“Heç nə əbədi deyil. Başqa insanlar üçün də şərait yaratmalıyıq. Əgər başlamısansa sonuna qədər getməlisən. Və sonra başqa bir insana da eyni şans tanınmalıdır, o da sonuna qədər getməlidir. Bu, belə davam edəcək”
Vivian Maier
Vivian Maierin həyatından epizodları bir araya gətirərkən Çörçilin komissarların və çarların şərqə uzanan geniş torpaqları haqqında dediyi sözlər yada düşür. Nyu York şəhərində doğulmuş müstəqil, avropalı həssaslığına malik, hətta avropalı aksenti ilə danışan bir qadın. Ciddi cəhdlə özünü qoruyan və qapalı olan Vivian ona qulaq asan və ya asmayan hər kəsə öz liberal dünyagörüşünü çatdırmağa çalışırdı.
Vivian tapdığı əşyaları, sənət kitablarını, qəzetləri bir sözlə işinə yarayacağını düşüdüyü bir çox şeyin kolleksiyası ilə məşğul idi. İndi fotoları ilə bütün dünyanı heyrətə salan bu uşaq baxıcısının heyakəsi inanılmazdır. O, ya təsadüfdən, ya zərurətdən 20-ci əsrin ikinci yarısındakı amerika şəhər həyatının ecazkarlığını və özəlliklərini bütün dünyaya minlərlə fotoları ilə çatdıra bilib. Amerikanın maraqlı tərəfləri, yenidənqurma üçün dağıdılmış köhnə binalar, müxtəlif qruplardan olan insaların həyatları və kasıblar, həmçinin Çikaqonun ən sevilən yaşayış kompleksləri çox böyük bir diqqətlə Vivian Maier tərəfindən kataloqlanmışdır.
Kasıb lakin azad ruhlu Viviana əvvəllər baxıcılıq etdiyi üç uşaq maddi dəstək verməklə onun qoca vaxtlarında sağ qalmağına kömək edir. Onlar Maieri ikinci ana hesab edirdilər, buna görə də onun yaşadığı evin pulunu ödəyir, maddi dəstək olurdular. Onların xəbəri olmadan Vivianın əşyalarının saxlanıldığı deponun xərclərinə görə əşyalar auksiyonda satışa çıxarılmışdı. Depodakı qutularda Vivian ömür boyu çəkdiyi lentaları yığıb saxlamışdı. Vivianın böyük arxivi yalnız 2007-ci ildə işıq üzünə çıxdı. Tarixi kitab yazmaq məqsədi ilə bu lentaların bir hissəsini alan John Maloof təsadüf nəticəsində həm Vivian Maieri, həm də özünü bütün dünyaya tanıtdı.
Hazırda Vivian Maierin sənət işləri insanlara zövq vermək və gələcək nəsillərə ötürmək üçün arxivlənib və kataloqlar halında hazırlanıb. John Maloof bu layinənin mərkəzində dayanır, o, lentlərin digər auksion iştirakçılarından alınmasında, fotoların çap olunmasında, arxivlənməsində birbaşa iştirak edib.
Arxivinin təxminən 90 faizinin üzə çıxarılması ilə Vivianın işləri küçə fotoqraflığına marağın artmasında vacib rol oynamışdır.
Əvvəlki yazıda qeyd etdiyimiz kimi, Vivian Maier uşaqlığının bir hissəsini portret fotoqrafı Jeanne Bertrand ilə yaşamışdır və bəlkə də o, fotoqrafiyanın sirlərinə bu yaşlarında yiyələnmişdir.
Jeanne Bertrandın da həyatı Vivianınkından fərqlənmirdi, uşaqlığı kasıbçılıqla keçmişdi, gənc yaşda atasını itirmiş və iynə fabrikində işləməyə başlamışdı. Lakin 1905-ci ilin Boston Globe qəzetində Bertrand haqqında yazılmışdı ki, o Connecticut ştatının görkəmli fotoqraflarından biridir. Maraqlısı odur ki, Bertrand fotoqrafiya ilə sadəcə 4 il məşğul olub. Jeanne Viviana təsir edə bilmişdisə də o yalnız portret çəkirdi. Vivian ilk kamerasını 1949-cu ildə Fransada Alp dağlarının ətəklərində əlinə almışdı. Onun ilk çəkdiyi fotolar təbiət mənzərələri və dəqiqliklə çəkilmiş portretlər idi. Beləliklə Viviana foto çəkməyi Jeanne Bertrandın öyrətdiyi iddiaları bir az da güclənmiş olur.
1951-ci ildə Nyu-Yorka köçən Vivian eyni kamerası ilə eyni cür fotolar çəkirdi. Lakin, 1952-ci ildə onun işləri dramatik dərəcədə dəyişdi. O artıq kvadrat fotmatında çəkirdi. Bahalı Rolleifex kamerası aldı ki, bu onun əvvəlki həvəskar kameralarından çox fərqlənirdi. Onun baxışı da dəyişmişdi. O təsadüfi küçə fotoları ilə Henri Cartier Bressonu, küçə portretləri ilə isə Andre Kerteszi xatırladır.
Hazırladı: Anabəyim Həsənli