Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Seymurun iyrəndiyi qan

Sevda Sultanova Sevda Sultanova
Vətən müharibəsi
28 Oktyabr 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Seymur Baycan yazıçı
Paylaş

Bugünlərdə dostlarla həm hərbi cinayətdən zərərçəkənlərə, həm əsgərlərimizə mənəvi və maddi dəstək üçün Gəncəyə yollanmışdıq. Qarşılaşdığım bir neçə səhnəni yəqin ki, ömürlük unutmayacam. Görüşlərdən sonra Xan bağını gəzirdik. Bağda səssizlik idi. Müştəri gözləyən, pəjmürdə görünən fotoqrafçıdan başqa kimsə yoxuydu. Bu zaman dostlardan biri sevinclə daha bir neçə kənd və qəsəbə alındığını deyəndə hamımız sevincdən qışqırdıq. Qəfildən gözüm fotoqrafçıya sataşdı. O, bağırtımıza kədər, hüzn qarışıq laqeydliklə baxırdı, üzündə yalnız bir anlıq güclə seziləcək təbəssümə oxşar nəsə yarandı…

Həmişə belə olub, müharibənin fəsadları ən çox dinc həyatda, insanların içində yaşanır. Normal həyatın ritmindən qoparılan, cəbhə xəbərləriylə məişət və psixoloji düzəni pozulan, doğmalarının itkisi qorxusu ilə daim nigarançılıqda yaşayan mülki əhali müharibəni döyüşün içindəki və o vəziyyətə adekvat olan əsgərdən ağır yaşayır.

Səngərdə döyüşən əsgər artıq müharibəyə psixoloji cəhətdən hazırlıqlı gedir, onun qaydaları ilə fəaliyyətdə olur. Vuruşmaq, hücuma keçmək və müdafiə olunmaq, öldürmək onun öhdəliyi və vəzifəsidir. Mülki insan isə qəfil hücumlara hazırlıqsız yaxalanır, müharibə birbaşa onun evinə, intimliyinə soxulur.

Svetlana Aleksiyeviçin “Müharibə qadın simalı deyil” kitabı da məhz məişət, adi həyat mənzərələrinə olan vurğularına görə təsirlidir, şüura və qəlbə toxunandır. Yazıçı müharibənin mahiyyətini hansısa əsgərin döyüş xatirələrində göstərmir. Müharibənin faciəsi fərdin adi həyat sevincindən məhrum olmasında anladılır: bir qadının müharibə başlayan gün aldığı güllü donu geyinə bilməməsində, yaxud səngərdə sırğalarını xəlvəti taxmasında, qadınlığının xiffətini çəkməsində.

Ona görə qələbə xəbərlərini süst qarşılayan, içlərində hansı müharibələrin getdiyini bilmədiyimiz insanları qınamaq, irad tutmaq haqqını özümüzə rahatlıqla rəva görməməliyik. Seymur Baycanın Füzulinin azad olunması ilə bağlı verdiyi “Heç bir təəssüratım yoxdur, laqeydəm. Həyəcan keçirmirəm, hadisələrlə maraqlanmıram” açıqlmasını da həmçinin.

Seymur ədəbiyyatmızda müharibə haqqında yazılmış ən yaxşı əsərlərdən birinin müəllifidir. “Quqark” insani və pasifist romandır. Seymur bu əsərlə bir yazıçı kimi öz öhdəsinə düşəni artıqlaması ilə edib. Bir yazıçı Qarabağ müharibəsində yaşananların duyurulması üçün daha nə etməliydi ki?!

Seymur, ona qəzəblənən insanların güman ki, çoxundan fərqli olaraq, müharibəni həyatının dərinliklərində hiss etmiş, travmalar almış adamdır. Misalçün, yeniyetmə ikən şəxsi təcrübəsində yaşadığı bu epizod çox tükürpədicidir: biz anamla meyit, yaralı daşıyırdıq və qan iyindən iyrənirdim.

Seymurun razılaşmadığım yazıları həmişə var. Çünki, bəzi məqalələrində fikirlərini əsaslandıra bilmir, ümumi sözlərlə emosional şərh verir. Məsələn, onun Salman Rüşdinin “Gecəyarısı uşaqları” romanı haqda yazdığı tənqidi məqalə tamamilə arqumentsizdir, sanki məqaləni peşəkar yazıçı-publisist yox, bilgiləri yetərli olmayan ortastatistik biri yazıb.

Quqark_AZE_qapaq_ESAS_ESASYaxud Seymur sadəlövhcəsinə inanır ki, insanlar kütləvi şəkildə bədii ədəbiyyat, publisistika oxusa, cəmiyyət mədəni, sivil olacaq, dünya gözəlləşəcək, demokratiya qurulacaq və s. Seymur bu düşüncəsiylə bir az romantik, bir az idealist, bir az da utopistdir. Qısası, Don Kixotvarı adamdır. Halbuki, dünyada baş verənlər – geosiyasi maraqlar, qərəzli mövqelər, faşizmin liberalizm donunda təqdimatı onu göstərir ki, maariflənmə, intellekt ədalətli, obyektiv dünya qurmaq üçün yetərli deyil.

Bütün hallarda Seymura ədəbi əqidəsinə və prinsiplərinə sadiq qaldığına görə həmişə sayğı duymuşam. O, illərdir ki, özü üçün sərhədləri konkretləşmiş dünya quraraq içində yaşayır, inandığı dəyərlərdən yazır, maarifləndirməyi özünün əsas funksiyalarından sayır. Müharibə başlayandan isə Seymur nə sülhə çağırıb, nə əks reaksiya verib. Bir dostumuzun dediyi kimi Seymur müharibə, Qarabağ məsələsini öz içində, elə “Quqark”da həll edib. “Quqark” ekzistensial romandır, elə Seymurun özü də bu ruhda olan adamdr. Ona görə torpaqların işğaldan azad olunması mövzusunun Seymur üçün əhəmiyyət kəsb etməməsi, laqeyd, vecsiz mövqedə olması təbiidir. Bütün hallarda Seymur qrant almaqdan ötrü sülh çağırışları edən riyakar liberaldan, şəxsi maraqlarını haqları pozulmuş məcburi köçkünlərin hüquqlarından üstün tutaraq təslimçi sülhə önəm verəndən daha səmimidir.

Ümumiyyətlə, yazıçılar, pubisistlər arasında Seymur qədər özünə sadiq, fikirləri ardıcıl olan, yazdığı kimi yaşayan azdır. Nəhayət, biz bu fikrə alışmalıyıq ki, hər kəsdən bir hadisəyə eyni reaksiyanı gözləmək absurddur – şimali koreyalılıq etməyə gərək yoxdur.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

5fbc1a3b2030276d632d3f28
.

Mina Problemi ilə bağlı Ermənistana Çağırış

Şəhla Cəlilzadə
08 İyun 2021
Qazax xerite1
.

Azərbaycan-Ermənistan münaqişəsi: Qazax cəbhəsi

Tural Həmid
22 May 2021
1051148708
Vətən müharibəsi

Sergey Lavrov Qarabağa giriş qaydalarını açıqlayıb

AzLogos
21 Mart 2021
65440311 dad5 4aca 83ce 4deedd65fee5
.

ABŞ-ın Qafqazda gözü və qulağı

AzLogos
19 Mart 2021
9f00fd328fe2415d9252552e5d918552
Vətən müharibəsi

“Rusiyanın hərbi texnikası dünyanın ən yaxşısıdır…”

AzLogos
03 Mart 2021
1308428334 993221
.

Xocalı qətliamı haqqında hər şey

Tural Həmid
26 Fevral 2021
Soldiers Armenia
.

Həqiqəti bulandıran miflər, müharibədə ermənilərin məğlubiyyətinə səbəb oldu

AzLogos
06 Fevral 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör