Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Mən facebook-da necə qətlə yetirildim?

Elnur Astanbəyli Elnur Astanbəyli
Sərbəst
18 Noyabr 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Social media addiction facts
Paylaş

Bir neçə il əvvəlin söhbətidir, o zamanlar nadir hallarda istifadə etdiyimdən virtual aləmə xeyli yaddım, daha doğrusu, buradakı mühit, ab-hava, münasibətlər, müzakirələr, mübahisələr barədə təsəvvürüm çox azdı.

Günlərin gözəl bir günü idi. Elə facebook-dan tanıdığım bir nəfər 1937-ci il repressiyası zamanı Hüseyn Cavidin üzünə qoyulan şair-yazıçıların uzun bir siyahısını paylaşmışdı, göz atınca diqqətimi ilk çəkənlərdən biri Cəfər Cabbarlının adı oldu.

Anlaşılmazlıq olduğunu, kiminləsə səhv saldığını düşündüm. Girib şərh bölümündə çox mədəni şəkildə yazdım ki, Cabbarlının həmin siyahıda olması mümkün deyil, ən azından ona görə ki, “qırmızı terror” zamanı böyük dramaturqumuz artıq üç il idi həyatda deyildi.

İnsafən, qardaşın da ilk cavabı çox mədəni oldu. Yazdı ki, “siz yanılırsınız, gedib araşdırsanız görərsiniz ki, Cəfər Cabbarlı həmişə dramaturq kimi Hüseyn Cavidin paxıllığını çəkib, ona görə də onu aradan götürdüb ki, meydanda təkbaşına at oynatsın”.

Axırda da təntənəli nida qoymuşdu: “İnanmırsınızsa, gedib dəqiqləşdirə bilərsiniz!”.

Əvvəla, paxıllıq söhbəti mifin yekəsi idi, qardaş oturma orqanından icad eləmişdi.

İkincisi, dəqiqləşdirməyə ehtiyacı olan qətiyyən mən deyildim. Bu, orta məktəbdə ədəbiyyat fənnini alaçiy oxumuş hər kəsə aydındı. Odur ki, bu dəfə ərinmədən şərh bölümünə Cəfər Cabbarlının tərcümey-halına dair bir-iki link atdım.

Qardaş özündən çıxdı, internetdə yazılanlara inanmadığını dedi, mənə də inanmamağı məsləhət gördü.

Həmin vaxt artıq bir neçə nəfər də məlum statusun altında bəndeyi-fəqirinizə dəstək vermişdi, üstəlik, bəzi başqa adların da siyahıya düşməsinə (həm də haqlı olaraq!) etiraz eləmişdilər, bu isə qardaşı lap cinləndirmişdi. Topamızın qabırğasına dişinin dibindən çıxanı yazır, internetdə veyillənməkdənsə gedib kitab oxumağımızı məsləhət görür, ara yerdə Cəfər Cabbarlını da unutmur, onu Azərbaycana “əxlaqsızlığı” gətirməkdə günahlandırır, Sevilin, Almazın adlarını çəkir, dayanmadan çadranı atmaqla ar-namusumuzun, bin-bərəkətimizin əldən gediyini təkrarlayıb dururdu.

Aydındır ki, mübahisəni uduzduğunu anlamışdı (yəqin, elə internetdə axtarış verməklə!), indi isə mövzunu dəyişir, söhbətin ağzını başqa yerə çəkirdi.

Bunu ona xatırladanda cavabı xeyli dahiyanə oldu. Təxminən bu cür: “Tutaq ki, lap belədir. Elə əxlaqsız qadın obrazları yaradan adam 37-ci ildə hamını satardı!”

Ürəyi yenə soyumamışdı, məni və bir neçə nəfəri söyən ayrıca status yazmışdı; müəllifinin dəhşət qəzəbli olduğu baş-ayaq yazılmış cümlələrdən gün kimi aydın olan həmin statusda təhqirlə kifayətlənməmiş, lazım gəlsə bizimlə “istənilən dildə” danışa biləcəyini qətiyyətli şəkildə bəyan etmişdi.

Heyrət içində idim: bir yanlışı düzəltmək cəhdi gör hara gedib çıxmışdı! Səhvini etiraf etmək, hətta etiraf etmədən belə götürüb sakitcə düzəltmək yəni bu qədərmi çətindir? İşi həqarət, hətta döyməklə təhdid həddinə çatdırmaq nəyə lazımdır?

Həmin gündən özümə söz verdim: sosial şəbəkədə nə ins-cins olduğunu bilmədiyim adamların mübahisələrinə qoşulmuram, yanlış məlumatlarına da gözucu nəzər salıb keçirəm. Həyatımız onsuz da kifayət qədər gərgin, təhlükəli təbəddülatlı, məşəqqətlidir. Bir də uca xalq, sevgili millətin facebook-da-zaddakı “balaca dünyasına” burnumu soxub özümü niyə torta salmalıyam?!

Heç bu yazını da yazmazdım.

Səbəbim var. Dünən baxdım, bay, yenə bir qardaş status paylaşıb ki, “Rusiyadakı səfirimiz Maqsud İbrahimbəyov olsun”, aşağıdan da başqa biri şərh yazıb: “Yox, istəmirəm, nə onu, nə Müslüm Maqomayevi”. Dalınca keçiblər mübahisəyə. Əvvəl-əvvəl istədim şeytana lənət deyib araya girəm ki, “qardaşlar, nahaq yerə özünüzü yormayın, Maqsudla Müslüm kişi öləli gör neçə ildi”. Ancaq baxdım öz aləmlərində guya çox dərin, ağıllı müzakirə ilə məşğuldurlar, söhbətlərini bölməyə ürəyim gəlmədi. Açığı, həm də qorxdum. Ara yerdə ağzım-üzüm söyüləcəkdi, bəlkə də tapıb yortacaqdılar, bağırsaqlarımı tökəcəkdilər çölə.

Odur ki, “Nəyimə lazım? Az aşım, ağrımaz başım!” deyib keçdim.

Ancaq allahdan gizli deyil, sizdən niyə gizli olsun, qardaşların mübahisəsini bir xeyli oturub izlədim; intizarla gözlədim ki, indi hansısa “meşəbəyi” gəlib ikisini də qovsun, desin, “voopşe, Rusiyadakı səfirimiz Fərman Salmanov olmalıdır, qurtardı getdi!”

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
1
.

Azərbaycan solunun qısa tarixi – I hissə

Tural Həmid
16 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör