Xpert, Türkiyənin ən böyük rep label-i hesab olunan Epidemik-lə iş birliyini davam etdirir. Yeni proyekt olan “Limuzin”, eyniadlı kliplə birlikdə, bu gün Epidemik-in rəsmi YouTube kanalında təqdim olundu. Trek qısa zaman ərzində Apple Music, MUUD və Fizy kimi önəmli musiqi platformalarında da öz yerini aldı.
Klip təməli Henri Matisse-in rənglər harmoniyası konseptindən təsirlənib və kollaj formasında hazırlanıb. Klipdə Matisse, Dali, Kandinsky, Rene Magritte kimi rəssamların əsərləri ilə yanaşı, heyvan simvolikalarına yer verilib.
Müasir sənət “niyə” sualının fövqündə dayandığına görə heç bir hesabat vermir, sadəcə göz oxşayır.