Azlogos
  • Qaydalar
  • Kimlər var

1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bahis keyfini doyasıya yaşamak isteyenlerin tercihi Bettilt olmalıdır.

Türkiye’de oyuncuların önemli kısmı düşük miktarlı bahislerle başlar, Bahsegel deneme bonusu düşük limitleri destekler.

Bahis dünyasında gelecek yılın yeniliklerini sunacak olan Bahsegel şimdiden konuşulmaya başlandı.

Bahis platformlarının %72’si artık kripto para desteği sunmaktadır; Bettilt 2025 bu yeniliği güvenli şekilde entegre etmiştir.

Futbol ve basketbol kuponları yapmak için Bettilt kategorisi tercih ediliyor.

2025 yılında yepyeni özellikler sunacak olan bahsegel sabırsızlıkla bekleniyor.

Online platformda hızlı işlem garantisi sunan bahsegel giriş kullanıcılarına zaman kazandırır.

Yüksek kazanç oranlarıyla her zaman dikkat çeken bahsegel türkiye bahis dünyasında liderdir.

Kullanıcılar sisteme hızlı giriş yapmak için paribahis linkini kullanıyor.

Online dünyada daha çok eğlence isteyenler casino kategorisine yöneliyor.

Yatırım yapanlar için özel olarak hazırlanan paribahis güncel giriş kampanyaları büyük ilgi görüyor.

Global casino oyunları pazarının yıllık büyüme oranı %10 olarak hesaplanmıştır; bu, paribahis güncel link’in yatırım yaptığı bir alandır.

Slot makineleri ve rulet heyecanı yaşayan kullanıcılar paribahis giriş sayfasına yöneliyor.

Bahis dünyasında kazancın adresi haline gelen bettilt güvenilirliğiyle öne çıkar.

Global pazarda da kendini kanıtlayan bettilt platformu Türk oyunculara da hitap ediyor.

VIP rulet masaları yüksek bahis yapmak isteyenler için özel olarak hazırlanmıştır, bettilt indir apk bu ayrıcalığı sunar.

Canlı bahislerde yüksek oran ve hızlı işlem avantajı sunan bahsegel giriş güncel, profesyonel bir bahis deneyimi yaşatır.

Kullanıcılarına özel ödül ve geri ödeme programlarıyla Paribahis kazanç sağlar.

Curacao Gaming Authority’ye göre 2024 itibarıyla 2.100’den fazla aktif lisans geçerlidir; bu lisanslardan biri bettilt bonus’e aittir.

Generalın ölümü

Əli Novruzov Əli Novruzov
., Mövqe
05 Yanvar 2020
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
MyCollages
Paylaş

Obrazlı danışsaq, General Qasım Süleymani Livan və Yəməndən Əfqanıstana və Pakistana kimi çoxmilyonlu şiə dünyasının Çe Gevarası idi.

İran İslam İnqilabının ilkin ideallarına hələ də sədaqətini qoruyub saxlamış General Süleymani hərb meydanında özünün bəbir çevikliyi və bizim hüdudsuz kommunikasiya çağında sosial şəbəkələrdə kultivasiya olunan qüsursuz təsviri ilə artıq öz sağlığında canlı əfsanəyə çevrilmişdi.

Yanvarın 3-də Bağdad Beynəlxalq Hava Limanında amerikalıların hava zərbəsi nəticəsində ölümü isə bu əfsanəni tamamlayaraq məntiqi bütövlüyünə qovuşdurdu.

Maodan sonra yaxın tariximizin ən böyük hərbi strateqlərindən birinin – bəlkə də ən birincisinin belə xain şəkildə – gecənin zülmət qaranlığında, karvanbasan quldurlar tərzində havadan dron vasitəsilə öldürülməsi özü çox simvolik bir akt idi. Bu günün avamfərib dünyası çünki mətin bir məfkurə qarşısında başqa tərzdə davrana bilməzdi.

Məşhur eposdan eyni dərəcədə məşhur sitatı parafraz etsək – dron çıxdı, kişilik əldən getdi.

Lakin dünyaya apokaliptik nəzərlərlə baxan bir şiə üçün General Süleymaninin ölümü – şəhadəti həm də onun fəzilətli həyatının zirvəsidir. Çünki dünyagörüşünün təməlində Kərbəla hadisəsi dayanan şiəlik nöqteyi-nəzərindən General Süleymani pak amallar uğrunda şəhidlik şərbətini dadıb. İmam Hüseyn məktəbinin layiqli bir davamçısı üçün bundan böyük mükafat təsəvvürə gəlməz.

General Süleymaninin ölümünə bu gün elə İranın və geniş şiə dünyasının özündə gizli və aşkar şəkildə sevinənlərin çoxluğu da təəccüblü görünməsin. Tarixin bütün passionar fiqurları həmişə eyni intensivlikdə pərəstişin və nifrətin obyekti olurlar. General Süleymani də bu qaydadan istisna deyildi.

Son illərdə iqtisadi və sosial böhranlarla çalxalanan İranda rejimə qarşı narazılıq qaynama nöqtəsinə çatmışdı. İraqda hətta ən ardıcıl şiələr arasında da anti-İran əhval-ruhiyyəsi artıq əməli formalara keçirdi. Livanda Hizbullahın mənəvi nüfuzu sual altına alınmağa başlanırdı. Suriyada əsədçi çevrələrdə İrana qarşı şübhələr baş qaldırırdı. Əbədi sünni-şiə ixtilafında Amerikanın ilk dəfə açıq-aşkar tərəfkeşlik edərək cəbhədə konkret mövqe alması fonunda şiə dünyası etimad və həmrəylik defisiti yaşayırdı. General Süleymaninin ölümünün təsadüfən bu təhlükəli kontekstdə baş verməsini də unutmaq olmaz.

General Süleymaninin ölümü yaxın gələcəkdə məhz bu etimad və həmrəylik defisitini aradan qaldıran amilə çevrilə bilər. Bu gün İranın və onun müttəfiqlərinin yasa batması, ilk baxışdan çarəsiz və əlacsız görünən təziyə məclisləri və intiqam çağırışları heç kəsi aldatmasın. Bu yas insanların vəfat etmiş əziz qohumları üçün tutduqları yaslardan deyil. Diqqətlə baxanda bu yasda Kərbəlanın kölgəsini aydın görmək olar.

Bizim təsəvvürümüzdə Qərb ölkələrinin qərarvermə mexanizmləri az qala riyazi və həndəsi düstürlar şəklində təzahür edir. Sanki çoxsaylı tədqiqat mərkəzləri və dövlət idarələri böyük məlumat bazaları əsasında və parlaq ekspertlərin rəylərindən çıxış edərək ən optimal həll yolları hazırlayırlar, sonra isə dövlət rəhbərləri öz kabinetləri ilə birgə bütün bu həll yollarını mikroskop altında nəzərdən keçirib ən doğru olanına hökm verirlər.

Qərbin yaratdığı bu mifə, təəssüf ki, biz Qərbdən daha çox inanmışıq. ABŞ-ın son illərdə təkcə Yaxın Şərq regionunda atdığı hesablanmamış addımlar da sanki bizə görk olmur.

Uzun illər Bağdadda əcnəbi müxbir qismində işləmiş Raciv Çandrasekaran amerikanların İraqı işğalına dair yazdığı kitabında bu hesablanmamış addımların uzun siyahısını təqdim etdikcə təəccübdən inana bilmirsən, məsələn.

Kitabdan sadəcə bir əhvalatı qeyd edim: Bağdadda işğal administrasiyasının rəhbəri Pol Bremerə məruzə edirlər ki, Nəcəf adlı şəhərdə Sistani adlı bir ruhani İraqda vətəndaşların seçkilərdə iştirakdan imtina etməsi haqda fətva verib. Pol Bremer və ətrafı da “dərin müzakirələrdən” sonra qərara gəlir ki, boş söhbətdir, nə çoxdur İraqda ruhani, birinə də biz əks-fətva yazdırarıq.

Bax buna görə də təəccübdən inana bilmirsən deyirəm. Necə ola bilər ki, ABŞ okeanın o tayından qoşun-ləşkəri çəkib gətirib, İraq boyda ölkəni işğal edib, amma nə Ayətullah Sistaninin şəxsiyyətinə və şiə dünyasında mövqeyinə bələd deyil, nə Nəcəfin əhəmiyyətini anlamır, nə fətvanın təbiətini başa düşmür, nə də ümumiyyətlə hadisənin ciddiyətinə vara bilmir?

Mən öz kiçik azərbaycanlı ağlımla bu suallara cavab tapa bilmirəm.

İndi isə gəlin Nyu York Taymsda yanvarın 4-də, dördü də Pulitzer mükafatı laureatı dörd jurnalistin imzası ilə getmiş məqalədən bir hissəyə baxaq:

İranın ən güclü hərbi komandanı, general-mayor Qasım Süleymaninin ölümünə aparan xaotik günlərdə Amerikanın yüksək rütbəli hərbi məmurları İranın rəhbərliyi altında İraqda baş verən son zorakılıqlara qarşı ən sərt cavab tədbiri kimi generalın öldürülməsi variantını da Prezident Trampa təqdim etmişdilər.

Onlar Trampın bu variantı seçəcəyini düşünmürdülər. 11 sentyabr hücumlarından üzü bəri aparılan müharibələrdə Pentaqon rəsmiləri prezidentlərə digər imkanların daha cəlbedici görünməsi üçün tez-tez inanılmaz variantlar da təklif edirdilər.

Dekabrın 28-də Süleymanini öldürmək seçimini rədd etdikdən və əvəzində İranın dəstəklədiyi yarım-hərbi şiə qrupuna hava hücumlarına icazə verdikdən bir neçə gün sonra, Müdafiə nazirliyi və Ağ ev əməkdaşlarının sözlərinə görə, cənab Tramp Bağdaddakı ABŞ səfirliyinə İran tərəfindən təşkil olunmuş hücumları televiziya xəbərlərində izləyərək qəzəblənir.

Cümə axşamı gününün sonunda prezident qarşısındakı seçimlərin ən ifratına gedir. Pentaqonun ən yüksək rütbəli rəsmiləri heyrətə düşürlər.

Bir qənaətə gəlmək üçün hələ tezdir, amma istər-istəməz düşünürsən – görəsən ABŞ Yaxın Şərqdə hesablanmamış növbəti addımamı imza atdı?

Üçüncü dünya müharibəsinin başlaması ehtimallarını səsləndirən alarmistləri hələ ciddiyə almaq lazım deyil, amma Yaxın Şərqi bundan daha böyük təlatümlərin gözlədiyini deməyə hər cür əsas var.

Qasım Süleymani təkcə dağlarda partizan müharibəsi aparan komandante deyildi, o həm də suveren bir dövlətin rəsmisi, general-mayor rütbəli hərbçisi idi. Hətta regionda hədsiz əhəmiyyətli amil olan şiə esxatologiyasını tamamilə bir kənara qoysaq da, vəziyyətin ciddiyyətini görməzdən gəlmək olmaz.

Burada ABŞ-İran münaqişəsinin geriyədönməzlik nöqtəsini keçməsi faktı da var, İranın öz hərbi nüvə proqramını bərpa etmə ehtimalı da var, Yaxın Şərq boyu közərən münaqişə ocaqlarının hər an tammiqyaslı beynəlmiləl müharibəyə keçməsi gümanı da var.

Gerçəklik hissini itirmiş dövlət rəhbərlərinin ilk baxışdan yaxşı ölçülüb-biçilmiş qərarları nəticəsində bəşəriyyətin Birinci Dünya Müharibəsi kimi gözlənilməyən faciəyə sürüklənməsi hadisəsindən cəmi 100 il keçir. Barbara Takmanın “Avqust silahları” əsərini stolüstü kitabına çevirmiş və Kuba böhranında müstəsna təmkin sərgiləyən Kennedidən fərqli olaraq bu gün Ağ evdə oturan prezident televiziya xəbərlərini izləyərkən qəzəblənir.

Dünya hər an xəritəsi çəkilməmiş dənizlərə doğru dreyf edə bilər. Bizim Şərq ilə Qərb arasında qalmış ölkəmizin lodkəsi bu naməlum dənizlərdə üzə biləcəkmi?

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör