Azlogos
  • Kimlər var
  • Bizi tanı

Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası Tənqid trendi “Stansiya” - Oasys AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili Ara Papyan: "Azərbaycan xərcləri bizə yükləyəcək"
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“Saçlarımı kəsdirməyə bərbərin evinə getdim”

AzLogos AzLogos
Covid-19
10 Aprel 2020

“Avropanın beyni təhlükədədir”. Vaxtilə bu fikri İrvin Yalom “Nitsşe ağlayanda” əsərində alman filosofu Fridrix Nitsşenin psixoloji ovqatı barəsində yazmışdı.

Bu gün isə Avropanın nəinki beyni, “qoca qitə”nin bütün insanları təhlükədədir. Uzaq Şərqi Asiya ölkəsi Çindən Qərbə doğru sürətlə yayılan koronavirus epidemiyası Avropa ölkələrini diz çökdürüb. Xüsusən İtaliya, İspaniya, Fransa, Böyük Britaniya, Almaniya kimi dövlətlər həm yoluxma və insan tələfatına görə, həm iqtisadi cəhətdən böyük zərbə ilə qarşılaşıblar. 

Koronavirus pandemiyasının yan keçmədiyi Avropa dövlətləri sırasında Qərbin “cənnəti” adlanan, saatlar və banklar ölkəsi İsveçrə də var. 

Bəs, zəngin və xoşbəxt isveçrəlilər karantin rejimində necə yaşayırlar? Hazırda bu ölkədə vəziyyət nə yerdədir? 

Musavat.com-un suallarını İsveçrədə yaşayan yazıçı, azlogos.eu saytının baş redaktoru Ələkbər Əliyev cavablandırıb. Onun müsahibəsini təqdim edirik:

İsveçrə koronavirusla necə mübarizə aparır, onlar da hamıya “evdə qal” deyirlər?

İsveçrədə karantin 26 apreldə bitir və obyektlərin, məktəblərin mərhələli olaraq açılışına başlanacaq. Sərt qadağalar İsveçrədə olmadı. 

Görünür, bu, Almaniyadakı kimi insanların disiplinli və sözəbaxan olmasına görədir. Onsuz da qərbi avropalılar dünyanın düz vaxtı bir-birindən aralı, məsafəlidir. Sadəcə, koronavirus bu məsafəni üç qatına çıxardı. İsveçrədəki ab-havadan mənim müşahidə etdiyim odur ki, sanki qlobal bir zərurət var və İsveçrə bütün bu tədbirlərə zorən gedib. Xahiş ediblər, deyiblər ayıbdır, sən də iştirak etməlisən. 

İsveçrə ciddi beynəlxalq maliyyə layihəsidir, işi-gücü var, pul qazanmalıdır, buna isə deyirlər ssenarimiz var, sən də gərək rol alasan. İsveçrə də razılaşıb. Yenə deyirəm, bunlar mənim subyektiv mülahizə və müşahidələrimdir. Bu günə qədər açıqlanan 30 min yoluxma halı var. 1500 nəfər ölüb, 20 min nəfər isə sağalıb. İlk gündən bütün xəstəxanalar bom-boşdur. Söhbət ciddi, regional, yüzlərlə yatağa malik xəstəxanalardan gedir. Hərəsində uzağı 2-3 koronavirus infeksiyalı xəstə olub. Xəstəxanalarda nə doluluq oldu, nə hər hansı bir panika… 

Dediyim kimi, dünya xəbərlərini oxumasaq, sırf İsveçrə gündəmi ilə yaşasaq, sanki heç nə baş vermir.

Dövlət pandemiya dövründə vətəndaşlara hansı dəstəyi verir?

Dövlət hər cür dəstəyi verir. Fərdi sahibkarlar (kafe, bərbərxana və s. tipli) fəaliyyət göstərmədikləri hər aya görə, illik dövriyyənin aylıq ortalaması məbləğində dövlətdən təzminat alır. 

Şirkətlər, hüquqi şəxslər isə illik dövriyyənin səhv etmirəmsə 10%-i məbləğində faizsiz, uzunmüddətli kredit alırlar. 

Kobud desək, illik dövriyyəniz 100 min frankdırsa, dövlətə müraciət etsəniz 10 min frank çox rahat, demək olar ki, qısa müddətdə hesabınıza köçürüləcək.

Küçələrdə, yollarda vəziyyət necədir?

Küçələrdə əvvəlki sıxlıq əlbəttə yoxdur, amma yollarda maşınlar dayanmadan şütüyür. Çünki ictimai iaşə və xidmət obyektləri qapalı olsa da, digər iş yerləri, istehsalat açıqdır. İnsanlar da işinə-gücünə gedib-gəlir. Yəni kafelər, kiçik mağazalar qapalı olsa da hərəkətlilik, canlılıq var.

Psixoloji cəhətdən Avropa insanı üçün karantin hansı təsirləri göstərir?

Əlbəttə, asan deyil, ola da bilməzdi. Komforta öyrəşmiş qızıl milyard coğrafiyasının insanı üçün təbii ki, karantin çətindir. 

Evdə xörək bişirməyən, heç düz-əməlli mətbəxə girməyən adamlar üçün indi aşbazlıq etmək, kulinariya sirlərinə yiyələnmək müşkül işdir. Ona görə yenə də çatdırılma xidməti göstərən kafelərdən sifariş verirlər. 

Bərbər məsələsi də həll olunub, hamı bir-birinə evdə saç qırxan bərbərlərin nömrələrini ötürür, ya da öz daimi ustalarının evlərinə gedirlər. Mən də o cür etdim, saçlarımı kəsdirməyə bərbərin evinə getdim. Etiraf edim ki, İsveçrənin rahatlığı mənə də sirayət edib.

Ümumiyyətlə, sizin üçün karantin çətindirmi və pandemiya mövzu baxımdan yaradıcılığa təkan verə bilərmi?

Mənim üçün çətin deyil, çünki onsuz da ağır formada introvertliyim var. Yəni, insanlarla ünsiyyəti sevmirəm, nəinki canlı, hətta telefonla danışmağı da. Ona görə mənim üçün əksinə, göydəndüşmə oldu. Koronavirusun yaradıcılığa mövzu, təkan verməsi baxımından heç bir təsiri olmadı. 

Meynstrim mövzulardan həmişə uzaq olmuşam, qaldı ki, bütün dünyanın danışdığı, hər kəsin dilində olan bir mövzuya müraciət etməyim…

Emil Salamoğlu

Musavat.com

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Old_People_Photo
.

65 yaşdan yuxarı olanların aqibəti

04 Yanvar 2021
unnamed
.

 Demokrat viruslar

27 Dekabr 2020
detail_d439b8bc1790c7c6796f7b23d263cc16 (1)
.

Korona işarəsi altında

27 Dekabr 2020
apoptotik cell
.

COVID-19-un yeni mutasiyası – panikaya gərək varmı?

23 Dekabr 2020
detail_1b491fbb6dbe941c29d1877666ab246e
.

“İnsanların təkamül yolu ilə seçimi baş verir”

04 Dekabr 2020
image1170x530cropped
.

Koronavirus əleyhinə vaksin

25 Noyabr 2020

Redaktorun seçimi

Qaldığımız evlər

Bazar haqqında bədii-fəlsəfi esse

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

Bibliyada təsvir olunan hadisələr uydurma imiş

Emil Quliyev: “Ora qədər böyüməmişəm”

Namizədin ilk imzatoplama cəhdi

Əl çirki, yoxsa rüşvət və borc bataqlığı?

Erkən vaksinasiya uşağınızı şəkərli diabetdən qoruya bilər

İşğaldan işğala

Təkrar kəşf etmək

 Müharibə, Hakimiyyət və Xalq

Tanrıların gündəlik həyatı

Əmilən oksigen və digital perspektivlər

Siyasi xalq yoxsa bio-kütlə?

Frankfurtda “Tarixdən əvvəl həyat” – Abbas Atilayın fotosessiyası

Adam sorağında

Əcdadımızın bugünki vəziyyəti

Posthəqiqət dünyasında sağ qalmaq

Xankəndinə niyə girmədik?

1875-ci ilin yayı

Erməniləri Azərbaycana buraxmaq

Bir qapıya vurulan qollar

XXI əsrdə ölümün anlamı və biz niyə ondan qorxuruq?

65 yaşdan yuxarı olanların aqibəti

Qərb cəbhəsində Milad bayramı var!

His Last Bow

Rus dili – miras, yoxsa anoxronizm?

Ruslara atom bombasının sirrini verən qadın

Millətçilik, kollektiv narsissizm və erməni məsələsi

DTX-nın “Mədəniyyət” əməliyyatı

“Saçlarımı kəsdirməyə bərbərin evinə getdim”

AzLogos AzLogos
Covid-19
10 Aprel 2020

“Avropanın beyni təhlükədədir”. Vaxtilə bu fikri İrvin Yalom “Nitsşe ağlayanda” əsərində alman filosofu Fridrix Nitsşenin psixoloji ovqatı barəsində yazmışdı.

Bu gün isə Avropanın nəinki beyni, “qoca qitə”nin bütün insanları təhlükədədir. Uzaq Şərqi Asiya ölkəsi Çindən Qərbə doğru sürətlə yayılan koronavirus epidemiyası Avropa ölkələrini diz çökdürüb. Xüsusən İtaliya, İspaniya, Fransa, Böyük Britaniya, Almaniya kimi dövlətlər həm yoluxma və insan tələfatına görə, həm iqtisadi cəhətdən böyük zərbə ilə qarşılaşıblar. 

Koronavirus pandemiyasının yan keçmədiyi Avropa dövlətləri sırasında Qərbin “cənnəti” adlanan, saatlar və banklar ölkəsi İsveçrə də var. 

Bəs, zəngin və xoşbəxt isveçrəlilər karantin rejimində necə yaşayırlar? Hazırda bu ölkədə vəziyyət nə yerdədir? 

Musavat.com-un suallarını İsveçrədə yaşayan yazıçı, azlogos.eu saytının baş redaktoru Ələkbər Əliyev cavablandırıb. Onun müsahibəsini təqdim edirik:

İsveçrə koronavirusla necə mübarizə aparır, onlar da hamıya “evdə qal” deyirlər?

İsveçrədə karantin 26 apreldə bitir və obyektlərin, məktəblərin mərhələli olaraq açılışına başlanacaq. Sərt qadağalar İsveçrədə olmadı. 

Görünür, bu, Almaniyadakı kimi insanların disiplinli və sözəbaxan olmasına görədir. Onsuz da qərbi avropalılar dünyanın düz vaxtı bir-birindən aralı, məsafəlidir. Sadəcə, koronavirus bu məsafəni üç qatına çıxardı. İsveçrədəki ab-havadan mənim müşahidə etdiyim odur ki, sanki qlobal bir zərurət var və İsveçrə bütün bu tədbirlərə zorən gedib. Xahiş ediblər, deyiblər ayıbdır, sən də iştirak etməlisən. 

İsveçrə ciddi beynəlxalq maliyyə layihəsidir, işi-gücü var, pul qazanmalıdır, buna isə deyirlər ssenarimiz var, sən də gərək rol alasan. İsveçrə də razılaşıb. Yenə deyirəm, bunlar mənim subyektiv mülahizə və müşahidələrimdir. Bu günə qədər açıqlanan 30 min yoluxma halı var. 1500 nəfər ölüb, 20 min nəfər isə sağalıb. İlk gündən bütün xəstəxanalar bom-boşdur. Söhbət ciddi, regional, yüzlərlə yatağa malik xəstəxanalardan gedir. Hərəsində uzağı 2-3 koronavirus infeksiyalı xəstə olub. Xəstəxanalarda nə doluluq oldu, nə hər hansı bir panika… 

Dediyim kimi, dünya xəbərlərini oxumasaq, sırf İsveçrə gündəmi ilə yaşasaq, sanki heç nə baş vermir.

Dövlət pandemiya dövründə vətəndaşlara hansı dəstəyi verir?

Dövlət hər cür dəstəyi verir. Fərdi sahibkarlar (kafe, bərbərxana və s. tipli) fəaliyyət göstərmədikləri hər aya görə, illik dövriyyənin aylıq ortalaması məbləğində dövlətdən təzminat alır. 

Şirkətlər, hüquqi şəxslər isə illik dövriyyənin səhv etmirəmsə 10%-i məbləğində faizsiz, uzunmüddətli kredit alırlar. 

Kobud desək, illik dövriyyəniz 100 min frankdırsa, dövlətə müraciət etsəniz 10 min frank çox rahat, demək olar ki, qısa müddətdə hesabınıza köçürüləcək.

Küçələrdə, yollarda vəziyyət necədir?

Küçələrdə əvvəlki sıxlıq əlbəttə yoxdur, amma yollarda maşınlar dayanmadan şütüyür. Çünki ictimai iaşə və xidmət obyektləri qapalı olsa da, digər iş yerləri, istehsalat açıqdır. İnsanlar da işinə-gücünə gedib-gəlir. Yəni kafelər, kiçik mağazalar qapalı olsa da hərəkətlilik, canlılıq var.

Psixoloji cəhətdən Avropa insanı üçün karantin hansı təsirləri göstərir?

Əlbəttə, asan deyil, ola da bilməzdi. Komforta öyrəşmiş qızıl milyard coğrafiyasının insanı üçün təbii ki, karantin çətindir. 

Evdə xörək bişirməyən, heç düz-əməlli mətbəxə girməyən adamlar üçün indi aşbazlıq etmək, kulinariya sirlərinə yiyələnmək müşkül işdir. Ona görə yenə də çatdırılma xidməti göstərən kafelərdən sifariş verirlər. 

Bərbər məsələsi də həll olunub, hamı bir-birinə evdə saç qırxan bərbərlərin nömrələrini ötürür, ya da öz daimi ustalarının evlərinə gedirlər. Mən də o cür etdim, saçlarımı kəsdirməyə bərbərin evinə getdim. Etiraf edim ki, İsveçrənin rahatlığı mənə də sirayət edib.

Ümumiyyətlə, sizin üçün karantin çətindirmi və pandemiya mövzu baxımdan yaradıcılığa təkan verə bilərmi?

Mənim üçün çətin deyil, çünki onsuz da ağır formada introvertliyim var. Yəni, insanlarla ünsiyyəti sevmirəm, nəinki canlı, hətta telefonla danışmağı da. Ona görə mənim üçün əksinə, göydəndüşmə oldu. Koronavirusun yaradıcılığa mövzu, təkan verməsi baxımından heç bir təsiri olmadı. 

Meynstrim mövzulardan həmişə uzaq olmuşam, qaldı ki, bütün dünyanın danışdığı, hər kəsin dilində olan bir mövzuya müraciət etməyim…

Emil Salamoğlu

Musavat.com

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Old_People_Photo
.

65 yaşdan yuxarı olanların aqibəti

04 Yanvar 2021
unnamed
.

 Demokrat viruslar

27 Dekabr 2020
detail_d439b8bc1790c7c6796f7b23d263cc16 (1)
.

Korona işarəsi altında

27 Dekabr 2020
apoptotik cell
.

COVID-19-un yeni mutasiyası – panikaya gərək varmı?

23 Dekabr 2020
detail_1b491fbb6dbe941c29d1877666ab246e
.

“İnsanların təkamül yolu ilə seçimi baş verir”

04 Dekabr 2020
image1170x530cropped
.

Koronavirus əleyhinə vaksin

25 Noyabr 2020

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel