Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

İki od arasında qalan “Neftçi”

Zaur Xudiyev Zaur Xudiyev
Yaşıl meydan
23 Dekabr 2019
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
WhatsApp Image 2019 12 23 at 13.36.42
Paylaş

“Neftçi”də işlər yaxşı deyil

Mövsümə böyük iddialarla və yaxşı transferlərlə başlamış paytaxt klubu ilk yarıdan sonra heç də arzuolunan vəziyyətdə deyil. 

İtaliyalı baş məşqçi Roberto Bordin üçün istənilən şərait yaradılsa da, o, öz üzərinə düşən vəzifənin öhtəsindən gələ bilməyib.

Əvvəlcə Avropa Liqasının təsnifat mərhələsində mübarizəni 3-cü mərhələdə dayandıran klub bütün diqqətini daxili yarışlara cəmləsə də, burda da işlər gözlənildiyi kimi getmir.

Premyer Liqada mövüsmün ilk yarısında meydana çıxdığı 14 oyunun yarısında xal itkisi ilə üzləşən “Neftçi” fasiləyə lider “Qarabağ”ın 6 xal gerisində yollanıb.

Üstəlik ölkə kubokunun hər iki oyununda “Sumqayıt”a qol vura bilməməsi və mübarizəni dayandırması artıq rəhbərliyin səbrini daşırıb.

Nəzərə alsaq ki, Avroliqadakı oyunları səbəbindən ölkə çempionatına çox diqqət ayıra bilməyən və ardıcıl bir neçə matçda xal itkisi ilə üzləşən “Qarabağ”ın bu qədər büdrəməsi fonunda aradakı xal fərqi hələ də bu qədər yüksəkdir, deməli “Neftçi”də nə(lər)sə öz yolunda getmir.

Bəs bu uğursuzluğun günaharı kim(lər)di?

Təbii ki, bir komandada oyun planında axsaqlıq olanda yada ilk olaraq baş məşqçi düşür. Bu dəfə də birinci tənqid olunan şəxs Bordindir. Əvvəlcə sosial şəbəkədə azarkeşlərin qəzəbinə tuş gələn italiyalı artıq rəhbərliyin inamını da itirib.

Hətta mətbuatda yayılan xəbərlərə inansaq, futbolçular da komanda daxilində üsyana qalxıblar və sinyor Bordinin rəhbərliyi altında oynamaq istəmədiklərini deyiblər. Onlar xüsusilə də “Sumqayıt”la son oyunlardakı uğursuzuluğun əsl səbəbkarı kimi baş məşqçini və onun taktikalarını görürlər. 

Amma hər kəsin, hətta rəhbərliyin də narazı olduğu adamı yollamaq o qədər də asan iş deyil. Çünki klubla müqaviləsi davam edən italiyalı öz xoşu ilə istefa verməyə yanaşmır. Onun nə vecinədi axı, klub qazansa da, qazanmasa da, öz pulunu alacaq. 

Rəhbərlik isə iki od arasında qalıb. Ya külli miqdarda təzminat ödəyib Bordini qovmalı, ya da onun işlərinə hələ bir xeyli müddət də dözməlidir.

Amma iş təkcə klubun prezidenti və icraçı direktoru ilə yekunlaşmır axı. Kamran Quliyevi bir gecədə “Suqmayıt”dan gətirib “Neftçi”yə prezident qoyanlar indi ondan nəticə tələb edirlər. Təsisçilər üçün maraqlı deyil, sən bunu necə edirsən. Amma sən bunu etməlisən.

SOCAR kluba kifayət qədər maliyyə ayırıbmı? Ayırıb. 

Klub üçün müxtəlif təşkilatlar, şirkətlər sponsorluq müqaviləsinə cəlb olunubmu? Olunub. 

Maaşlar, “premiyalar”, digər ehtiyaclar vaxtlı-vaxtında ödənirmi? Ödənir. 

Onda buyur nəticə ver də. 

Verə bilmirsən? Həə, bax burda “Kərəmi ağlamaq tutur”. 

Səriştəsiz idarəçilik, həm məşqçi, həm də futbolçuların yanında sözlərinin yüngüllüyü, nəzarətin demək olar ki, tamamən əldən verilməsi elə hazırkı prezident və onun komandasının da “Neftçi”dəki ömrünün sonunun yaxınlaşdığından xəbər verir. 

Çox güman ki, fasilə dönəmində bu klubda radikal dəyişikliklərə şahidlik edəcəyik. Baş məşqçinin yollanacağı daha böyük ehtimal olsa da, prezident və onun ətrafının da gedəcəyi gözlənilir.

Azarkeşlərin isə indiki halda ölkənin ən köklü klubunun düşdüyü bu hala baxıb təəssüflənmək, onu bu hallara salanları lənətləməkdən başqa əllərindən bir şey gəlmir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2020 03 07 at 09.48.51
.

Supermen Rəşad

Zaur Xudiyev
07 Mart 2020
WhatsApp Image 2020 03 04 at 10.30.20
.

“Qrupdan çıxmasaq, faciə olmayacaq”

Zaur Xudiyev
04 Mart 2020
Colli
Yaşıl meydan

Milliləşdirəbildiklərimizdənsinizmi?

Zaur Xudiyev
18 Fevral 2020
E7e39430e8867ab4f05365017b528e4e
.

AFFA rəhbərliyi konkret nə istəyir?

Zaur Xudiyev
11 Fevral 2020
83350049 2870743812946702 6999656597706244096 n
Yaşıl meydan

Gözlənilən oldu, “Məxməri inqilab” baş tutdu

Zaur Xudiyev
28 Yanvar 2020
Kobe Bryant
.

Mamba out…

Zaur Xudiyev
27 Yanvar 2020
5f582800 1710 4244 b637 8df6f8ca4444
.

Fərid Mansurovun AFFA-da nə işi var?

Zaur Xudiyev
20 Yanvar 2020
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör