Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Cəllad olmayın!

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
10 Yanvar 2020
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
Original
Paylaş

Bizim cəmiyyətdə çox vaxt ən sadə, hətta deyərdim 2X2=4 qədər bayağı həqiqətləri zaman-zaman təkrar etməlisən. Təəssüf ki, tez-tez yaranan bu zərurət insanı yorur, banallıqları tutuquşu kimi təkrar etmək ehtiyacı yaradır, sübut tələb edilməyən həqiqətləri dəfələrlə dilə gətirmək məcburiyyəti qarşısında qoyur.

Çox zaman bu səbəbdən «təkrarçılıq edirsiniz», «mövzu qıtlığı ilə üzləşmisiniz deyəsən» ittihamına məruz qalırdıq. Seymur Baycan uzun illər əvvəl, həmin «təkrarçılıq» ittihamı ilə növbəti dəfə üzləşəndə demişdi ki, «əgər siz belə olmasaydınız Mirzə Cəlil də „Poçt qutusu“nu yazmazdı, Novruzəlini təsvir etməzdi, başqa məsələlərdən yazardı».

Budur, indi də 40 min insan yığışıb sanki qədim Romada qladiator döyüşündən sonra edam mərasiminin qanuni bərpasını tələb edir.

Bəzən dostlar arasında söhbət zamanı belə fikir yaranır ki, bu hakimiyyət belə bizim hazırkı toplum üçün çoxdan-çoxdur, cəmiyyət öz inkişafında (ya zəlzələdən, ya vəlvələdən) orta çağlar səviyyəsində qalıb.

Ölüm hökmü tələb etmək arxaizmdir, geriçilikdir, tarixin təkərlərini geri döndərmək cəhdidir, barbarizmdir.

Bunun üçün heç bir arqumentasiya gərək deyil, «məhkəmələrimiz indi pisdir, istintaq obyektiv aparılmır, səhv ola bilər, hətta Amerikada son illər ərzində ölüm hökmünün icrası zamanı çox böyük yanlışlar baş verib» kimi əsaslar gətirib «hələ olmaz» deməyə də gərək yoxdur.

Bu sadəcə heç bir sübut tələb etməyən aksiomadır. Ölüm hökmünə geri dönüş mümkünsüzdür, bu bəşəriyyətin artıq keçdiyi pillədir. Əgər bir adam insan simasından çıxmış vəhşidirsə, xislətcə cinayətkardırsa, təsəvvür edilməsi mümkünsüz işlər görübsə belə cəmiyyətin yaratdığı dövlət də onun tayına, insan qatilinə çevrilə bilməz, buna yol vermək olmaz.

«Bəs niyə Amerikada (filan yerdə, feşman ölkədə) hələ də var?» kimi mənasız suallar keçmir. Cəhənnəmə var, Amerikada var deyə bizdə də olmalı deyil, vəssəlam.

Əslində bu yazdıqlarım qeyri-humanist xarakterlidir. Niyə? Çünki ömürlük cəzanı ölüm hökmündən çox-çox ağır bir cəza hesab edirəm. Bir insanın ölümü su içmək gədər asan bir işdir əslində. Həmin cəzaya məhkum edilən adam bir neçə saniyədən sonra heç bir şey hiss etməyəcək. Ömürlük cəza isə əslində çox-çox dəhşətli məsələdir.

Bizdə ölüm cəzası 22 il bundan öncə, 1998-ci il fevralın 10-da ləğv olunub. Azərbaycan o zaman Avropa Şurasına üzv olmadan öncə ölüm hökmünü ləğv etdi, hətta barələrində hökm çıxarılmış insanların da cəzası həmin vaxt ömürlük həbs cəzası ilə əvəzləndi. Bununla da tariximizdə daha bir ağır səhifə əbədilik qapandı.

Cəllad olmaq arzusu vəhşilikdir, murdardır, insan xislətinə yaraşan iş deyil.

Cəllad olmayın!

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör