Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Kərimlinin oynayan göz-qaşı və Qarabağ “dərdi”

Sevda Sultanova Sevda Sultanova
., Mövqe
27 Dekabr 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
əli kərimli
Paylaş

AXCP sədri Əli Kərimli Azadlıq Radiosuna bir müddət əvvəl verdiyi müsahibəsində “27 ildən sonra Azərbaycanın mübahisəsiz torpaqlarının 3-5 dəfə zəif rəqibinin əlindən geri alınması çox belə, həddindən artıq böyük uğur deyil” fikrini deməklə məncə, riyakarlıq edir. Əslində “riyakarlıq” sözü əvəzinə hansısa yumşaq ifadənin istifadəsi mümkün idi. Məsələn, “qeyri-səmimlik” kimi. Lakin bilərəkdən istifadə eləmirəm.

Hələ noyabrın 8-də Şuşa və bundan öncə digər rayonlarımız işğaldan azad olunanda Kərimli belə düşünmürdü. Hətta Şuşanın azad olunması xəbəri elan olunan gün o, başını dik tutaraq, əzmkar və qalibanə görkəm alaraq, xalqı şairanə pafosla təbrik edir və o təbrikin içində bu cümlələr yer alır: “İlham Əliyev xalqımıza güvənərək, axıra qədər getdi və Azərbaycan ordusu şanlı bayrağımızı Şuşadan asdı. Bu, böyük bir qələbədir. Və bu böyük qələbə münasibətilə Ali Baş Komandan olaraq İlham Əliyevi də təbrik edirəm”. Bu hissəyə yenə qayıdacağam.

İkinci Qarabağ savaşı zamanı müxalifətdə olan tanınmış ictimai siyasi adamları sosial şəbəkələrdə çox istifadəçi kimi mən də izləyirdim. Onlardan müəyyən kəsim susurdu. Mahiyyətcə bunun kədərli və məyusluq sükutu olmasını əksəriyyət sezmişdi. Çünki həmin adamlar müxtəlif vaxtlarda Azərbaycan ordusunun mövcud hakimiyyətlə Qarabağı azad edə bilməyəcəyini, qələbəyə qadir olmadığını inandırmağa çalışırdı. Həm də ona görə ki, onlar heç bir halda hazırkı hakimiyyətin Qarabağda uğur qazanmasnı istəmirdi. Hətta ola bilsin, əldə olan torpaqların bir qisiminin itirilməsinə belə razıydılar, təki hakimiyyətin qələbədə rolu olmasın.

Onları başa düşürəm. Daxili siyasətdə demokratiya, insan haqları, min cür problem var. Vətəndaş kimi daxili siyasətdə məni də çox şey qane eləmir. Lakin hakimiyyətə nifrəti səbəbindən Qarabağın azad edilməsini istəməyən kəsimin ölkəmizdə sosial rifahın, demokratiyanın reallaşmasını cani-könüldən istəməsi də şübhəlidir…

Bu mənada Kərimlinin hazırkı situasiyada davranışı, bədən dili, qaş-göz oynatması ilə müəyyən fikirlərinin emosional və siyasi qatını gücləndirməsi, onun Qarabağ məsələsində səmimiyyətinə birmənalı yanaşmağa yer qoymur. Mitinqlərdən birində “İlham Əliyevin 8 illik Qarabağ fəaliyyəti sıfırdır. Azərbaycan hökuməti Qarabağı qaytarmaq üçün heç bir real addım atımır” iddiasını ortaya qoyan Kərimli ikinci savaş zamanı başqa cür davrana bilməzdi. Əks halda elə sosial şəbəkələrdə istifadəçilərin qınağına tuş gələcəyini bilirdi. Ona görə Kərimli onun üçün nə qədər çətin olsa da, sevinmək, önəmli məsələdə hakimiyyətin yanında olmaq taktikasını oynamağa məcbur idi.

İndi isə budur, Kərimlinin alt niyyətini üzə çıxaran imkanlar əmələ gəlib. Doğrudan da, Qarabağ ərazisində üstünlük Azərbaycan tərəfində olsa belə, həll olunmamış xeyli problem var: bəzi ərazilərdə erməni idarəçiliyi, rus ordusu faktoru və s.

Lakin yazımın məğzi bu deyil. Məsələ yuxarıda qeyd etidyim riyakarlıqdır. Bir ay əvvəl böyük qələbə münasibətilə xalqı təbrik edən Kərimli sonrakı müsahibəsində istehza qarışıq hikkə və nifrətlə nəticəni böyük uğur sayımır. 30 ildən çox siyasətdə dayanan Kərimli alt niyyətini, məkrini gizlədə bilmir. Onun ikinci planında – hakimiyyətin bəzi ərazilərdə hələ ki, maksimum nəticəyə nail omamasından dolayı sayrışan həzz duyğuları o qədər aydındır ki, onu görməkdən ötrü Meyerhold, Stanislavski peşəkarlığına ehtiyac qalmır.

Lap yaxınlarda isə Meydan TV-də verdiyi müsahibəsində Kərimlinin üzündə təbəssüm dolaşır, o, az qala sevincini gizlədə bilmirdi: “Mən bilirdim ki, bizi bir gün dayandıracaqlar. Axı, ondan əvvəl aprel döyüşləri olmuşdu. Aprel döyüşlərində gördük, neçə günə dayandırdılar. Onu bilirdim ki, Azərbaycan hakimiyyəti xarici təzyiqlər qarşısında bir az zəifdir”.

Kərimli müsahibələrində, bir tərəfdən hakimiyyətin 3-5 dəfə zəif rəqibin əlindən torpaqların geri alınmasını böyük uğur saymır. Digər tərəfdən isə məsələ ilə bağlı beynəlxalq təzyiqlərin gücünü inkar eləmir və onların Azərbaycana münasibətdə geosiyasi maraqlarını neytrallaşdırmağı, Rusiya amilini və onunla rəftarı 2+2 kimi asan formulada görür. İstər-istəməz sual yaranır: əgər hər şey bu qədər asandırsa, göründüyü qədər bəsitdirsə, o zaman Kərimli niyə 27 ildir hakimiyyətə gələ bilmir?

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör