Bu ilin birinci yarısında 9680 Gürcüstan vətəndaşı Avropa Birliyinə (AB) üzv ölkələrdən sığınacaq istəyib. Yeni Müsavat xəbər verir ki, bu barədə Avropa Komissiyasının hesabatında bildirilir. Sənədə əsasən, illik müqayisədə AB ölkələrinə Gürcüstan vətəndaşlarının sığınacaqla bağlı müraciətləri iki dəfə artıb. Qurum sığınacaqla bağlı Gürcüstan vətəndaşlarının müraciətlərinin sayının artmasının narahatlıq doğurduğunu qeyd edib. Hesabatda AB-yə üzv ölkələrə üz tutan Ukrayna vətəndaşlarının da sayında bu il artım olduğu qeyd edilib.
Bəzi ekspertlərin fikrincə, hər iki ölkənin AB ilə “Şərq tərəfdaşlığı proqramı”na qoşulması və tərəfdaşlıq sazişini imzalaması bu ölkələrin vətəndaşlarının Birlik ölkələrinə axın etməsinə təsir edən amillərdəndir.
Azərbaycan da AB ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. Lakin Azərbaycan hələ ki təşkilatla tərəfdaşlıq sazişini imzalamayıb.