Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Gözlənilən oldu, “Məxməri inqilab” baş tutdu

Zaur Xudiyev Zaur Xudiyev
Yaşıl meydan
28 Yanvar 2020
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
83350049 2870743812946702 6999656597706244096 n
Paylaş

AFFA-nın Hesabat-seçki Konfransı nəhayət keçirildi.

Əvvəldən də nəzərdə tutulduğu kimi bugünkü Konfransda həm Assosiasiya prezidentinin, həm də İcraiyyə Komitəsinin üzvlərinin kimliyi bəlli oldu. Sözün düzü, bu, o qədər də maraqla gözlənilmirdi, çünki əvvəldən bilinirdi ki, prezident postuna sadəcə bir, 12 yerlik İK üzvlüyünə isə sadəcə 12 namizəd var idi. Seçki adı verilən yığıncaq bir növ təyinat xarakterli idi ki, elə də oldu.

Əsas maraqla gözlənilən məsələ isə vitse-prezidentlərin, xüsusilə də İcraçı vitse-prezidentin kim olacağı idi.

Diqqətli oxucularımız xatırlayar, hələ yanvarın əvvəlində baş tutmuş növbədənkənar konfransdan və AFFA Nizamnaməsinə edilən dəyişikliklərdən sonra dərc etdiyimiz yazıda yeni Nizamnaməyə görə İcraçı vitse-prezident postunun nə qədər önəmli olduğunu və bu vəzifəyə təyin olunacaq şəxsin faktiki ölkə futboluna rəhbərlik edəcəyini qeyd etmişdik.

Üstəlik onu da vurğulamışdıq ki, əgər sözügedən vəzifəyə Baş katib Elxan Məmmədov təyin olunsa, bu, AFFA-da “Məxməri inqilab” olacaq. Yəni qurumun faktiki prezidenti Rövnəq Abdullayev olsa da, həm qərarverici, həm də icraedici orqanlar Məmmədovun rəhbərliyi altında cəmlənəcəkdi.

Bugünkü iclasdan sonra proqnozlarımız özünü doğrultdu. Baş katib Elxan Məmmədov hazırkı vəzifəsini saxlamaqla yanaşı həm də İcraçı vitse-prezident oldu və Azərbaycan futbolu üzərində hakimiyyətini elan etdi.

Əslində bu təyinatdan sonra digər vitse-prezidentlərin kimliyi o qədər əhəmiyyətli olmasa da, informasiya xatirinə qeyd edim ki, keçən dönəmdə bu vəzifədə olmuş Rauf Əliyev və Elşad Nəsirovla yanaşı, AFFA yanında Məşqçilər Komitəsinin sədri, Vaqif Sadıqov da bundan sonra vitse-prezident statusu daşıyacaq.

Yeni heyətin ilk qərarı bu oldu ki, bundan sonra ölkə futbolu İK üzvləri arasında bölüşdürüləcək və hər üzv bir sahəyə nəzarət edəcək. Yəni konkret kurasiyalar təyin olunub və hərə öz kəndində ağalıq edəcək.

Məsələn, uzun illərdir futzaldan məsul olan, vaqonlarla braziliyalı legionerlər gətirən, bununla da ölkə futzalını kor qoyan, həmçinin “Keşlə” klubunun da rəhbəri olan Zaur Axundov yenə bu sahəyə nəzarət edəcək;

80 yaşında hələ də vəzifədən gözü doymayan, Azərbaycan futbolunu kor qoyanlardan biri Kazbek Tuayev futbol veteranları ilə iş üzrə məsul olacaq;

AFFA İK-da nəyə görə təmsil olunduğunu bəlkə özü də bilməyən Xarici İşlər naziri Elmar Məmmədyarov beynəlxalq əlaqələr üzrə cavabdehlik daşıyacaq;

Azərbaycanda uşaq futbolunun bərbad olduğu bir vəziyyətdə Almaniyada uşaq futbol məktəbi açıram deyib milyonlarla pulu havaya sovuran Rauf Əliyevə yenə uşaq futbolunu ağ günə çıxarmaq tapşırılıb və s.

Bütün bunların fonunda Azərbaycan futbolu bataqlığın dibinə doğru yumalanır.

Milli komanda bərbad çıxış edir, uşaq futbolu pis vəziyyətdə, bölgələrdəki stadionlarda mal-qara otlayır, adı Premyer Liqa olan ölkə birinciliyində cəmi 8 komanda çıxış edir ki, onun da 6-sı Bakını təmsil edir, 8 komandadan dördü eyni yerdə maliyyələşir, milli komandada milliləşdirilmiş legionerlər at oynadırlar, “Qarabağ” xaric, klublarımız “Biləcəridən o tərəfə” keçən kimi qapazaltı olurlar, birinci divizion qumarxanaya dönüb və s.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2020 03 07 at 09.48.51
.

Supermen Rəşad

Zaur Xudiyev
07 Mart 2020
WhatsApp Image 2020 03 04 at 10.30.20
.

“Qrupdan çıxmasaq, faciə olmayacaq”

Zaur Xudiyev
04 Mart 2020
Colli
Yaşıl meydan

Milliləşdirəbildiklərimizdənsinizmi?

Zaur Xudiyev
18 Fevral 2020
E7e39430e8867ab4f05365017b528e4e
.

AFFA rəhbərliyi konkret nə istəyir?

Zaur Xudiyev
11 Fevral 2020
Kobe Bryant
.

Mamba out…

Zaur Xudiyev
27 Yanvar 2020
5f582800 1710 4244 b637 8df6f8ca4444
.

Fərid Mansurovun AFFA-da nə işi var?

Zaur Xudiyev
20 Yanvar 2020
AFFA
Yaşıl meydan

AFFA-dakı “məxməri inqilab” və ya Elxan Məmmədovun gizli mesajı

Zaur Xudiyev
08 Yanvar 2020
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör