Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Kütlənin əleyhinə getmək haqda kiçik bir esse

Elmir Mirzəyev Elmir Mirzəyev
Sərbəst
13 May 2019
Oxuma vaxtı:2 dəqiqəyə oxunur
Elmir 680x325
Paylaş

Bu gün, görkəmli kinodramaturq Rüstəm İbrahimbəyovun 80 yaşı tamam olur. Yubilyarı təbrik edirik! Onun bizim mədəniyyətə xidmətləri şəksizdir, mükafatları da saymaqla bitməz – Lenin komsomolu mükafatıdan tutmuş, “Oskara” qədər alıb. Rüstəm müəllimin filmoqrafiyasının sayı-hesabı da yoxdur, ssenarisinə çəkilmiş filmlər isə nəinki bizim, bütün postsovet məkanının sevimli filmlərdir.

Lakin Rüstəm müəllim, Azərbaycan tarixinə yalnız sənət insanı kimi düşməyib, bildiyiniz kimi 6 il bundan öncə həm də birləşmiş müxalifətin namizədi kimi ölkə prezidentliyinə namizədi olmuşdu.

O dövrü xatırlamaq istəmir adam, nəinki müxaliflər, bütün gənclik kütləvi hipnoz effektində idi. “Gəlirik”, “Masqıvada milaynerlər ittifaqı”, “Rüstəm məllimin dünya şöhrəti var” və s. kimi şüar və sevinc çığlıqları hər yandan duyulurdu.

Yadımdadır ki, bu məsələyə hətta azacıq skeptik yanaşmaq belə çətin idi, o saat adama hücum edirdilər. Bizim sənət adamlarını, ümumiyyətlə bu “ziyalılar” kastasını təəssüf ki, tanımaq əzabına düçar olduğum üçün, bu işin necə nəticələnəcəyinə öncədən heç bir şübhəm yox idi. Amma o zaman bunu ictimai olaraq səsləndirə biləcək cəmi 3-5 insan vardı. Hərçənd “kor-kor, gör-gör” idi ki, “kral çılpaqdır”.

Xatirimdədir, 2013-ün baharında bir dəstə insan, əsasən musiqiçilər və sənət adamları filarmoniyadan çıxıb bulvara kafeyə, konserti müzakirə etməyə getdik. O zaman Rüstəm müəllimin namizədliyinə kəskin tənqidi yanaşan kinoşünas dotumuz Ülvi Mehdinin dediyi hansısa atmacaya görə, professor Rəhman Bədəlov onun üstünə necə bərk qışqırdısa, bütün kafedəkilər dik atılıb bizə baxdı. Hamı çox-çox pərt oldu, araya sükut çökdü və sonra da təbii ki, dinməz-söyləməz dağılışdıq. Kimsə bu həddə gəlməsini istəməzdi.  

Kütlənin əleyhinə getmək çox-çox çətindir, çox. Cəhd edənlər bilər yalnız.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
1
.

Azərbaycan solunun qısa tarixi – I hissə

Tural Həmid
16 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör