bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Qocalara yer varmı?

Qismət Rüstəmov Qismət Rüstəmov
., Kültür
12 Aprel 2020
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
Qismet
Paylaş

Ötən gün çağdaş Amerika yazıçısı Kormak Makkartinin “Burda qocalara yer yoxdur” romanı əsasında Koen qardaşlarının neo-vestern janrında çəkdikləri eyniadlı filmə baxanda, çoxdan fikrimdə olan bir mövzuda yazmaq qərarına gəldim. Romanın adı görkəmli irland şairi Vilyam Batler Yeytsin “Bizansa səyahət” şeirinin ilk misrasıdır: “Qocalara yer yoxdur bu ölkədə. Cavanlar qol-boyun, quşlar öz nəğməsində…”

Yeytsin şeiri həyatdan əl-ayağını çəkmiş bir qocanın ölümdən sonrakı həyatın necə olacağı haqqında düşüncələridir, amma romanın da, filmin də mövzusu birbaşa qocalıqla bağlı deyil. Burda daha çox günü-gündən dəyişən, mutasiyaya uğrayan şərin ağlasığmaz “yeniliyi” qarşısında köhnə dövrü təmsil edənlərin çarəsiz çaş-başlığından söhbət gedir. Bu mənada filmdə açıq olmasa da, dolayı yolla, altdan-alta nəsillərarası konflikt, “atalar-oğullar” problemi də hərəkət etməkdədir. Mənə isə problemin yeni əsrdə aktuallaşan başqa təzahürləri maraqlı gəlir: gerontokratiya – qocaların hakimiyyəti və eycizm (ageism) – yaş ayrı-seçkiliyi.

XIX əsrdə Jan Jak Fazzi mühafizəkar və qocalardan ibarət Fransa parlamentini ələ salmaq üçün gerontokratiya sözündən istifadə edib. XX əsrin modernist hərəkatlarıyla birlikdə aradan çıxacağı, öz qınına çəkiləcəyi düşünülən qocaların idarəçiliyi yoxa çıxmadı, əksinə, yeni-yeni metodlarla kök saldı. Bu, anaxronik düşüncə bu gün də müxtəlif inkişaf səviyyələrində olan ölkələrdə özünü göstərir. Bizim kültürdə “Allahsız yerdə otur, böyüksüz yerdə oturma” kimi atalar sözlərində, “ərki çatmaq” kimi gündəlik həyatda qarşımıza çıxan ifadələrdə, “hələ cavansan bilməzsən, bizim vaxtımızda…” ilə başlayan nostalgik cümlələrin arxasındakı psixoloji motivasiyada özünü göstərən ağsaqqala, ağbirçəyə hörmət kultu ənənədən aldığı güclə cəmiyyətdəki bütün sferalarda gənclərin qabağına “həmişəyaşıl” şlaqbaumlar kimi çıxır. Qocalar – ənənə estafetinin layiqli təmsilçisi, yaşa dolduğu üçün avtomatik şəkildə nəslin bütün qərarlarında söz sahibinə çevrilən personalardır; elə bu düşüncənin proyeksiyası kimi ailədən qəbiləyə, klana, dövlətə qədər uzanan tarixi prosesdə qocalar görüb-götürmüş, hikmət və təcrübə sahibi kimi vəzifəyə, idarəçiləyə ən layiqli yeganə namizəd sayılırlar. Qocalıqla idarəçiliyi eyniləşdirən düşüncənin yeganə arqumenti təcrübəylə bağlı deyil. Bu fikrə görə, ənənə mütləq qorunmalı, ötürülməli bir nəsnədir və bu simvolik sərmayəni öz muzey-yaddaşlarında ən yaxşı qocalar mühafizə edə, gələcək nəsillərə ötürə bilərlər. Törə, ənənə davam etməlidir, çünki o artefaktdır, lap imperatorun nuhdanqalma gümüş qarşokunu geri gətirmək üçün bütün dünyanı şillə-təpik altına salan Ceki Çan filmlərindəki kimi.

Qocalığa bu cür imtiyaz verən model bu gün də xeyli ölkədə senatlarda (senat – latınca “yaşlanmaq” deməkdir), papalıq institunda, Yaponiyada Genro (qocalar məclisi) kultunda yaşayır. Yaponiyada Genroya iki dəfə baş nazir postunda olmuş qocalar seçilir və bu ağsaqqallar məclisi yeni dövlətin qurulmasında imperatora məsləhət verirlər. Genronun yaranma fəlsəfəsi belədir ki, ənənəyə görə, imperator qoca adamın üzünə qayıtmaz.

Gerontokratiya anlayışını nəzəri olaraq ilk dəfə araşdıran Maks Veber olub. Veber “İqtisadiyyat və cəmiyyət” adlı əsərində bu anlayışı ənənəvi idarəetmənin (patriarxalizm, feodalizm) bir modeli kimi dərindən araşdırıb. Veberin şərhində gerontokratiya ənənəni fetişləşdirən və bunu edərkən başqa bir mühafizəkar institut olan dinə apelyasiya edən konservativ cəmiyyətlərdə ictimai strukturdakı yeniləşmənin astagəl, ləng olmasına gətirib çıxarır. Gələcəyi qurmaq üçün keçmişin heç nəyindən vaz keçə bilməyən, “həm o olsun, həm bu” deviziyliyə öz həris illüziyasına məğlub olan bu cür cəmiyyətlərdə cavanlar öz sırasının gəlməsi üçün qocalmalıdır. Bizim kültürdə rəmzi mənada “hörmət” əlaməti sayılsa da, əslində, dərin qatlarda cavanlıq arzularından könüllü imtina etməyi ifadə edən “əl öpmək” ənənəsi, məsləhət ünvanının ağsaçlı qoca Dədə Qorqud olması, uşağa ölmüş atanın, ananın, nənənin, babanın adı qoymaqla doğulan kimi onun müstəqil kimliyinin yarısını ənənəyə qurban verən adətlərin hələ də yaşaması gerontokratiyanın işığında təhlil oluna bilər.

Həmvətənlərimizin çeynəyə-çeynəyə düşüncə horrasına çevirdiyi “avropanın yaxşı tərəflərini götürək” ifadəsindən hələ də sonuncu nicat yeri kimi yapışan adamlar xoşbəxtliyi həqiqətdən qaçmaqda görürlər: həqiqət isə budur ki, “gavur” avropalılar ənənə qovluğu içində müəyyənləşdirilən hər şeylə haqq-hesablarını çürütməyə 5-6 əsr bundan qabaq başlayıblar.

İndi gəlin, baxaq, görək, 5-6 əsr bundan qabaq, tutalım, Osmanlı imperiyasında vəziyyət necə idi? Böyük türk tarixçisi Halil İnalcıq yazır ki, XVI əsrin axırlarında Osmanlıda qəbul edilən “əkbəriyyət” prinsipiylə birlikdə mövcud sultan öləndən sonra hakimiyyətin avtomatik olaraq sultanlıqdakı ən yaşlı üzvə keçməsi ənənəsi oturuşdu.

Qocalığın mötəbər olmasına, ağsaqqallığın fetişləşdirildiyinə görə, dünyadakı bütün yeni fikir cərəyanları, müasir tendensiyalar bizə qocalandan sonra gəlir, cəmiyyət bu ideyaları öz vaxtında yaxına buraxmaq istəmir, qocalıb, heydən düşüb, aktuallığını itirəndən sonra onu qəbul edir. Bu düşüncə silsiləsinin davamı özünü başqa yerlərdə də göstərir: öz keçmişiylə haqq-hesab çəkməmiş cəmiyyətlərdə idarəetmə yox, nəzarət olur, məncə, buna görə də bütün dünyada, tutalım, katastrofik vəziyyətlərə “böhranın idarə olunması” deyirlər, bizdə “böhrana nəzarət.”

Bu problem təkcə bizə məxsus deyil, əslində, dünyanın istənilən qitəsində bu məsələ müxtəlif səviyyələrdə mövcuddur. Amma vacib fərqlər, nüanslar var. Bizim kimi modernizm qızılcasını vaxtında keçirmədiyi üçün haldan-hala düşən cəmiyyətlərdə qocalarla bağlı problemlər ayrı cür təzahür edir, bu mərhələni çoxdan keçmiş, tamam başqa intellektual müstəviyə çatmış, rifah səviyyəsinə yüksəlmiş cəmiyyətlərdə başqa cür. Bunları qarışdırmaq olmaz. Yığcam bir misalla izah etməyə çalışım: Orxan Pamuk hələlik sonuncu romanı “Qırmızı saçlı qadın”da iki mifoloji motivi qarşılaşdırır – Atasını öldürən Edipin əhvalatı və oğlu Söhrabı öldürən Rüstəmin əhvalatı. Biri rəmzi mənada bugünkü avropanı doğuran cavanlığın qalib gəlməsidir, o biri şərqi təmsil edən atanın oğulu öldürməsi, təzənin köhnəyə məğlub olması.

1969-cu ildə Amerikanın məşhur Kolumbiya Universitetində çalışan psixiatr Robert Batler əmlak birjasında maraqlı bir tendensiya görür. Müşahidə edir ki, qocaların çox yaşadığı yerlərdəki evlərin kirayə haqqı ümumi nisbətdə başqa yerlərdən daha ucuzdur. Batler araşdırır ki, cavanlar qocaların çox olduğu yerlərdəki evləri kirayə götürmək, satın almaq istəmirlər və alim bu tendensiyanı “eycizm” – yaş ayrı-seçkiliyi adlandırır. Çağdaş dövrdə isə Linda Vulf ( Linda Woolf) “Eycizmin nəzəri əsasları” (Ageism: The Therotical basis of ageism) adlı kitabında bu anlayışın XXI əsrdəki təzahürlərini araşdırıb. Vulfun fikrincə, ölümlə eyniləşdirilən yaşlılıq, qocalıq düşüncə qəlibinin əks qütbündə cavanlıq kultunun hədsiz şişirdilməsi durur. İstehlak cəmiyyətində daha çox gəncliyin, cavanlığın ön plana çıxarılması, bədii ədəbiyyatda, televiziya proqramlarında, kinoda fasiləsiz şəkildə fiziki gözəllik ilə arıq, fit olmaq arasında əlaqə qurulması eycizmin arxa planındakı səbəblərdən bəziləridir. İnsanlar özlərini fiziki görkəmləri, zahiri komponentləriylə ifadə etməyə başladıqları üçün yaş keçdikcə fiziki görkəmləri dəyişən qocalar ölümü, xəstəliyi yada salan subyektlərə çevrilirlər ki, bu da ayrı-seçkilikdir. Eycizm irqçilikdən və cinsiyyətçilikdən sonra üçüncü ən böyük və yaxın gələcək üçün hələ aktual olacaq ayrı-seçkilik hesab edilir.

Ümumdünya Səhiyyə Təşkilatının mövzuyla bağlı 2012-ci ildə yaydığı hesabatda deyilir ki, XXI əsrdə qloballaşma nəticəsində daha çox insan şəhərlərdə yaşamağa başlayıb və ənənəvi ailə strukturu, yaşayış formaları çox dəyişib. ÜST-ün fikrincə, bu dəyişmələrin arasında ən tragik olanı əhalinin qocalmasıdır. Çox yaxın gələcəkdə bəşər tarixində ilk dəfə qocaların sayı uşaqların sayından daha çox olacaq. Bu hesabatdan artıq səkkiz il keçib, proqnoz artıq özünü doğruldub və bu gün Avropa sosialoqlarının, futuroloqların ən çox müzakirə etdiyi mövzulardan biri elə budur. Rifah səviyyəsi yüksələn, inkişaf etmiş səhiyyə sistemi yaradan qabaqcıl Avropa ölkələrində bir yandan insanın ömrü uzanır, yəni avtomatik şəkildə qocalar çoxalır, digər tərəfdən dünyaya uşaq gətirmək istəyənlərin sayı azalır. Beləcə, qəribə bir vəziyyət yaranıb və göründüyü kimi, bu problematika bizdəki məsələdən çox fərqlidir.

Eycizmin, əslində, iki qütbü var: əgər bir tərəfi “sən artıq qocasan, yararsızsan” deyərək qocalara qarşı olan ayrı-seçkilikdirsə, digər qütbü “sən hələ cavansan, bilməzsən” deyərək cavanlara qarşı olan diskriminasiyadır.

Sərlövhədə qoyulan sualın cavabına gəlincə, qocalara həmişə yer olmalıdır, amma gərək həmin yer bacarıqlı və layiqli cavanların haqqını tapdamaq hesabına başa gəlməsin.  

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör