bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Orxan Ata: “Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir”

Orxan, illər öncə Azərbaycandakı kino karyerana son qoyaraq, ya da onu müvəqqəti donduraraq ABŞ-a köçdün. Nə tapdın yeni ölkəndə, xoşbəxtsənmi, planların nədir?

Azərbaycandaki kino karyerama son qoymağım həqiqətdir, doğrudan da belə oldu – dondurmadım, son qoydum. Ya da mənə belə gəlir. Amma coğrafiya dəyişsəm də, aktyorluğa bu və ya digər formada davam edirəm. Düşünürəm ki, ABŞ-a köçmək doğru qərar idi, peşman deyiləm. Xoşbəxtlik isə, suyu çıxmış cavab vermək istəmirəm, amma məcburam, – xoşbəxtliyin formulasını tapan, bilən var bəyəm? Nə desəm şərti, nisbi olacaq. Əsas odur ki, yaradıcılığım üçün ehtiyac duyduğum maddiyyatı burada daha asan və sürətli əldə edə bilirəm.

ABŞ-a köçəndən sonra komandamızın fəaliyyətində xeyli aktivlik oldu, dinamizm qazandıq. Youtube-dakı 101MoonAve kanalından başqa, Xpertlə ortaq məhsulumuz olan 101MoonRecords, qardaşlarımla hazırladığımız KrishaShow bunlara nümunədir. Mənim üçün AzLogos-da, qısamüddətli də olsa, səninlə birlikdə təqdim etdiyimiz Mauser şousu da vacib yer tutur. Ümumiyyətlə, AzLogos mənim üçün çox əziz platformadır, Lars von Trierdən aldığım müsahibə də məhz bu platformada dərc olunub. Bunların hamısını portfoliomun vacib komponentləri hesab edirəm. Yeri gəlmişkən, bu yaxınlarda KrishaShow yenidən efirə qayıdır – daha dinamik, daha keyfiyyətli formada. Bu dəqiqə onun hazırlığı gedir.

Sənin reperlərlə zaman-zaman müxtəlif layihələrin olub, onların bir neçə klipində yer almısan, hətta özün də rep demisən. Rep dünyasındakı yerini, rolunu necə görürsən?

IMAGE 2021-04-08 06:45:06Rep dünyasındakı yerimi peşəkar, ən azından peşəkar olmağa çalışan təşkilatçı, menecer kimi görürəm, ona görə də bir neçə musiqiçi ilə paralel işləyir, peşəkarlığımı artırıram. Yuxarıda adını çəkdiyim Xperti təmsil etməkdən başqa, OGB ilə də uğurlu işbirliyi qurmuşam. Kanadada RussCrush adlı reperin qurduğu NorthSide labeli ilə də, daimi olmasa belə, sıx işbirliyimiz var – birlikdə dəyər yaratmağa, necə deyərlər – musiqini monetizə etməyə çalışırıq. Rəsmi olaraq 101MoonRecords-da çalışıram, işim vizual konsept yaratmaqdır. Orada tək deyiləm, qardaşım Ayxan Tan yanımdadır, üstəlik başqa azərbaycanlı və əcnəbi art-directorumuz da var, bizimlə freelancer kimi əməkdaşlıq edirlər. Daha keyfiyyətli səslənmə və vizual üçün bir aradayıq, özümüzdən Hip-Hopa nələrsə qatmaq istəyirik.

Müsahibə vermək güclü tərəfim deyil, ona görə də rep dünyası, professional işimlə bağlı ancaq bu qədərini deyə bilərəm.

Yaxşı, onda peşəndən bir az uzaqlaşaq, qayıdaq Azərbaycan reallıqlarına. Müharibə geridə qaldı, silahlar nisbətən susdu, ermənilərlə müəyyən razılaşma əldə olundu. Nəticədən razı qaldınmı? ABŞ-da bu müharibəyə, onun nəticələrinə münasibət necə oldu? Ətrafında nələr danışılırdı, yaxud danışılır?

Bu münaqişəyə münasibətimdə qeyri-adi, marginal heç nə yoxdur – kimin haqlı, kimin haqsız olması mənim üçün aydındır. Diplomatiyanın çöküşü münaqişəni müharibə meydanına daşıdı, bu da gözlənilən idi. Haqlı tərəf, yəni Azərbaycan bu dəfə həm də güclü tərəf idi deyə, istədiyini, yaxud da istədiyinin böyük hissəsini döyüş meydanında əldə etdi. 

İndi məni daha çox o torpaqlara aid olan, özləri və ya valideynləri oralardan köçmək, qaçmaq məcburiyyətində qalanların yurdlarına qayıtması prosesi maraqlandırır. Faktiki olaraq sıfırdan məskunlaşma başlayacaq, hər şeyə təmiz səhifədən başlanılacaq. Görəsən bunu necə təşkil edəcəklər, kəndləri, şəhərləri necə salacaqlar? Nəzərə alsaq ki, bu prosesi dünya da izləyir, bir çox ölkələr bərpa prosesində bilavasitə iştirak edəcək, bu işlərin çox yüksək səviyyədə, zövqlə və əlbəttə ki, təhlükəsizlik tədbirləri nəzərə alınaraq görülməsi vacibdir.

IMAGE 2021-04-08 06:44:58
Rejissor Joahin Trier ilə

Məsələn, biz tez-tez eşidirik ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Mənə maraqlıdır, Şuşa onilliklər sonra bu statusuna yenidən necə qovuşacaq, hansı amillər Şuşanın mədəniyyət paytaxtı statusunu şərtləndirəcək, ümumiyyətlə bu statusu bərpa etmək mümkün olacaqmı? Bu şəhər insanların, yəni adi insanların yaşadığı canlı, dinamik bir şəhər olacaq, yoxsa sintetik qoruq, aqlay örtüklü binaların olduğu açıq hava muzeyi? Yəni ruhu olacaq, yoxsa olmayacaq? Bunlar maraqlıdır mənə, özü də çox maraqlıdır.    

ABŞ-dakı reaksiyalara gəlincə isə, ən nəzərə çarpanı oydu ki, hamı bir şeylə maraqlanırdı – necə yəni Azərbaycan öz sərhədləri daxilində müharibə edir? Ataları başqa ölkələri zəbt edən, koloniyaya çevirən adamlar üçün bu işdə nəsə bir qəribəlik, anlaşılmazlıq var idi. Ciddi maraqlananlar olanda, ingilis dilində etibarlı mənbələrə yönləndirirdik, linklər, məqalələr atırdıq. Propaqanda iyi gəlməyən, keyfiyyətli və etibarlı mənbələr sarıdan bizim ciddi boşluğumuz var, bu da yəqin ki, sənin üçün sirr deyil. Yeri gəlmişkən, fotoqraf Reza Diqqətinin Instagram hesabı bizim xeyli əlimizdən tutdu, kömək elədi. Neçə amerikalı məhz o hesabla tanış olandan, foto və hekayələri görəndən sonra bu savaşda kimin haqlı, kimin haqsız olmasına qərar verdi. Təbii ki, bizim xeyrimizə. Brüsseldə, BMT-də işləyən bir braziliyalı dostum isə müharibənin ilk həftəsi mənə yazdı ki, erməni fondlarından bizə kütləvi e-mail axını başlayıb, rəsmən bombardıman edilirik, güclü erməni propaqandası altındayıq. Müharibə bitənə qədər onunla daim əlaqədə oldum, demək olar ki, hər gün mənimlə nəyisə dəqiqləşdirirdi. Bacardığım qədər səhih məlumatları bölüşməyə çalışdım onunla. Düşünürəm ki, olduqca faydalı bir iş görmüşəm, həqiqətin zəfər çalması baxımından. Hər nə qədər bu, idealistik və romantik səslənsə də.

Deyə bilərəm ki, bu müharibənin mənim təfəkkürümə, ruhuma çox ciddi təsirləri oldu. Bəzi şeyləri ifadə etmək olmur, qoy onlar məndə qalsın.

Biz səninlə ən son, canlı olaraq Kopenhagendə, 2015-ci ildə görüşmüşdük. O zaman sən kino məktəbinə – EFC-yə (European Film College – red.) hazırlaşırdın. Sonradan həmin məktəbdən məzun oldun. Sənin kino karyeranda ciddi bir dönüş nöqtəsi olmalıydı bu məktəb. Belə demişdin mənə. Bəs, nə baş verdi? Təhsilindən razı qaldınmı?

IMAGE 2021-04-08 06:44:53
Müslüm baba ilə

Yüz faiz razı qaldım. Çünki yüksək səviyyədə təhsil almaq imkanım oldu. EFC mənə müəllif olmağın birdən çox yolunu göstərdi, texnika və metodologiya öyrətdi, yaradıcılıq üfüqümü böyütdü. Petru Maier, Micah Magee, James Fernald, Pia Bovin, Chris Waitt kimi, ömrüm boyu unutmayacağım və minnətdar olacağım ustalardan dərslər aldım, peşəkarlaşdım. Məktəb yaradıcı insan üçün çox vacib mərhələdir.

Yeri gəlmişkən, hələ məzun olmamış Chris Waittin filmində baş rol təklifi aldım, məzun olandan sonra isə filmdə oynadım, böyük həyəcanla premyeranı gözləyirəm. Uğur hesab elədiyim başqa bir işim isə, Los Angeles Film Festivalında workshopa seçilən ssenarim oldu. Bir də əlbəttə ki, Rüfət Həsənovun rejissoru olduğu Daxildəki ada filminin Sarajevo Film Festivalında ən yaxşı rejissor mükafatı alması, mənim bir aktyor kimi yaradıcılığımda vacib mərhələlərdən biridir. Festivalda ən yaxşı aktyor nominasiyasında yarışmışdım.

Maraqlıdır, intervyudan əvvəl söhbətə hazırlaşmaq üçün, məzun olduğun məktəbin saytına, sosial şəbəkə hesablarına nəzər yetirdim, amma səninlə bağlı məlumat tapmadım. Ən azından, indi mənə danışdıqlarını orada görmədim. Belə bir şey necə ola bilər? Onların tələbəsinin, məzununun aktyor, ssenarist kimi uğurları məktəb üçün maraqlı deyil? Yoxsa səndən daha böyük nailiyyətlər gözlənilirdi?

Çox qəribədir ki, bəzi mövzuları doğrudan da verbal olaraq ifadə etmək çətindir, nə qədər beynində çək-çevir eləsən də alınmır. Məsələn, sənin bu sualın elə bir cavab tələb edir ki, danimarkalılar bir səbəbə görə bundan xoşlanmayacaqlar, bizim oxucu auditoriyası isə başqa səbəbə görə.

Danimarkalılar ona görə xoşlanmayacaqlar ki, avropalıların süni politkorrektliyi bu cür mövzularda bizdən susmağı tələb edir. Bizimkilər isə, heyranlıq və sənin yerində olmaq arzusuna görə xoşlanmayacaqlar, yəni “Danimarka kimi ölkədə yaşamısan, oxumusan, hələ bir söz də deyirsən. Kaş mən sənin yerində olaydım, amma belə bir imkanım yoxdur.” Ümumiyyətlə, Avropa, yaxud Qərb təcrübəsi olmayan azərbaycanlılar, böyük mənada isə postsovet insanları Avropa, Qərb təcrübəsi olan həmvətənlərindən ancaq bir şeyi tələb edirlər – “mənə fantastik, gözəl şeylər danış ki, ağzımı aralayıb sənə qulaq asım. Oralarla bağlı neqativ danışma, dağıtma xəyal dünyamı. Ən pis yerdə, ən pis ölkədə mən yaşayıram, ona görə də mənim idealım olan Avropa, Qərb haqqında mənfi söz demə, buna dözə bilmirəm”. Yeri gəlmişkən avropalılar da bunu bilir və məharətlə bundan istifadə edirlər. Ona görə də gərək mümkün qədər çox postsovet adamı Avropa, Qərb təcrübəsini yaşasın ki, kor-koranə vurğunluq, məftunluq krediti tükənsin, hər kəsin beynində real obraz yaransın və qərblilər üçün bu lüksa, apriori müsbət xarakteristika komfortuna son qoyulsun. Onu da deyim ki, onlar haqda kimin nə düşündüyü onlar üçün çox-çox vacibdir, təsəvvür etməyəcəyimiz qədər çox. Amma bunu da məharətlə gizlədirlər, guya onlara maraqlı deyil kim nə düşünür, amma dəhşət narahat olurlar onların anatomiyasını kimsə açıb tökəndə, onları kimsə kitab kimi oxuyanda, dərinliklərində gizli olanı üzə çıxaranda…

IMAGE 2021-04-08 06:45:10Sözün düzü bu qədər uzun giriş verəcəyini gözləmirdim. Sanki deyəcəklərinə əvvəldən bəraət qazandırmaq, yaxud əsaslandırmaq üçün bu boyda izahata ehtiyac duyursan… 

Düz tapmısan, elədir ki, var. Konkret danimarkalılardan söhbət gedirsə, gərək bir şeyi başa düşək – danimarkalı üçün “dünya” onun özünün kiçik Danimarkasıdır. Hətta onun “ev”inin, “ailə”sinin, “özü”nün sərhədləridir. Bu dünyanın xaricində “düşmənlərin hökmranlıq sferası” başlayır. Özü də kənardakı dünya təkcə yad, özgə deyil, həm də danimarkalını təhdid edən dünyadır. Danimarkalıların müsbət münasibət göstərdiyi, yaxud ən azından neytral olduqları ölkə yoxdur. Danimarka mediasında, meynstrimində də özlərindən başqa müsbət, yaxşı obrazlı ölkə, xalq yoxdur. Yəni, çox uzatmayım, danimarkalıların özlərinə vurğunluğu və özgələrə qarşı diskriminativ, mənfi münasibəti, özlərinə məxsus, qəribə paxıllığı mənim üçün tərifi mümkün olmayan şeylərdir. Etiraf edirəm ki, onları izah etməyə çətinlik çəkirəm. Yəqin, orada yaşamaq lazımdır ki, bunu başa düşəsən. Yoxsa sözlə demək olmur.

Qərəz, danimarkalılar yalnız və yalnız bir-birləri ilə işləyirlər, qeyri-danimarkalıları öz dünyalarına buraxmırlar. Beynəlmiləl, beynəlxalq məkanlarda da öz dillərinə üstünlük verirlər. Məsələn, daniyalı məllim bir də görürsən, beynəlxalq auditoriyada keçir öz dilinə, əcnəbi tələbələri yox sayır. Bu, çox yayğın haldır. Üstün olduqlarına inamları o qədər güclüdür ki, sən onları göydən yerə endirə bilməzsən. Səhər-axşam da medianın üstünlük, belə pis çıxmasın – ali irq propaqandası altındadırlar. Sən öz kimliyinlə onlar üçün həm yad, həm də maraqsızsan. Birdən uğur qazansan sənə paxıllıq və hətta nifrət edəcəklər. Yeri gəlmişkən, haradasa oxumuşdum ki, Avropada gəlmələrin, əcnəbilərin ən çox intihar etdikləri ölkə də Danimarkadır.

Bilmirəm, sualına cavab verə bildim, ya yox. “Paxıllıq” kimi banal bir cavab vermək mənə ağır gəlir, qürurumu incidir, amma nə edim ki, bunun adı məhz paxıllıq, gözü götürməzlikdir.

Bunları danışarkən qapıldığın həyəcan sənə kiminlə danışdığını da unutdurduğuna görə, deməli bu, sənin üçün doğrudan da ağrılı, həssas məsələdir… Nəzərə almırsan ki, on ilə yaxındır İsveçrədə yaşayıram və xətrinə dəysə də, danimarkalıların isveçrəlilərlə müqayisədə mələk olduqlarını deyəcəm. Buna məcburam. Yaxud belə deyim – kaş yerlərimizi dəyişə bilsəydik. Uzağa getmək lazım deyil, isveçrəlilərin istər turist rəylərindəki xarakteristikası, istər dünya ədəbiyyatı və kinosundakı obrazına bax, bir də danimarkalıların obrazına və xarakteristikasına. Danimarkalılar haqda heç çox şey tapa bilməzsən, amma kalvinist isveçrəliləri, bunu cəsarətlə deyə bilərəm ki, heç kim sevmir. Obyektiv olaraq fövqəladə sevimsiz insanlardır və paxıllıqda danimarkalılara master-klas keçərələr… Yeri gəlmişkən, mən sümükləşmiş stereotiplərdən danışıram, öz münasibətimdən yox. 

Ola bilər. Hər kəs öz təcrübəsindən yola çıxaraq qiymət verir. Normaldır.

Sən də haqlısan. Qayıdaq məktəbə. Bilirsənmi, sənin adını “uğurlu tələbələrimiz“ siyahısında axtararkən adını tapmadım, amma EFC-nin seksual qalmaqallarla çalxalandığını öyrəndim təsadüfən. Tipik mənzərə və tipik reaksiyadır. Ümumiyyətlə, bu məktəbi seçdiyinə peşman deyilsən ki? Bəlkə elə, Trierlə müsahibəndə keçən Qərb-Şərq dilemmasındakı kimi, sən də Şərqi seçməliydin? Səncə Avropa, Qərb incəsənəti tükənməyib ki? Kinoda sərt qaydalar filan gətirilir, mütləq qaradərili, cinsi azlıq və əlillər rollara dəvət alır, politkorrektlik sənəti üstələyir… Neo-liberal etik faşizm mühitində sənət mümkündürmü?

Birincisi, bu məktəbi seçməyimin çox düzgün qərar olduğunu deməliyəm. Əsla peşman deyiləm. Çox ciddi məktəb keçmişəm, özü də məktəbin qurucusu Milos Formandır, idarə heyətində isə Verner Herzog kimi yaşayan bir əfsanə var. Həmçinin, məktəbin yaranmasına dəstək vermiş qocaman Hollywood şirkətləri var – Walt Disney, Warner Brothers kimi. Daha da çox ad saymaq olar, indi ağlıma gələnlər bunlardır. 

Qaldı ki, seks skandalına, bu da sənin dediyin kimi tipik mənzərə və tipik reaksiyadır. Belə şeylər Qərbdə tez-tez olur, xüsusən qapalı, dini qurumlarda, reaksiya da hər zaman elə olur ki, sanki belə bir şey ilk dəfə baş verir, sanki belə hallar bu cəmiyyətlər üçün yaddır, nəsə anti-bədəndir, qeyri-adidir. Əslində isə, elə deyil. Ən çox da, məktəbin özünü qeyri-danimarkalı tələbələrin uğurlarından kənar tutması fonunda, bu seks qalmaqalı ironik görünür. Doğrudan, gülməli və eyni zamanda acınacaqlı haldır. EFC-nin bu cür səviyyəsiz bir qalmaqalla gündəmə gəlməsi heç yaxşı olmadı. 

IMAGE 2021-04-08 06:44:49
Ümummilli lider ilə

İsveçlilərin qəşəng bir sözü var: ancaq ölü balıq axımla aşağı üzür. 

Lars von Trierin dediyi Şərq-Qərb seçimi isə, uzun illərin təcrübəsindən keçib gəlir. Özümdən danışsam əgər, mən Qərbdə yaşasam da, Şərqəm, yəni Şərqi təmsil edirəm. Dünya da bunu belə qəbul edir, özüm də. Qərb mövzu baxımından tükənə bilər, bunu artıq özləri də etiraf edirlər – əzab çəkərək, hirslənərək, amma axıma qarşı gələ bilmirlər, özləri və klişeləri ilə bacara bilmirlər. Mən isə Qərbdə iş mexanizmini, disiplini öyrənmişəm, özüm üçün fayda götürmüşəm, peşəkar sənətçiyə lazım olan da budur. Qalan şeylər isə, əsasən Qərbin öz problemləridir, özləri bilərlər.

Hazırda vəziyyət belədir ki, Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir, özünü çərçivələrə salaraq faktiki olaraq dalana dirəyir, tükənir. Səninlə tam razıyam, çox maraqlı ifadə etdin – neo-liberal etik faşizm Şərqin azadlığı və əsrarı ilə müqayisəyə belə gəlmir.

Son Qarabağ müharibəsinin özündə daşıdığı potensial mövzular isə, bəlkə bütün Qərbi bir yerə toplasan, tapılmaz. İşləmək lazımdır.

Söhbətləşdi: Ələkbər Əliyev

PaylaşTweetGöndərPaylaşScan

Redaktorun seçimi

Yeni tarixi hekayə və yenidən özünüdərk

“İkinci Pərdə”-nin ardından

Qaldığımız evlər

Big Data – yeni əsrin texnologiyası

5 əsas dinin yayılışı

Mexanizm

Azərbaycanlıların dəyərləri

“Netflix”iniz var?

Feodal pərakəndəlikdən mütləqiyyətə

Cənub Qütbünü açanlar

Aydınlanma yollarında

O olmasın, amma bu da olmasın

Qaniçən rejim biznesi

“Qış bulvarı”nın göz görə-görə məhvi

Dünya ədəbiyyatı və Üçüncü Dünya ölkələri

İslahat hekayəsi

Yuriy Sayutkin – Gecə dejavüsü və ya gips mərmərə qarşı

Elinanın qətli, ReAL, Notr Dam

Qurdla quyruq yeyib, çobanla ağlamağın yolları haqqında

İmam Həsənov: “Nəbadə bizi pis görsünlər”

MSK sərgüzəştlərim

Yosemite Milli Parkı – Vüqarın obyektivindən

Seçkidən başqa hər şey

“Döyüşlər bitmişdi, lakin əsgərlər yenə də mübarizə aparırdılar”

Füzuli və Cəbrayılın işğalı (1993)

The Ultimate Guide to Live Roulette Canada Low Volatility

Məşhur aktyorumuzun paltar oğurluğu və çətin seçimi…

İctimai sektor barədə

Müştəri təmsilçisi kimdir?

Çip qıtlığı: Texnologiya əsrinin nefti

Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör