Azlogos
  • Kimlər var
  • Bizi tanı

Çip qıtlığı: Texnologiya əsrinin nefti BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi Orxan Ata: "Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir" Qacar irsi Berndə Varlıların kasıblara öyrətdikləri Seymur Baycan Tiflisdə - Üstadın doğum gününə
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Virusa yoluxmuş dünya iqtisadiyyatı: çıxış yolu varmı?

Ayxan Abbaslı Ayxan Abbaslı
., Bazar
17 Mart 2020

Ötən ilin dekabrında Çinin Vuhan əyalətində ortaya çıxdıqdan sonra qısa bir vaxtda 150-dən çox ölkəyə yayılan və təzəliklə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunan koronavirus dünya iqtisadiyyatını silkələməyə davam edir. Aviasiyadan turizmə, neft sənayesindən elektronikaya, bank sektorundan ticarətə kimi bir çox sahədə vəziyyətin getdikcə mürəkkəbləşməsi, habelə ölkələrin sərhədləri bağlaması, getdikcə artan narahatlığı da öz bərabərində gətirir. Dövlətlərin büdcələrindən iri həcmdə summaları virusla mübarizəyə sərf edəcəklərini açıqlaması, eləcə də nəhəng şirkətlərin fəaliyyətlərini dayandırması da bu “bəla” yox olandan sonra belə iqtisadi vəziyyətin nə dərəcədə düzələcəyinə dair şübhələri artırır və yaxın tarixdə bir neçə ölkədə iqtisadi defoltların elan olunacağı barədə spekulasiyaların yaranmasına səbəb olur.

Ölkələrin pandemiyanın səbəb olduğu iqtisadi çətinlikləri azaltmaq, aradan qaldırmaq məqsədilə atdıqları addımlar, o cümlədən, həm istehsalçının, həm də istehlakçının vəziyyətini yaxşılaşdırmaq üçün verdikləri qərarlar bir-birini izləyir. Dövlətlərin zərər çəkən biznesləri iqtisadi yardım paketləriylə təmin edəcəklərini açıqlaması, o cümlədən, mərkəzi bankların faizləri endirib, monetar genişlənmə və bazar likvidliyində artım tətbiq edəcəklərini elan etməsi, qlobal bazarlarda yaranan çaşqınlığı mümkün qədər aradan qaldırmağa hesablanmış addımlar kimi başa düşülə bilər. Covid-19 pandemiyasının ölkələrə və bölgələrə göstərdiyi iqtisadi və sosial təsirlər heterojen xarakter daşıdığından, görülən ehtiyat tədbirləri də öz-özlüyündə fərqlilik göstərir. Bəs dövlətlərin atdıqları addımlar hansılardır? Dünyanın fərqli bölgələrində mərkəzi banklar yaranmış situasiyaya necə reaksiya göstərirlər? Verilən bu qərarlar vəziyyəti yaxşılaşdırıb, dünya iqtisadiyyatını əvvəlki sabitliyə və proqresə qaytaracaqmı? Çıxış yolu varmı?

Hazırda ən böyük risklərdən biri, iqtisadiyyatın xeyli hissəsini təşkil edən istehlakçı xərcləmələrindəki potensial durğunlaşmanın səbəb olacağı iqtisadi böhrandır. Artıq bir neçə sektorda bu hadisənin müşahidə olunmağı narahatlıqların əsassız olmadığını göstərir. Ekspertlərin fikrincə, proses bu cür davam edərsə, bu sektorlarda yaranan katastrofu aradan qaldırmaq uzun müddət mümkün olmayacaq.

Koronavirusun ən çox ziyan vurduğu sahələrdən biri də məhz elə aviasiya və buna bağlı olaraq turizmdir. Dünyanın ən böyük aviasiya şirkətləri hazırda böhrandan qurtulmanın yollarını axtarırlar. “Reuters” xəbər verir ki, “British Airways” işçilərinə müvəqqəti işdən azad etmələr barəsində xəbərdarlıq edib. Virusdan əvvəl də iqtisadi vəziyyəti ürəkaçan olmayan “Norwegian Air” isə sadəcə dövlətin təmin edəcəyi maddi yardımların şirkəti xilas edə biləcəyini rəsmi olaraq açıqlayıb. “Air France” və Almaniyanın “Lufthansa” şirkətləri də virusdan nəsibini alan qurumlar arasındadır. “Financial Times”ın məlumatına əsasən, “İnternational Airlines Group” (IAG) şirkətinin prezidenti Vili Valş, Avropadakı aviasiya koorporasiyalarının sektorda baş verən mövcud çətinliklərə bundan sonra tab gətirə bilməyəcəklərini qeyd edib. “Bu il mayın sonuna qədər dünyadakı bir çox hava yolu şirkəti iflas edəcək” deyə, o bildirib. Qeyd edək ki, STOXX Europe Total Market Airlines indeksinə əsasən, Avropadakı hava yolu şirkətlərinin səhmləri ilin əvvəlindən bu yana 43 faiz azalıb. “The Wall Street Journal”da dərc olunan eksklüziv məqaləyə görə, ABŞ-ın aviasiya şirkətləri də ən az 50 milyard dollar yardım əldə etmək üçün dövlətlə danışıqlar aparır. Bu xəbər “American Airlines Group” səhmlərinin gün ərzində 3.3 faiz artmasına səbəb oldu.

Turizm də Covid-19 pandemiyasının ən çox zərbə vurduğu sektorlar arasındadır. Dövlətlərin digər ölkələrlə sərhədlərini bağlayıb özlərini karantinə almaq qərarları turizmdə gözlənilməz itkilərə səbəb olub. “Bloomberg”də yayımlanan analizə görə, ABŞ-da otellərin doluluq nisbəti 66.6 faizdən 61.8 faizə enib və nəticədə ölkənin ən çox gəlir gətirən sənayelərindən birində dərin yaralar açılıb. O cümlədən, koronavirusun yayılmağının qarşısını almaq məqsədilə İspaniya və Portuqaliya arasında turizmdə məhdudiyyətlərin tətbiqi qərarlaşdırılıb. Qeyd edək ki, turizm Portuqaliyanın ümumdaxili məhsulunun 15%-ni təşkil edir və ölkənin 2010-2014 böhranından bərpasında mühüm rol oynayıb. Digər tərəfdən, ABŞ prezidenti D.Trampın Avropa Birliyi vətəndaşlarının müvəqqəti olaraq ölkəyə səyahətinə qadağa qoyması və eyni zamanda, Avropa Komissiyasının prezidenti Leyenin Avropa Birliyi daxilində vacib olmayan səyahətləri qadağan etmək təklifini ölkə rəhbərliklərinə və ictimaiyyətə açıqlaması da bir sıra sektorlarla birgə, turizmin də uzun müddət bu situasiyadan əziyyət çəkəcəyini deməyə imkan verir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiyanın episentri hesab olunan Avropada koronavirusun zərbə vurduğu sahələrdən bir digəri isə avtomobil sənayesidir. Azalan tələbat və buna bağlı olaraq, getdikcə aşağı düşən istehsalat, habelə nəqliyyatdakı məhdudiyyətlər sənayeni getdikcə sıxışdıraraq, çətin vəziyyətdə qoyub. “Bloomberg” xəbər verir ki, “Peugeot” avtomobil brendinin istehsalçısı PSA Group Avropadakı bütün istehsalat lokasiyalarını tədricən bağlayacağını açıqlayıb. Bundan əlavə, dünyanın ən böyük avtomobil istehsalçısı Volkswagen də Avropa və ABŞ-dakı zavodlarını müvəqqəti qapadacağını bildirib. Renault-Nissan şirkəti isə İspaniyanın Barselona şəhərindəki istehsalına ara verəcəyini deyib. Onu da qeyd edək ki, bu gedişatın nəticəsində Avropanın avtomobil sənayesinin bençmarkı hesab olunan STOXX Europe 600 Automobiles & Parts indeksi 4.1550 bənd və ya 13.95 faiz azalaraq 25.6400 bəndə düşüb.

Çindən dünyaya yayılan koronavirus pandemiyası bütün ölkələri bir çox sahədə olduğu kimi iqtisadi və maliyyə sahələrində də müvafiq addımlar ataraq, gözlənilən qlobal böhrana qarşı ehtiyat tədbirləri görməyə vadar edib. Bu tədbirlərdən ən çox tətbiq olunanları isə bankların faiz endirimləri, aktivlərin alınması və bazar likvidliyinin artırılmasıdır.

Həftə ərzində Avropa Mərkəzi Bankı (ECB) daha çox istiqrazların alınacağına söz verdi və bazarı valyuta ilə təmin edən banklar üçün faiz dərəcəsində endirimə gedəcəyini açıqladı. Eynilə İngiltərə Mərkəzi Bankı – “Bank of England” 2008 böhranından bəri ilk dəfə faiz dərəcəsini azaldacağını bəyan etdi. Bundan əlavə, qarşıdakı dövrdə asan və ucuz kreditlərin veriləcəyini və bankların daha çox borc verməyinə şərait yaradılacağını qeyd etdi. Bu bəyanata baxmayaraq, fund sterlinq gün ərzində dalğalandı və günü ABŞ dolları qarşısında 5.9 faiz itki ilə tamamladı. Kanada Mərkəzi Bankı – “Bank of Canada” isə virus və düşən neft qiymətlərindən sarsılan iqtisadiyyatını nisbətən stimullaşdırmaq məqsədilə faiz dərəcəsini yarım faiz bəndi aşağı saldı və bazara milyard dollarlar buraxmağa hazır olduğunu açıqladı. Avstraliyada “Reserve Bank of Australia” faiz dərəcəsini azaltmaqla yanaşı, açıq bazar əməliyyatlarına 5.5 milyard ABŞ dolları inyeksiya etdi. Hindistanın “Reserve Bank of İndia” qurumu isə ilkin olaraq xarici valyuta bazarına 2 milyard ABŞ dolları dəyərində vəsait buraxdığını açıqladıqdan sonra əlavə 3.4 milyard ABŞ dollarını qısa müddətli REPO əməliyyatları vasitəsilə əlavə edə biləcəyini bildirdi. İndoneziyada “Bank of İndonesia” toplamda 940 milyon ABŞ dolları dəyərində dövlət istiqrazları aldı.

Dünyanın ən böyük ikinci iqtisadiyyatına malik olan və heç şübhəsiz, Covid-19 pandemiyasının ən çox silkələdiyi ölkələrdən biri olan Çində isə mərkəzi bank, ehtiyat tələblərini azaltdı və ümumilikdə 550 milyard yuanın (79 milyard ABŞ dolları) atılan addımlar nəticəsində bazara buraxılacağını söylədi. Yaponiyada isə mərkəzi bank səhm alqısını iki dəfə artıracağını və koronavirusdan mənfi təsirlənən şirkətlərə borc verilməsində köməklik göstərəcəklərini açıqladı. Bu qərarların ardından Nikkei 225 indeksi ilkin olaraq artsa da, daha sonra 2.5 faiz azalaraq, 2016 noyabrdan bəri ən aşağı səviyyəyə düşdü.

Dünyanın iqtisadi cəhətdən bir nömrəsi olan ABŞ-ın mərkəzi bankı FED-in radikal qərarları isə bazarları təəccübləndirdi. Belə ki, FED həftə sonu fövqəladə iclasında iqtisadiyyatda stabilizasiya yaratmaq məqsədilə faizləri 100 faiz bəndi azaldaraq qısa müddətli faiz dərəcəsini 0%-0.25% aralığına gətirdi. Bundan əlavə, bank, xəzinə kağızları və ipoteka təminatlı qiymətli kağızlar almaqla bazara 700 milyard dollar verəcəyini açıqladı. Halbuki bu addımlar bazarda gözlənilən effekti vermədi və bir çox ekspert tərəfindən ABŞ Mərkəzi Bankının “boşa atdığı son güllələr” kimi təsvir olundu və bunun ABŞ iqtisadiyyatının yaxın müddətdə böhrana düçar olacağının siqnalı olduğu bildirildi. İstiqraz gəlirlərində kəskin eniş və ABŞ səhmlərində 12% azalma müşahidə olundu. Bundan əlavə, Goldman Sachs ilin 2-ci rübündə ABŞ-ın ümumdaxili məhsulunun (ÜDM) 5% azalacağını açıqladı. Ekspertlərin fikrincə, alınan bu qərarların effekt verməsi üçün bazarlarda ajiotajın və panika ab-havasının ortadan qalxmağı şərtdir.

Kəskin sayda yoluxma hadisələrinin və ölümlərin qeydə alındığı Çin isə ilkin şokdan sonra həm iqtisadi, həm də sosial şkalada nisbətən dirçəlməyə üz tutub. Yoluxma hadisələrinin və ölümlərin xeyli dərəcədə azalması ilə birlikdə qapanan müəssisələr, fabrik və zavodlar açılmağa başlayıb. “Bloomberg Economy” hesab edir ki, Çin iqtisadiyyatı həftəsonu etibarilə öz həcminin 80-85 faizində fəaliyyət göstərir. Aylarla ölkənin başında dolanan qara buludların yox olmasına baxmayaraq, bu dəfə də dünyanın eyni səbəbdən iqtisadi və sosial böhranın ərəfəsində olmağı Çini də yenidən çətin vəziyyətdə qoyub və burada dirçələn ümidləri yenidən söndürüb. Belə ki, qlobal müstəvidə getdikcə azalan tələbat istehsalata da mənfi təsir göstərir, ölkənin iqtisadi aktivliyini azaldır və beləcə, dünyanın emalatxanası hesab olunan Çinin çörək qapısını bağlayır. Çində fəaliyyət göstərən müəssisələrin səlahiyyətli şəxsləri də hazırkı problemin istehsalat yox, məhz elə tələbat olduğunu vurğulayır. Qeyd edək ki, koronavirusun ən çox tüğyan etdiyi yanvar-fevral ayları ərzində ölkənin sənaye istehsalatında 13.5% azalma müşahidə olundu və işsizlik 6.2%-ə çıxdı.

Getdikcə yayılan Covid-19 pandemiyası və azalan neft qiymətləri, şübhəsiz Rusiya Federasiyasının da illik iqtisadi böyümə planlarını alt-üst edib. Belə ki, Goldman Sachs Rusiyanın iqtisadi artım sürəti ilə bağlı proqnozunu 0.3 faiz bəndi azaldaraq 1.2 faizə endirib. Mütəxəssislər ölkənin digər ölkələrlə müqayisədə ikiqat çətinlik çəkdiyini deyiblər. “Əgər vəziyyət Avropadakı ssenari kimi olarsa, onda böhran qaçılmaz olar” deyə iqtisadçı Sofya Donets bildirib. Digər tərəfdən, Rusiya hökuməti virusdan təsirlənən bizneslərə və vətəndaşlara yardım məqsədilə 4 milyard ABŞ dolları dəyərində vəsaitin ayrıldığını və pandemiyanın zərbə vurduğu sənayelərə vergi və digər öhdəçiliklərlə bağlı imtiyazların və güzəştlərin veriləcəyini açıqlayıb. Bundan əlavə, ekspertlər hesab edirlər ki, neftin bazar qiyməti 35 dollarda qalmağa davam edərsə, Federasiyanın iqtisadi inkişafı sıfır səviyyəsinə enə bilər. Rusiyanın maliyyə naziri Anton Siluanov “RİA Novosti”yə açıqlamasında bildirib ki, hazırkı virusun ölkə iqtisadiyyatına aşağı neft qiymətlərindən daha çox təsir etmə ehtimalı var. Həftənin əvvəlində brent markalı neftin 11% azalaraq 30 dollara düşməsi Rusiya üçün ciddi həyəcan siqnalı sayıla bilər.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Bildschirmfoto 2021-04-09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

09 Aprel 2021
67680
.

BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi

08 Aprel 2021
IMAGE 2021-04-08 06:45:13
.

Orxan Ata: “Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir”

08 Aprel 2021
13-min
.

Qacar irsi Berndə

07 Aprel 2021
2bcb3bca-cc0f-44d6-a9fc-70c81b3291a7-Mexico City -Unequal Scenes - Web 72dpi-88
.

Varlıların kasıblara öyrətdikləri

07 Aprel 2021
daeaf17b-8686-4aa6-be3f-ce73a5b60122
.

Seymur Baycan Tiflisdə – Üstadın doğum gününə

06 Aprel 2021

Redaktorun seçimi

Musiqi dinləmə sənəti

Rafiq Hunaltay: “Xalq həmişə idarəedilən olub”

Geylərin daşlı protesti

Babi Bədəlov – Dünya qalereyalarından

Azərbaycan vaksin gözləyərkən

İncəsənətdə təbiət mövzusuna dair qeydlər

Elina – qisas yox, oyanma məsələsi

Kişi bədəni qıtlığı

İctimai sektanın mövsümi qanaxması

Tokio metrosunda ağ-qara bir gün

Yaramaz qızın sərgüzəştləri

Bir daha sovet təhsili haqda

Felin lazım forması

Yazmaq istəmədiyim yazı

Parc de la Distance – Covid-19 həyat tərzi

Generalın ölümü

«Qanun»dan kənar tərcümələr

Siyasi millət vs Folklor xalqı

Proyeksiya (əvvəli)

Vaxt və pul – ikisi eyni anda bitməməlidir

Turistə necə pul xərclətməli?

Mercedes-Benz – tarix və bu gün

Psixoloji travma

İkiüzlü Mi Mix Alpha

Psixodelik preparatlar sənayesi kölgədən çıxmağa hazırdır

Xalqın Səsi Haqqın Səsidirmi?

Kiçik ölkənin oğurlanması

İnsan, məkan, zaman və yenə də insan

Qaniçən rejim biznesi

Herbert Wells: İbtidai düşüncə (əvvəli)

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel