Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Facebook düşüncələri

Firudin Allahverdi Firudin Allahverdi
Sərbəst
27 Sentyabr 2019
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
Jbareham 180405 1777 facebook 0003.0
Paylaş

Bu gün Facebook xatırlatdı ki, bu şəbəkəyə düz 12 il əvvəl üzv olmuşam. Bu münasibətlə Facebook və ondan istifadə haqqında fikirlərimi paylaşmaq istərdim.

Facebook, bizim kimi cəmiyyətlər üçün göydəndüşmə oldu. Boynumuza alaq ki, biz yazı-pozunu o qədər də xoşlayan camaat deyildik; nə uşaqlıq və gənclik dövrümüzdə gündəlik yazardıq, nə də qocalanda memuar, hətta dövlət idarələrində ərizəni belə kiməsə yazdırardıq. Amma Facebook bizi məcbur elədi ki, beynimizdəki fikirləri yazı formasında ifadə edək.

Tək yazmağı yox, oxumağı da öyrətdi. Məcbur olduq ki, fərqli fikirləri oxuyaq, bacardığımız qədər anlamağa çalışaq; yəni bir növ tolerant olaq.

Bizə elə dostlar, elə insanlar qazandırdı ki, Facebook olmasaydı, bu mümkün olmayacaqdı.

Yalnız bizdə deyil, elə dünyanın hər tərəfində Facebook insanları təşkilatlandırdı. Facebook olmasaydı yəqin ki, “Ərəb baharı” və digər mühüm hadisələr baş verməzdi. Təsadüfi deyil ki, Çin, İran və digər oxşar ölkələrdə bu sosial şəbəkə qadağandı. Amma məncə bundan itirən Facebook və dünya deyil, özləridi. Çünki planet boyu gördüyümüz təcrübə onu göstərir ki, sosial şəbəkələrin xeyri, ziyanından çoxdur.

Facebook, yeni insan tipləri də yaratmış oldu. Bunlardan ən maraqlılarından birini “öz xəbər lenti ilə döyüşənlər” adlandıra bilərik. Məsələ burasındadır ki, Facebook-un alqoritmləri istifadəçilərin xəbər lentini bir-birlərindən kəskin fərqləndirir və maksimum çalışılır ki, hər kəsin xəbər lentində məhz ona maraqlı olacaq xəbərlər və ya postlar görünsün. Amma istifadəçiyə elə gəlir ki, hər kəs xəbər lentini (oxu: dünyanı) məhz bu cür görür və hamı eyni şeyləri paylaşır. Bu zaman “bayağılıqdan bezənlər” “üsyan edir” və “baxıram hamınız…” formasında çıxışa başlayır. Halbuki bu situasiya yalnız onun xəbər lentində baş verir və sırf onun öz maraqlarına görə tərtib olunub. Yəni faktiki olaraq onlar sadəcə öz xəbər lenti ilə döyüşmüş olurlar.

Bu 12 illik Facebook istifadəsi zamanı tədricən gəldiyim bəzi qərarları da sizlə paylaşmaq istərdim:

– Ancaq vacib bildiyim, başqalarına maraqlı ola biləcək nəsnələri paylaşmaq. Davamlı surətdə maraqsız postlar paylaşanları da sakitcə “hide” etmək.

– Bəyəndiyim, tərəfdarı olduğum şəxslərin, qurumların, sənət adamlarının, filmlərin və s.-nin Facebook səhifələrini “like” etmək, çox mühümlərini paylaşmaq. Beləliklə, onların daha çox auditoriyasının olması üçün öz əlimizdən gələni etmiş oluruq.

– Şəxsən tanımadığım, yaxın adam bilmədiyim insanların ad gününü təbrik etməmək (öz doğum tariximi də infodan yığışdırmışam ki, yalnız doğulduğuma görə təbrik edilməyim. Məncə insanları gördükləri işlərə, əməllərə görə təbrik etmək lazımdı. Necə ki Dədə Qorqud dövrü oğuzları insana yalnız nəsə bir iş görəndən sonra ad qoyarlarmış). Düzdür, bəzən bir neçə gün sosial şəbəkəyə normal vaxt ayırmayanda yaxın insanların da doğum gününü qaçırmış oluram. Deyəsən yaxşısı budur ki, yaxın adamların ad günlərini elə telefon kitabçasına qeyd edəsən.

– Durub-dururkən hansısa aidiyyatı olmayan qruplara əlavə olunanda, həmin adamı dinməz-söyləməz dost siyahısından silmək.

Sonda Facebooku yaradanlara və kollektivinə insanları bu qədər faydalı şəkildə yaxınlaşdırdıqlarına görə təşəkkürlərimi bildirirəm.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
1
.

Azərbaycan solunun qısa tarixi – I hissə

Tural Həmid
16 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör