Azlogos
  • Kimlər var
  • Bizi tanı

Homolar niyə danışmağa başladılar? Vaksin diplomatiyası: Şərq - Qərb rəqabəti yeni müstəvidə Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili Ara Papyan: "Azərbaycan xərcləri bizə yükləyəcək"
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Qlobal panika, yoxsa zəruri tədbirlər?

AzLogos AzLogos
Covid-19
01 Aprel 2020

Qlobal panika, yoxsa zəruri tədbirlər?Koronavirusla bağlı vəziyyət haqqında hər gün yeni bir informasiya peyda olmasına baxmayaraq, xəstəlik, dözümlülük və ölüm həddi barədə əlimizdə etibarlı məlumatlar çox azdır. Bəlkə yanlış hesablamalar epidemiya təhlükəsini artırır? Bu, yalnız bir neçə aydan sonra bəlli olacaq. Çox mümkündür ki, həmin vaxta qədər karantin ucbatından dayanmış dünya iqtisadiyyatı, nəticələri çox böyük sayda insanın həyatını təhlükə altında qoyan kollapsla üzləşəcək.

Stenford Universitetinin (ABŞ) Tibb professoru, Epidemiologiya üzrə tədqiqatların müəllifi Con İoannidis (John Ioannidis) bu haqda yazıb.

Niyə bütün dünyada hökumətlər COVID-19 probleminin həlli zamanı gözqarasına hərəkət edirlər?

Qlobal pandemiya şərtlərində etibarlı məlumat həmişəkindən daha çox vacibdir – həm hökumətlər, həm də karantinə və ya sosial məsafə qaydalarına riayət edən sıravi vətəndaşlar üçün. Bununla belə, bizdə nə artıq SARS-CoV-2 virusuna yoluxmuş insanların sayı, nə də yeni yoluxma hallarının miqdarı barədə dəqiq məlumatlar yoxdur.

Bir çox ölkələr virusun yayılmasının qarşısını almaqdan ötrü radikal tədbirlər həyata keçirirlər. Əgər yaxın vaxtlarda pandemiya çəkilsə – ya öz-özünə, ya da sözügedən tədbirlər sayəsində – karantin və sərt özünütəcridi doğru qərar hesab etmək mümkündür. Lakin virus yayılmağa davam edərsə, bu cür tədbirlərin müddətini hələ nə qədər uzatmaq lazımdır? Və onların fayda gətirməkdən çox zərər vurub-vurmayacağını necə müəyyənləşdirmək olar?

Vaksinin hazırlanması və laborator sınaqları bir neçə ay (hətta il) tələb edir. O qədər uzun çəkən karantinin nəticələri isə gözlənilməz ola bilər.

COVID-19 nəticəsində ölümlərin səviyyəsi barədə məlumatlar niyə etibarsızdır?

Yoluxanların sayı və virusun yayılma tempi ilə bağlı bu gün üçün əlimizdə olan məlumatlar çox etibarsızdır. Ucdantutma hər kəsin test edilmədiyini nəzərə alsaq, çox güman ki, bəzi ölümcül hallar və bir çox yoluxma halları gözdən qaçırılıb. COVID-19-un yayılmağa başladığı vaxtdan artıq üç ay keçib, amma bir çox ölkələr hələ də kütləvi testlərə hazır deyil. Hələ də virusun hər ölkədə yayılma səviyyəsi haqqında dəqiq məlumatlar yoxdur.

Məlumat çatışmazlığı ucbatından ölüm ehtimalı barədə fikir yürütmək xeyli çətindir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən səsləndirilən rəqəm – 3,4% qeyri-obyektivdir, çünki SARS-CoV-2 testindən keçənlərin əksəriyyətində ağır simptomlar müşahidə olunub və deməli, onların vəziyyətində ölüm ehtimalı xeyli yüksəkdir

Hər bir insanın tək-tək testdən keçirildiyi yeganə nümunə “Diamond Princess” kruiz layneridir. Orda ölüm səviyyəsi 1%-dən ibarət olub və ölənlərin, demək olar ki, hamısı yaşlı insanlardır.

“Diamond Princess”dən alınmış məlumatları ABŞ-ın bütün əhalisinə tətbiq etsək, o zaman COVID-19 nəticəsində ölüm səviyyəsi 0,125%-ə yaxın olacaq. Ancaq hesablamalar az miqdarda məlumatlara (700 sərnişin və ekipaj üzvlərindən cəmi 7 nəfər ölüb) əsaslandığına görə, real ölüm səviyyəsi 025%-0,625% arasında dəyişə bilər. Həmçinin yoluxmuş sərnişinlərdən bəzilərinin daha sonra ölməsi də mümkündür. Və ya onların arasında xroniki xəstəliklərin tezliyi (SARS-CoV-2 yoluxması halında əlavə risk faktoru) ölkə üzrə ortastatistik göstəricilərdən fərqlənir.

Bütün bu faktorları nəzərə alsaq, ABŞ əhalisi arasında ölüm koeffisienti 0,05%-1% arasında ola bilər.

Qlobal panika, yoxsa zəruri tədbirlər?

Hazırkı pandemiyanın ağırlıq dərəcəsi və hansı tədbirlərin zəruriliyi real rəqəmlərin bu diapazonun hansı hissəsində yerləşdiyindən asılıdır.

Mövsümi qriplərdə 0,05% ölüm səviyyəsi kiçik rəqəmdir. Əgər real rəqəm, həqiqətən, budursa, o zaman ardınca ciddi maliyyə itkiləri gətirəcək total karantin tamamilə əsassız tədbirdir. Bu ona bənzəyir ki, ev pişiyindən qorxan fil təlaş içində qayadan atılır və həlak olur.

COVID-19 ucbatından ölüm səviyyəsinin həqiqətən bu qədər aşağı olması realdırmı?

Bəziləri, yaşlı insanlar arasında yüksək sayda ölüm göstəricisinə istinadən iddia edirlər ki, deyil. Amma qocalar evlərindəki yaşlılar arasında hətta koronavirusun yüngül tiplərindən də ölüm səviyyəsi 8%-ə çata bilər. Hər il on milyonlarla insan koronavirusun belə “yüngül” tiplərinə yoluxur. Onlar hər il bir neçə min insanın ölümünə səbəb olur, hərçənd həmin halların böyük hissəsi koronavirusdan ölüm kimi qeydə alınmır, “müxtəlif səbəblərdən” ölümlərin 60 milyonluq siyahısına düşür.

Qripin diaqnostikası üzrə testlərin çoxdan mövcud olmasına baxmayaraq, laborator araşdırmalar xəstəliyi ölüm hallarının əhəmiyyətsiz miqdarında təsdiqləyir. Məsələn, bu il ABŞ-da 1073976 örnək götürülüb, onlardan 222 552-ində (yəni 20,7%) müsbət nəticələr alınıb. Eyni zamanda elə həmin dövr ərzində qripəbənzər xəstəliklərin miqdarı – 36-51 milyon, qripdən ölümlərin sayı isə – 22-55 min arasında dəyişir.

Qripəbənzər xəstəliklərdən ölüm səviyyəsi üzrə göstəricilərin nəhəng miqyasına və onun onminlərlə ölüm halı ilə nisbətinə diqqət yetirin. Bu ölümlərin bəzilərinin səbəbi qrip, bəzilərinin səbəbi isə digər viruslar, o cümlədən soyuqdəymə yaradan koronaviruslardır.

2016-2017-ci illərdə aparılan silsilə müayinələr zamanı qrip mövsümündə ölmüş əlli yeddiyə yaxın yaşlı insanın 18%-də qrip virusu, 47%-də isə müxtəlif tipli respirator virus infeksiyaları tapılıb.

İnsan respirator virus patogenlərindən öləndə cəsədin yarılması zamanı onun orqanizmində tez-tez birdən çox virus müşahidə olunur. Buna görə də, müsbət koronavirus testi hələ ölüm səbəbinin, məhz, koronavirus olduğu demək deyil.

SARS-CoV-2-ə yoluxanlar arasında ölüm səviyyəsinin 0,3% olduğunu, ABŞ əhalisinin isə 1%-nin (yəni təxminən, 3,3 milyon insan) virusa yoluxduğunu düşünsək, onda biz, təqribən, 10 min ölümcül nəticə alacağıq. Bu rəqəm böyük görünə bilər, lakin “qripəbənzər xəstəliklər”dən ölüm miqdarının fonunda nəzərəçarpmaz qalır.

Əgər yeni virusdan xəbərimiz olmasaydı, bu il “qripəbənzər xəstəliklərdən” ölümlərin ümumi miqdarı bizə qeyri-adi təsir bağışlamazdı.

Uzağı, bu il qrip epidemiyasının, adətən olduğundan ağır keçdiyini qeyd edərdik. KİV isə bu mövzuya NBA-nın iki ortabab komandasının oyununa ayırdığı diqqətdən daha az diqqət ayırardı.

Qlobal panika, yoxsa zəruri tədbirlər?

COVID-19-dan ölüm səviyyəsi həndəsi silsilə boyunca arta bilərmi?

Bəziləri, COVID-19-dan ölüm miqdarının gələcəkdə həndəsi silsilə üzrə artacağından ehtiyat edir. Belə ssenari nə qədər realdır?

Bu suala cavab verməkdən ötrü, təsadüfi seçimlərdə xəstəlik hallarının tezliyini və virusun yayılma tempini bilmək faydalı olardı. Təəssüf ki, bizdə belə məlumat yoxdur.

İnformasiya çatışmazlığı şəraitində hökumətlər ən pis ssenariyə hazırlaşır və ekstremal tədbirlər həyata keçirir.

Karantin tətbiq etmək məqsədəuyğundurmu?

Sözügedən tədbirlərin nə qədər doğru olub-olmadığını bilmirik: məktəblərin başlanması virusun yayılmasını ləngidə, eyni zamanda əks effektlə də nəticələnə bilər –uşaqlar xəstəliyə daha meylli yaşlı ailə üzvləri ilə daha çox vaxt keçirməyə məcbur qalacaqlar, ya da valideynlərinin evdən işləməsinə mane olacaqlar.

Bundan əlavə məktəblərin bağlanması xəstələnmək şansı aşağı olan yaş qrupuna aid insanlarda immunitetin yaranmasına mane ola bilər. Buna görə də, Böyük Britaniya lap əvvəldən başqa mövqe sərgilədi və məktəbləri açıq saxlamağı qərara aldı. Lakin virusun yayılması ilə bağlı dəqiq məlumatlarsız bunun müdrik, yoxsa ağılsız qərar olduğunu demək mümkün deyil. (Hərçənd Boris Conson martın 23-də Böyük Britaniyada sərt karantin elan etdi.- red)

Prinsipcə tibb müəssisələrinin ifrat yüklənməsini hədəfləyən əyrinin hamarlanması strategiyası məntiqlidir. Amma tibb müəssisələri xəstə axınının öhdəsindən gələ bilməsələr və ölüm səviyyəsini göstərən əyri yuxarı qalxsa, çox güman ki, yeni ölümlərin əksəriyyətinə koronavirus yox, ürək tutmaları, insult, travmalar, qanaxma və başqa genişyayılmış hallar səbəb olacaq.

Ekstremal tədbirlər effektiv olmazsa, əyrinin hamarlanması strategiyası vəziyyəti daha da ağırlaşdıra, böhran dövrünü bir az da uzada bilər.

COVID-19 ən çox sağlamlığımız üçün təhlükəlidir, yoxsa iqtisadiyyat üçün?

Əsas problemlərdən biri odur ki, biz iqtisadiyyata, insanların psixi sağlamlığına zərər vurmadan karantin və sosial məsafə qaydalarına nə qədər uzun müddət riyaət etməli olduğumuzu bilmirik.

Hadisələr istənilən an gözlənilməz yönə çevrilə bilər. Onda bizi maliyyə böhranı, vətəndaş iştişaşları, özbaşınalıqlar, müharibələr və cəmiyyətin sosial əsaslarının dağılması gözləyir.

Ən pis ssenaridə isə planetin əhalisinin 60%-i koronavirusa yoluxacaq, onlardan 1%-i (təxminən, 40 milyon insan) öləcək – 1918-ci ildə baş vermiş ispan qripi epidemiyası zamanı olduğu qədər. Bu dəfə qurbanların çoxu yaşlı, ya da ağır xroniki xəstəliklərdən əziyyət çəkən insanlar olacaq. 1918-ci ildə isə xeyli gənc insan ölmüşdü.

Bütün hallarda əhalinin 1%-nin ölməsi ilə Yer üzündə həyat dayanmayacaq. Amma ölkələr karantinə bağlananda həyat aylar, hətta illər boyu donur və onda milyonlarla yox, milyardlarla insan təhlükə altında qalır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Bildschirmfoto 2021-01-19 um 09.28.26
.

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

19 Yanvar 2021
Old_People_Photo
.

65 yaşdan yuxarı olanların aqibəti

04 Yanvar 2021
unnamed
.

 Demokrat viruslar

27 Dekabr 2020
detail_d439b8bc1790c7c6796f7b23d263cc16 (1)
.

Korona işarəsi altında

27 Dekabr 2020
apoptotik cell
.

COVID-19-un yeni mutasiyası – panikaya gərək varmı?

23 Dekabr 2020
detail_1b491fbb6dbe941c29d1877666ab246e
.

“İnsanların təkamül yolu ilə seçimi baş verir”

04 Dekabr 2020

Redaktorun seçimi

200 manatın problemi

Zabbalin – peşəkar zibil yığanlar şəhəri

Polşada ovçuluq, dindarlıq və rasizm

Müsabiqə, yoxsa intriqa?

Dil, iqtisadiyyatımızın bünövrəsi kimi

Dedi-qodu

Qərib “cinlər” diyarında

Azərbaycan istehlakçısının arzuları

Ədəbiyyat və viruslar

“Döyüşlər bitmişdi, lakin əsgərlər yenə də mübarizə aparırdılar”

Əkrəm Əylislidən Cavid Ramazanlıya cavab

Armine Adibekyan: «Azərbaycanda baş verənləri zərrəbinlə izləyirik»

Müasir incəsənət niyə belə anlaşılmazdır?

Azərbaycanda orta sinif varmı?

Mifologiyada cins kateqoriyası

Dağıstanda Azərbaycan dili

Elon Musk Starship prototip raketini təqdim etdi

Koqnitiv dissonans

Tesla Avropada fabrik qurur

İtirilmiş toyuqların axtarışında

Miqren nədir

“Salaam Cinema”

Starlink missiyası tamamdır

Mehriban Əliyeva: “Özgə dərd olmur”

Varanasi – dəfn tonqallarının şəhəri

Məsumiyyət

Vaçkonun bir günü

Bədii təfəkkür haqqında

Gürcüstanın mədəniliyi

Prof. Aşina ilə ayaqüstü söhbət

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel