Tesla Almaniyada quracağı nəhəng fabrikin ərazisi üçün səlahiyyətlilərlə razılığa gəlib. ABŞ istehsalçısı yerli insanların etirazlarına baxmayaraq fabrikin inşa ediləcəyi ərazi üçün israr edir.
Tesla Avropada ilk fabriki Gigafactory 4-ü qurmağa bir addım da yaxınlaşdı. Xəbər verilir ki, fabrikin qurulacağı ərazi üçün tərəflər arasında qiymət razılaşması əldə olunub.
ABŞ istehsalçısı nəhəng fabrikin inşası üçün 300 hektar ərazi alıb. Danışıqlar nəticəsində torpaq üçün 40,91 milyon avro qiymət razılaşdırılıb. Daha geniş bir araşdırmadan sonra fərqli bir qiymət təyin olunarsa, bu qiymətin dəyişə biləcəyi bildirilir.
Gigafactory 4’ün inşa ediləcəyi ərazinin sənaye bölgəsi olduğu deyilir, həmçinin torpağın altında 2. Dünya müharibəsindən qalma, partlamamış ABŞ bombalarının olması haqqında gəzən şayiələrin həqiqətə uyğunluğu da araşdırılır.
Tesla’nın fabriki fəaliyyətə başladıqdan sonra ildə 500 min nəqliyyat vasitəsi istehsal edəcəyi və bölgədəki 7 min insanın məşğulluğunu təmin edəcəyi gözlənilir. Siyasətçilər, ittifaqlar və sənaye qrupları bu vəziyyətdən son dərəcə məmnundur. Zavodun qurulacağı bölgədə yaşayan 250 nəfərlik bir qrup isə fabrikin qurulmasına etiraz edir.
Qrupun qurulacaq fabrikin yerli su qaynaqlarından istifadə edəcəyindən və ətraf mühitə mənfi təsir göstərəcəyindən narahat olduğu bildrilir.