Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Hər şey yaxşıdırmı?

Zaur Hüseynzadə Zaur Hüseynzadə
Covid-19
30 İyun 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Media.media.f2f829cd 9b78 42b3 a959 2fbc34f42a2b.original1024
Paylaş

Bəzi adamlar deyir ki, vəziyyət çox pisdir, müxtəlif ölkələrdə adamlar qırılır, elə öz ölkəmizi də eyni aqibət gözləyir və s. Bəziləri isə fərqli-fərqli paylaşımların altında cavab olaraq yazır ki, filan ölkədə tanışım var, deyir hər şey yaxşıdır, insanlar öz həyatlarını yaşayır, danışılan yalanlara inanmayın…

Bəs niyə belə olur? İnsanlar hər şeyin yaxşı olması qənaətinə nəyə əsasən gəlirlər? Bir qədər düşündükdən və müxtəlif məlumatları araşdırdıqdan sonra bu nəticəyə gəldim ki, insanlar epidemiya adlanan hadisənin də xüsusi bir vahiməli görkəm alacağını düşünürlər. Ortastatistik insanın vəziyyətin yaxşı və ya pis olmasını müəyyən edən əsas detektoru evinin pəncərəsidir. Pəncərədən baxanda bayırda, küçədə, şəhərdə hansısa vahiməli əlamət görmürsə deməli hər şey yaxşıdır. Necə ki, müharibə partlayış, yanğın, xarabalıq mənzərələri doğurur, epidemiyanın da eyni vahiməli mənzərələrə səbəb olmasını gözləyirlər ki, hər şeyin həqiqətən də pis olduğuna inansınlar. Yoxsa, pəncərədən baxanda yolun ortasında uzanmış meyidlər, getdiyi yerdə tir-tap yerə sərilən adamlar, ağlayaraq ondan-bundan dərman yalvaran biçarələr gözə dəymirsə, və əksinə, pəncərədən əlində çanta mağazaya gedən qadın, gülə-gülə qonşusu ilə söhbət edən adam, velosiped sürən idmançı mənzərələri açılırsa, hər şeyin yaxşı olduğu qənaətinə gəlir, neqativ xəbərlərə qəti inanmaq istəmirlər. Yoxsa, bir adam “Braziliyadakı tanışım deyir, hər şey yaxşıdır, inanmayın belə şeylərə” məzmunlu şərhi niyə yazsın?

Təsəvvür edin – hətta yaxın qonşusu koronavirusdan ölür, bununla razılaşmağa məcbur olur, amma yenə də vəziyyətin pis olduğuna inanmır. Çünki pəncərədən baxır, pəncərədən… və asfaltdan şırıl-şırıl axan qan əvəzinə əlində çanta mağazaya gedən bir qadın görür.

Ümumiyyətlə Azərbaycanda ortastatistik insanın dünyada və ölkəsində baş verən proseslərə baxışı da pəncərədəndir. Çox lokal düşünür. Hər hansı bir şeyin pis olduğunu qavramaqdan ötrü o şeyin pisliklərinin ən qaynar nöqtəsində, episentrində dayanıb öz gözləri ilə onu görməlidir. Yarımçıq məntiqlə düşünsək, deyə bilərik ki, doğru da edir. Şübhə çox yaxşı şeydir. Amma bu şübhə bizim bildiyimiz həmin o yaxşı şübhələrdən deyil. Bu cəhalət şübhəsidir. Epidemiyanın müharibə kimi hansısa vahiməli görüntüsü olmaya bilər, çünki müharibə açıqca baş verən bir şeydir və aydındır ki, nəticələri də göz önündə olmalıdır. Epidemiya isə gizlincə, daxildə gedən prosesdir və onun qarşısını almaq da məhz buna görə çətindir. Üzdə hər şey gözəl görünə bilər, pəncərədən baxanda qadın əlində çanta mağazaya da gedə bilər, amma əsas baş verən faciələr arxa səhnədə yaşanır. Bunları görə bilmək üçün isə pəncərə çox dar yerdir.

Başqa bir məsələ isə gətirilən yanlış əsaslardır. Məsələn, son günlər bir neçə hadisə baş verdi. Korrupsiyalaşmış qurum olan ÜST-ün Azərbaycan üzrə nümayəndəsi Hande Harmancının sosial şəbəkə hesabından paylaşdığı istirahət fotoları etirazlara səbəb oldu. İnanmayanlar tayfası bunu əllərində bayraq edərək başladılar ki, insanları evlərə qapamısınız, özünüz isə orada kef çəkirsiniz. Bu açıq-aşkar məntiq səfsətəsidir (tu quoque). Daha sonra lap əvvəldən insanlar arasında söhbət gəzirdi ki, ölən adamlara ölüm səbəbi kimi koronavirus yazdırmaq üçün pul verilir. Sonra jurnalistlər müəyyən etdilər ki, koronavirusdan ölənlərin dəfni üçün dövlət təxminən 10000 manat pul ayırır. Buna görə də həkimlər pul qoparmaq üçün belə edirlər və.s

Bütün bu məsələlər var, baş verir, hətta mən əminən ki, arxa səhnələrdə cəmiyyətin bilmədiyi daha tükürpədici şeylər olur, amma bütün bunlarınvirusun mövcudluğunu inkar üçün istifadəsi məntiq səfsətəsidir. Bu iki proses arasında heç bir üzvi əlaqə yoxdur. İnsanlar geniş bir məsələnin içindəki kiçik bir qanunsuz nüansı görür və dərhal ondan yapışaraq, virus söhbətinin ümumiyyətlə oyun olması qənaətinə gəlirlər. Halbuki, bu kiçik qanunsuzluq məsələsi sırf bizim ölkədəki siyasi sistemlə əlaqəli olan şeydir və virusa qədər də həmişə olub. İndi isə bu kiçik qanunsuzluq, belə bir illüziya yaradır ki, sanki ta əzəldən virus məsələsi də bu işin içinə daxil imiş. Bəli, kimlərsə koronavirus testini ənənəvi üsulla – yalançı tender ilə öz klinikaları üçün ala bilirlər, maskadan qazana bilirlər, virusu fürsətə çevirərlər, amma bu, onların həmişə etdiyi şeydir axı. Bunu virus kontekstində əks-dəlil kimi gətirmək böyük qələtdir.

İnsanların bu cür reaksiya göstərməsi, cəhalətə meylli olması isə birbaşa olaraq siyasi sistem səbəbindəndir. Kütlənin bu vəziyyətdə olması onlara hər zaman sərf edib, saxta seçki keçiriblər, istədikləri hər şeyi çox rahat ediblər. Heç zaman insanları nəyəsə inandırmaq məcburiyyətində qalmayıblar, bu çətinliyi heç zaman yaşamayıblar. Çünki onların inandırmaq kimi bir dərdləri olmayıb. Onlar ağızlarını açıb söz demədən, kütlə “biz sizi dəstəkləyirik” hayqırıb. Təbii ki, bu dəstəkləmə heç zaman içdən gəlməyib, səmimi olmayıb. İndiki virus məsələsində isə həmin qeyri-səmimiyyət, “sizi dəstəkləyirik” şüarı işıləmir, bunları deyib kənara çəkilmək olmur, deyilən söz əmələ çevrilmir, çünki kütlə heç zaman siyasi hakimiyyətlə, siyasi hakimiyyətə qarşı səmimi olmayıb.

Ona görə də, ilk dəfə insanları nəyinsə həqiqiliyinə inandırmaq imtahanı ilə üz-üzə qalan siyasi hakimiyyət, belə görünür ki, missiyasını sadəcə olaraq… batırıb. Bu çətin missiyanın nə demək olduğunu müxaliflər daha yaxşı başa düşür. Lakin görünür, hakimiyyətin bəsləyib böyütdüyü cəhalət indi onun özünə qarşı işləyir, insanlar siyasi hakimiyyətin heç bir sözünə, müraciətinə məhəl qoymur.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Britigan COVIDConspiracy 38x24cm 1320x834
.

Covid-19 və konspirasiya nəzəriyyələri. Fake-news ehtiyacımız

AzLogos
01 Mart 2021
Ən yaxşı vaksinasiya strategiyası
.

Ən yaxşı vaksinasiya strategiyası

AzLogos
10 Fevral 2021
Xəstəliklərin şəxsi və milli tarixi dəyişməsi
.

Xəstəliklərin şəxsi və milli tarixi dəyişməsi

AzLogos
10 Fevral 2021
Great Depression unemployed 1024x746
.

Keçmiş pandemiyanın dərsləri

AzLogos
09 Fevral 2021
Bildschirmfoto 2021 02 06 um 12.05.57
.

Pandemiyanın qazananı…

Vüsal Quliyev
18 Mart 2021
Koronavirus – sərbəstliyə və qaydaları pozmağa öyrəşənlərin məğlubiyyəti
.

Koronavirus – sərbəstliyə və qaydaları pozmağa öyrəşənlərin məğlubiyyəti

AzLogos
05 Fevral 2021
Box 20200403 QAndAWithColleenKirkPanicBuying Hero
.

Koronavirus isteriyasına son verin. Azərbaycanı açın

Aqşin İbişov
22 Yanvar 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör