bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Rəsulzadə Azərbaycan cəmiyyəti üçün niyə vacibdir?

Cavid Ramazanov Cavid Ramazanov
Mövqe
05 Yanvar 2021
Oxuma vaxtı:10 dəqiqəyə oxunur
Cavid Ramazanlı
Paylaş

“Əsrimizin Siyavuşu” əsərinin yazılması tarixçəsinin özü əslində bir roman, film mövzusudur. Məmməd Əmin əsəri Sovet işğalından qaçaraq sığındığı Lahıc kəndində, çox güman bir vida yazısı kimi yazıb.

“Qızıl Ordu”nun ölkəyə girməsiylə Bakı işğal olunmuş, Azərbaycan Xalq Cümhuriyyəti süqut etmişdi; yerli hökumətdə təmsil olunanların çoxu ya ölkədən qaçmış, ya həbs olunmuş, ya da güllələnmişdilər. Rəsulzadəni də ölüm gözləyirdi, dövlət başçısı kimi o canını xilas edə bilməzdi, amma hələlik dağlardakı ucqar kənddə gizlənirdi.   

Lahıc müşahidə altında olduğundan Rəsulzadə tez-tez qaldığı evi dəyişməli olurdu. Axırda yaxalanaraq həbs edildi. Amma həbsindən əvvəl AXC-nin fəlsəfəsini, xalqının kimliyini, gələcəyini açan əsərini tamamlayıb kəndlilərdən birinə ötürə bildi.

 “Bir kərə yüksələn bayraq bir daha enməz” konsepsiyası “Əsrimizin Siyavuşu” əsərində açılır. Rəsulzadə bolşevizmi Firdovsinin “Şahnamə” poemasındakı qəddar Zöhhak obrazı ilə eyniləşdirir, yazır ki, bolşevizm müvəqqətidir, ona sadəlövhlüklə inananlar belə, gün gələcək onun mahiyyətini başa düşəcəklər. AXC-ni isə o,  poemadakı Siyavuş obrazına bənzədir, əsərdə Siyavuş ölür, amma onun ideyası qalır, Rəsulzadə də AXC ideyasının yaşayacağını xəbər verir:

“Əsrimizin Siyavuşu ölmüşsə də, onun doğurduğu istiqlal fikri ölməmişdir. Bu fikrin tərəfdarları indiki halda dağlarda, vətənlərindən uzaq məmləkətlərdə, həbsxanaların qaranlıq və rütubətli guşələrində qaçaq, qaçqın, köməksiz bir halda yaşayırlar. İstiqlal və hürriyətimizin kövrək əlaməti o üç rəngli istiqlal bayrağı zahirən yoxsa da, qorxudan bolşeviklik ifadə edən gözlərin önündə olub, ürəklər onun eşqi ilə çırpınmaqdadır.

Əlbəttə, Azərbaycan istiqlal fikri, müstəqil Azərbaycan Cümhuriyyətinin işğal və istilasına görə bu gün öksüzdür (anasızdır).

Fəqət dünyanın öksüzlərin tale və iradəsi qarşısında dəfələrlə diz çökdüyünü görmədikmi?

…ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!

Sənin öhdəndə böyük bir vəzifə var.

Səndən əvvəlki nəsil  yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki:

– Bir kərə yüksələn bayraq bir daha enməz!

Bunu deyərkən o, bugünkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: “irəli, irəli, Azərbaycan əsgəri” – deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi”…

Məmməd Əminin əsərinin əlyazmasını ötürdüyü kəndli onu məhv etmədi, özündə saxladı. Əlyazma bir də 3 il sonra, 1923-cü ildə Rəsulzadənin əlinə İstanbulda keçdi. Buna qədər Məmməd Əmin Bakıda Bayıl həbsxanasında yatmış, sonra Stalin onu ölüm hökmündən xilas edərək (əvəz-əvəz) özüylə Moskvaya aparmış, sonra o, Finlandiyaya qaçmış, ən axırda da gəlib İstanbula çıxmışdı.

“Əsrimizin Siyavuşu” əsərinin əlyazması da Rəsulzadənin dostları tərəfindən Lahıcda tapılaraq İstanbula göndərilmişdi. Əsər 1923-cü ildə Türkiyədə nəşr olundu, amma onun Azərbaycandakı nəşri Sovetlərin süqutuna qədər təxirə düşdü. Əsər ilk dəfə 1990-cı ildə Bakıda Azərbaycan dilində çap edildi… 

Təsirli tarixçə deyilmi?

Belə bir əhvalat məsələn, bizdən bir addım qabaqda olan hansısa cəmiyyətdə baş versəydi, ən azı 5-6 bədii film çəkilmiş, bir xeyli də roman, hekayə yazılmışdı. Bizdə isə Rəsulzadənin Novxanıdakı barelyefini əvvəlcə oğurlayaraq metallom kimi satmaq istədilər, sonra isə bələdiyyə barelyefdən “Azərbaycan Xalq Cümhuriyyəti” və “Müsavat” sözlərini sildi, ancaq “Məmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur” kəlmələrini saxladı.

Azərbaycan cəmiyyətinin kimlik böhranı yaşamasının səbəblərini uzağa getmədən, belə  hadisələrdə tapmaq olar.

*** 

Tarixi hadisələrə və tarixi şəxsiyyətlərə obyektiv yanaşmaq asan məsələ deyil, xüsusilə indiki kimi millətçilik hisslərinin qabardığı bir dövrdə. Bildiyim qədəriylə Rəsulzadə haqqında indiyədək bitkin, obyektiv bir bioqrafiya yazılmayıb. Əksər şərqlilər kimi tarixi şəxsiyyətləri ya mələk, ya da iblis donunda təsəvvür edib onları belə görmək istədiyimizdən, bizdə obyektiv bir bioqrafiyanın yazılması da şübhəli görünür.

Məmməd Əminin nasistlərlə danışığa getməsi, Sovetlər Bakıya girəndə bir lider kimi paytaxtda qalmayıb Lahıca qaçması, Polşa lideri Jozef Pilsudskinin qardaşı qızı olduğu ehtimal edilən(?) Vanda Pilsudski ilə evlənməsi  – kitabxanada tanış olduqları deyilir – onun həyatına dair araşdırılması labüd müəmmalı və maraqlı hadisələrdir.

Lakin biz hələlik bu kimi bir çox məsələlər barədə ətraflı, dolğun məlumat ala bilmirik, güman, ehtimal və spekulyasiyalardan yayınmaq üçün isə Rəsulzadənin öz yaradıcılığına müraciət etməli oluruq.

Və onun yaradıcı siması da elə yazdıqlarında üzə çıxır. Bəlli olur ki, Rəsulzadə bir dövlət yaradıcısı kimi təkcə rəqiblərini dövlət faktı ilə üz-üzə qoyan bir siyasi xadim  kimi deyil, həm də şair, dramaturq, publisist, yəni bir mütəfəkkir kimi də maraqlıdır.

“Təhsil” nəşriyyatı Məmməd Əmin Rəsulzadənin əsərlərini 5 cilddə nəşr edib. AXC dövrünün gərgin günlərində, dövlət başçısı olanda belə, o, dövrü mətbuatda yazılarla çıxış edirdi. Onun beşcildliyi bizim siyasi fəaliyyəti ancaq “Facebook”da lağlağı, giley-güzar və agitasiyadan ibarət olan, ya da hansısa kresloda mürgüləyən müasir siyasilər üçün bir nümunə ola bilər. 

AXC-nin demokratik ideallara bağlılığının səbəbini Məmməd Əminin əsərlərində tapmaq mümkündür. Rəsulzadənin yaradıcılığını oxuyanda görürsən ki, o, demokratik, liberal dünyagörüşə prinsipial şəkildə inanıb. Axundova islahatçı bir mütəfəkkir, filosof kimi böyük rəğbət bəsləyib, eyni zamanda dinə və dindarlara anlayışla yanaşıb. İranın Azərbaycan üzərindəki mədəni ağırlığını, ortaq tarixi keçmişi etiraf edib, amma müasir Azərbaycan kimliyini İrandan ayrı tutub. İfadə, mətbuat azadlığına, fərdi azadlığa, mülkiyyət azadlığına, qadın azadlığına, parlament üsul-idarəsinə, dövlətin cəmiyyətə hesabat verməsinə və sair çağdaş liberal ideyalara ürəkdən inanıb və bunun tətbiq olunmasına çalışıb.

Türkçülük, və ya millətçilik Rəsulzadədə detallardan sadəcə biridir, o, kollektiv düşüncə fikrini “Stalinlə ixtilal xatirələri” əsərində açıb. Stalin Məmməd Əmini özüylə birgə Moskvaya aparandan sonra, onu müxtəlif şirnikləndirmələr və tələlər yoluyla öz tərəfinə çəkməyə çalışırmış, Məmməd Əmin hər dəfə bu tələlərdən yayınırmış. Bir dəfə isə Stalin onu ilk dəfə düz Kreml sarayına dəvət edir, Rəsulzadə naəlac gedir:

“Stalin bizi yemək otağında qəbul etdi. Orconikidze də orada hazır idi. Masada çoxdan görmədiyimiz və heç yerdə tapılmayan ağ çörək, nəfis Gürcüstan şərabı, Azərbaycanın qara kürüsü və sairə var idi. Həm yeyir, həm də danışırdı. Təşəbbüs Stalindən idi. Bizə xitabla:

– Azərbaycanda azömürlü hökumət qurdunuz, lakin çox dərin bir iz qoydunuz. Bu izlə hələ də mübarizədəyik. Təmsil etdiyiniz ideyanın təsirlərini tamamilə aradan qaldırmaq üçün daha uzun zaman və daha çox işləmək lazımdır. Xüsusilə ziyalılar millətçilik ruhu ilə silahlanmışdır, – dedi və sonra üzünü mənə çevirərək:

– Sizcə, bu millətçilik təsirinin əsas amili nədir?, – deyə soruşdu.

– Millətçilik – başqa bir insan birliyinin öz varlığını müdafiədən başqa bir şey deyildir. Fərdi müdafiə təbii və qanuni olduğu kimi, milli kollektivin də özünü müdafiəsi təbii bir hadisədir, – dedim”.

Məmməd Əmin kasad qəbilə təfəkkürlü bir adam olmayıb, daha genişmiqyaslı düşünüb, Qafqaz konfederasiyası – bütöv Qafqaz fikrini irəli sürüb və Qafqazın gələcəyini ancaq konfederasiya şəklində görüb. Onun fikrincə, Qafqaz respublikaları birləşməzsə, Rusiya imperializmi onları daim təhdid edəcək, parçalayacaq və öz hökmünü qəbul etdirəcək. Tarixi gedişat onun bu mövzuda haqlı olduğunu hələ də göstərməkdədir.

Məmməd Əminin həyat və yaradıcılığında maraqlı faktlardan biri də budur ki, onun xüsusi, güclü bir təhsili olmayıb. Bakı texniki məktəbində, bir neçə il də Bakı sənət məktəbində təhsil alıb. Fars dilini bilib. Onun siyasi fəlsəfəsini ortaya çıxaran, bir siyasətçi kimi yetişməsinə imkan verən isə Bakının qaynar siyasi həyatı olub. Yəni mühit. Şəxsiyyət ancaq münbit mühitdə yetişə bilər fikrini Rəsulzadənin həyat və yaradıcılığı aydınca göstərir.

***

Gələk, əsas suala: Rəsulzadə Azərbaycan cəmiyyəti üçün niyə vacibdir?

Cəmiyyətin və fərdlərin formalaşmasında həmin cəmiyyətə mənsub olan tarixi şəxsiyyətlərin rolu böyük olur, çünki onlar ənənə yaradıcısıdırlar. İnsanın psixikasında belə bir qanun var: məsələn, əgər mən sənətlə məşğul oluramsa və yaratdığım əsər hansısa müsabiqədə, sərgidə yer qazanırsa, bu informasiya məndə uğur qazana biləcəyimə dair bir istinad rolunu oynamağa başlayır, mən də belə bir inam yaranır ki, əgər mən bir dəfə uğur qazanmışamsa, deməli, yenə qazana bilərəm. İkinci, üçüncü dəfə uğur qazanıramsa, mən də artıq belə bir inam və özünəəminlik yaranır ki, mən uğurlu sənətkaram və daim uğur qazana bilərəm. Bu baxımdan ənənənin rolu və təkrarı fərdin həyatdakı müvəffəqiyyətlərində açar rolunu oynayır.

Tarixi şəxsiyyətlərin cəmiyyətdəki rolunu da buna bənzətmək olar. Əgər cəmiyyətdən yüksək idealları olan bir şəxsiyyət çıxırsa, cəmiyyətdə yenə belə şəxsiyyətləri  ortaya çıxaracağına dair özünəəminlik və inam yaranır. Bir cəmiyyətdə özünəhörmət və özünəinam hissləri güclü olan fərdlərin çox olmasına səbəb həm də o cəmiyyətin güclü tarixi şəxsiyyətlərə malik olmasıdır.

Məmməd Əmin kimi biryönümlü, birtərəfli olmayan, özlərində bir çox liberal və modern cəhətləri birləşdirən tarixi şəxsiyyətlərin bizimki kimi qıt şəxsiyyət yetişdirən cəmiyyətlərin həyatındakı rolu da məhz buna görə vacibdir. Onlar istinad nöqtəsi və ənənə yaradıcısıdırlar. Onlar cəmiyyətə və fərdlərə inam və ismarıc verirlər: əgər bir cəmiyyətdən yüksək idealları və hədəfləri olan şəxsiyyətlər çıxıbsa, deməli, yenə çıxa bilər…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
MyCollages (1)
Mövqe

Ölüvay gənclik haqqında

Seymur Baycan
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör