Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Mifologiya – həqiqətin inikası

Sahil Qənbərli Sahil Qənbərli
Sərbəst
18 May 2021
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Bildschirmfoto 2021 05 18 um 14.54.15
Paylaş

On dörd min il əvvəl bataraq məhv olduğuna inanılan, insanların məhz bu torpaqlardan bütün dünyaya yayıldığı güman edilən əfsanəvi qitə – MU.

Bu, elə bir mövzudur ki, hətta Atlantis məsələsi belə, daha real qəbul edilir. Amma MU birmənalı olaraq qətiyyən ciddi mövzu hesab edilməməkdədir. Bu qitənin fiziki olaraq mümkün ola bilməyəcəyini, varlığına dair hər hansı bir elmi açıqlamanın olmadığını iddia edən bir çox elm adamı bu mövzuya dair bir çox tədqiqatlar aparmışdır. Hindistan məbədlərində olan daş kitabələr, Meksikada Teotihuacan piramida məbədindəki divar yazıları, Çindəki məbədlərdə aşkar edilən qədim yazılar tədqiqatçıları daha çox həyəcanlandırmış və araşdırmaya təşviq etmişdir.

Bildschirmfoto 2021-05-18 um 14.54.20Bu tədqiqatçılar arasında Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal da var. Onun istəyi ilə Meksikada xidmət edən türk səfiri (Tahsin Mayatepek) bu mövzuda çox ciddi araşdırmalar aparmışdır.

Sirləri ilə insanları heyrətə salan bu itmiş qitə haqqında ən maraqlı nüanslardan biri, qədim yunan əlifbası ilə arasında olan qəribə bağlantıdır. Qədim yunan elm xadimlərinin – hansı ki, hələ də elmin müxtəlif sahələrində məhz onlara istinad edirik – yazılarında, kitablarında insanların ilk çıxığı torpaqlara, ölkələrə dair ismarıclar olduğunu bilirik. Lakin indi baxacağımız yazılar, mətnlər, kitablar deyill, əlifbanın özüdür. James Churchward (Mu haqqında ən ciddi və ən samballı tədqiqatları ilə məşhurdur) “İtmiş Qitə – MU” kitabında Yunan əlifabasının əslində Cara-Maya kəlimələrindən yarandığını və Munun batmağı haqqında danışan hekayə olduğunu deyir. Eramızdan əvvəl 403-cü ildə Evklidin vaxtında yunan filoloqlar hal-hazırda da istifadə olunan yunan əlifbasını böyük fəlakət zamanı atalarının, babalarının xatirəsini əbədi tutmaq üçün tərtib etmişdirlər.

Yunan əlifbası  Cara-Maya
Alpha Al – ağır, şiddətli, paa – hücum etmək, dağıtmaq, ha – su
Beta Be – yüyürmək, ta – yer, zəmin
Qamma Qam – məruz qalmaq, ma – ana, yür üzü
Delta Del – dərin, dib, ta – yer
Epsilon Ep – maneə, sil – kənar yaratmaq, onom – qasırğa
Zeta Ze – vurmaq, ta -yer
Eta Et – ilə, ha- su
Theta Thethe – əhatə etmək, örtmək, ha – su
Lota Lo – hərəkət edən canlı, ta – su
Kappa Ka – suyun dibinə enən çöküntü, paa – hücum etmək, dağıtmaq
Lambda Lam – suya batmaq, be – yüyürmək, ta – su
Mu Mu – MU
Ni Ni – Zirvə, uc
Xi Xi – Yüksəlmək, üzərində görünmək
Omikron Om – burulğan, fırlanmaq, ik – külək, le – yer, on – dairəvi
Pi Pi – yavaş-yavaş, astaca yerləşmək
Rho Ro – a, ə qədər, ho – gəlmək
Siqma Zi – soyuq, ik – külək, ma – ana, torpaq
Tau Ta – yer, u – alt, vadi, uçurum
Upsilon U – alt, vadi, uçurum, pa – hovuz, zi – soyuq, le – yer, on – dairəvi
Phi Pe – gəlmək, hi – palçıq
Chi Çi – ağzını açmaq
Psi Pe – gəlmək, çölə çıxmaq, zi – duman, buxar
Omega O – orada, mec – burulğan, ka – lil

Kəlmələri, sözləri sırası ilə yan-yana qoyarkən ortaya çıxan sərbəst mətn isə belədir:

“Ovaların üstünə sular gələr. Dalğaların sahil yaratdığı alçaq yerləri örtər. Sular yer üzünə hücum edər. Yaşayan və hərəkət edən hər şeyə / yerə yayılar. Torpaq tab gətirməz. Və MU torpaqları batar. Suyun üzərində tənha zirvələr görünür. Soyuq havalar gələnə qədər ətrafda tufanlar olar. Əvvəllər vadilərin olduğu yerlərdə böyük dərinlikdə soyuq göllər vardır. Dairə formasındakı yerlərdə palçıq təbəqələr yaranar. Buxarın çıxdığı ağızlar açılar.”

Bildschirmfoto 2021-05-18 um 14.54.37

Olduqca təsirli, eyni zamanda heyrətləndiricidir. İlk dəfə qədim sivilizasiyalar haqqında araşdırma apararkən özümü dərin bir labirintdə hiss edirdim. Hər şey, hər yer, hər kəs bir-birilə bu qədər necə bağlı, əlaqəli ola bilər?! Bu mümkün deyil. Dünyanın ən məşhur elm xadimləri, elmi institutlar, elmin bütün sahələrində qədim yunan alimlərinə istinad edərək, onların dərin və inanılmaz savadları qarşısında ayağa qalxır, təzim edirlər. Lakin onların inancına, dinlərinə mifologiya deyib rədd edirlər. Sizcə burda böyük bir təzad yoxdurmu? Bəlkə bizim mifologiya olaraq qəbul etdiyimiz hekayələr antologiyası bir növ alleqoriyalardır? Ya da həqiqətin inikası?

Ardı var…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
1
.

Azərbaycan solunun qısa tarixi – I hissə

Tural Həmid
16 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör