Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Statistikanın yanı

Rafiq Hunaltay Rafiq Hunaltay
Sərbəst
13 May 2019
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
Default
Paylaş

Millətin yarısından soruşsan ki, statistika deyəndə ağlına ilk olaraq nə gəlir, deyəcəklər ki, “astanovka”. Bəli, “statistikanın yanı” sərnişinlər, taksi və avtobus sürücüləri üçün ancaq dayanacaqdır. Halbuki, düzgün statistika biznes və cəmiyyət üçün hava-su kimi vacib bir şeydir.

Çox heyf Azərbaycanda normal, düzgün statistika ala bilmirik. Qonşularımızda real bazar statistikalarını ictimai birliklər, qht-lər, assosasiyalar aylıq, rüblük, illik olaraq ictimaiyyətlə paylaşır. Bizdə isə bunu məxfi məlumat kimi ancaq ondan-bundan eşidib təxmin edə bilirsən. İctimai birliklər də real olaraq işlək vəziyyətdə deyil. Çünki nə şirkətlər belə birliklərdən çox şey gözləyir, nə də görünür ki, dövlət bu işi çox ciddiyə alır. İnsaf naminə deməliyik ki, vergilər sahəsində son atılan addımları təqdir etmək lazımdır. Məncə, sahibkarlıq üçün əvvəllə müqayisədə xeyli müsbət dəyişikliklər var. Yeganə olaraq bu imzalanan qanunların praktik icrası məsələsi qalır. Əgər onda da bir problem olmasa, inkişaf adına nədənsə danışmaq olar.

Odur ki, böyük-böyük danışmaq kimi çıxmasın, hökümət müxtəlif biznes sferalarına aid ictimai platformaların sayını artırmalı, bu işi görən adamları həvəsləndirməli, fəaliyyətləri üçün münbit şərait yaratmalıdır. Şirkətlər də bu prosesə qoşulmaqda faydanı görüb könüllü şəkildə aktiv fəaliyyətə başlayar. İnansalar ki, yığışıb problemlərini, nə bilim nə istehsalçıları birliyinə yazsalar, təklif kimi həmin fikirlər milli məclisdə müzakirə olunacaq, o halda normal bazar məlumatları da olacaq.

Yəqin yazını oxuyanda aranızda düşünənlər oldu ki, elə həvəslisənsə, özünüz edin. Etdik, xeyri olmadı. Bir-neçə ay öncə biznes maarifçilik cəmiyyəti adlı ictimai təşkilat yaradıb ilboyu etdiyimiz bir çox tədbirləri onda birləşdirmək istədik. Məqsəd yalnız və yalnız faydalı olub biznes mühitinin sağlamlaşdırılması idi. Bir-neçə düzəlişdən sonra yorulduq. Adamın səhvlərinin hamısını bir məktubda desələr və Siz də hamısını növbəti dəfə düzəldib gəlsəz, nə vardı ki. Məsələn, 10 düzəliş tələb edilirsə, birinci dəfə bunun 1-ni deyirlər. Gedirsən  1-ni düzəldib gəlirsən, sonra ikincini deyirlər. 2-ci dəfə düzəliş edib sənədləri verirsən, 3-cü düzəliş, 3-cü dəfə də düzəliş edib gedirsən 4-cü, 5-ci düzəlişlər gəlir. Hərdən bir az fərqlilik olsun deyə, təzədən 1-ci düzəlişlərinə dair əlavə qeyd verə bilərlər. Bu müddət ərzində bəlkə də min dəfə daxili nömrələrinə, qaynar-xəttə zəng etdim. Ümumiyyətlə telefonu qaldırmırlar, qaldıranda da top kimi onun-bunun üstünə atırlar. Sənin işinə baxan adam məzuniyyətə gedibsə, mütləq gözləməlisən ki, o məzuniyyətdən qayıtsın. Birtəhər əlaqədar adamı tapıb telefonda deyirsən ki, bəs nə var bir dəfəyə deyin həll edək, deyirlər oldu, amma sonradan nəsə olur və eyni şey təkrarlanır. Sənədin verildiyi yer də elədir ki, maşın zad saxlamaq da olmur, gedib-gəlmək də yorur. Beləcə uzana-uzana gedir və bezirsən. Natariusla bağlı məsələlərdən isə heç danışmayım. Yaxşı ki, çox işi indi ASAN-a veriblər.  Bizim siyasətlə əlaqəmiz yoxdur, məqsəd kənardan maliyyələşən nələrinsə qabağını almaqdırsa, qurunun oduna yaşı niyə yandırırsız ki?! 

Bir də çox maraqlı adamlar var. Məsələn, hansı qurumu tənqid edirsən, o qurumun rəhbəri öz səriştəsizliyini malalamaq üçün “super” çıxış yolu tapır – gözünüz götürmür, müxalifətçisiz və s. Bəyəm hər tənqid edən müxalifətçi olmalıdır, yoxsa, qəbahət bir şeyi ancaq müxalifətçilər tənqid etməlidir?! Camaat da öyrəşib elə bil. Məsələn, hansısa sektorun yarıtmaz fəaliyyətindən şikayətlənirsən, deyirlər “düşmən dəyirmanına su tökmə”. Sonra bu işi görəni yüksək rəhbərlik özü çox sərt cəzalandırır. Konsert bundan sonra başlayır. Elə bil bu vurulan adamlar  bu qədər var-dövləti işdən çıxan kimi qazanırlar, bir gecədə o boyda villanı tikirlər. 1 kvadrat metrlik balkonu artıranda 100 yerdən gəlirlər, amma hansısa məmur çıxan kimi onun şəhərin hər tərəfindən görünən obyekti “qanunsuz” çıxır. Saytlarımız da ŞOK başlıqlı yazılar tirajlayır. Sanki heç kim bilmirdi, bunlar üzə çıxartdı. Açıq deyim Sizə – ölkədə analitik yazılar oxuya biləcəyimiz sayt qalmayıb. Düzəməlli bir-iki köşə yazarı var, onları oxuyanda başa düşürsən ki, hə, “öz fikridir”. Başqa hamı “dırnaq içində” danışır elə bil. Nə bilim, bəlkə də belə olmalıdır, biz bilmirik…

Əlqərəz, hər ay Türkiyə, Rusiya və xaricdən 20-yə yaxın jurnal alıram, oxuduqca doymaq olmur. Oxuyursan, düşünürsən, yaxşı xeyli şeyi götürür, hətta tətbiq də edirsən. Amma bunu hamı etmir təbii ki. Ölkədə çap mətbuatı yox kimi bir şeydir. Ən tanınmışları isə ancaq moda, dəb jurnallarıdır. Bir vaxtlar Marketinq jurnalı çıxırdı, xeyli də səs-küy yarada bilmişdi. Sonra təbii olaraq maliyyəsizlikdən bağlandı. Bugün biznes sferaya aid real, öz ayağı üstdə dura bilən çap nəşri yoxdur. Bir neçə tematik sayt var ki, onların ümidinə qalmışıq. Daxili bazar haqqında ancaq bu tip mənbələrdən, bir də ordan-burdan məlumatlara sahibik. Çox acınacaqlıdır. Capital jurnalını, məsələn, hər ay alıram. Olmasa-olmasa 30-dan çox reklam var, qiymətlər də od qiyməti. Bizdə öz xoşu ilə bir jurnala 30 şirkət reklam verərdimi? Xeyr. Amma düşük bir vaynerə 3 dəqiqəlik videosu üçün 3000 azn-i rahat verənlər var. Bizi də inandırmağa çalışırlar ki, biz nə edək, xalq nəyə baxırsa, ora reklam veririk. Xalqa nə zaman keyfiyyətli kontent göstərdilər baxmadı?! Özümüzü kiçiltməyək, xahiş edirəm. Biz kiçik düşünən millət deyilik. Özünü və millətini kiçik görən adam sadəcə öz tənbəlliyinə haqq qazandırmağa çalışan adamdır.

Təssüf ki öz daxili biznes mühitimiz haqqında əsaslı bir statistikanı sizinlə məlum səbəblərdən paylaşa bilməyəcəm, . Bircə onu bilirəm ki, şirkətlərimiz yeni vergi islahatlarına görə gələcəyi proqnozlaşdıra bilmirmiş kimi müşahidələrim  var. Oturub gözləyirik. Heç olmasa hərəkət edə-edə “gözləsək” dərdyarı. Konkret oturub gözləyirik. Elə oturmuşuq ki, dur desələr, ona da xeyli vaxtımız gedəsidi.

Həkimlər neçə ildi sarımsaq deyə-deyə qalmışdılar, vecimizə almırdıq. Amma sağ olsunlar, son məlum hadisədən sonra “sarımsaq keysi” 2 ildir ki, dilimizdən düşmür. “Sarımsaq keysi” artıq ali məktəblərdə dərsliklərdə tam istifadə edilə bilər. Bu kimi misalları çoxaltmaq da olar. Parnik biznesi, məsələn. Bunların hamısı da düzgün statistikanın olmamasından irəli gəlir. Və ya var, heç kim onu paylaşmaqda maraq göstərmir.

2019-cu il dünya iqtisadiyyatı üçün heç də yaxşı il sayılmaz. Aşağıdakı şəkildə rəqəmlərdən özünüz də görə bilərsiniz. Artım tempi, böyüyən bazarlar əsasən inkişaf etməkdə olan bazarlardır. Gördüyünüz kimi yaxın qonşularımız Türkiyə 2019-da 0.4%, Rusiya isə 1.8% olacaq. Neftin qiyməti də 2019 təxminləri 2018-in altındadır. (68.76 dollar)

İl sonuna Türkiyədə inflyasiya 15%-dən çox təxmin edilir, amma reallıqda hamı 20%-dən çox olacağına əmindir. Təsəvvür edin ki, 2018-ci ildə 950 min yeni avtomobil satan Türkiyənin 2019 təxminləri 250 min ədəddir. Rusiyada da maraqlı hadisələr yaşanır. Məlum Rusiya böhranından sonra 2017-2018 dirçəlmə ili idisə, 2019 nisbətdə azalma ili olacaq. Bunların heç biri bizə təsirsiz ötüşməyəcək. Məsələn, Türkiyə və Rusiya gücü ixraca verəcək. Bizim kimi ölkələrə a-dan z-yə mallar doldurmağa çalışacaqlar. Məsələn, KOTON brendi. Oxuyuram ki, 29 ölkədə 516 mağazaları var, ili də 4 milyard lirə dövriyyə ilə bitiriblər. 2019-cu il artım hədəfləri də bilirsiz nə qədərdir? – 40%. Və dövriyyələrinin də 40%-ni xarici bazarlar hesabına əldə edirlər. 2019 ixracat proqnozu da 200 milyon dollardır. Bu kimin hesabına olacaq? Təbii ki, bizi kimi ölkələrin. İstehlak etdiyimizi istehsal edə bilməsək, vəziyyət türklər demiş vahimdir.

Uzun sözün qısası, inkişafın ilk mərhələsi mühit formalaşdırmaqdan başlayır. O mühitin içində də statistikanın, düzgün statistikanın çox ciddi rolu var. O olmasa, mühiti düzgün dəyərləndirə bilmərik. Şirkətlərin fokusu isə mühit formalaşdırmaqdan daha çox formalaşmış mühitdə daha çox gəlir əldə etmək olmalıdır. Mühit formalaşdırmaq, platformalar yaratmaq isə dövlət strukturlarının əsas işidir. İnanıram ki, gec-tez o mühit bizdə arzuolunan səviyyədə formalaşacaq. 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
426483665 0 109 1960 1212 1920x0 80 0 0 d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

Tural Həmid
18 Fevral 2026
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör