Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Ronaldonun sirri: Finalda nə baş vermişdi?

Zaur Xudiyev Zaur Xudiyev
Yaşıl meydan
27 İyun 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
79135282 454999885056314 7823435809024901120 n
Paylaş

Dünya futbolunda bir çox maraqlı və izahı hələ də geniş ictimaiyyətə bəlli olmayan hadisələr baş verib.

Müxtəlif insanların fərqli şəkildə təqdim etdikləri şəhər əfsanələri illərlə dildən-dilə dolaşıb.

Belə hekayələrdən biri də dünya futbol tarixinin gəlmiş-keçmiş ən böyük futbolçularından hesab olunan Ronaldo Luis Nazario de Lima haqqındadır.

“El Fenomeno” ləqəbi ilə məşhur olan braziliyalının DÇ-1998-dəki çıxışı uzun illər müzakirə mövzusu oldu.

Peşəkar karyerasına çox erkən – 16 yaşında başlayan Ronaldo “Kruzeyro”da möhtəşəm çıxış etmişdi. Bu performansı ilə Braziliya yığmasının 1994-cü il dünya çempionatı üçün heyətinə də çağrılan hücumçu ABŞ-da keçirilən mundialın heç bir matçında forma şansı əldə etməsə də, çempionluğu bayram edənlərdən biri idi.

Dünya birinciliyindən sonra Avropaya yollanan Ronaldo vətəndaşı Romario kimi ilk olaraq PSV-də qərar tutur. Hollandiyaya gəldiyi ilk mövsümdəcə istedadından maksimum yararlanan “yekədiş” 1994/95 mövsümündə meydana çıxdığı 36 oyunda 35 qola imza atır. Ancaq növbəti mövsüm bütün karyerası boyunca onu qara kölgə kimi izləyən diz zədəsi yüksək səviyyəli çıxışına mane olur. Bununla belə, mövsümü 19 qolla başa vurmağı bacarır.

Hollandiyadakı ikinci mövsümdəki enişə baxmayaraq, öz dövrünün transfer rekordunu qıraraq 13.2 milyon funt-sterlinq qarşılığında “Barselona”ya transfer olur. Bir mövsümlük İspaniya karyerası boyunca 47 qol vuran və bir Kral Kuboku, bir də Kuboklar Kuboku qazanan braziliyalının yolu bu dəfə İtaliyaya düşür.

1997-ci ilin yayında 19.5 milyon funt qarşılığında “İnter”ə keçən Ronaldo burada 5 mövsüm qalası olur. Əsasən müdafiə üzərində qurulmuş İtaliya Liqasında da qollarına davam edən futbolçu tezliklə azarkeşlərin sevimlisi olmağı bacardı.

Fransada keçirilən 1998-ci il dünya çempionatı öncəsi fanatların hamısı bir ağızdan eyni sözü deyirdilər: Ronaldo – El Fenomeno.

DÇ-1998 tamamilə onun yarışı idi və Braziliyanın finala qalması heç də təsadüf deyildi. Ronaldo yarım finalda Hollandiya qarşısında fərqlənərək çempionatdakı qol sayını 4-ə çatdırmışdı. Möhtəşəm çıxışı ilə Braziliyaya ev sahibi Fransa qarşısında qələbə və üst-üstə ikinci dünya çempionluğunu qazandıracağı gözlənilirdi.

Cəmi 21 yaşı var idi və dünya futbol ictimaiyyətinin gözü onun üzərində, məsuliyyət çiyinlərində idi…

Sonra, dünya çempionatı tarixinin ən qaranlıq hadisələrindən biri baş verdi…

Superulduzun adı sirli bir şəkildə finaldan bir saat əvvəl açıqlanan heyətə salınmır. Bununla da azarkeşlərin ağıllarında bir sıra qəribə fikirlər dolaşmağa başlayır.

Pıçıltılar getdikcə yüksək səslə danışılmağa başlamışdı artıq. Bəziləri Ronaldonun ayaq biləyinin zədəli olduğunu, başqa bir qrup isə mədəsinin narahat olduğunu iddia edirdi. Hətta dizindəki məlum zədənin onu narahat etdiyini və artıq çəki problemi olduğunu deyənlər də var idi. Dəqiq məlumat isə heç kimə bəlli deyildi. Bəlkə də qəsdən zəhərləmişdilər…

Təxminən yarım saat sonra Braziliya millisinin heyəti yenidən açıqlandı və bu dəfə Ronaldo Edmundonun əvəzində “ilk 11”də yer aldı. Ancaq bu, söyləntiləri daha da artırdı.

Hətta məlum finaldan sonra Ronaldonun oyun günü qıcolma keçirdiyi açıqlandı. Baş məşqçi Mario Zaqallo qərarı 4 saat əvvəldən vermişdi. R9-un bu oyunda meydana çıxmayacağı bəlli idi. Ancaq özü oynamaq üçün təkid edincə matça start heyətində çıxmışdı.

Meydanda görünən isə o idi ki, Ronaldo heç yaxşı deyildi. Qarşılaşma boyunca kölgə kimi sürünən hücumçu təhlükəli heç nə ilə yadda qalmadı.

Həqiqət budur ki, Ronaldo həmin gün ümumiyyətlə, meydanda olmamalı idi. Ancaq heç kimi belə bir məsuliyyəti boynuna ala bilməzdi. Komandanın həkimi Lidio Toledo mundialdan çox-çox sonralar belə demişdi: “O gün Ronaldonun meydana çıxmasına heç kim mane ola bilməzdi. Düşünün ki, mən onun meydana çıxmağına icazə vermirəm və Braziliya millisi uduzur. Gərək gedib qütblərdə yaşayardım”.

Qəbul olunan ən sağlam fərziyyə isə Braziliya millisinin əsas sponsoru olan “Nike”ın nəyin bahasına olursa olsun, Ronaldonu meydanda görmək istəməsidir. Məşhur idman geyim firması Ronaldo və Braziliya millisi üçün 100 milyon funtdan çox sərmayə qoymuşdu. Dünyanın 1 nömrəli futbolçusunun, 1 nömrəli turnirin finalında olmaması mümkünsüz idi.

Doğrudur, bu iddianı sübut edəcək bir dəlil olmasa da, “Nike” fərziyyəsi hələ də ən uyğun versiya olaraq qəbul edilir.

Ronaldo özü isə 2001-ci ildə mövzu ilə əlaqəli danışarkən “Nike” məndən sadəcə onların ayaqqabıları ilə meydana çıxmağımı istəmişdi” demişdi.

DÇ-1998-in finalında Ronaldo ilə bağlı başverənlərin əslini çox az adam bilir, ancaq hər zaman dünya futbolunun ən qaranlıq məqamlarından biri kimi qalacaq.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2020 03 07 at 09.48.51
.

Supermen Rəşad

Zaur Xudiyev
07 Mart 2020
WhatsApp Image 2020 03 04 at 10.30.20
.

“Qrupdan çıxmasaq, faciə olmayacaq”

Zaur Xudiyev
04 Mart 2020
Colli
Yaşıl meydan

Milliləşdirəbildiklərimizdənsinizmi?

Zaur Xudiyev
18 Fevral 2020
E7e39430e8867ab4f05365017b528e4e
.

AFFA rəhbərliyi konkret nə istəyir?

Zaur Xudiyev
11 Fevral 2020
83350049 2870743812946702 6999656597706244096 n
Yaşıl meydan

Gözlənilən oldu, “Məxməri inqilab” baş tutdu

Zaur Xudiyev
28 Yanvar 2020
Kobe Bryant
.

Mamba out…

Zaur Xudiyev
27 Yanvar 2020
5f582800 1710 4244 b637 8df6f8ca4444
.

Fərid Mansurovun AFFA-da nə işi var?

Zaur Xudiyev
20 Yanvar 2020
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör