Azlogos
  • Kimlər var
  • Bizi tanı

Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu "Soprano klanı". Möhtəşəm serial Yayı olmayan il Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik? “Mənəvi üstünlüyün” gorbagor olması TS-Eliot Qismət. Tomas Eliotun poetikası
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Ziya – Ziyalılıq – Missiya

Orxan Adıgözəl Orxan Adıgözəl
Sərbəst
18 Oktyabr 2019

Tanışlarımızın xoşagəlməz xüsusiyyətlərindən ağız dolusu, saatlarla danışa bilərik. Şübhəsiz ki, cəmiyyət arasında çox hörmətli, olduqca ləyaqətli şəxslərdə belə “çatışmayan” nəsə tapmaq mümkündür. Biz ideal deyilik. İstəsək belə heç vaxt hamını qane edən şəxs ola bilmərik. Dərk etməliyik ki, bir adamın xoşagələn keyfiyyətləri ilə bərabər müxtəlif kaprizləri, bezdirici məziyyətləri olur. Bu, həyatdakı ən təbii hallardan biridir.

Bəs, bunu dərk etmək bizə nə verir?

Biz, adamları müəyyən əməliyyatları yerinə yetirməklə missiyalanmış robot olaraq yox, səhv edə biləcək potensialda, müsbət xüsusiyyətləri ilə birgə, cürbəcür məziyyətlərə sahib insan kimi qəbul etməyi öyrənirik. Belə olan halda hər hansı xoşagəlməz hadisələrin törədilməsinin şahidi olduqda və ya bu barədə eşidəndə, “insanlar azğınlaşıb” deyib, bütün bəşəriyyətdən imtina etmək kimi natamam halı özümüzə yaxın buraxmırıq. Artıq daha asan dərk edirik ki, əslində insan övladı elə həmişə bu xüsusiyyətlərin daşıyıcısı olub.

Qəddarlıq, amansızlıq, şərəfsizlik, xəyanət – yeni xüsuslardan sayılmır. Bunlar əzəldən, insan Yer kürəsində olduğu gündən bəri onun ətində, qanında, ruhunda, bir sözlə bioloji “çip”ində təşəkkül tapıb. Bunları anlamaq bizi həm də gərəksiz müzakirələrdən və boşboğazlıqdan uzaqlaşdıracaq. Fərdləri müzakirə etmək kimi ciddi vaxt itkisi hesab olunan əməldən uzaqlaşmaqla, faydalı səmtə yönələcəyik.

Təəssüf etməyim bəlkə də yersizdir, ancaq doğrudan da təəssüflənəsi vəziyyətdir ki, hazırda ətrafdakı əsas müzakirə predmeti fərdlər, daha doğrusu onların əyər-əksikliyidir. Qeybət və dedi-qoduya meyilliliyin insanın canında olmasına da təbii yanaşıram. Bu, hər yerdə var və olacaq da. Təəssüfləndiyim məqam bu halın bizdə kütləvi olması ilə bərabər, həm də qeyri-etik olmasıdır. Əlbəttə etik qeybəti də təqdir etmirəm. Ümumiyyətlə qeybəti təqdir olunası hallar siyahısına əlavə etmək olmaz. Həm də ki, məsələ bunun təqdir, ya da təkzib olunması da deyil. Etika bir çox hallarda əlverişlidir. Bu hal elə insanın ibtidai təbiətinə qarşı bir qalxan rolunu oynayır. Mədəniyyət bizi vəhşi təbiətimizdən qoruyan immunitetdir. Ona görə kültür çox olan yerdə daha az cinayət var.

Mövzudan çox uzaqlaşmayaq, fərdlərin qeyri-etik şəkildə fərdləri müzakirə etməsindən danışırdım. Əslində yazının əsas məğzi qeybət, dedi-qodu deyil. Təkrarçılıq çıxsa da, yenə bildirəcəyəm, bunun kökünü kəsmək mümkünsüzdür. Heç elə bir arzumuz da yoxdur, sadəcə təkcə qeybətin yox, digər xoşagəlməz xüsusiyyətlərin bir az da olsa aşağı səviyyəyə enməsinə necə nail olunmasından bəhs edəcəyəm.

Xoşagəlməz halların cəmiyyətdə azalması üçün yaxşı sistemin olması vacibdir. Yaxşı sistem insanların içindəki pis xüsusiyyətləri məhdudlaşdırır. Bu, şərtdir. Bir şey də var ki, yaxşı sistem cəmiyyətin içindəki ziyalı şəxslərin hesabına inşa edilir. Həmin inşa prosesi zamanla, əməklə, yəni dayanmadan çalışaraq ərsəyə gəlir. Bu da insanların özünü dərk etməsi ilə başlayan prosesdir.

Bəs, ziyalı adamın özəllikləri nədir?

Bir çoxları düşünür ki, ziyalı şəxs o adamdır ki, çox oxumuş, yüksək təhsil almış, çoxlu səyahət etmiş və bir-neçə xarici dil bilən adamdır. Təbii ki, bu belə deyil!
Əlbəttə ki, ziyalı bu keyfiyyətlərə malik ola bilər, eyni zamanda həmin keyfiyyətlərsiz də ziyalı olmaq mümkündür.

Savadlı olmaqla, ziyalı olmağı qarışdırmamalıyıq. Təhsil, savad köhnə məzmuna malikdir, ziyalının zəkası isə yeniliyin yaradılmasına və köhnə olan şeyləri də yeni fikir kimi dərk etməyə meyilli olur.

Üstəlik, doğrudan da ziyalı şəxsi bütün bilgilərindən, savadından məhrum etsən (bu onun yaddaşının pozulması ilə mümkündür) o, hətta tarixi və sənət nümunələrini tamamilə unutsa belə, bütün hallarda həmin adam intellektual dəyərlərə olan həssaslığını, bilik əldə etmək sevgisini, tarixə marağını və estetik zövqünü mütləq ki, saxlayacaq. Bu, heç yaddaşın itməsi ilə də yoxa çıxacaq keyfiyyət deyil. Bu adamlar laqeyd, xəsis və paxıl ola bilmirlər. Onlar mənəvi məsələlərin həllində məsuliyyətli olmağı seçirlər. Başqa cür alınmır. Ziyalı şəxs cəmiyyətin deqredasiyasını yadellilərin işğalı kimi görən savaşçıdır.

Ziyalılıq təkcə çoxlu biliklər toplusunda yox, həm də digər adamları başa düşmək qabiliyyətində məskunlaşmış nəsnədir. Bu, özünü bir çox şeydə büruzə verir: hörmətlə mübahisə etməkdə, yemək süfrəsində özünü etik aparmaqda, başqalarına göstərişsiz yardım etməkdə (məhz göstəriş olmadan), təbiəti mühafizə etməkdə, ətrafı zibilləməməkdə, zorakı fikirləri təbliğ etməməkdə və s.

Elə adamlar tanıyıram ki, o qədər savadları yoxdur, ancaq ətrafı gül kimi saxlayırlar, zibili yerə atmır, gözəl musiqilərə qulaq asırlar. Onlar səmimi qonaqpərvərliyə malikdilər, nizamlı həyat sürürlər və başqalarına zərər verməkdən çəkinirlər. Eləcə də adamların sevinc və xoşagəlməz günlərinə şərik olmağı bacarırlar. Belələrinə ziyalı demək olar.

Ziyalı özünü dərk edir, öyrənir, başqalarını anlayır və dünyaya, həmçinin insanlara qarşı tolerant münasibət bəsləyir. Ziyalı olmağı insan zəhmətlə, öz üzərində çalışmaqla qazana bilər. Bu, ruhi inkişafla, əməlli-başlı məşq etməklə olur. Mənəviyyatı da məşqlə gücləndirmək mümkündür, necə ki, elə bədəni fiziki şəkildə məşqlərlə gücləndirirsən. Ziyalı olmaq necəsə irsi, istedad şəkilində ötürülmür, bu öz üzərində çalışmaqla qazanılır. Ona görə zəhmət çəkmək, məşq etmək labüddür!

Ətrafdakılara qarşı sərt və acı reaksiya, kobudluq və anlayışsızlıq ruhun və könlün zəifliyindən xəbər verir. Belələri yaşaya bilmir. Daimi narahatlıqları onları xoşbəxt olmağa qoymur. Onlar hər şeyə sərt reaksiya verir, izdihama nifrət edir (çünki orda özünü idarə edə, əsəblərini cilovlaya bilmir), qohum-qonşularla dolana bilmirlər. Bu adamlar “heç kim məni anlamır” sözünü devizə çevirir, ancaq özləri də başqalarını anlamağa cəhd etmirlər. Hər şey onların xətrinə dəyir, özləri də digərlərini acılamaqda “peşəkar” olurlar. Ruhun zəifliyi insanın fiziki cəhətdən zəifləməsinə yol açır. Mən həkim deyiləm, ancaq bunu görmək çətin deyil. İbn Sina da deyirdi ki, bir adamın ruhu sağlamdırsa, onun bədəni də sağalmağa meyilli olur, əksinə, ruhunda xoşagəlməz nəsnələri yetişdirən adam xəstələnməyə məhkumdur.

Ünsiyyətçil və mərhəmətli olmaq adamı təkcə sağlam yox, həm də gözəl edir. Bəli, məhz gözəl edir. Üzə nurun gəlməsi elə-belə olmur. Bunu müşahidə etmək çətin deyil. Zalım insanların üzündən əzazillik yağır və bu, aşkar hiss olunur.

Beləliklə, ziyalı olmaq insanın sosial borcudur. Bu həm də insanın özünə qarşı bir növ öhdəliyi hesab olunur. İnsan dərk edirsə ki, o, təkcə bioloji varlıq deyil, onun daha böyük potensialı və həyati missiyası var, hə, bax, onda özünüdərk və ruhi inkişaf prosesinə qədəm qoyulur. Əlbəttə ki, tənbəllikdən birdəfəlik qurtulmaqla.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

MyCollages (1)
.

Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu

26 Yanvar 2021
Ali Novruzov-680x325
.

Yayı olmayan il

25 Yanvar 2021
Hero.
.

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

25 Yanvar 2021
2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
5a689ef82269a21ae871e3c8
.

Qumarbaz yanılqısı

17 Yanvar 2021
thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021

Redaktorun seçimi

“Həmkarlar” karikaturası

Qışda Azərbaycan ordusu məğlub olacaq?

Strasburq l’Inclusive-də bir azərbaycanlı

Monarxiyalı gələcək, özü gəlməyəcək

Kütlə təqibçilərinin aqibəti

Azərbaycanda biznes forumların bugünü və gələcəyi

Çılğın, asi və əsl sənətkar

Adın çıxınca, canın çıxsın

Seul dağları

Üzeyir Hacıbəylinin analitik düşüncə tərzinə dair bəzi nümunələr

Nə oxuyaq? Beş müasir roman

Bayrağımızın rəngləri

Qatil niyə gec tapıldı?

Azərbaycanın qələbədə rolu

Harvarda necə qəbul olmaq olar?

Xalq artisti kəraməti

Bütün dünyanın əməkçiləri birləşin!

Axundovun yaratdığı xalq

Məsud Aşina: “Heç vaxt mükafat haqda düşünməmişəm”

Azərbaycan milli şüurunun paradiqmaları

Şerloklar ekranda

Varanasi – dəfn tonqallarının şəhəri

Koqnitiv dissonans

Psixoloji müqavimət

Sərt alkoqol həzm sistemini yaxşılaşdırır?

“Bakılılar günü” – olsun, olmasın?

Seymur Baycanın kitabı nəşr olunub

«Taxt-tac oyunları»na niyə baxırsan?

Kütlə və fərd – dialektik təzad

Müharibədən sonra BİZ

Ziya – Ziyalılıq – Missiya

Orxan Adıgözəl Orxan Adıgözəl
Sərbəst
18 Oktyabr 2019

Tanışlarımızın xoşagəlməz xüsusiyyətlərindən ağız dolusu, saatlarla danışa bilərik. Şübhəsiz ki, cəmiyyət arasında çox hörmətli, olduqca ləyaqətli şəxslərdə belə “çatışmayan” nəsə tapmaq mümkündür. Biz ideal deyilik. İstəsək belə heç vaxt hamını qane edən şəxs ola bilmərik. Dərk etməliyik ki, bir adamın xoşagələn keyfiyyətləri ilə bərabər müxtəlif kaprizləri, bezdirici məziyyətləri olur. Bu, həyatdakı ən təbii hallardan biridir.

Bəs, bunu dərk etmək bizə nə verir?

Biz, adamları müəyyən əməliyyatları yerinə yetirməklə missiyalanmış robot olaraq yox, səhv edə biləcək potensialda, müsbət xüsusiyyətləri ilə birgə, cürbəcür məziyyətlərə sahib insan kimi qəbul etməyi öyrənirik. Belə olan halda hər hansı xoşagəlməz hadisələrin törədilməsinin şahidi olduqda və ya bu barədə eşidəndə, “insanlar azğınlaşıb” deyib, bütün bəşəriyyətdən imtina etmək kimi natamam halı özümüzə yaxın buraxmırıq. Artıq daha asan dərk edirik ki, əslində insan övladı elə həmişə bu xüsusiyyətlərin daşıyıcısı olub.

Qəddarlıq, amansızlıq, şərəfsizlik, xəyanət – yeni xüsuslardan sayılmır. Bunlar əzəldən, insan Yer kürəsində olduğu gündən bəri onun ətində, qanında, ruhunda, bir sözlə bioloji “çip”ində təşəkkül tapıb. Bunları anlamaq bizi həm də gərəksiz müzakirələrdən və boşboğazlıqdan uzaqlaşdıracaq. Fərdləri müzakirə etmək kimi ciddi vaxt itkisi hesab olunan əməldən uzaqlaşmaqla, faydalı səmtə yönələcəyik.

Təəssüf etməyim bəlkə də yersizdir, ancaq doğrudan da təəssüflənəsi vəziyyətdir ki, hazırda ətrafdakı əsas müzakirə predmeti fərdlər, daha doğrusu onların əyər-əksikliyidir. Qeybət və dedi-qoduya meyilliliyin insanın canında olmasına da təbii yanaşıram. Bu, hər yerdə var və olacaq da. Təəssüfləndiyim məqam bu halın bizdə kütləvi olması ilə bərabər, həm də qeyri-etik olmasıdır. Əlbəttə etik qeybəti də təqdir etmirəm. Ümumiyyətlə qeybəti təqdir olunası hallar siyahısına əlavə etmək olmaz. Həm də ki, məsələ bunun təqdir, ya da təkzib olunması da deyil. Etika bir çox hallarda əlverişlidir. Bu hal elə insanın ibtidai təbiətinə qarşı bir qalxan rolunu oynayır. Mədəniyyət bizi vəhşi təbiətimizdən qoruyan immunitetdir. Ona görə kültür çox olan yerdə daha az cinayət var.

Mövzudan çox uzaqlaşmayaq, fərdlərin qeyri-etik şəkildə fərdləri müzakirə etməsindən danışırdım. Əslində yazının əsas məğzi qeybət, dedi-qodu deyil. Təkrarçılıq çıxsa da, yenə bildirəcəyəm, bunun kökünü kəsmək mümkünsüzdür. Heç elə bir arzumuz da yoxdur, sadəcə təkcə qeybətin yox, digər xoşagəlməz xüsusiyyətlərin bir az da olsa aşağı səviyyəyə enməsinə necə nail olunmasından bəhs edəcəyəm.

Xoşagəlməz halların cəmiyyətdə azalması üçün yaxşı sistemin olması vacibdir. Yaxşı sistem insanların içindəki pis xüsusiyyətləri məhdudlaşdırır. Bu, şərtdir. Bir şey də var ki, yaxşı sistem cəmiyyətin içindəki ziyalı şəxslərin hesabına inşa edilir. Həmin inşa prosesi zamanla, əməklə, yəni dayanmadan çalışaraq ərsəyə gəlir. Bu da insanların özünü dərk etməsi ilə başlayan prosesdir.

Bəs, ziyalı adamın özəllikləri nədir?

Bir çoxları düşünür ki, ziyalı şəxs o adamdır ki, çox oxumuş, yüksək təhsil almış, çoxlu səyahət etmiş və bir-neçə xarici dil bilən adamdır. Təbii ki, bu belə deyil!
Əlbəttə ki, ziyalı bu keyfiyyətlərə malik ola bilər, eyni zamanda həmin keyfiyyətlərsiz də ziyalı olmaq mümkündür.

Savadlı olmaqla, ziyalı olmağı qarışdırmamalıyıq. Təhsil, savad köhnə məzmuna malikdir, ziyalının zəkası isə yeniliyin yaradılmasına və köhnə olan şeyləri də yeni fikir kimi dərk etməyə meyilli olur.

Üstəlik, doğrudan da ziyalı şəxsi bütün bilgilərindən, savadından məhrum etsən (bu onun yaddaşının pozulması ilə mümkündür) o, hətta tarixi və sənət nümunələrini tamamilə unutsa belə, bütün hallarda həmin adam intellektual dəyərlərə olan həssaslığını, bilik əldə etmək sevgisini, tarixə marağını və estetik zövqünü mütləq ki, saxlayacaq. Bu, heç yaddaşın itməsi ilə də yoxa çıxacaq keyfiyyət deyil. Bu adamlar laqeyd, xəsis və paxıl ola bilmirlər. Onlar mənəvi məsələlərin həllində məsuliyyətli olmağı seçirlər. Başqa cür alınmır. Ziyalı şəxs cəmiyyətin deqredasiyasını yadellilərin işğalı kimi görən savaşçıdır.

Ziyalılıq təkcə çoxlu biliklər toplusunda yox, həm də digər adamları başa düşmək qabiliyyətində məskunlaşmış nəsnədir. Bu, özünü bir çox şeydə büruzə verir: hörmətlə mübahisə etməkdə, yemək süfrəsində özünü etik aparmaqda, başqalarına göstərişsiz yardım etməkdə (məhz göstəriş olmadan), təbiəti mühafizə etməkdə, ətrafı zibilləməməkdə, zorakı fikirləri təbliğ etməməkdə və s.

Elə adamlar tanıyıram ki, o qədər savadları yoxdur, ancaq ətrafı gül kimi saxlayırlar, zibili yerə atmır, gözəl musiqilərə qulaq asırlar. Onlar səmimi qonaqpərvərliyə malikdilər, nizamlı həyat sürürlər və başqalarına zərər verməkdən çəkinirlər. Eləcə də adamların sevinc və xoşagəlməz günlərinə şərik olmağı bacarırlar. Belələrinə ziyalı demək olar.

Ziyalı özünü dərk edir, öyrənir, başqalarını anlayır və dünyaya, həmçinin insanlara qarşı tolerant münasibət bəsləyir. Ziyalı olmağı insan zəhmətlə, öz üzərində çalışmaqla qazana bilər. Bu, ruhi inkişafla, əməlli-başlı məşq etməklə olur. Mənəviyyatı da məşqlə gücləndirmək mümkündür, necə ki, elə bədəni fiziki şəkildə məşqlərlə gücləndirirsən. Ziyalı olmaq necəsə irsi, istedad şəkilində ötürülmür, bu öz üzərində çalışmaqla qazanılır. Ona görə zəhmət çəkmək, məşq etmək labüddür!

Ətrafdakılara qarşı sərt və acı reaksiya, kobudluq və anlayışsızlıq ruhun və könlün zəifliyindən xəbər verir. Belələri yaşaya bilmir. Daimi narahatlıqları onları xoşbəxt olmağa qoymur. Onlar hər şeyə sərt reaksiya verir, izdihama nifrət edir (çünki orda özünü idarə edə, əsəblərini cilovlaya bilmir), qohum-qonşularla dolana bilmirlər. Bu adamlar “heç kim məni anlamır” sözünü devizə çevirir, ancaq özləri də başqalarını anlamağa cəhd etmirlər. Hər şey onların xətrinə dəyir, özləri də digərlərini acılamaqda “peşəkar” olurlar. Ruhun zəifliyi insanın fiziki cəhətdən zəifləməsinə yol açır. Mən həkim deyiləm, ancaq bunu görmək çətin deyil. İbn Sina da deyirdi ki, bir adamın ruhu sağlamdırsa, onun bədəni də sağalmağa meyilli olur, əksinə, ruhunda xoşagəlməz nəsnələri yetişdirən adam xəstələnməyə məhkumdur.

Ünsiyyətçil və mərhəmətli olmaq adamı təkcə sağlam yox, həm də gözəl edir. Bəli, məhz gözəl edir. Üzə nurun gəlməsi elə-belə olmur. Bunu müşahidə etmək çətin deyil. Zalım insanların üzündən əzazillik yağır və bu, aşkar hiss olunur.

Beləliklə, ziyalı olmaq insanın sosial borcudur. Bu həm də insanın özünə qarşı bir növ öhdəliyi hesab olunur. İnsan dərk edirsə ki, o, təkcə bioloji varlıq deyil, onun daha böyük potensialı və həyati missiyası var, hə, bax, onda özünüdərk və ruhi inkişaf prosesinə qədəm qoyulur. Əlbəttə ki, tənbəllikdən birdəfəlik qurtulmaqla.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

MyCollages (1)
.

Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu

26 Yanvar 2021
Ali Novruzov-680x325
.

Yayı olmayan il

25 Yanvar 2021
Hero.
.

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

25 Yanvar 2021
2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
5a689ef82269a21ae871e3c8
.

Qumarbaz yanılqısı

17 Yanvar 2021
thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel