Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bir səhvə görə çəkilən xətt

Zaur Xudiyev Zaur Xudiyev
Yaşıl meydan
25 Oktyabr 2019
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
WhatsApp Image 2019 10 25 at 14.28.06
Paylaş

“Qarabağ” – APOEL oyununun nəticəsi, bu nəticənin komandaların qrupdakı gələcək taleyinə nə dərəcədə təsir edəcəyi idman ictimaiyyəti arasında günün əsas trendidir.

Amma bu nəticə ilə yanaşı qarşılaşmanın ilk hissəsinin son dəqiqələrində meydan sahiblərinin kapitanı Rəşad Sadıqovun elədiyi səhv və “Qarabağ”ın qapısına vurulan qol da əsas müzakirə obyektlərindən biridir.

Son illər yaşı ilə əlaqədar tez-tez tənqid olunan Sadıqov növbəti dəfə nəticəyə təsir edən səhvə yol verərək şimşəkləri yenidən üzərinə çəkdi.

Xüsusilə də sosial şəbəkələrdə müxtəlif sahələrdə fəaliyyət göstərən futbol azarkeşləri onun bu xətasını mövzuya çevirdilər.

Hətta ölkədə son günlər baş verən islahatlara və “cavanlaşma” prosesinə işarə edərək “Sadıqovun getməsi üçün mütləq prezidentmi sərəncam verməlidir?” deyənlər də oldu.

Amma insaf naminə qeyd edək ki, bu vurhavurda Rəşadı müdafiə edənlər də az deyil. Onlar kapitanın Azərbaycan futbolundakı keçmiş xidmətlərini, xarizmasını, uğurlarını qabardaraq bir (!) səhvə görə oyunçunun üzərindən xətt çəkilməsinin doğru olmadığını iddia edirlər.

APOEL-lə qarşılaşmadan sonra mətbuat konfransından komandanın baş məşqçisi Qurban Qurbanov da eyni belə dedi: “Bir səhvə görə oyunçunu silmək olmaz. Rəşad kimi futbolçuların qədrini bilmək lazımdı. Azərkeşlər bəzən məni də istefaya səsləyirlər. Hər kəsin fikrinə hörmətlə yanaşıram, amma düşünürəm ki, bir səhv oyunçu karyerası üçün həlledici olmamalıdır”.

Gəlin, məsələyə duyğusal yanaşmayaq, bütün pafoslu ifadələri qoyaq kənara.

1. Rəşad Sadıqov Azərbaycan səviyyəsində əla karyeraya malik, liderlik keyfiyyəti ilə seçilən, bəlkə də müstəqillik tarixinin ən yaxşı futbolçusudur. Bunu kimsə danmır, amma hər normal insan kimi onun da yaşı ötür və zaman keçdikcə ürəkdə olan təpəri ayaqlar və bədənin digər üzvləri qarşılaya bilmir.

Faktdı ki, kapitan son oyunlarda komandasına ciddi ziyan vurub və meydanda olduğu müddətdə elədiyi bir səhv gördüyün bütün yaxşı işlərin üstündən xətt çəkir.

Bunu görməmək üçün ya həqiqətən görmə məhdudiyyətin olmalıdı, ya da Rəşada qarşı həddən artıq tolerant olmalısan.

2. Bəli, mən də razıyam ki, bir səhvə görə insanı qaralamaq, futbolçunun üstündən xətt çəkmək, onun üstünə bu qədər getmək olmaz. Haqlısınız, hamınız düz deyirsiniz, bir səhvə görə olmaz…

Amma səhv bir deyil axı. Vallah da bir deyil, billah da bir deyil.

Durub burda Sadıqovun elədiyi bütün səhvlərin siyahısını tutsaq, uzunçuluq olar. Amma bir olmadığı dəqiqdi.

3. Komandanın Sadıqova, onun təcrübəsinə, xarizmasına ehtiyacı varsa, Rəşad dostlarına ehtiyat oyunçular skamyasında və paltardəyişmə otağında da kömək edə bilər. Təcrübəsi, məsləhəti, iradı, tapşırığı və s. ilə.

4. Rəşad bir gün meydana çıxıb bütün karyerasının ən yaxşı oyununu oynayıb, təkbaşına qələbə qazana, komandanı arxasınca apara bilər, amma bu, onun yaşlandığı, bundan əvvəlki oyunlarda komandaya ciddi ziyan vurduğu gerçəyini dəyişdirməyəcək.

5. Alternativi yoxdu və s. kimi söhbətlər artıq keçərli deyil. Adama deməzlərmi, ay Qurban Qurbanov, 10 ildən çoxdu “Qarabağ”dasan, yetişdirə bilmədin, cəhənnəm, heç olmasa yerinə başqa oyunçu da tapmaq olmur? Niyə bu qədər möhtacıq axı 38 yaşlı oyunçuya?

Suallar çoxdu, cavab isə…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2020 03 07 at 09.48.51
.

Supermen Rəşad

Zaur Xudiyev
07 Mart 2020
WhatsApp Image 2020 03 04 at 10.30.20
.

“Qrupdan çıxmasaq, faciə olmayacaq”

Zaur Xudiyev
04 Mart 2020
Colli
Yaşıl meydan

Milliləşdirəbildiklərimizdənsinizmi?

Zaur Xudiyev
18 Fevral 2020
E7e39430e8867ab4f05365017b528e4e
.

AFFA rəhbərliyi konkret nə istəyir?

Zaur Xudiyev
11 Fevral 2020
83350049 2870743812946702 6999656597706244096 n
Yaşıl meydan

Gözlənilən oldu, “Məxməri inqilab” baş tutdu

Zaur Xudiyev
28 Yanvar 2020
Kobe Bryant
.

Mamba out…

Zaur Xudiyev
27 Yanvar 2020
5f582800 1710 4244 b637 8df6f8ca4444
.

Fərid Mansurovun AFFA-da nə işi var?

Zaur Xudiyev
20 Yanvar 2020
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör