı Hektorun bacısı olan Kassandra çobanların arasında böyümüş Parisin onlara bədbəxtlik gətirəcəyini, gözəl Helenanın isə Troyanın məhvinə səbəb olacağını öncədən demişdi, lakin ona heç bir kimsə inanmamışdı. Hətta Vergili yazır ki, Kassandranı sevən adaxlısı, Troya alınarkən öldürülmüş Koreba belə ona inanmımışdı. Rəvayətə görə məhbus edilmiş Troya qadınları Kassandranın sözlərini xatırlayıb ağlayır, o isə onlara baxıb gülürmüş.

Kassandranın əngəlləyə bilmədiyi ən ilginc öncəgörməsi isə öz həyatının qorxunc sonu olmuşdu.

Kassandra Kompleksi – gələcəyi bilən, öncəgörməsi olan, lakin baş verəcək hadisələri heç cür əngəlləyə və verdiyi proqnozların real olduğunu başqalarına inandıra bilməyən insanın lənəti kimi tarixə yazılmışdır.

XIX və XX əsr tarixi boyunca Azərbaycanda məhz bu kompleks hissini keçirən onlarca, bəlkə də yüzlərcə müxtəlif insanlar olub. Bunlardan ən məşhuru yeni təffəkkür tariximizin, mədəniyyətimizin açılacaq yeni dövrünün memarı Mirzə Fətəli Axudovun yazdıqları, müxtəlif forma və janrlarda – olsun istər komediya, istər epistolyar janr, istər esse şəklində cəmiyyətə çatdırmaq istədiyi fikirlərin, belə demək olarsa mesajların az qala tam boşuna getdiyini görcək, çıldırıb məşhur — “düşünəndə ki, bunlardan törəyən kim olacaq” ifadəsini işlətmişdi.

Bu da mütəfəkkirin dərin formada — bunu onun qəzəb saçan ibarələrindən sezmək olar — keçirdiyi həmin ağrılı kassandra kompleksinin təzahürü idi.

Təxmini həmən hisslərin kültürümüzün başqa bir təməl fiquru, Mirzə Cəlil tərəfindən də keçirildiyini asanlıqla söyləmək mümkündür  — “Danabaş kəndinin əhvalatları”, “Ölülər”, “Dəli yığıncağı” əsərləri, lap elə “Xan təsbehi”, yaxud elə məşhur “Usta Zeynal” hekayələri əslində çox-çox qəzəbli, qorxunc bir estetikaya malikdir. Sabirin kəsici satirası haqda da bunu söyləsək, əsla yanılmarıq.

Əlbəttə mövzuya münasibətdə bu qədər kəskin olmayan başqa aydınlarımız da var, lakin onların da taleyindən bu hiss yan keçə bilməzdi. Üzeyir bəy və Əbdürrəhim bəy Haqverdiyev kimi müstəsna vacib fiqurlar bəlkə də sırf mülayim təbiətləri sayəsində bir qədər yüngül yumora üstünlük verib, məsələləri bunca kəskinləşdirməməyə çalışsalar da, yenə də həmin məşum Kassandra kompleksini həyatları boyu özlərində daşımalı oldular.

Qısası bu kompleksi Axundovdan başlayaraq indiyədək tarix səhnəsində peyda olan bütün aydınlarımızın başı üzərindən asılmış bir domokl qılıncı kimi də yozmaq mümkündür.

Bütün bunlar indi, çağdaş dövrdə də təkrar olunmaqdadır — uzun illər baş verən proseslərə nəzər salsaq, bunu bariz nümunələrdə görə bilərik. Çağdaş fikir, düşüncə insanlarımızın bir çoxu Kassandra kompleksinin ağır yükünü çiyinlərində daşıyaraq, bir çox zaman məhz bu səbəbdən irəli gələn qəzəb estetikasına — bəzən bu onların sələfləri kimi istehza, rişxənd, kəskin satira formasında da ola bilər —, bir çox məsələlərdə kəskin fikirlərə üstünlük verirlər. Uzun illər davam edən bu gələnəyin pik həddi bəlkə də, həyatda yumşaq, yazılarında isə kifayət qədər kəskin mərhum Rafiq Tağının qətli oldu. 

O zaman Rafiq Tağının öldürülməsi ilə cəmiyyət sanki çalxalandı, qaynadı, coşdu, silkələndi, aşdı-daşdı… və yenidən sakitləşmə həddinə gəldi. Deyəsən kommunikasiyanın ən müasir formalar aldığı dövrümüzdə də bu mesajlar yenə mənzil başına çatmır, hədəfə yetmir. Sadəcə qarşıdurma forması alır, bu qarşıdurmalar kəskinləşə, bir qədər mülayimləşə bilər, lakin bunlar məsələnin həlli deyildir.

Qısası, bu yolu davam etməyə qərarlı fikir insanları bu Kassandra kompleksini qəlblərində daşımağa məhkumdurlar, çünki bunun alternativi dağdan-daşdan, ala gözdən, güldən-bülbüldən yazmaqdır. Yeri gəlmişkən bu məsələni yalnız humanitar sahəyə aid etmək olmaz, yəqin ki, vəziyyət siyasət, iqtisadiyyat, elm, sosial sferalarda da bundan fərqli deyildir.

Əlbəttə ki, bir zamanlar Avropa təfəkkür tarixində də bu mərhələ mövcud olub və fikrimcə artıq keçilib – çünki hələ 1895-ci ildə Nietzsche‘nin qələmə aldığı „Antixrist – xristianlığın lənəti“ (Der Antichrist – Fluch auf das Christentum) əsərində məhz xristianlıq din kimi lənətlənir (yeri gəlmiş, buna rəğmən orada islama kifayət qədər pozitiv münasibət var), almanlar isə „donuz“ adlandırılırdı. Buna rəğmən heç bir kimsənin bu dəlisov filosofu öldürmək kimi fikri olmadı. Onu sadəcə öz fikirləri əvvəl ruhi xəstəliyə, sonra isə ölümə gətirdi. Belə misallar Avropa tarixində kifayət qədərdir, lakin indi, postmodern dövrdə artıq buna ehtiyac qalmayıb, bu mərhələ keçilmiş sayıla bilər.  

Azərbaycanda isə çox təəssüf ki, Efesli Heraklit tərəfindən söyləndiyi fərz edilən məşhur “Bir çaya iki dəfə girmək olmaz” ibarəsi bu mənada əsla çalışmır. Amma o da bir həqiqətdir ki, Azərbaycanda bu gün yalnız bu deyim deyil, hətta Newton‘un cazibə qanunu da çalışmasa, heç bir kimsə əsla təəccüblənməz, əfəndilər.

Durum bu qədər “stabil” və bəsitdir, əsrlər ötüb keçsə də, dəyişməz olaraq qalır.    

Bu mənada bəlkə də perpetuum mobile, yəni „əbədi mühərrik“ ixtira etməyə nail olmuş yeganə qövm saymaq olar bizi…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör