Dünən bəzi KİV-lərin yazdığı və sonradan təkzib olunmuş xəbərə görə gələn ildən Azərbaycanda orta və ali təhsil müəssisələrində icbari dini maarifləndirmə fənni tədris olunacaq. Bu xəbər sosial şəbəkələrdə ciddi fikir mübadiləsinə səbəb oldu. Mövzu həssas və kulturoloji əhəmiyyətli olduğu üçün yazıçı Əli Əkbər və kulturoloq Elmir Mirzəyev onu müzakirə etdilər.