Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Keçmişin sakrallığı haqqında nağıl

Tural Şaxtaxtinski Tural Şaxtaxtinski
Mövqe
07 İyun 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Tural
Paylaş

Bu yaxınlarda bir ailə ilə tanış oldum. Uşaqlarından xeyli gileyləndilər. Uşaqlar milli nağıllara maraq göstərmirlər. Xarici ölkələrin cizgi filmlərinə baxırlar. Onların ötürdüyü informasiya uşaqları bizim sözümüzdən çıxmağa öyrəşdirir. Onlarda evdə valideyn uşağa iş gördürə bilmir. Ancaq texnologiya ilə böyüyürlər. Niyə “tıq-tıq xanım”a baxmırlar, Məlikməmməd nağılına maraq göstərmirlər?!

1960-cı illərdə Amerikada “Hanna-Berbara” şirkətinin təqdim etdiyi bir cizgi filmi yayımlanıb. “The jetsons” cizgi filmində gələcəkdə texnologiyanın nə qədər irəli gedəcəyi təsvir olunub deyə uşaqlar üçün çox çəkici olub. O dövrlər bu daha böyük maraqla qarşılanıb. Elə indi də maraqla izlənilən bir cizgi filmidir. Belə bədii ədəbiyyat nümunələri də xeyli çoxdur. Təsəvvür edin indi ailələr oturub ağlaşır ki, uşaqları niyə belə cizgi filmləri ilə pozurlar. Niyə uşaqlar aşıq-aşıq, qaç-qovdu, bənövşə-bənövşə falan oynamırlar? Guya bunları oynamırlar deyə uşaqların beyni inkişaf etmir.

Əlbəttə, uşaqların canlı təbiətlə əlaqəsi kəsilməməlidir. Bu mümkün də deyil. Amma keçmiş üçün darıxan kütlənin dərdi bu deyil. Məsələ tamam başqa cürdür.

Yəqin ki, Azərbaycanda ən təhlükəli adamların bir qismi də keçmiş üçün darıxanlardır. Telekanallar haqqında yazmağa artıq utanıram. Bu həm çox mənasız, həm də bayağı görünür. Nə etmək olar, bəzi həqiqətləri dilə gətirmək üçün bir-iki cümlə də olsa nəsə yazmağa ehtiyac var.

Gün ərzində ən azı beş-altı dəfə telekanalların hər birində kimsə keçmiş üçün bərk darıxır. Bu keçmiş üçün darıxmağın mənasızlığını izah etmək mümkün deyil. Eyni zamanda televizorun qarşısında oturanlar da darıxırlar.  Ümumiyyətlə hər yerdə qarşılaşa bilərsiniz. Mütləq bir nəfər dərin nəfəs alıb, kədərlə keçmişdə həyatın belə olmadığı haqqında danışır. Maraqlıdır, belə danışan adamlar adətən anormal fikirlər irəli sürürlər.

Onların indiki həyatda gileyləndikləri şeyləri düşünüb, keçmişlərini xəyalında canlandıranda insanda qəribə təəsurat yaranır. Sanki orada ancaq bıçaqlaşma, dava-dalaş, qan-qaraçılıq var. Zülm var, əzab var. Amma darıxırlar.

Kütlənin müxtəlif inancları olur. O inancların birinə bir zərbə dəyən kimi kütlə özünü itirir.

Məsələn, dünənə qədər nə məktəbdə, nə evdə uşaq psixologiyasına önəm verən olmayıb. Təzə-təzə bir az ayılma hiss olunur. Adətən falçı, çıldaq ilə həll yolu axtarılıb. İl boyu kiminsə balasında kiminsə gözü olub, qarğışı tutub, nəfsi olub. Yoxsa uşaq ,məsələn, niyə durduğu yerdə özünə qapansın?

Amma indi zaman dəyişib. Hər dəqiqə falçıya, çıldağa getmək işə yaramır. Göz dəyib, qarğış olub deyə bilmirlər. Bu necə baş verir bilmirəm, amma əvvəlki kimi alınmır və kütlə bunu tam sinirə bilmir, qəbul etmir. Çatmır onlara.

Texnologiya düşməni kəsiliblər. Keçmişdə belə olmadığını deyirlər. Hər şey bir yana, ən adi paltaryuyan, qabyuyan, ətçəkən, tozsoranı hələ də tam qəbul etməyən adamlar var. Bir də görürsən beş-altı nəfər oturub xalqa izah etmək istəyir ki, qadınları paltaryuyan, qabyuyan, tozsoran, kompyuter yoldan çıxarır. “Ailələr dağılır”. İstəyirlər qadınlar zülm çəkə-çəkə yaşasınlar, amma ən adi ayrılmaq kimi mədəni addım atmasınlar. Hamı birləşib izah etməyə çalışır ki, keçmişdə belə şeylər olmayıb.

Bir evin içində hər gün dava-dalaş olur, kişi qadını döyür. Bu içtimailəşir, məsələ çox vaxt hüquqi müstəvidə öz həllini tapmasa da içtimai qınaqla həlli yolları axtarılır. Qocalı-cavanlı qəfil darıxırlar. Keçmişdə bu belə olmayıb, ailənin sirri ailədə qalıb. Valideyn uşağını döyür, uşaq ya da kənardan kimsə buna etiraz edir. Hətta onların nəinki döymək , heç güldən ağır söz demək haqqının olmadığını deyir. Həmin dəqiqə deyirlər internet uşağı pozub, keçmişdə belə deyildi.

Bəs keçmişdə necə olub? Bu bəzən müəmmalıdır. Bu insanlar iddia edirlər ki, keçmişləri əllərindən alınıb, amma geri qaytarmaq istədikləri keçmişə baxanda bir balaca düşünə bilən adam ən azı utanc hissi keçirir. Biz onsuz da hələ keçmişdə yaşayırıq.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör